Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   51   52   53   54   55   56   57   58   ...   68

112 
 
Şiraz əyaləti iki qardaş; Hüseynəli Mirzə ilə Həsənəli Mirzənin kontrolunda 
idi. Bu iki qardaş çox var-dövlət toplamış və  yavaş-yavaş mərkəzə qarşı çıxmağa 
başlamışdılar.  Mərkəzə  ödəmələri  gərəkən  vergini  bütün  ixtarlara  rəğmən 
ödəmirdilər.  Şah  bunları  yerində  oturtmaq  üçün  öz  ordusu  ilə  Şiraza  səfər  etmək 
istədi. 1829-cu ilin  yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı. Heç 
bir  şavaş  olmadan  Hüseynəli  Mirzə  və  Həsənəli  Mirzə  Şahın  istiqbalına  gəlib, 
vəfadarlıqlarını  ortaya  qoydular.  Onların,  Qacar  imperatorluğunun  Şahına  qarşı 
savaş elan edəcək gücləri, cəsarətləri yox idi. Şah, Şiraz problemini həll etdikdən 
sonra  Həmədanda  ailəsi  ilə  bir  yerdə  dincəlməyi  düşündü.  Lakin  Xuzistanın  isti 
çöllərindən  keçərkən  Şahın  qadınları  çox  rahatsızlanmışdılar.  Şah,  Həmədanda  
yerləşdikdən sonra Abbas Mirzəyə bir məktub yazıb onun da Həmədana gəlməsini 
istədi.  Abbas  Mirzə  oğlu  Xosrov  Mirzə  ilə  bir  yerdə  Həmədana  getdi.  Xosrov 
Mirzə,  Rusiya  imperatoru  ilə  görüşünün  nəticələrini  Şaha  söyləyəcəkdi.  “Yeni 
tarix”in  yazarı  Cahangir  Mirzə,  ayrıntılarını  söyləmədən  Şahın  Abbas  Mirzə  və 
Xosrov Mirzə ilə çox yüksək səviyyədə davrandığını yazır. Abbas Mirzənin gəlişi 
münasibəti ilə şənliklər edilmiş və böyük bir qarşılama törəni gerçəkləşmişdir. 
*** 
Abbas  Mirzə  Azərbaycandakı  öz  işlərini  təqib  etmək  üçün  Təbrizə  döndü. 
O,  özəl  həyatında  əskisindən  də  daha  artıq  qənaət  edirdi.  Bacısı  qızlarının 
cehizlərini  özü  təmin  etdi.  Abbas  Mirzə  ömrünün  sonlarında  gəlininə,  canişinlik 
üçün  nəzərdə  tutduğu  oğlunun  eşinə  yazdığı  bir  məktubda  ailə  məfhumuna  nə 
qədər önəm verdiyini xatırlayır. 
Abbas  Mirzənin  eşi  və  vəliəhdin  anası,  ərinin  xəstəliyindən  sui-istifadə 
edərək  öz  iqtidarını  gündən-günə  artırdı.  O,  Hacı  Ələsgər  Xanın  suçlarının  ifşa 
olunub cəzalanmasını  əngəlləyə bilmişdi. Xatırladaq  ki, Hacı Ələsgər Xan, Ehsan 
Xanın  Abbasabadın  hakimi  təyin  olunmasında  Şahzadənin  eşi  ilə  bir  yerdə  plan 
hazırlamışdılar.  Ehsan  Xanın  isə  Abbasabad  savaşında  ihanət  etdiyini  keçən 
səhifələrdə oxuduq. Ehsan Xan, Abbas Mirzənin bütün planlarını ruslara vermişdi. 
Bu savaşda Abbas Mirzə az qala əsir düşməkdə idi. Ölümündən sonra özündən 46 
övlad buraxan Abbas Mirzənin özəl həyatı haqqında bilinən ancaq bu qədərdir. Bu 
46 övladın çoxu Şahzadə öldüyündə çocuq yaşlarındaydılar. 
Xorasandan  gələn  xəbərlər  Abbas  Mirzəni  üzməyə  başlamışdı.  Çünkü  o 
bölgənin xanlarının dövlətə qarşı başqaldırılarını kimsə durdura bilməmişdi. Digər 
tərəfdən  Mərkəzi  Asiya,  İngiltərə  ilə  Rusiyanın  çıxarlarının  toqquşduğu  məkana 
dönüşmüşdü.  Abbas  Mirzə  bu  bölgədə  savaşmağı  və  Qacariyyə  dövlətinin 
sınırlarını böyütmək istəsə də, ancaq Azərbaycandan ayrılmasını heç təsəvvür edə 
bilmirdi.  Get-gedə  sümük  vərəmi  onu  daha  da  zəiflətməkdə  idi.  Qarabağın 
dağlarında  at  belində  savaşlarda  olan  Abbas  Mirzə  üçün  bu  qədər  xəstəlik  və 
həkimlərin  kontrolunda  olmaq  çox  üzücü  idi.  Bu  arada  Abbas  Mirzə  özəl  həkimi 
olan  ingilis  doktor  Karməklə  öz  dostluğunu  1833-cü  ilə  qədər  davam  etdirdi.  Bu 
ildə onların ikisi də vəfat edəcəklərdi. Abbas Mirzə öz həkiminə güvənir, inanırdı. 


113 
 
Həkimi  ona  demişdi  ki,  hələlik  ciddi  təhlükə  yoxdur,  ancaq  ayaqlarınız  şişməyə
 
başladığında təhlükə ciddiləşəcəkdir. 
Abbas  Mirzənin  təhsil  üçün  Avropaya  göndərdiyi  bir  çox  öyrəncilər 
dərslərini  bitirib,  fərqli  sahələrdə  ixtisas  alıb  geri  dönmüşdülər.  Mirzə  Baba 
bunlardan  birisi  idi.  Mirzə  Baba  Avropada  tibb  oxumuşdu.  İndi  isə  doktor 
Karməkin yardımçılığını etməkdə idi. Abbas Mirzənin özəl bərbəri olan Hacı Baba 
da  Abbas  Mirzənin  ilaclarının  zamanında  istifadəsi  üçün  yardımçı  olurdu.  Abbas 
Mirzənin yazdığı məktublarından bəlli olur ki, o, ölümünü hiss etdikcə, Laçın Xan 
və onun ailəsi haqda daha çox əndişələnməyə başlayırmış. Abbas Mirzə düşünürdü 
ki,  Şahın  antipatisinə  tuş  olan  Laçın  Xan  onun  ölümündən  sonra  necə 
yaşayacaqdır.  Həm  də  ona  qarşı  geniş  çaplı  düşmənliklərin  olduğundan  da 
xəbərdar  idi.  Abbas  Mirzənin  vəziri  Qaimməqam,  Laçın  Xanın  ən  böyük 
rəqiblərindən biri idi. Abbas Mirzə məktublarında yazırdı: “Laçın Xanın şəxsiyyəti 
və fədakarlığı haqqında yazmaq istərkən qələm əlimdən düşür.”
53
 Abbas Mirzənin 
məktublarından başqa bir məsələ də bəlli olmaqdadır. Tam o illərdə Rusiya, Laçın 
Xanın  izini  bulmuşdur.  Rusiya,  Gürcüstanın  soyluları  ilə  daha  yaxın  münasibət 
saxlamaq  və  mal  varlıqlarını  özlərinə  geri  qaytarmaq  siyasətini  izləməyə 
başlamışdı.  Bu üzdən də  Rusiya  Laçın  Xana  geri döndüyü təqdirdə  var-dövlətinə 
sahib olacağı haqda təklifdə  bulunmuşdu. Lakin Şahzadənin məktublarından bəlli 
olur ki, Laçın Xan Rusiyanın bu istəyini rədd etmişdir. 
*** 
1830-cu  ilin  payızında  vəba  xəstəliyi  Təbrizi  sarıb  sökməkdə  idi.  Bütün 
çalışmalar  durdurulmuş,  ölüm  sağdan-soldan,  hər  tərəfdən  can  almaqda  idi.  Bu 
bəlanı  durdurmaq  üçün  o  zaman  heç  bir  imkan  da  yox  idi.  Sadəcə,  bu  xəstəliyə 
yaxalanmamanın  bir  yolu  var  idi,  o  da  xəstəliyin  mərkəzi  olan  Təbrizi  tərk  edib 
başqa  yerlərdə  yerləşmək.  Əllərində  imkan  olan  bütün  insanlar  şəhəri  tərk  edib, 
Savalan  və  Səhənd  dağlarının  ətəklərində  məskunlaşdılar.  Abbas  Mirzə  ailə 
üzvlərini  sağlıqlı  köşklərindən  birində  yerləşdirdi.  Özü  isə  Təbrizin  bir  neçə 
ağaclığında yerləşən Bağ-i Səfa mülkünə daşındı. 
Yayın  son  küləkləri  vəba  xəstəliyinin  buxarlarını  silib  süpürüb  apardıqdan 
sonra Şahzadə ordusunu Ucanda düzənli hala gətirməyə çalışdı. Şahzadə boşalmış 
xəzinəsini  doldurmaq  üçün  vəziri  Qaimməqamla  məşvərət  etdi.  Hiyləgər  vəzir 
Qaimməqamın  təklifi  xəzinəni  doldurmaq  üçün  uyğun  plan  idi.  Lakin  bu  plan 
Şahzadənin  dürüst  insan  xarakteri  ilə  çəlişməkdə  idi,  təzad  təşkil  etməkdə  idi. 
Dünyada dürüstkarlığı ilə tanınan Abbas Mirzə bu planı qəbul edə bilməzdi. 30 il 
boyunca Azərbaycana hakim olan Şahzadə heç bir vəzifəni paraya satmaq istəmir, 
para  qarşılığı  kimisə  hansısa  vəzifəyə  gətirmək  istəməmiş,  hətta  bu  tür  siyasətə 
qarşı  da  sərt  çıxmışdı.  İndi  isə  onun  vəziri  Qaimməqam  ona  xəzinənin 
                                                           
53
 Əhvalat və dəst xəthaye Abbas Mirzə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə