Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə8/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   4   5   6   7   8   9   10   11   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Turbo PAscal dilinin elementləri. 
İstənilən təbii dil simvollar, söz, sözbirləşmələri və cümlələrdən ibarətdir. 
Proqramlaşdırma dillərində də buna analoji elementlər var. Bunlar simvollar, sözlər, 
ifadələr (sözbirləşmələri) və operatorlardır(cümlələr). Bunlar danışıq dili olmayan Turbo 
Pascal proqramlaşdırma dilinə də aiddir. Dilin 
əlifbasına 
aşağıdakılar aiddir: 
9.
A-dan Z-ə kimi böyük və a-dan z-ə kimi kiçik latın hərfləri 
10.
0-dan 9-a kimi onluq rəqəmlər 
11.
münasibət işarələri : = , < , > , < =, > =, < > 
12.
hesab işarələri : + , - , 

, / 
13.
altından xətt simvolu « - » və boşluq (probel) « » 
14.
xüsusi simvollar: # , ) , @ , { , $ , [ , } , ‘ ] , ( , ^
15.
durğu işarələri : , 
.....
;
:

downloaded from KitabYurdu.org


19 
16.
İdarəedici simvollar (ASCII kodu 0-dan 31-ə kimi) 
9.
Xidməti
(açar) sözlər. Bütün proqramlaşdırma dillərində olduğu kimi Turbo 
Pascal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz. 
Buna görə də identifikatorun yazılışında xidməti sözlərdən istifadə etmək olmaz. 
Bunlardan : begin, end, read, write, if və s. 
İdentifikatorlar.
İdentifikator rəqəm, hərf və altından xətt çəkmə «- » 
işarələrindən ibarət olmaqla, hərf və ya «- » işarələri ilə başlayır. İdentifikatorda 
probeldən istifadə olna bilməz, uzunluğu isə ixtiyari ola bilər, kompüter onun ilk 63 
simvolunu oxuyur. 
Nişanlar.
Nişan operatora verilən addır. Turbo Pascalda nişanlar ədəd və simvollar 
ola bilərlər. Nişan kimi identifikatordan da istifadə oluna bilər və o, operatordan « : » 
işarəsi ilə ayrılır. 
Ədədlər
. Turbo Pascalda tam onluq, tam onaltılıq və həqiqi onluq ədədlərdən 
istifadə olunur. Həqiqi ədədlər iki yazılış formasında təsvir olunur: adi(qeyd olunmuş 
nöqtəli) və eksponensial (tərtibli, yaxud sürüşən nöqtəli). Tam onluq ədədlər standart 
şəkildə yazılır, tam onaltılıq ədədlərin isə qarşısında $ işarəsi qoyulur. Məsələn, -273, 
468213, $ 0, $ E35, $ 13A4C 
Sətirlər.
Sətirlər birqat dırnaq işarəsinə alınmış ASCII kodunun simvollar 
ardıcıllığından təşkil ollunur. Sətirlər proqramın bir sətritnə yerləşdirilməlidir. 
Şərhlər.
Şərh və ya (

,
*
) simvolları arasında olan proqramm mətni fraqmentidir ki
kompilyator tərəfindən nəzərə alınmır. 
Ayırıcılar.
Turbo Pascalda ayırıcı kimi aşağıdakı simvollardan istifadə olunur: 
- probel, tabulyasiya, növbəti sətrin başlanğıcına keçid (Enter,) 
Turbo Pascalda bunlardan başqa ASCII-nin 0 ilə 31 kodu arasındakı idarəedici
simvollardan da ayırıcı kimi istifadə olunur. 

 
TP- Proqramın strukturu
Turbo Pacsal dilində proqramın sttrukturunu aşağıdakı kimi vermək olar:
Proqram proqramın adı;
{Proqramın başlığı} 
{İstifadə olunan modulların təsviri bölməsi} 
downloaded from KitabYurdu.org


20 
Uses İstifadə ollunan modulların siiyahısı; 
{Təsvirlər bölməsi}
label
Nişanların təsviri; 
conıt
Sabitlərin təsviri; 
type
Tiplərin təsviri; 
var 
Dəyişənlərin təsviri; 
Prosedure
Altproqramların təsviri; 
function 
exports
Eksport edilən adların təsviri; 
begin 
operator 1; 
operator 2; 
………… 
operator n; 
end 
Standart Pascaldan fərqli olaraq TP-da proqramın başlığı və istifadə olunan 
modulların təsviri bölməsi istisna olmaqla bölmələrin yerləşmə ardıcıllığa dəyişmək olar, 
lakin standartda nəzərdə tutulan ardıcıllığa riayət etmək məqsədəuyğundur. Yalnız 
prinsipcə vacib olduqda ardıcıllığı dəyişmək olar. 
Proqramın gövdəsi «begin» sözü ilə başlayır və «end» sözü ilə qurtarır, bu «end»-
dən sonra nöqtə qoyulur. 
Misal:
xy
y
x
z
2
2
2


ifadəsinin hesablamasının Pascal proqramı: 
Proqramın İfadənin_ hesablanması; 
var 
x, y, z: real; {Dəyişənlərin təsviri} 
downloaded from KitabYurdu.org


21 
begin 
{Proqramın gövdəsinin başlanğıcı } 
Write (‘ x, y ədəddlərini daxil edin’) ; {verilənlərin ekrana çıxarılması} 
Read ln (x, y) ; {x, y –in qiymətlərinin oxunması } 
Z : = (x 
*
x + y 

y) / ( 2 
*

*
y); {ifadənin hesablanması }
Writeln (‘ z =’ , z) {nəticənin ekrana çıxarılması } 
end 
{proqramın sonu } 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə