Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə2/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   2   3   4   5   6   7   8   9   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Diskretlik xassəsi
alqoritm ayrı-ayrı elementar və qabaqcadan müəyyən edilmiş 
addımlara ,bəndlərə pqrçalanmasını göstərirhər bir mərhələnin yerinə yetirilməsi üçün 
müəyyən vaxt lazım gəlir. Ilk verilənlərdən nəticənin alınması ücün müəyyən vaxt 
ərzində diskret yerinə yetirilir. 
Nəticəlik və ya sonluluq xassəsi 
bu xassə onu bildirir ki, alqoritm sonlu sayda 
addımdan sonra başa çatmalı və tamami ilə müəyyən nəticə verməlidir
downloaded from KitabYurdu.org



Müəyyənlik
Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olunmalıdır. Bu alqoritmin 
müəyyənlik xassəsidir. 
Alqoritmin müəyyən sayda giriş qiymətləri (məsələnin başlanğıc şərtləri) olmalıdır. Bu 
şərtlər proqram icra olunmamış və ya olunduqca maşına daxil edilə bilər. 
Alqoritmin yerinə yetirilməsi nəticəsində giriş qiymətlərindən asılı olan bir və ya bir neçə 
çıxış qiymətləri alınmalıdır. 
Alqoritm sadə və səmərəli olmalıdır, yəni alqoritmin nəticəsi (cavabı) mümkün qədər 
sadə əməliyyatlar vasitəsilə və ən qısa yolla alınmalıdır. 
kütləvilik xassəsi
Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib 
olunmuş alqoritm, həmin tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. 
Bu alqoritmin kütləvilik xassəsidir 
Riyaziyyatda və informatikada məsələnin həllinin alqoritmi yerinə yetirilibsə, məsələ 
qismən həll edilmiş sayılır.
 
Alqoritmin təsvir üsulları
Mətn şəkildə (adi dildə); 
Qrafik – blok-sxem; 
Cədvəl; 
Proqram (alqoritmik dil). 
Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli 
şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin 
təsviri buna misal ola bilər. 
Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə 
olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha 
əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir 
neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart 
işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici 
xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
 
Alqoritmin başlangıcı və sonu bu fiqur icərisində yazılır. 
downloaded from KitabYurdu.org



İlkin verilənlərin daxil edilməsi paraleloqram fiquru ilə
təsvirolunur və onun içərisində qiymətləri daxil edilməli olan dəyişənlərin adı yazılır 
Hesanlama blokunun daxilində yerinə yrtirilməli olan əməliyyatlar yazılır 
İçərisində qiyməti çap edilməli olan dəyişənlərin adı yazılır. 
Şərtin yoxlanma əmri romb şəklində təsvir olunur. Ödəniləcək şərt
onun içərisində yazılır . şərtin ödənilib-ödənilməməsindən asılı olaraq
hesablama prosesi iki mümkün istiqamətdən biri üzrə davam etdirilir. 
Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərlə işləyir. Proqramlaşdırmanın 
əsas obyekti dəyişəndir. Məsələn, x adlı dəyişənə 5 qiymətinin mənimsənilməsini belə müəyyən 
etmək olar: 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə