Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   32   33   34   35   36   37   38   39   ...   68

74 
 
Bu  arada  Şuşanın  mühasirəsinə  aid  işlər  davam  etməkdə  idi.  Qala 
divarlarının altında xəndək qazmaq çox çətin idi. Məhərrəm ayının gəlməsi və yas 
törənlərinin  başlaması  belə,  xəndək  qazma  işini  əngəlləmədi.  Bu  arada  iki  din 
xadimi  öz  dini  təbliğatlarına  davam  edirdilər.  Bunlar  Molla  Əhməd  Nəraqi  və 
Axund  Molla  Məhəmməd  Muğani  idi.  Bu  iki  şəxs  əyinlərindəki  qara  paltarla 
ordunun  içində  dolaşıb  və  cəhad  təbliğatı  edirdilər.  Bu  savaşın  müsəlmanlarla 
kafirlər  arasında  olduğu  haqda  təbliğat  aparırdılar.  Ancaq  Abbas  Mirzə  din 
xadimlərinin  bu  tür  davranışlarından  kəsinliklə  xoşlanmırdı.  O  bilirdi  ki,  bu 
təbliğatlarla  rus  topları  qarşısında  müqavimət  göstərmək  olmaz.  O,  dini  xurafatın 
təbliği yerinə batılılaşmağı, Batı texnolojisini mənimsəməyi tərcih edirdi. 
Bu  sırada  çaparlar  Başvəzir  Allahyar  Asəf-əd  Dövlənin  gəldiyini 
duyurdular.  Başvəzir  Damğandan  və  Simnandan  yardımçı  güc  gətirmişdi.  Abbas 
Mirzə,  yaltaqlıqda  ustad  olan  və  intriqa  uzmanı  bu  vəzirdən  heç  xoşlanmırdı. 
Başvəzirin ona  qarşı  etdiyi bütün düşmənçilikdən  xəbərdar idi.  Başvəzir
 
nə  savaş 
taktikasından anlayır, nə  də  savaşçı idi. Sadəcə, onun  ən böyük amacı  gördükləri 
işləri ilə şahın rzasını, diqqət və hörmətini qazanmaq idi. Ayağının tozu ilə çatan 
Başvəzir əsəbiləşdi ki, sürətlə davranılmır. Başvəzir düşünürdü ki, tam onun gəlişi 
sırasında  Şuşa  ələ  keçirilərsə  Şahın  yanında  daha  da  etibar  qazanmış  olur. 
Başvəzirin  bu  tür  davranışına  Abbas  Mirzə  müdaxilə  etdi.  Hər  kəsin  gözünün 
önündə onların münasibətləri pozuldu. Ancaq mühasirə işi get-gedə təkmilləşirdi. 
Sentyabrın (eylülün) ortalarında Şuşaya girmə planlaşdırılmışdı. Ancaq Şəmkirdən 
gələn  məğlubiyyət  xəbəri  çox  olumsuz  təsir  göstərməyə  başladı.  Bu  xəbər 
Şahzadənin  sentyabrın  ortasına  bəlirlədiyi  Şuşaya  hücum  planını  alt-üst  etdi. 
Carçılar  ordunun  dəyişik  yerlərində  dolaşıb  və  hücum  gününün  dəyişdiyini 
söyləyirdilər. 
Cahangir Mirzə bu xəbəri duyduğunda çaparaq atasının olduğu çadıra gəldi. 
Abbas  Mirzənin  çadırı  dövlət  yetkililəri  ilə  dolu  idi.  Asəf-əd  Dövlə,  Mustovfi-ul 
Məmalikdən  həmlənin  gecikməsinin  səbəbini  sorurdu.  Onun  bu  davranışı 
Şahzadənin  hüzurunda  çox  yersiz  və  ədəbsiz  hərəkət  kimi  görünürdü.  Şahzadə 
Məhəmmədəli  Mirzənin  göndərdiyi  məktubu  Başvəzir  Asəf-əd  Dövləyə  verib  və 
yüksək səslə oxumasını istədi. Başvəzir məktubu oxuduqca rəngi üzündən qaçır və 
heyrətini  gizlədə  bilmirdi.  Məhəmməd  Mirzə  məktubda  yazmışdı  ki,  onun  səkkiz 
minlik  ordusu  Gəncənin  yaxınlığında  Şəmkirdə  General  Mədədovun  ordusu  ilə 
savaşa girmişdir. Zaman keçdikcə bu savaşda Məhəmməd Mirzənin məğlub olma 
xəbəri  də  Abbas  Mirzəyə  gəlmişdir.  Məhəmməd  Mirzənin  Şəmsəddinli 
çobanlarından  aldığı  bilgiləri  yanlış  dəyərləndirməsi  onun  məğlubiyyətinə  səbəb 
olmuşdur.  Bəlkə  də  bu  çobanlar  ruslar  tərəfindən  alınmış  və  onların  istədikləri 
bilgiləri  Məhəmməd  Mirzəyə  vermişdilər.  Çobanların  dediklərinə  görə  rusların  o 
bölgədə  böyük  birimləri  olmamış  və  sadəcə,  Tiflis  ermənilərindən  olan  kiçik  bir 
alay varmış. 


75 
 
Məhəmməd  Mirzə  dayısı  Əmir  Sərdarla  birlikdə  bu  veriləri  doğru-dürüst 
dəyərləndirmədən  ordunu  Şəmkirə  doğru  yönəldərlər.  Rus  ordusunun  başında 
duran General Mədədov anladı ki, onlar bu hesabsız həmlələri ilə böyük xətaya yol 
vermişlər.  Bu  üzdən  böyük  bir  hiyləyə  əl  atdı:  əsas  ordusunu  və  topxanasını 
saxlularda  gizlin  saxlayaraq  kiçik  bir  bölümü  Məhəmməd  Mirzənin  həmlə  etdiyi 
yerə  sövq  etdi.  Bu  savaşda  öncə  zahirən  Qacarların  üstün  olduqları  görünürdü. 
Məhəmməd Mirzənin əsgərləri zəfərin qazanıldığını zənn edib, özlərini yaralı, əsir 
rus əsgərlərinin üstünə atıb onların başlarını kəsib özləri ilə götürürdülər ki, gətirib 
Şaha verib ödül alsınlar. Bu şəkildə ordunu bir intizamsızlıq sarmış oldu. 
Mədədov  bu  fürsətdən  istifadə  edərək  gizlin  qalan  ordusuna  hücum  və 
toplara atəş əmri verdi. Məhəmməd Mirzənin ordusuna qorxudan vəlvələ düşməyə   
başladı.  Məhəmməd  Mirzənin  dayısı  Əmir  Xan  top  gülləsindən  yara  alıb  öldü. 
Onun  ölümü  orduda  düş  qırıqlığı  yaratdı.  Məhəmməd  Mirzə  orduda  yaranmış 
dağınıqlığı nə qədər bərpa etməyə çalışsa da düşmənin güclü top atəşi buna imkan 
vermirdi.  Məhəmməd  Mirzə  məğlub  oldu.  Onun  topları  da  təxrib  edildi.  Şahzadə 
Məhəmməd  Mirzənin  özü  də  az  qala  əsir  düşəcəkdi  ki,  bir  neçə  xidmətçisinin 
hesabına  qurtuldu.  Şəmkirdəki  məğlubiyyət  Gəncədəki  rus  ordusunun  geniş 
əməliyyata başlamasına imkan yaradırdı. 
*** 
Təhlükəli  bir  durum  yaranmışdı.  Abbas  Mirzə  düşündü  ki,  Şuşanın 
mühasirəsini  buraxıb  və  təcili  savunma  sisteminə  keçməlidir.  Təcili  olaraq 
toplanan  hərbi  şurada  Şuşanın  mühasirəsindən  vaz  keçilməsi  haqda  öz  dəlillərini 
ortaya  qoydu.  Şurada  çox  gərgin  və  qəti  söhbət  edirdi.  Onun  qətiyyəti  və 
qərarlılığı,  hətta  Başvəzir  Asəf-əd  Dövləni  də  səssiz  qalmağa  zorladı.  Özəlliklə 
Şəmkirdə məğlub edilib və intizamı, düzəni pozulan ordunun o şəkildə geri dönüb 
Şahın  gözünə  görünüb  onu  ümidsizliyə  uğratmasına  da  müsaidə  etmədi.  Şahzadə 
Şuşanın geri alınacağı ilə ilgili ayrı bir zaman hücuma keçilməsi haqda qətiyyətlə 
danışdı.  Abbas  Mirzənin  bu  qərarlılığı  qarşısında  Başvəzir  öz  nifrətini  içində 
boğaraq  səssiz  qalmağı  tərcih  etdi.  Xüsusən  eşidəndə  ki,  Şah  Arazın  sahillərinə 
yaxınlaşmışdır, Başvəzir daha çox narahat olurdu. Çünkü o, Şahdan ayrılıb Şuşaya 
doğru  hərəkət  etdiyində  Şaha  xoş  xəbərlərlə  dönəcəyini  vəd  etmişdi.  Şuşanın 
mühasirəsinin  gecikdiyini  görən  Fətəli  Şah  şəxsən  əməliyyat  mərkəzinə 
yaxınlaşmaq və əməliyatı kontrol etmək istəmişdi. 
Azərbaycan  ordusu  Gəncəyə  doğru  irəliləyişində  yerli  əhalilərin 
əngəlləmələri  ilə  rastlandı.  Çoxu  ermənilərdən  olan  bu  əhalinin  heç  şübhəsiz  ki, 
öncədən  ruslar  tərəfindən  alınmaları,  Şahzadəyə  qarşı  təxribat  ünsürü  kimi 
kullanılmaları  söz  konusu  olmuşdur.  Ermənilər  ruslar  tərəfindən  donatılmış 
silahlarla  Şahzadənin  ordusuna  qarşı  savaşmağa  başlamışdılar.  Bu  da  ordunun 
sürətli  şəkildə  yer  dəyişdirməsinə  mane  olurdu.  Lakin  bu  dəstələri 
zərərsizləşdirmək  Azərbaycan  ordusu  üçün  çətin  iş  deyildi.  Azərbaycan  ordusu 
Gəncəyə  doğru  irəlilədiyi  ərəfədə  Şahzadəyə  qorxunc  bir  xəbər  gətirdilər:  Gəncə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə