Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   36   37   38   39   40   41   42   43   ...   68

82 
 
məğlubiyyəti  Şahzadənin  qardaşlarını  və  din  xadimlərini  sevindirməkdə  idi.  Bu 
məğlubiyyət  Abbas  Mirzənin  reformlarına  və  Qərbləşmə  yönündəki  islahatlarına 
böyük  zərbə  endirmişdi.  Digər  tərəfdən,  Abbas  Mirzə  xanların  da  söylədiklərinin 
boş lafdan başqa bir şey olmadığını sezdi. Yalnız öz torpaqlarına geri dönmək üçün 
savaşan  bu  xanlar  rusları  güclü  gördüklərində  bu  istəklərindən  vaz  keçməyə 
başlamış və bu kəz Fətəli Şaha sadəcə, İslam Dünyasının padşahı kimi baxmışdılar. 
Bəzi  xanlara  da  ruslar  tərəfindən  öz  ərazilərində  yerləşdiriləcəkləri  konusunda 
xəbər  gəlmişdi.  Quba  xanı  Əhməd  Xan,  Bakı  xanı  Hüseynqulu  Xan,  Şirvan  xanı 
Mustafa Xan öz səbatsızlıqlarını çox tez ortaya qoydular. Lakin məğlubiyyət acısı, 
əldən  getmiş  torpaqların  sevdası,  rusların  təkrar  irəliləmə  ehtimalı  Şahzadənin  iç 
dünyasında  savaş  istəyini  artırırdı.  Ancaq  Şahzadə  özünü  yalnız  hiss  etməyə 
başlamışdı.  Onun  planlı  və  daha  gəlişmiş  ordu  ilə  savaşa  başlamasına  Tehranın 
“mənəvi” hakimləri olan mollalar tərəfindən izn verilməyəcəyini hiss edirdi. Fətəli 
Şah  məcburən  din  xadimlərinin  fikirləri  ilə
 
bu  dəfə  daha  çox  hesablaşmalı  idi. 
Çünkü  beləcə  bu  məğlubiyyətin  acısını  unutmaq  üçün  onların  otoritəsindən 
yararlana bilərdi. Din xadimlərinin fikrincə, məğlubiyyətin səbəbi Abbas Mirzənin 
kafir ölkələrə məxsus olan islahatları Azərbaycanda gerçəkləşdirməsi idi. 
Şəki  Xanı  Hüseyn  Xan  kiçik  bir  savaşda  ruslar  tərəfindən  öldürülmüşdü.  
Onun  cibindən Şahzadənin bütün xanlıqlara yazdığı bir məklub çıxmışdı. Şahzadə 
bu  məktubda  yazırdı:  “Məndən  sorursunuz  ki,  savaşdan  əlimi  çəkmişəm?  Xeyr, 
savaş  mənim  üçün  hələ  bundan belə  başlayır.”  Gerçəkdən  Rusiya  Abbas  Mirzəni 
hər  zaman  böyük  bir  təhdid  ünsürü  kimi  görürdü.  Məğlubiyyətdən  sonra  Rusiya 
istihbaratının  “Abbas  Mirzə,  Xudafərin  civarında  iyirmi  beş  minlik  ordu 
düzənləmişdir” raportu bu təhdidin açıq örnəyidir. Ancaq böyük bir ehtimala görə   
Rusiya Şahzadənin maliyyə sıxıntısı haqqında bilgili imiş. Bu bölgənin ağır keçən   
qışında  Azərbaycan ordusunun ehtiyaclarını və  yeməyini təmin etmək çətin bir iş  
idi.  Bu  üzdən  də  Şahzadə  bir  çox
 
piyadə  nəfərlərinin  evlərinə  dönmələrini  istədi. 
Şahzadə onların baharda geri dönəcəklərinə güvənirdi. Yalnız süvarilər vasitəsi ilə 
hərbi  məşqləri  davam  etmək  istəyirdi.  Savaşın  ağırlığı  dolayısıyla  Azərbaycan 
əyalətinin büdcəsi boşalmışdı. Abbas Mirzə ordunun azuqəsinin istehsalına nəzarət 
etmək üçün bir neçə həftəliyinə Təbrizə getdi. 
Gəncə  və  Qarabağdan  gələn  qaçqınlar  kütləsi  qida  problemini  daha  da 
şiddətləndirirdi.  Gəncə  və  Qarabağ  kəndləri,  demək  olar  ki,  öz  sakinlərindən 
boşalmışdı.  Rus  adını  duyduqlarında  kəndlilərin  canına  qorxu  düşürdü.  Bəzən  də 
bu  qaçqın  kütlələr  çarəsizlikdən  xanların  vədlərinə  inanıb,  onların  arxasınca 
gedirdilər.  Abbas  Mirzə  bir  an  belə  bu  qaçqınların  durumuna  etinasız  qalmırdı. 
Qışın  başladığı  bir  ərəfədə  ayaqyalın,  əyinlərində  yar-yamaqlı  köhnə  paltarlarla 
Araz boyunca dağılmış olan bu qaçqınların vəziyyəti Abbas Mirzəni çox rahatsız 
edirdi. 
Bütün bu problemlərin ötəsində Abbas Mirzə bir də ailəsindəki müşküllərlə 
üz-üzə idi. Vəliəhdlik adayı olan böyük oğlu Məhəmməd Mirzə əskidən öyrətməni 


83 
 
olmuş  yalançı  dərviş  Hacı  Mirzə  Ağasının  təsirinə  düşərək,  xürafata  sövq 
edilmişdi.  Məhəmməd  Mirzə  Avropadan  gələn  hər  şeyə  nifrət  edirdi.  Avropadan 
gələn  yeni  paltarları  öncə  suya  çəkdirib,  qüsl  verdirib  sonra  geyinirdi.  Dərvişin 
yönləndirməsi ilə  riyazətə  çəkilmiş və  çox  yemək  yeməyi ilə  bilinən Məhəmməd 
Mirzə,  yalnız  çörək  və  sirkə  yeməklə  yetinirdi.  O,  dərvişin  etkisi  altında  qalaraq 
öncə  təsəvvüfi  davranışa,  sonra  da  xürafata  yönləndirilmişdi.  Abbas  Mirzə 
düşünürdü ki, əcəba Məhəmməd Mirzənin vəliəhd və taxt-tacın varisi olması üçün 
israr  etməlidirmi?  Digər  yandan,  Abbas  Mirzənin  daimi  eşi  və  vəliəhdin  anası 
Şahzadə  xanım,  Ələsgər  Xan  vasitəsi  ilə  Məhəmməd  Mirzənin  vəliəhd  edilməsi 
haqda  bəzi  işlər  görürdü  ki,  onun  bu  işlərinin  yaxşı  olmayan  nəticələrini  öndəki 
səhifələrdə görəcəyik. 
*** 
Abbas Mirzənin qardaşı oğlu Şeyx-ül Məluk, Talış bölgəsində ona tapşırılan 
postu  tərk  etmişdi.  Özünü  tələm-tələsik  Tehrana  dönməkdə  olan  Şaha  çatdırmaq 
istəyirdi  ki,  onu  postda  saxlamağa  çalışan  Məhəmməd  Xan  Qaragözlüdən  ona 
şikayət  etsin.  Şah  özü  də  artıq  bu  məğlubiyyətdən  sonra  savaşdan  bezmişdi.  Şah 
buyruq  verdi  ki,  qadınlarından  biri  olan  Nuşafərin  Zenganda  onun  istiqbalına 
gəlsin. 
Qaradağ  postu  ona  tapşırılan  Şahzadələrdən  birisi  də  o  qədər  diqqətsiz 
davranmışdı  ki,  o  yerlər  General  Mədədovun  partizanlarının  və  hərbi  qruplarının 
hücumu  üçün  açıq  qalmışdı.  Mədədovun  partizanları  və  hərbi  qrupları  Arazdan 
keçib, Əhərdə və Ərdəbildə əməliyyat etmişdilər. 
Payızdan  etibarən  savaş  susqun  və  durğun  şəkildə  davam  edirdi. 
Mədədovun  ara-sıra  hücumları  savaşı  ayaqda  tuturdu.  General  Mədədovun  kiçik
 
çaplı  bu  hücumları  bir  növ  nəbz  yoxlama  xarakteri  daşıyırdı.  Bu  o demək  idi  ki, 
Azərbaycanı  böyük  bir  təhlükə  təhdid  etməkdədir.  Çünkü  artıq  Gəncə  savaşından 
sonra hər kəsdə rusların daha güclü olduğuna inam yaranmışdı. Mədədov bu kiçik 
həmlələri  ilə  Qacar  tərəfinin  hələ  özünü  toparlaya  bilməmiş  olduğunun  qənaətinə 
varırdı.  Bu  da  başqa  böyük  miqyaslı  həmlə  üçün  ruslara  fürsət  verməkdə  idi. 
Təbrizin  təhdid  altında  olduğu  fikri  ortalıqda  dolaşırdı.  Bu  üzdən  də  şəhərin 
müdafiəsi üçün bəzi önləmlər alınırdı. Digər tərəfdən, qış dolayısı ilə məzuniyyətə 
buraxılan  əsgərlər  geri  çağırıldılar.  Lakin  Mədədovun  bu  kiçik  miqyaslı 
hücumlarının qarşısı alındı. 
Mədədov çox  maraqlı  və qorxmaz bir xarakterə  sahib idi. Əslən Qarabağlı 
idi. Süvariliyi Qarabağda öyrənmişdi. Bu bölgənin adamı olduğu və bölgəni yaxşı 
tanıdığı üçün bir çox əməliyyatlarda başarılı olurdu. 
Təbrizin də təhdid edilməsi üzərinə Abbas Mirzə Şaha bir məktub yazdı. Bu 
məktubda Şeyx-ül Məluk  və  Seyf-ül Məluk kimi bəzi şahzadələrin öz postlarında 
gərəkli  etina  və  özəni  göstərməmələrindən  şikayətlənirdi.  Onların  bu 
davranışlarının onda böyük şübhə doğurduğunu yazırdı. Gələcək, Abbas Mirzənin 
haqlılığını  isbatlayacaqdı.  Baxmayaraq  ki,  onun  bu  məktubu  Tehranda  ona  qarşı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə