Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   37   38   39   40   41   42   43   44   ...   68

84 
 
yeni nifrət və kinlərin ortaya çıxmasına nədən oldu. Abbas Mirzənin rəqibləri onu 
Şahın nəzərindən salmaq üçün uyğun bəhanə tapa bilmirdilər. Söylədikləri dəlillər 
Şahı  təsirləndirə  bilmirdi.  Şah  öz  hesablamasında  Abbas  Mirzəyə  olan  ehtiyacını 
onların söylədikləri ilə ölçürdü və bu hesablamada Abbas Mirzənin ağırlığı ortaya 
çıxırdı. Ancaq Şahzadənin rəqibləri Abbas Mirzəyə qarşı Şahı təsirləndirə biləcək 
ən uyğun bəhanəni tapmışdılar. Onlar müxtəlif yollarla Şaha çatdırdılar ki, Abbas 
Mirzə  mərkəzin  nəzarətindən  uzaq  olmaq  üçün  Azərbaycandan  heç  yerə  çıxmır. 
Bu, Şahı etkiləyəcək ən güclü bəhanə idi. Onlar bilirdilər ki, balıq sudan kənarda 
yaşaya  bilmədiyi  kimi  Abbas  Mirzə  də  Azərbaycandan  kənarda  ölü  kimi  bir  şey 
olacaqdır. Abbas Mirzənin qərbləşmə reformlarını durdurmanın ən uyğun yolu onu 
Azərbaycandan  ayırmaq  idi.  Çünkü  başqa  vilayətlərdə  Şahzadə  bir  neçə  səbəb 
üzündən bu reformlarını gerçəkləşdirə bilməzdi: Birinci ona görə ki, Abbas Mirzə 
heç  bir  Qacariyyə  vilayətinə  Azərbaycan  qədər  içdən  və  könüldən  bağlı  deyildi. 
İkinci, ona görə ki, heç bir vilayət Azərbaycan qədər Abbas Mirzəni qəbul etməzdi. 
Üçüncü,  ona  görə  ki,  Azərbaycanda  yarımçıq  buraxıb  gedəcəyi  reformları  başqa 
vilayətdə gerçəkləşdirə bilməsi zaman və imkan baxımından mümkün deyildi. 
*** 
Bahar  gəlmək  üzrə  idi.  Düşmən  yeni  bir  savaş  üçün  hazırlıq  görürdü.  Çox 
qısa bir zaman içində Üçkilsəni işğal etdilər. Bu da İrəvanı mühasirəyə almanın ilk 
işarəsi  idi.  Abbas  Mirzə  sürətli  bir  şəkildə  ordusunu  nizamlamaqla  məşğul  idi. 
Üçkilsənin  işğal  olunması  Şahın  ağlında  Abbas  Mirzəyə  qarşı  yaranan  şübhəni 
ortadan  qaldırmışdı.  Çünkü  ruslara  qarşı  Abbas  Mirzəni  əvəz  edə  biləcək  kimsə 
yox  idi.  Abbas  Mirzə  ta  çocuqluğundan  Azərbaycanda  böyümüş  və  bu  ölkə  ilə 
özdəşləşmişdi.  Şahda  yeni  bir  həyəcan  yaranmışdı.  Qarşıdan  gələn  yayı 
Sultaniyyədə deyil, savaş sınırlarına yaxın bir yerdə keçirmək istəyirdi. 
Savaşın ağır xərci Azərbaycanın belini bükməkdə idi. Maliyyə və vergiləri 
artırmaq lazım idi. Abbas Mirzə məcburən bu işə getmək zorunda idi. Baxmayaraq 
ki,  vergiləri  artırmaq  Abbas  Mirzənin  başlatdığı  reform  sürəcinə  qarşı  idi.  Lakin 
Şahzadənin  başqa  çıxış  yolu  yox  idi.  O,  Azərbaycanı  qorumaq  üçün  yenə  də 
Azərbaycana  arxalanmalı,  Azərbaycan  əhalisinə  dayanmalı  idi.  Jamse  Morier 
(Cemz  Moryer)  in  yazdığından  belə  anlaşılır  ki,  Abbas  Mirzə  Şahın  Azərbaycana 
gəlməsinə  qətiyyən  sevinmirmiş,  həm  də  üzülürmüş.  Çünkü  Azərbaycan 
ordusunun xərcini təmin etməkdə zorluq çəkən Abbas Mirzə Şahın və çevrəsindəki 
böyük ekipin və  dəstələrin də  xərcini  azərbaycanlıların  üzərinə  yükləməli idi.  Bu 
üzdən  də  hər  dəfə  Şahın  Azərbaycana  gəlişini  duyduğunda  onun  üzgün  olduğu 
bütün davranışlarından bəlli olurmuş. Bu dəlilə görə də atasına bir məktub yazaraq 
Şahən-şahın  yerinə  yardımçı  orduların  Azərbaycana  gəlməsi  daha  faydalı  olur  və 
savaşın  gedişinə olumlu etki göstərir deyə  mülahizələrdə bulundu. Şahzadə Şahın 
bu  il  də  Sultaniyyədə  istirahət  etməsini  arzu  edirdi.  Bu  məktublar  Fətəli  Şahı 
əsəbiləşdirir  və  oğluna  qarşı  şübhələrin  təkrar  güclənməsinə  səbəb  olurdu.  Şah 


85 
 
zənn  edirdi  ki,  Abbas  Mirzə  artıq  özünü  Azərbaycan  padşahı  kimi  aparmağa 
başlamışdır. Bu nədənlə də onun Azərbaycana gəlişini istəməməkdədir. 
Şah  öz  ordu  birimləri  ilə  tələsik  bir  vəziyyətdə  Təbrizə  yola  düşdü.  Şah  o 
günə qədər heç ağzına almadığı sözləri danışır və şübhələrini açıqca söyləyirdi. Bu 
da  çevrədəkilərin  şaşqınlığına  səbəb  olmuşdu.  Şah  deyirdi  ki,  eşitmişəm  Abbas 
Mirzə ruslarla gizlincə danışığa başlamış. Hər kəs düşünürdü ki, Şah Təbrizə doğru 
bu  alışılmadıq  sürətli  hərəkəti  ilə  Abbas  Mirzəni  ruslarla  birləşib  mərkəzə  qarşı 
əməliyyata keçmədən öncə yuvasında basmaq istəyir. 
Abbas  Mirzə  atasının  başqa  bir  dönəmə  mənsub  olduğunu  düşünürdü.  Bu 
əski yönətim şəkli ilə gəlişməkdə olan rus ordusunun qarşısında müqavimət etmək 
olmaz deyə düşünürdü. Qacar dövlətində avropalılarla geniş miqyaslı münasibətdə 
olan  ilk  şəxs  Abbas  Mirzə  idi.  Şahzadə  avropalılar  vasitəsi  ilə  konkret  vətən 
anlayışını öyrənmiş və dinlərin uydurduğu obstrakt insan tipinin ötəsində vətəndaş 
insan tipini düşünürmüş. Azərbaycan insanlarına sadəcə, vergi ödəməsi gərəkən bir 
arac və Tanrı bəndəsi kimi baxmır, həm də onlara birər vətəndaş, ancaq və ancaq 
Azərbaycana  aid  insanlar  kimi  baxmağa  başlamışdı.  Abbas  Mirzənin  bu 
vətəndaşlıq  anlayışı  sadəcə,  Azərbaycanı  ehtiva  etməkdə  idi.  Çünkü  başqa 
vilayətlərlə  onun  əlaqəsi  yox  idi.  Başqa  vilayətləri  başqa  şahzadələr  idarə  edirdi. 
Abbas  Mirzə  avropalı  müşavirlərindən  bir  çox  texniki  və  hərbi  bilgi  öyrənmişdi, 
lakin öyrəndiyi ilk mənəvi dəyər siyasi, iqtisadi, ictimai və tarixi içəriyi olan vətən 
sevgisi və milli coğrafıya idi. 1789-cu il Böyük Fransa inqilabı bütün Qərbdə milli 
dövlət  anlayışını  ortaya  qoymuşdu.  Bu  devrimin  gətirdiyi  ulusçuluq  duyğusu 
özəlliklə Fransa ordusu  tərəfindən həmən özümsəndi. Fransa ordusunda  güclü bir 
milliyyətçilik  şüuru  və  duyğusu  dalğalanmaqda  idi.  Bu  üzdən  də  Fransanın 
ordusuna mənsub olan albaylar və digər görəvli şəxslər istər-istəməz bu düşüncəni 
də  özləri  ilə  bərabər  getdiyi  ölkələrə  aparırdılar.  Qərbin  gəlişməsinin  səbəblərini 
irtibatda olduğu qərblilərdən öyrənməyə çalışan Abbas Mirzə milli dövlət anlayışı 
haqqında  da  fransız  albaylardan bir  çox şeylər öyrənmiş, bu haqda  onlara  sorular 
yönəltmiş və onun düşüncəsini alt-üst edəcək cavablar almışdı. Şahzadə Fransada 
1789-cu  ildə  baş  verən  inqilabın  mahiyyəti  və  amacı  haqda  bir  çox  bilgilər 
edinmişdi.  Bütün  çocuqluq  xatirələri  ilə  Azərbaycana  bağlı  olan  Şahzadə  Qərb 
modeli miliyyətçilik fikrini bildikdən sonra, sadəcə, duyğu planında deyil, həm də 
şüur planında Azərbaycana bağlanırdı. Azərbaycan onun üçün Qacar
 
vilayətlərinin 
hər  hansı  biri  kimi  deyildi.  O,  batılılardan  aldığı,  mənimsədiyi  görüşləri 
Azərbaycanda  tətbiq  etməyə  çalışırdı.  Azərbaycanlılara  dindaş  insanlar  kimi 
baxmırdı,  çünkü  dində  vətəndaş  anlayışı  yoxdur.  Dində  vətəndaş  yoxdur,  insan   
vardır,  mücərrəd  insan  tipini  rəmzləşdirməkdə,  çağrışdırmaqdadır  dinlər.  
Cümhuriyyətçilik  və  sekular  düşüncəni  dünya  tarixinə  gətirən  Böyük  Fransa 
inqilabının  istəkləri  Abbas  Mirzəni  uzun-uzun  düşündürməkdə  idi.  Şahzadə  hiss 
edirdi ki, həqiqətən də Azərbaycan insanı onun üçün İslam dininin təlqin etdiyi hər 
hansı  bir  insan  deyildir.  O,  Azərbaycan  insanının  onun  qəlbində  və  şüurunda  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə