Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə1/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
  1   2   3   4   5   6   7   8   9   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma




Alqoritm, xassələri və təsvir üsulları. 
Alqoritm – qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan 
əməliyyatlar ardıcıllığıdır. 
Latınca qayda-qanun deməkdir. Alqoritm 783- 850-ci illərdə Xorezmdə (indiki 
Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa 
əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan 
“alqoritmi” yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə 
tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say 
sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-
verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı 
ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. 
Uzun müddət alqoritm anlayışından yalnız riyaziyyatçılar müxtəlif məsələnin həll 
qaydası kimi istifadə etmişlər. Riyaziyyat elminin inkişafı əsas riyazi anlayış olan 
alqoritm anlayışının dəqiqləşdirilməsini tələb etmiş və bu da riyaziyyatın yeni sahəsi 
olan”Alqoritm nəzəriyyəsinin “yaranmasına səbəb olmuşdir. Elektron hesablama 
texnikasının və proqramlaşmanın inkişafı ilə əlaqədərolaraq alqoritm anlayışının böyük 
əhəmiyyəti daha da qabarıq şəkildə meydana çıxmışdır alqoritmin qurulması EHM-
inköməyi ilə məsələ həlli prosesinin zəruri mərhələsidir. Həlli üçün alqoritm qurulmuş və 
kompüter proqramı şəklində yazılmış məsələləri kompüterdə asanlıqla realizə etmək olar 
Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla 
idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi 
üçün proqram tərtib edilməlidir
 
 
 
Alqoritmin xassələri
Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu 
şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə