Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   33   34   35   36   37   38   39   40   ...   68

76 
 
qalasını  savunmaqla  görəvli  olan  Mərənd  hakimi  Nəzərəli  Xan  öz  alayını  oradan 
geri çəkib və Şahzadə Məhəmməd Mirzənin ordusu bulunan yerə getmişdir. 
Artıq  rusların  qarşısında  duracaq  bir  alay  qalmamışdır.  Azərbaycan 
ordusunun  gəlişindən  umutlanan  Gəncə  əhalisi  yavaş-yavaş  umutsuzluğa   
düşməkdə  idilər.  Şəhərin  bir  çox  məhəllələrindən  və  kəndlərdən  insanlar  dəstə-
dəstə nalə və fəryad edərək Araz çayına doğru, Azərbaycan ordusunun bulunduğu 
zənn  edilən  yerlərə  qaçırdılar.  Nəzərəli  Xanın  bu  xəyanəti  Abbas  Mirzəni  çilədən 
çıxarmışdı.  Bu  üzdən  də  dərhal  Nəzərəli  Xanın  onun  hüzuruna  gətirilməsini  əmr 
etdi.  Şahzadə  onun  rütbələrini  alaraq  arxası  üstə  çullu  bir  eşşəyin  üstünə 
bağlanmasını istədi. Nəzərəli Mirzəni hər yerdə, xüsusən başçısı olduğu öz alayının 
içində  dolaşdırıb  və  aşağılayırdılar.  Eşşəyin  başını  çəkən  adam  məsxərə  ilə  “Şah 
gəldi”  deyə  bağırırdı.  Sonra  da  Abbas  Mirzə,  Nəzərəli  Xanı  Mərəndə  göndərdi. 
Mərəndə bir məktub yazaraq Nəzərəli Xanın öldürülməsini əmr etdi. Nəzərəli Xan 
Mərənddə  cəlladlar  tərəfindən  boğulub  öldürüldü.  Sonradan  böyük  sınaqda 
Nəzərəli Xanın oğulları intiqam hissi ilə bəzi işlər görəcəklərdi. 
Abbas  Mirzənin  ordusu  Tərtərdə  yerləşmişdi.  Abbas  Mirzə  Tərtərdə  hərbi 
Şuranın  çağırılmasını  istədi.  Bu  şurada  Başvəzir,  Qulamhüseyn  Xan  Sipəhdar, 
Azərbaycan  və  digər  vilayət  ordularına  mənsub  mənsəb  sahibləri  iştirak  edirdilər. 
Şahzadə  Cahangir  Mirzə  və  Şahzadə  Bəhmən  Mirzə  də  bu  şuraya 
qatılmaqdaydılar.  Dərhal  bir  qərara  gəlinməli  idi.  Əldə  edilən  xəbərlərə  görə 
Rusiyanın  yeni  Qafqaz  hakimi  böyük  bir  ordu  ilə  əməliyyat  səhnəsinə 
yaxınlaşmaqda  imiş.  Hələ  bu  yeni  Rus  komandirinin  adı  bəlli  deyildi.  Lakin 
əsgərlərinə  olan  üstün  münasibəti  dildən-dilə  düşmüşdü.  Qafqazdakı  rus 
əsgərlərinin yeməklərində və geyimlərində yenilik sağlanmışdı. Abbas Mirzə, onun 
əsgərlərinə verdiyi önəm konusunda bilgi aldığı zaman anladı ki, gerçək bir savaş 
komutanı ilə qarşı-qarşıyadır. Bu da Şahzadəni dərindən əndişələndirməyə başladı. 
Hərbi  Şurada  bir  neçə  sual  öz  cavabını  axtarırdı.  Gəncəyə  həmlə  edilsinmi?  Əgər 
Gəncəyə  həmlə  edilər  və  Gəncəni  almaq  mümkün  olmaz,  Qacar  orduları  məğlub 
olarsa,  o  zaman  Qarabağdan  geri  çəkilmək  zorunlu  olacaqdır.  Bəlkə  geri  dönüb 
Şuşanın  fəthi  üçün  bütün  güclərini  səfərbər  etsinlər  deyə  sorular  Hərbi  Şurada 
ortaya qoyulur və cavabını arayırdı. Başqa bir yol da var idi və bu yol daha rasional 
görünürdü. Heç bir hücuma  başlamadan  möhkəm  müdafiə  sisteminə  keçilməli və 
düşmənin  həmləsini  bəkləməli  idilər.  Digər  tərəfdən,  bu  bəkləmənin  yanı  sıra 
partizan  savaşları  üçün  eyitilmiş  savaşçılarla  düşmənə  vur-qaç  taktikasını 
uyqulayaraq  onu  zəiflətmək  də  bir  çıxış  yolu  kimi  ortaya  qoyulurdu.  Lakin 
çoğunluq  bu  şəkil  savaşa  qarşı  idi.  Başvəzir  israrla  savaşdan  yana  olduğunu 
söyləyir  və  savaş  meydanında  düşməni  məğlub  etmək  gərəkir  deyə  basdırıb 
dururdu. 
Abbas  Mirzə  avropalı  müşavirlərinin  söylədiklərini  xatırlayırdı.  Avropalı 
danışmanları  ona  bir  neçə  kərə  söyləmişdilər  ki,  heç  bir  zaman  Avropa  üsuluna 
yenicə  alışdırmaq  istədiyin  ordunu  Avropa  sistemi  ilə  donatılmış,  Avropa 


77 
 
texnolojisi  ilə  təchiz  edilmiş  bir  ordu  ilə  savaşa  soxma!  Məhəmməd  Xan  Əmir 
Şahzadənin zaman qazanma təklifini dəstəkləyirdi. Lakin Hərbi Şuraya belə, nüfuz 
etmiş onun düşmənləri Şaha yanlış bilgilər verməyə davam etməkdə idilər. Abbas 
Mirzə  bu  gedişlə  Şah  tərəfindən  xainlik  suçu  ilə  damğalana  bilər  qorxusu  ilə  öz 
iradəsini Hərbi Şurada tətbiq edə bilmədi. Başvəzirin təklifləri qarşısında Şahzadə 
təslim olmaq zorunda qaldı. Hərbi Şurada qırx minlik ordu müxtəlif alaylara ayrıldı 
və  hər  alayın  da  komutanları  bəlli  oldu.  Başvəzir  Asəf-əd  Dövlə  Sipəhdarla  
birlikdə Ərak ordusuna komutanlıq edəcəkdilər. Şahzadə Şeyx-ül Məluk Qaradağ, 
Mərənd  və  Mazəndəran  alaylarının  komutanlığını  üstləndi,  ona  12  qəbzə  də  top 
verildi. Abbas Mirzənin böyük oğlu Məhəmməd Mirzə ən seçkin alaylara komutan 
təyin edildi. Minbaşılıq rütbəsinə yüksələn İbrahim Xan Bakui 2000 nəfərlik ordu 
ilə ön cəbhədən hücum edəcəkdi. Bəhmən Mirzə başqa bir alaya fərman verəcəkdi. 
Bəhmən  Mirzənin  süvariləri  Avşarlardan  oluşmaqda  idi.  Cahangir  Mirzə  atasının 
əski  dostu  Əhməd  Xan  Müqəddəmin  oğulları  ilə  bərabər  Marağa  alayını  kontrol 
edəcəkdilər.  Əhməd  Xanın  oğulları  minbaşı  Cəfərqulu  Xan  və  yenə  də  minbaşı 
Hüseyn Xan paşai Azərbaycan ordusunun ən başarılı komutanlarından idilər. Zillül 
Sultanın  oğlu  Məhəmmədhüseyn  Mirzə  müxtəlif  birimlərlə  ordunun  arxasında 
zəxirə və dəstək güc kimi qalacaqdı. Bir çox görəvlər paylaşıldı. Həmədan alayının 
Tüfəngçi  birimlərinin  komutanlığı  Həmədanlı  Qaragözlülərə  tapşırıldı.  
Məhəmməd  Xan  Əmirnizamla  Yusif  Xan  Gürciyə  də  topxananın  komutanlığı 
verildi. 
Abbas  Mirzə  öz  ordusunu  Tərtər  çayının  sahillərindən  Gəncəyə  tərəf  sövq 
etməyə başladı. Gəncənin iki ağaclığında yerləşdi. Kəşfiyyatçı və vur-qaç birimləri 
rus ordusunun bir ağaclığına qədər yaxınlaşmışdı. 
Bu  arada  Rus  ordusunun  Qafqaz  üzrə  hakimi  Abbas  Mirzə  üçün  də  bəlli 
olmuşdu.  Adının  ətrafında  miflər  dolaşan  bu  şəxs  general  Paskeviç  idi.  Paskeviç 
Qafqazda Yermolovu əvəz etməkdə idi. 
İki  ordu  bir-birindən  2-3  ağac  məsafədə  Gəncə  savaş  meydanında  qarşı-
qarşıya  idi.  Paskeviç  möhkəm  səngərlər  inşa  etdirərək  ordusunu  hər  tür  qafil 
hücuma qarşı qoya bilmişdi. Digər yandan rus ordusu yaxşı qidalanır, yaxşı ərzaqla 
təmin olunurdu. Rus ordusu sükunət içində savaş əmri bəkləməkdə idi. Ancaq bəzi 
xəbərlər  Paskeviçin  riyaziyyatçı  qafasını  qarışdırırdı.  Məsələn,  Şəmsəddinlu 
qəbiləsinin  çobanları  Paskeviçə  İrəvan  xanının  Çaldır  dağlarından  keçdiyini 
söyləmişdilər.  Ancaq  sürətli  araşdırmalar  nəticəsində  bu  xəbərin  doğru  olmadığı 
bəlli oldu. Fəqət bu xəbər doğru olsaydı belə, General Paskeviç öz planından  vaz 
keçməyəcəkdi.  Çünkü  o  bilirdi  ki,  savaşın  taleyi  Abbas  Mirzə  ilə  olan  dirək 
toqquşmadan  asılı  olacaqdır.  Sentyabr
*
  (Eylül)  ayının  12-dən  13-nə  keçən  gecə 
ruslara sədaqəti ilə bilinən bir erməni Paskeviçə xəbər gətirdi ki, Şahzadə bu gecə 
səhərə  yaxın  hücuma  başlayacaqdır.  Əcəba,  bu  şəkildə  ansızın,  qəfilcə  həmlə 
                                                           
*
 Bu, Rusiya tarixi ilə verilmişdir. 25-26 sentyabr Qrigori tarixinə dəng gəlir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə