Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   39   40   41   42   43   44   45   46   ...   68

88 
 
Abbasabadın  yaxınlığında  yerləşmiş  rus  alaylarını  mühasirəyə  almaq  istədi.  Plan 
belə  idi  ki,  öncə  bir  neçə  dəstə  kəşfiyyat  amacı  ilə  gecənin  qaranlığından  istifadə 
edib rus qərargahına yaxınlaşacaq, sonra ruslar onları təqib etdiyində Abbas Mirzə 
başqa istiqamətdən hücuma başlayacaqdı. Araz çayının o  tərəfində nisbətən geniş 
olan  Gəçlər  adında  bir  düzənlik  vardı.  Hər  tərəfi  açıq  olan  Gəçlər  düzənliyi 
Abbasabad qalasının hər tərəfdən görünməsini sağlayırdı. Bu üzdən də rus saxlusu 
Azərbaycan  alaylarının  hərəkətlərini  kontrol  altına  ala  bilirdi.  Qarşı  tərəfdə  bu 
düzənlik  təpələrlə  sınırlanırdı.  Şahzadə  öz  komutanları  ilə  bu  təpələrin  arxasında 
qazılmış  xəndəklərdə  yerləşdilər.  Alaylar  isə  təpələrin  müxtəlif  yerlərində  səngər 
tutdular.  Uyğun  zamanı  gözləməkdə  idilər.  Öncə  bu  planın  istənildiyi  kimi 
yürüdüyü  sanılırdı.  Ruslar  Azərbaycan  ordusunun  kəşfiyyat  dəstələrini  təqib 
etməyə başladılar. Beş rus alayı Arazı keçib onları təqibə başladı. 
Abbas  Mirzə  kiçik  qardaşlarından  biri  olan  Əlinağı  Mirzəni  öz  yanında 
bulundurmaqda  idi.  Abbas  Mirzə  bu  qardaşı  ilə  çox  yaxın  idi  və  ona  bir  çox 
mövzular  haqqında  danışır, danışdıqca da  özünü rahat  hiss edirdi.  Asəf-əd Dövlə 
Əlinağı Mirzənin də onların yanında olmasını Şahdan istəmiş, Şah da izn vermişdi. 
Şübhəsiz  ki, Əlinağı Mirzə gizlincə  Şaha bilgilər ötürürdü. Yayın istisi  dözülməz 
vəziyyətə  çatmışdı.  Bu  yay  istisində  onlar  öz  planlarının  qaydasında  gedəcəyini 
düşünürdülər.  Ancaq  Abbas  Mirzə  və  çevrəsindəki  komutanlar  düşündülər  ki, 
Abbasabad  qalasının  hakimi  Ehsan  Xanı  da  plandan  xəbərdar  etmələri  gərəkir. 
Lakin Ehsan Xan Abbasabad qalasının hakimliyini Şahzadə sarayının böyük xocası 
Ələsgər  Xanın  vasitəçiliyi  ilə  almışdı.  O,  bu  postda  uzun  zaman  qalacağına 
inanmırdı,  bu  üzdən  də  düşməndən  bir  ödüllər  almaq  fikrində  idi.  Ehsan  Xanın 
bilməsi zəruri olmayan bir çox hərbi sirlər haqqında çox bilgi birikdirmişdi. Ehsan 
Xan  gizlincə  bir  çapar  göndərib  və  Abbas  Mirzənin  bütün  planlarını  Paskeviçə 
çatdırdı.  Qalanın bütün  savunma  sistemi haqda  düşmənə  bilgi verdi.  Özəlliklə  bu 
savaşda Abbas Mirzənin şəxsən iştirak edəcəyi haqda da bilgi verdi.
43
 
Rus  alayları  Azərbaycan  ordusuna  mənsub  kəşfiyyat  dəstələrini  təqib 
etməkdə idi. Artıq rus ordusu Şahzadənin bütün planları haqda bilgi sahibi idi. Bu 
səbəbdən  General  Aristov  Naxçıvandan  yola  düşüb  və  yardıma  gəldi.  General 
Aristov  çox  böyük  bir  təchizatla  gəlmişdi.  Çayın  bu  tərəfindən  o  tərəfinə  körpü 
sala  biləcək  bütün  təchizatı  ilə  gəlmişdi.  Rus  alayları  Azərbaycan  kəşfiyyat 
dəstələrini təqib edərkən Abbas Mirzə ilə qarşılaşacaqlarını və arxadan da General 
Aristovun  onlara  yardıma  gələcəyini  bilirdi.  Çox  keçməmişdi  ki,  rus  topxanası 
Gəçlər  düzəngahını  atəş  altına  aldı.  General  Aristovun  qüvvələri  Calalbulaq 
dərəsindən  keçdiyi  üçün  rus  tarixçilər  bu  savaşın  adını  Calalbulaq  olaraq 
yazmışlar. Lakin biz Cahangir Mirzənin yazdığı bilgiləri daha doğru olaraq bilirik 
və  bu  savaşın  adını  “Yeni  tarix”də  olduğu  kimi  Gəçlər  olaraq  yazırıq.  Abbas 
                                                           
43
 Cahangir Mirzə,Yeni tarix. 
 


89 
 
Mirzənin  əsas  hədəfi  rusları  Abbasabad  çevrəsindən  uzaqlaşdırmaq  olduğu  üçün 
buraya çox birlik sövq etməmişdi. Bir ingilis tarixçi  yazır ki, bu savaşda Asəf-əd 
Dövlə  fərar  etdi  və  öz  əmrində  olan  alayını  da  geri  çəkdi.  Abbas  Mirzə  geriyə 
çəkilmə zorunluluğunu duyduğunda bu işi fərar şəklində deyil, bir intizamla etmək 
istədi.  Piyadələr  və  özəl  qvardiya  Şahzadənin  çevrəsində  idi,  lakin  düşmənin 
amansız top atəşi onlara savaşmaq imkanı vermirdi. Abbas Mirzənin əsir alınması 
üçün  ruslar  çox  münasib  fürsət  yaxalamışdılar.  Qazaqlar  geri  çəkilməkdə  olan 
Abbas Mirzəni bir neçə dəfə mühasirəyə aldılar. Şahzadənin yanında bulundurduğu 
bayraqdarlarından  bəziləri  öldü  və  bəziləri  də  əsir  düşdü.  Abbas  Mirzə  əsir 
düşməməsi  üçün  atdan  enib  və  piyadələri  ilə  bir  yerdə  düşmənlə  savaşa  başladı. 
Şahzadənin piyadələrə qatılması piyadə nəfərlərdə ruh yüksəkliyi yaratmışdı. Onlar 
Şahzadəni  qorumaq  üçün  ölüm-dirim  savaşına  girmişdilər.  Rus  piyadələri  ilə 
Azərbaycan  ordusunun  piyadələri  iç-içə  girmiş  və  süngülərlə  savaşırdılar.  Artıq 
Abbas Mirzə savaşın tam ortasında idi və Azərbaycan  piyadələrinin  məğlubiyyəti  
durumunda  Şahzadə  ya  öldürüləcək  ya  da  əsir  alınacaqdı.  Abbas  Mirzə  biricik 
qurtuluş  yolunu  son  nəfəsinə  qədər  savaşmaqda  görməkdə  idi.  Bir  çıxış  yolu  var 
idi,  o  da  rus  piyadələrini  məğlub  edib  geri  püskürtmək.  Şahzadə  artıq  qılıncı  və 
tüfəngi ilə savaşırdı. Şahzadənin özəl qvardiyası onu nə qədər qorumağa çalışsalar 
da  artıq  iş  bu  durumu  aşmışdı.  Şahzadə  hər  kəsə  son  nəfəsinə  qədər  savaş  əmri 
vermişdi  və  özü  də  artıq  bir  əsgər  kimi  savaşırdı.  Bir  neçə  dəfə  şahzadəni  hədəf 
alan düşmən gülləsinə və qılıncına onun fədailəri gövdələrini sipər etdilər. Asəf-əd 
Dövlənin  fərar  etməsinə,  Azərbaycan  ordusuna  yardımın  gəlməməsinə  rəğmən, 
zaman  keçdikcə rus piyadələrinin sayı azalırdı. Sanki Başvəzir və başqaları da bu 
savaşda  Şahzadənin  əsir  düşməsindən  yanaydılar.  Şahzadənin  əsgər  kimi  savaşa 
qatılması  Azərbaycan  ordusunun  gücünü  və  savaş  qabiliyyətini  hədsiz  dərəcədə 
yüksəltmişdi.  Sonralar  bu  savaşla  ilgili  xatirələrini  yazan  General  Paskeviç  əsas 
hədəflərinin  Şahzadəni  əsir  almaq  olduğunu  söyləyəcəkdi.  Lakin  Şahzadənin 
Azərbaycan  ordusunun  piyadələri  ilə  bir  yerdə  başarılı  savaşları  düşmənin  bu 
hədəfə  çatmasını  önləmişdir.  Şahzadənin  əsir  alınması  üçün  lazımi  bilgiləri, 
Şahzadənin hansı istiqamətdə olduğunu Ehsan Xan ruslara çatdırmışdı. Çox sayda 
piyadələrinin ölümünü görən ruslar hücumu durdurmaq zorunda qaldılar. 
*** 
Bu  ağır  savaşdan  sonra  geri  dönən  Abbas  Mirzəni  sevindirən  bir  şey 
vardısa,  o  da  Xoyun  civarındakı  Çorusda  qoyub  getdiyi  ordunun  yerində  olması 
idi.  Çorusda  gözətçilər  hətta  təkbaşına  gələn  nəfərə  belə  giriş  izni  vermirdilər. 
Şahzadə gələnə qədər hətta dövlət rəsmilərini belə içəri buraxmamışdılar. Şahzadə 
gəldiyində isə ehtiram göstərgəsi olaraq böyük bir istiqballa içəri alındı. 
Bir neçə gündən sonra Abbas Mirzə üzücü xəbərlər aldı. Ruslar Abbasabad 
qalasının  qarşısında  başqa  bir  savunma  qalası  təşkil  etmişdilər.  Ehsan  Xanın 
xəyanəti bəlli olmuşdu. O öz xəyanətini çox ustalıqla yerinə yetirmişdi. O, Abbas 
Mirzəyə  sadiq  olan  mənsəb  sahiblərini  qaladan  uzaqda  saxlamağı  başarmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə