Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   42   43   44   45   46   47   48   49   ...   68

94 
 
gücümüz  qalmamışdır,  sülh  etmək  zorundayıq”.
44
 Ancaq  Şahın  ətrafını  sarmış 
digər Şahzadələr və Abbas Mirzənin rəqibləri bütün bu fəlakətlərin səbəbkarı kimi 
Abbas Mirzəni görürdülər. Abbas Mirzənin varlığını öz övladlarının gələcəyi üçün 
təhdid  ünsürü  kimi  görən  Şahın  qadınları  da  hər  gecə  Abbas  Mirzənin  arxasınca 
Şaha  qeybət  edir,  onun  yenilikləri  ölkəni  bərbad  etdi  deyə  şikayətlənirdilər. 
Padşahın  Abbas  Mirzəyə  qarşı  qızması  üçün  hər  tür  zəminin  hazır  olduğu  bir 
ortamda  Şahzadənin  bu  məktubu  Şaha  çatdırıldı.  Şah  hiddətlə  Abbas  Mirzəyə 
qızmağa başlamışdı. 
İrəvanın  və  Sərdarabadın  düşmə  xəbərini  Şahzadə  Şindabadda  eşitdi. 
Şindabadda  Şahzadə  daha  qorxunc  bir  xəbər  də  eşidəcəkdi:  Təbrizin  ruslar 
tərəfindən  işğal  edilmə  xəbərini!  Artıq  onun  ailə  üzvlərinin  və  qadınlarının  da 
ruslar  tərəfindən  əsir  alınıb  və  hətta  namuslarına  təcavüz  edilmə  məsələsi 
Şahzadənin  ağlından  keçirdi.  Səltənət  ailəsinə  mənsub  olan  bu  insanlar  düşmən 
üçün çox önəmli girov və əsir olaraq nəzərə gəlirdi. Çünkü düşmən bu əsirləri geri 
vermək  üçün  böyük  imtiyazlar  ala  bilərdi.  Digər  tərəfdən,  Təbrizin  işğalı  Abbas 
Mirzənin  sonu kimi bir şey idi. Sadəcə, bu şəhərdə  mövcud olan Şahzadənin  var-
dövləti,  ordu  qərargahları  talanmayacaqdı,  Azərbaycan  ordusunda  da  təmiri 
mümkün olmayan ruh düşgünlüyü yaranacaq, ordu savaş qabiliyyətini daimi olaraq 
itirəcəkdi.  Şahzadəni  şaşırdan  Təbrizin  müqavimətsiz  təslim  olması  idi.  Təbriz 
uzun  zaman  idi  kaosa  sürünməkdə  idi.  Şahzadə  daima  səfərlərdə  olurdu.  Digər 
tərəfdən,  Şah,  Azərbaycanı  öz  kontrolunda  saxlaması  və  Şahzadəyə  olan 
şübhələrini  bərtərəf  etməsi  üçün  Asəf-əd  Dövləni  Təbrizə  nəzarət  etməyə 
göndərmişdi.  O  isə  öz  eyş-işrəti  ilə  məşğul  idi  və  əhalinin  nifrətini  qazanmışdı. 
Əhali  Asəf-əd  Dövlənin  başçılığı  altında  şəhərin  müdafiəsinə  qalxmaq 
istəməmişdi.  Təbrizin  işğalı  zamanı  Şahzadəni  sevən  bir  çox  insan  şəhərdən 
kənarda  idi.  Böyük  oğullarından  biri  Xoyda,  digəri  də  Ərdəbildə  idi.  Digərləri  də 
müxtəlif  qərargahlarda  idilər.  Yalnız  böyük  xoca  Ələsgər  Xan  Şahzadənin 
nümayəndəsi  olduğunu  iddia  edirdi.  Ələsgər  Xan,  Şahzadə  Xanımın  (Abbas 
Mirzənin Qacar soyundan olan xanımı) himayəsi ilə hər kəsdən çox rüşvət alsaydı, 
onu iş başına gətirirdi. 
Təbrizin  ruhani  rəhbəri  Mirzə  Yusif  yenicə  ölmüşdü.  Onun  var-dövlət 
düşgünü  olan  oğlu  gənc  ruhani  Mir  Fəttah  əhalinin  fikrini  azdırmaq  üçün  çox 
uyğun faktor idi. Mir Fəttah fətva vermişdi ki, artıq müqəddəs İslam-Kafir savaşı 
bitmişdir, Tanrı rusların yardımçısı olmuşdur. Tanrının iradəsinə tabe olub ruslara 
itaət etməliyik. 
Beləliklə,  Təbriz  heç  bir  dirəniş  göstərmədən  təslim  olmuşdu.  Ancaq 
düşmən  Təbrizə  qədər  necə  gəlmişdi  ki,  kimsə  bilməmiş  və  yol  boyunca  heç  bir 
                                                           
44
Əhvalat  və  dəst  xətthaye  Abbas  Mirzə  Naib-üs  Səltəne  (Abbas  Mirzənin  tərcümə-i  halı  və 
əlyazmaları). 
 


95 
 
qarşıdurma olmamışdı? Bu mövzu özü ayrıca bir tarixdir. Aylar öncədən Təbrizin 
işğalı  üçün  Paskeviç  hər  tür  hazırlığı  etmişdi.  Casusları  vasitəsi  ilə  Təbrizin 
savunma imkanlarını öyrənmiş, iqtisadi həyatı haqda bilgi əldə etmişdi. Bu üzdən 
də  Abbas  Mirzə  Təbrizdə  olan  hərbi  imkanları  daşımadan  bu  şəhər  işğal  edilməli 
idi.  Digər  tərəfdən,  Təbriz,  Abbas  Mirzənin  həm  çox  güvəndiyi,  həm  çox  sevdiyi 
şəhər  olmanın  yanı  sıra,  Şahzadə  burada  bir  çox  reformlar  gerçəkləşdirmişdi.  Bu 
şəhərin işğalı ilə eyni zamanda Abbas Mirzənin heysiyyətinə böyük zərbə endirir, 
gələcəkdə  onun  şah  olma  şansını  əlindən  ala  bilərdilər.  Çünkü  Abbas  Mirzənin 
Fətəli  Şahın  ölümündən  sonra  tac-taxt  sahibi  olması  Rusiyanın  mənafeyinə  qarşı 
idi. Bütün ölkəni Avropa ilə ittifaqa götürmə gücü olan və bu vəsilə ilə də güclü və 
modern  bir  məmləkət  yarada  biləcək  bir  şəxsin  şah  olması  Rusiyanın  bölgədəki 
çıxarlarını təhdid edirdi. Bu üzdən də Şahzadənin başkəndi işğal edilməli idi. 
Abbas  Mirzə,  Abaran  savaşında  zəfər  qazanmasına  rəğmən  geri  çəkilməsi 
Rusiyanı  Şahzadənin  qaynaqlarının  tükənməsi  konusunda  şübhələndirmişdi.  Bu 
şübhəni  dəqiqləşdirmək  üçün  araşdırmalar  aparılmış  və  haqlı  olduqları  ortaya 
çıxmışdı.  Bu  nədənlə  də  Paskeviç  böyük  bir  cəsarətlə  dirək  Təbrizə  doğru 
irəliləməyə başlamışdı. Paskeviç özü Culfa  yolu ilə Təbrizə tərəf hərəkətə başladı. 
General  Aristov  isə  bir  sütun  ordusuyla  Naxçıvandan  Təbrizə  doğru  hərəkətlənib 
və Mərənd yolu ilə Şahzadənin başkəndinə doğru hərəkətə davam etdi. 
Cahangir Mirzənin yazdığına görə Nəzərəli Xanın edamından sonra Mərənd 
xanları  Şahzadəyə  qarşı  düşmənlik  duyğusu  bəsləməyə  başlamışdılar.  Bu  xanlar 
intiqam  üçün  fürsət  axtarırdılar.  Ona  görə  də  bu  xanlar  Naxçıvanda  General 
Aristova  varıb  və  Təbrizin  kaotik  durumunu  anlatmış,  Təbriz  baş  ruhanisi  Mir 
Fəttahın  mövqeyini  ona  bildirmişlər.  Generala  demişdilər:  “Təbrizdə  az  əhali  var. 
Təbriz  əhalisi  sizin  gəlişinizdən  yanadır.  Mir  Fəttah  da  belə  düşünür.  Əgər  siz 
Abbasabad  qalasında  min  nəfər  qoyub  və  üç  min  nəfərlik  orduyla  Mərənd 
istiqamətindən  Təbrizə  hücum  etsəniz,  şəhəri  təslim  ala  bilərsiniz.  Siz  Təbrizə 
yaxınlaşdığınızda  əhali  üsyan  edib  və  sizə  yardımçı  olacaq.”
45
 Sonra  da  rus 
ordusunun  hansı  yollarla  Təbrizə  gəlməsi  üçün  bələdçilik  də  etmişlər.  General 
Aristov 3.000 piyadə, 1.000 qazaq və on topla Təbrizə yola düşmüşdü. Rus ordusu 
Təbrizin  altı  ağaclığında  olan  Sofyana  çatdığında  şəhərin  əhalisində  təslimiyyət 
duyğusu yaranmağa başlamışdı. Çünkü Şahzadənin başkəndinin burnunun ucunda 
olan  rus  ordusu  heç  bir  dirənişə  rastlanmadan  buraya  qədər  gəlmişsə,  Təbrizə  də 
girəcəkdir demək idi. 
Asəf-əd Dövlə və Ələsgər Xan dəqiq bilgi öyrənmək üçün Sofyana tərəf bir 
neçə  süvari  göndərdilər.  Düşmənin  Təbrizin  dörd  ağaclığında  olduğu  öyrənildi. 
Şahzadəyə  sadiq  olan  barmaq  sayı  adamlar  həmən  Təbrizin  iyirmi  ağaclığındakı 
qərargahda olan Abbas Mirzəyə xəbər verməkdən yanaydılar. Bəziləri də fərardan 
yanaydılar.  Ruhani  rəhbərin  təsiri  altında  olan  çoğunluq  isə  Mir  Fəttahın 
                                                           
45
Cahangir Mİrzə, “Yeni tarix”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə