Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   40   41   42   43   44   45   46   47   ...   68

90 
 
Qalanın boşalmasına əmr vermiş və düşmənin hücumu və qalanı işğalı üçün uyğun 
zəmin  yaratmış  və  sonra  da  etdiklərini  düşmənə  xəbər  vermişdi.  Ehsan  Xanın  bu 
xəyanətinə Kəngərli alayı da qatılmış və iş birliyi ilə xainlik etmişdilər. 
Abbasabad  məğlubiyyəti  Qacar-Rus  savaşının  xarakterində,  gedişində 
böyük bir dönüşün olduğunu isbatladı. 
Bu  sıralarda  rus  ordusunun  qərargahına  bir  diplomatik  mərkəz  də  əkləndi. 
Bu  diplomatik  mərkəzin  başında  Qriboyedov  adında  bir  şəxs  durmaqda  idi. 
Qriboyedov  şair  və  ədib  birisi  idi.  Qriboyedovun  Qafqaz  hərbi  üssündə  diplomat 
seçilməsini  buna  bağlayırdılar  ki,  onun  qadını  Rusiyanın  müttəfiqi  olan  gürcü 
əyanlarından birinin qızı imiş. 
Qriboyedov bir heyətlə Xoya gəlib və bu savaşın anlamsız olduğu haqda öz 
fikirlərini söyləmişdi. O, barış planını da özü ilə bərabər gətirmişdi və bu planı da 
Xoyda  açıqladı.  Bu  plana  görə  Arazın  quzeyindəki  ərazilər  ruslara  buraxılmalı, 
Qacar dövləti savaş suçlusu olaraq yeddi yüz min tümən qızıl para ödəməli idi. Bu 
qədər  məbləğin  rus  barış  planında  yer  alması  Fətəli  Şahı  çox  rahatsız  etmişdi,  o, 
gedən ərazilərdən daha çox bu məbləğ konusunda əndişələnirdi. 
Şah, büdcəsinə bu qədər ziyanın gəlməsindən çox əsəbiləşmişdi. Lakin rədd 
cavabı vermədən əvvəl böyük şuranın təcili toplanmasını istədi. Rəqib şahzadələr 
və  digər  dövlət  böyükləri  yenə  də  bu  fürsətdən  yararlanaraq  Şahı  Abbas  Mirzəyə 
qarşı  qoymağa  çalışdılar.  Lakin  bütün  bunlara  rəğmən  Abbas  Mirzəni  də  böyük 
şuraya çağırdılar. İrəvan hakimi Sərdar Hüseyn Xan da böyük şurada bulunmaqda 
idi. Sərdar Hüseyn Xan İrəvanın ruslara buraxılmasına qəti şəkildə etiraz edirdi. 
Sərdar Hüseyn Xan yaşlanmasına rəğmən İrəvanı savunacağında qərarlı idi. 
O,  qardaşı  Sərdar  Həsən  Sarı  Aslanla  bərabər  İrəvanın  gəlişməsinə  əmək  sərf 
etmişdi. İndi onu bu rahatlıqla
 
ruslara buraxmaq istəmirdi. Lakin artıq Hüseyn Xan 
savaş  və  savunma  texnikası  baxımından  çox  geri  qalmışdı.  Güclü  rus  ordusunun 
qarşısında  İrəvanı  savuna  biləcəkləri  sanılmırdı.  Sərdar  Hüseyn  Xan  İrəvanı  rus 
ordusu  qarşısında  savuna  biləcəkləri  haqda  Şahı  razı  salmağı  başarmış, 
Qriboyedova  rədd  cavabı  verilməsini  rica  etmişdi.  Bu  toplantı  müddətincə  Abbas 
Mirzə səssiz qalmağı tərcih etdi. Onun solğun rəngi çox əzab çəkdiyini göstərirdi. 
Bilirdi ki, artıq atasının güvənini itirmişdir. Bilirdi ki, artıq Azərbaycan ordusunu 
təmin  edəcək  maddi  gücü  qalmamışdır  və  ordunun  ibtidai  ehtiyaclarını  bərtərəf 
etməkdə  belə  zorluq  çəkməkdə  idi.  Məğlubiyyətlər  və  özəlliklə  Abbas  Mirzənin 
daha  çox  Təbrizdən  kənarda  olması  və  Azərbaycanın  mərkəzinə  nəzarət  edə 
bilməməsi  Təbrizin  büdcəsinin  boşalmasına  səbəb  olmuşdur.  Abbas  Mirzə  daima 
yollarda  idi,  savaşlarda  və  alaylara  nəzarət  hərəkətliliyində  idi.  Bu  üzdən  də 
ürətimə  (istehsala)  nəzarət  edə  bilmirdi.  Artıq  nizamsızlıq  Azərbaycanı  sarmış 
durumda  idi.  Özəlliklə  Şahzadənin  məğlubiyyətləri  bu  kaosu  daha  da  artırırdı. 
Abbas Mirzə artıq hiss edirdi ki, Azərbaycan ordusu ilə böyük savaşlara qatılması 
mümkün olmayacaq. Həm büdcə yoxluğu, həm də Azərbaycandakı ruh düşkünlüyü 


91 
 
bu  intizamsızlığı  get-gedə  artırırdı.  Digər  tərəfdən,  Rusiya  gündən-günə  güclənir 
və işğalçılıq meyillərini artırırdı. 
Abbas  Mirzə  başından  bəri  başlanmasını  istəmədiyi  savaşın  suçlusu  kimi 
təqdim  olunurdu.  Abbas  Mirzə  Hüseyn  Xanın  söylədiklərinə  qatılmırdı.  O  bilirdi 
ki,  İrəvan  rusların  uzun  müddətli  mühasirəsi  və  hücumu  qarşısında  müqavimət 
göstərə  bilməz.  Ancaq  İrəvanın  Azərbaycandan  ayrılıb  ruslara  verilməsini  də  öz 
savaşçı qüruruna sığdıra bilmirdi. Bu üzdən də içini böyük bir dərd sarmışdı. Bütün 
ruhu  ilə  bağlı  olduğu  Azərbaycanın  parçalanmasını  görürdü.  Bu  yurdun 
bütövləşməsi  üçün  nə  qədər  savaşsa  və  canını  təhlükələrə  atsa  da  müvəffəq  ola 
bilməmişdi.  Müvəffəq  ola  bilməyəcəyini  də  gördüyündə  içini  sarmış  bu  fəlakəti 
ancaq  səssizlik  içində  daşıyırdı.  Abbas  Mirzə  bilirdi  ki,  Rusiya  Fətəli  Şahın  rədd 
cavabını  eşitdiyində  İrəvanın  mühasirə  işinə  başlayacaqdır.  Sadəcə,  bu  mühasirə 
Rusiyanın hazırlaşmasına görə bir az gecikə bilərdi, ancaq başlayacağı yüzdə yüz 
idi.  Abbas  Mirzə  düşünürdü  ki,  özü  də  rusların  imkanlarından  bərxurdar  olsaydı 
bütün Qafqazı Azərbaycana qatardı. Abbas Mirzə bundan sonra Rusiya ilə olacaq 
hər bir savaşın məğlubiyyətlə sonuclanacağına inanırdı. Çünkü bölgənin ən böyük 
savaş  imkanına  sahib  olan  Azərbaycan  ordusu  həm  intizam,  həm  də  mali  imkan 
olaraq çökmüşdü. 
Şah  Rusiyanın  elçilərini  rədd  cavabı  ilə  yola  saldı.  Şah  böyük  bir 
qətiyyətsizliklə  savaşdan  yana  olduğunu  və  ya  savaş  durumunun  davam  etməsini 
istəyirdi. 
Xəzərin  sahilində  yerləşən  Səlyan  adlı  kiçik  bir  kəndin  Cahangir  Mirzə 
tərəfindən  geri  alınması  böyük  həyəcanla  və  abartılaraq  təbliğ  edilir,  Abbasabad 
məğlubiyyətini  ört-basdır  eləmək  üçün  kullanılırdı.  Səlyanı  geri  alan  komutanlar 
ödülləndirilsələr də lakin hərbdən anlayan hər kəs bilirdi ki, Səlyan uzun müddət 
Azərbaycan  ordusunun  kontrolunda  qala  bilməz.  Bu  üzdən  Cahangir  Mirzə  öz 
ordusu  ilə  bir  yerdə  ruslar  tərəfindən  əsir  alınmasın  deyə  Abbas  Mirzədən  əmr 
gəldi  ki,  Ərdəbilə  doğru  geri  çəkilsin.  Səlyan  Azərbaycan  ordusundan  tamamən 
boşaldıldı. 
Barış  müzakirələri  durdurulmuş,  savaş  təkrar  başlamaq  üzrə  idi.  Abbas 
Mirzə  artıq  Tehrandan  heç  bir  maddi  yardım  ala  bilmirdi.  Hər  şey  cığırından 
çıxmışdı. Şahzadə əsgərlərinin qarnını zorla doyururdu. Düşündü ki, rusların ərzaq 
üssü  olan  Üçkilsəyə  ani  bir  hücum  edərsə  ordusunun  ehtiyacını  oradan  əldə  edə 
bilər. Bir zamanlar Üçkilsədə Fətəli Şaha və Abbas Mirzəyə Napoleon Bonopartın 
qələbələrindən danışan və Abbas Mirzəyə ruslarla savaşmaq üçün Fransa ilə ittifaqı 
önərən erməni keşişi artıq rusların yanında yer almış və Azərbaycan ordusuna qarşı 
öz nifrətini ortaya qoymağa başlamışdı. 
Abbas Mirzə bu  ən  son əməliyyatını bir  şans olaraq dənəmək istəyirdi. Bu 
üzdən də ən yaxşı və inanılır nəfərlərini, komutanlarını bu hücuma hazırladı. 5000 
nəfər  piyadə  və  5000  nəfər  də  Avşar  və  Şahsevən  ellərindən  oluşan  süvari  təşkil 
etdi. İyirmi səkkiz top da bu hücumda kullanılacaqdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə