Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   25   26   27   28   29   30   31   32   ...   68

59 
 
Hər  ikisi  onu  gördüklərində  sağalacağına  dair  ümüdlərini  itirdilər.  Lakin  yenə  də 
Kəmpil onların gəlişinə sevinmişdi. Onlar xəstədən ayrılmaq zorundaydılar. Çünkü 
Abbas  Mirzə  ilə  bərabər  Tehrana  getməliydilər.  Abbas  Mirzə  Kəmpilin  sağalma 
ehtimalının  olmadığını  onlardan  eşitdikdən  sonra  daha  çox  üzüldü.  Abbas  Mirzə 
özəl  həkimi  Kəmpilin  ziyarətinə  getdi.  Ona  sağalma  və  sağlıq  diləklərini  ilətib 
ayrıldı,  Tehrana  yola  düşdü.  Yol  yarı  olmadan  Kəmpilin  ölüm  xəbərini  ona 
söylədilər.  Abbas  Mirzə  üzünü  ingilislərə  tutaraq  dedi:  Bilmirəm  qürbətdə  can 
verən sizin yurddaşınız üçün, yoxsa öz dostumun ölümü üçün ağlayım.  Müsafirlər 
Abbas Mirzənin gözlərindən axan yaşa tanıq oldular. 
*** 
Vəliəhd yay aylarını Xoyda keçirir və ordusunun böyük bir bölümü şəhərin 
kənarında yerləşirdi. Onun hər ilin yayında Xoyda olması bu şəhərin böyüməsinə, 
ticarət  mərkəzi  olmasına  səbəb  olmuşdu.  Şəhərdə  bir  çox  ağac  əkilmiş  və  şəhərin 
görünümü qısa bir müddətdə dəyişmişdi.  Abbas Mirzə  üçün Xoy ayrıca hərbi bir 
önəm  daşımaqda  idi.  Çünkü  daima  savaşa  hazır  halda  bulundurduğu  ordusunun 
eyitimi və məşqləri bu şəhərin çevrələrində olurdu. 
1806-cı  ildə  Osmanlı  paşaları  ilə  savaşa  dönüşən  ixtilaf  hələ  də  həll 
olmamış qalmaqda idi. Zamanla bu ixtilaf böyüməyə başlayıb və 1821-ci ildə geniş 
çaplı savaşa dönüşdü, ancaq bu dəfəki lokal bir savaş deyildi. Savaş Quzey batıdan 
Güney Batıya qədər uzun bır sınır boyunca başlamışdı. Kirmanşahın elbayı (valisi) 
Məhəmmədəli  Mirzə  Dövlətşahi  böyük  bir  təərrüzə  başlamışdı.  Dövlətşahi  öz 
süvarilərini  sürətlə  sınıra  çatdırmağı  başarmış  və  çox  asan  müvəffəqiyyət  əldə 
etmişdi.  Çünkü  qəflətən  hücuma  uğrayan  Bağdad  elbayı  Davud  Paşa  həm 
hazırlıqsız  yaxalanmışdı,  həm  də  qarşı  qoya  biləcək  önəmli  gücü  yox  idi.  Qacar 
tərəfi  bu  savaşa  çox  hazırlanmışdı.  Burada  belə  bir  sual  ortaya  çıxır  ki,  bu  qədər 
iqtidar  hərisi  olan  Dövlətşahi  nədən  Bağdadı  işğal  etməmişdir?  Əcəba,  xarici 
dövlətlərin  müdaxiləsimi  olmuşdur,  yoxsa  İraq  din  xadimlərimi  bu  savaşa  qarşı 
çıxmışdılar? Çünkü Şiə inancının önəmli rəhbərləri bu ərazilərdə uyumaqdadır. Bu 
şəhərləri  savaş  yolu  ilə  ələ  keçirmək  üçün  Hülakü  Xan  qədər  dinsiz  olmaq 
gərəkirdi.  Lakin  Dövlətşahi  şiə  gələnəklərinə  çox  bağlı  idi.  Din  xadimlərinin 
fətvaları  ilə  hesablaşırdı.  Özəlliklə  də  Abbas  Mirzənin  yerini  almaq  üçün  din 
xadimlərinin  dəstəyini  almış  durumda  idi.  Əcəba,  din  xadimlərimi  Dövlətşahinin 
İraqı savaşla istila etməsini önlədilər? Nəcəf və Kərbəla kimi şəhərlərin top atəşinə 
tutulması şiə məzhəbinin müqəddəsatına toxunmaq anlamında idi. Lakin bütün bu 
dəlillərin  ötəsində  ən  önəmli  məsələ  onun  cismi  vəziyyətinin  dəyişməsi  idi.  O 
zaman  35-36  yaşlarında  bulunan  Dövlətşahi  çox  güclü  bünyəsi  ilə  məşhur  idi. 
Ancaq ürək ağrısı onu yaxaladı və çox keçmədən ağır bir qızdırmaya mübtəla oldu. 
Bu üzdən də Bağdad paşası ilə böyük savaşa girmədən geri dönmək zorunda qaldı. 
Geri  dönüb  və  xəstəliyinə  şəfa  axtarmaq  istəyirdi.  Kərənd  kəndində  hiss  etdi  ki, 
ölmək  üzrədir.  Bu  kənddə  köhnə  və  artıq  istifadə  edilməyən  sökük  bir  qalanın 
divarlarına  söykənib  can  verdi.  Onun  cəsarəti  və  şücaəti  inkaredilməz  idi,  lakin 


60 
 
həsəd onu  məhv etmişdi. Dövlətşahinin ölümü  Abbas Mirzəni ona qarşı  yönəlmiş 
həsədlərdən  rahat  etmədi.  Dövlətşahinin  həsəd  mirasını  başqa  qardaşları 
daşımaqdaydılar. 
Ancaq  bu  savaşın  önəmli  qismi  Qars,  Bayəzid,  Ərzurum  çevrələrində 
getməkdə idi. Savaşa səbəb olan problemləri diplomatik yolla da çözmək mümkün 
idi.  Lakin  Osmanlı  tərəfi  savaşmaqda  qərarlı  görünürdü.  Özəlliklə  də  kürd 
qaçaqçılar  Azərbaycan  kəndlərini  talarkən  Osmanlı  tərəfindən  dəstək  görürdülər. 
Azərbaycan  tacirləri  soyulur  və  kəndlilərin,  köçərilərin  sürüləri  qarət  edilirdi. 
Bütün bu soyğunçular isə Osmanlı ərazisində yaşayan kürdlər idi. Qacar dövlətinin 
bunları önləmə uyarılarına Osmanlı diqqət etmirdi. 
Abbas  Mirzə  bu  dildaş  qonşu  ilə  savaşmaq  istəmirdi.  Bu  üzdən  də  barış 
yolu ilə məsələnin həllinə çalışırdı. Lakin 1807-ci ilin payızından etibarən İrəvanın 
elbayı  olan  Sərdar  Hüseyn  Xan  belə  düşünmürdü.  Çünkü  İrəvan  elbayı  üçün 
Osmanlı ilə savaş daha faydalı idi. Sonralar bəlli olur ki, Rusiya da İrəvan elbayını 
bu savaşın böyüməsinə təhrik etmiş, vədlərdə bulunmuşdur. Bu illər ərzində İrəvan 
elbayının imkanları böyümüşdü. Özəl strateji önəmi olan İrəvan üçün Fətəli Şah da 
diqqət  yetirməkdə  idi.  İrəvanın  güclü  olması  Rusiyaya  qarşı  çox  əhəmiyyətli  idi. 
Ruslar  İrəvanda  birikmiş  bu  savaş  imkanlarını  Osmanlıya  qarşı  kullanıb  ortadan 
qaldırmaq istəyirdilər. Çünkü Rusiyanın sonrakı planlarına qarşı İrəvandakı  hərbi 
üslər təhdid ünsürü kimi görünürdü. 
Hüseyn  Xan  Qəzvində  yaşayan  Qacar  soyunun  bir  boyuna  mənsub  idi. 
Lakin  zəngin  bir  soydan  deyildi.  Ancaq  savaş  qabiliyyəti  yüksək  olduğu  üçün 
Ağaməhəmməd  Xan  zamanından  müxtəlif  postlarda  olmuş,  tərəqqi  etmiş  və 
nəhayət,  İrəvan  elbaylığına  qədər  yüksəlmişdi.  İşini  qulluqçuluqdan  başlayaraq 
genişlətmişdi. Morier onu 1814-cü ildə görmüşdür. Bu zaman çox yaşlı olan İrəvan 
elbayı  hələ  də  gənclik  duyğusundan  məhrum  deyilmiş.  Hüseyn  Xan  kəsinliklə 
Abbas  Mirzədən  xoşlanmırdı.  Şahzadənin  reformları  onu  çox  əsəbiləşdirirdi. 
Çünkü  Azərbaycandakı  həyat  tərzinin  yaxşılaşması bir gün Fətəli Şahı təhrik edə 
bilərdi ki, İrəvanın da yönətimini Azərbaycanla bir yerdə Abbas Mirzəyə tapşırsın.   
Bu üzdən də Abbas Mirzəyə qarşı için-için düşmənçilik duyğusu bəsləməkdə idi və 
intiqam almaq üçün münasib fürsət axtarırdı. Anadolunun köçəri türk Heydəranlu  
tayfası  bir  neçə  bahar  idi  ki,  sürülərini  gətirib  Səlmasın  örüşlərində  otarırdı. 
Hüseyn  Xan  bunu  ən  uyğun  savaş  aracı  kimi  kullanaraq  onları  əziyyət  etməyə 
başladı,  buna  qarşılıq isə  Ərzurum elbayı  Məhəmməd paşadan  gəldi.  Məhəmməd 
paşa  bu  torpaqları  Osmanlıya  qatmaq  istədi.  Məhəmməd  paşa  deyirdi  ki, 
Heydəranlu  tayfasının  çoxu  orada  yaşayır.  Bu  üzdən  də  bizim  sürülərin  oralarda 
otlamasına  müsahidə  edilməlidir.  Abbas  Mirzə  öncə  barış  yolunu  dənədi.  Bu 
səbəbdən  də  Təbrizin  böyüklərindən  birisini  heyətlə  bərabər  müzakirə  üçün 
göndərdi.  Lakin  Məhəmməd  Paşa  elçi  ilə  çox  pis  rəftar  etdi.  Onların  əllərinin 
bağlanıb zindana atılması əmrini verdi. Abbas Mirzəyə də bir məktub yazaraq yenə 
də iddia etdi ki, o torpaqlar Osmanlıya aiddir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə