Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   52   53   54   55   56   57   58   59   ...   68

114 
 
doldurulması üçün vəzifələrin və  valiliklərin satışını önərməkdə  idi.  Qaimməqam 
təklif edirdi ki, bütün şəhərlərin hakimləri işlərindən alınsın və bu vəzifələr satışa 
buraxılsın.  Hər  kəs  daha  çox  para  versə  şəhərin  hakimliyi  ona  verilsin. 
Qaimməqam  gerçək  bir  siyasətçi  idi.  Bu  şəkildə  işlərin  öhdəsindən  rahatca  gələ 
bilər, büdcədəki boşluğu doldura bilərdilər. Ancaq onun uyğuladığı siyasət bir çox 
hallarda  Şahzadənin  səliqəsi  və  doğruluq  xarakteri  ilə  uyuşmamaqda  idi. 
Baxmayaraq  ki,  bir  çox  yazarlar  və  araşdırmaçılar  Abbas  Mirzənin  vəzirinə  olan 
etimadından, güvənindən söhbət etməkdədirlər, lakin Şahzadənin bir neçə məktubu 
isbat  edir  ki,  o,  Qaimməqamdan  razı  deyilmiş.  Bəzən  də  ona  çox  qızırmış. 
Cahangir  Mirzə  açıq  şəkildə  öz  başına  gələn  müsibətlərdən  dolayı  Qaimməqamı 
suçlamaqdadır.  Ancaq  Abbas  Mirzə  onun  bəzi  xidmətlərini  və  idarəçilikdə  olan 
təcrübələrini nəzərə alaraq onu tamamən də uzaqlaşdırmaq istəməmişdi. 
Abbas  Mirzənin  Təbrizdə  olmadığı  bir  zamanda  Təbrizi  ziyarət  edən  bir 
yabançı Qaimməqam haqqında çox gülünc bir imaj yaratmaqdadır. Bu yabançının 
yazdığını olduğu kimi gətirəlim: 
“Bu  adamı  (Qaimməqamı)  çox  zinəti  olmayan  böyük  bir  evdə  təsəvvür 
edəlim. Bu ev daima gediş-gəlişlərə səhnə olmaqdadır. Çünkü o, bütün səxavəti ilə 
mehmannəvazlıq  etməkdədir.  Ondan  öncə  onun  atası  da  bu  şəkildə  davranmışdı. 
Hədsiz  dərəcədə  yaraşıqsız  geyinən  bu  vəzir  çox  uzun  boyludur.  Həddindən  artıq 
yemək yeyir, özəlliklə inanılmaz dərəcədə yemiş (qovun) yeyir. Nizam-intizamsız 
dağılmış olan kağızlar ətrafını sarmışdı. Bu intizamsızlıq içində bəzi işlər görürdü. 
Bir gün önəmli bir kağızı axtarmağa başladı və tapa bilmədi. Katiblərindən birini 
müttəhim  etdi  ki,  onu  sən  itirmişsən.  Ancaq  bir  neçə  saatdan  sonra  o  kağızı  öz 
cibindən  tapdı.  Sürətlə  oxuma  yetənəyi  çox  yüksəkdir.  Kağızı  gözlərinin  önündə 
tutur və bir neçə saniyəyə onu oxuyur.” Zahirən çox şişirdilmiş bir tip kimi görünsə 
də, bu şəxs ancaq Qaimməqam ola bilər. Söylənənlərə görə o olmasa imiş, Abbas 
Mirzə ödəyəcəyi borcların qaynaqlarını tapa bilməyəcəkmiş. 
Ucan  qərargahında  yay  fəslinin  son  günləri  keçməkdə  idi.  Bu  günlərdə 
Şahzadəyə  elə  bilgilər  gəldi  ki,  bu  xəbərlər  onun  həyatının  istiqamətini 
dəyişdirəcəkdi. Yəzd  şəhərinin hakimi olan Abbas Mirzənin qardaşı Zill-ül Sultan 
ona bir məktub göndərərək  yazmışdı ki, bu şəhər və Kirman  artıq imperatorluğun 
bir  parçası  kimi  deyildir.  Gerçəkdən  imperatorluqdan  bağımsız  şəkildə 
davranmaqdadır.  1828-ci  il  hadisəsindən  sonra  iqtidarını  artırmış  olan  Həsənəli 
Mirzə  yerli  xanlıqlarla,  özəlliklə  Rzaquluxan  adlı  bir  şəxslə  birləşərək  Yəzdi 
mühasirəyə almış və işğal etmişdi. Zill-ül Sultan məktubunda yazırdı ki, “...onların 
bu  özbaşınalığını  yalnız  inzibatlı  Azərbaycan  ordusu  durdura  bilər.”  Ancaq 
Azərbaycan ordusunun bu iğtişaşı durdura bilməsi və onlarla savaşa girməsi üçün 
Fətəli Şahın onayı (təsdiqi) gərəkirdi. Şah, Azərbaycan ordusuna başqa əyalətlərdə 
əməliyyat izni verməkdən çəkinirdi. Çünkü bu əməliyyatda Azərbaycan ordusunun 
qalib  gəlməsi  Abbas  Mirzəni  sadəcə,  Azərbaycanda  deyil,  bütün  imperatorluqda 
sevilən bir sərkərdəyə dönüşdürəcəkdi. Şah da belə olmasını istəmirdi. Lakin başqa 


115 
 
çarəsi  də  yox  idi.  Ya  bu  bölgələrin  imperatorluqdan  ayrılışına  izn  verməli,  ya  da 
Azərbaycan ordusuna Azərbaycanın sınırları dışında əməliyyat keçirməyə müsaidə 
etməli  idi.  Əslində  Abbas  Mirzə  özü  də  bu  əməliyyata  qatılmaq  istəmirdi.  Çünkü 
başqa bir əyalətin savaş xərcini Azərbaycana yükləmək istəmirdi. Çünkü Şahzadə 
bilirdi ki, Azərbaycan ordusu bu əməliyyata qatılsa, mərkəzdən ona heç bir maddi 
yardım  gəlməyəcəkdir.  Ruslara  ödənilən  borclar  Azərbaycana  yükləndiyindən 
dolayı  artıq  Azərbaycanın  nəfəsi  kəsilmək  üzrə  idi.  Azərbaycan  ordusunun 
toparlanıb,  toplanıb  və  geniş  hərbi  manevrlər  etməsi  üçün  uyğun  mərkəzlər 
bulunmamaqda  idi.  Bir  çox  yerlər  ruslar  tərəfindən  təxrib  edilmişdi.  Ən  sonda 
Ərdəbil  bu  iş  üçün  seçildi.  Çünkü  Ərdəbil  ruslara  təslim  edilən  ən  son  qala 
olmuşdur.  Bu  üzdən  də  orada  böyük  təxribat  yapılmamışdı.  Çünkü  Ərdəbil 
anlaşma ilə ruslara təhvil verilmişdi. Bu şəhərin modern imkanlarla təchiz edilmiş 
qalası və savunma sistemi olduğu kimi durmaqda idi. 
İlk  hərbi  birimlər  Məhəmməd  Mirzənin  komutanlığında  hərəkətə  başladı. 
Toplar,  2.000  süvari  və  4.000  piyadə  Məhəmməd  Mirzənin  əmrində  idi.  Qısa  bir 
sürədən  sonra  Abbas  Mirzə  özü də  təqribən bir o qədər ordu ilə  hərəkət etdi.  Bu 
səfərdə  Təhmasib  Mirzə,  Xosrov  Mirzə  və  Abbas  Mirzənin  qardaşı  oğlu  Şeyx-ül 
Məluk  Abbas  Mirzəyə  eşlik  etməkdə  idilər.  Bu  sıralarda  Abbas  Mirzənin 
oğullarından  biri  əmrində  olduğu  ordusu  ilə  Kürdistanda  əməliyyata  başlamış  və
 
Qacariyyənin  iqtidarını  orada  tətbiq  etməyə  çalışmışdı.  Azərbaycan  ordusu 
Azərbaycan  sınırlarını  tərk  etdikdən  sonra  Azərbaycan  bir  xərabəzarlıq  kimi 
görünməyə  başlamışdı.  Azərbaycan  təqribən  30  il  müddətində  öz  canı,  varı  və 
dövləti ilə oluşdurduğu ordusunu geri dönməmək üzrə yola salırdı. 
Sonralar  Abbas  Mirzə  övladlarına  yazdığı  məktublarda  Azərbaycandan 
uzaqda  qalmanın  onu  nə  qədər  üzdüyünü  yazırdı.  O,  məktublarında  Azərbaycanı 
xatirələrinin yuvası kimi anımsayır. 
Abbas  Mirzənin  Yəzdə  doğru  hərəkət  etdiyi  zaman  bu  şəhəri  quraqlıq 
çökərtməkdə  idi.  Həsənəli  Mirzə  Azərbaycan  ordusunun  yaxınlaşdığını 
duyduğunda  dərhal  Yəzdi  tərk  edib  Kirmanda  yerləşməyi  düşündü.  Çünkü 
Kirmanın  savunma  sistemi  və  qalaları  Yəzdlə  müqayisədə  daha  möhkəm  və 
güvənilir  idi.  Həsənəli  Mirzə  hesab  edirdi  ki,  Kirmanda  Abbas  Mirzə  ilə  qarşı-
qarşıya gələ bilər. Abbas Mirzə Yəzdə yetişdiyində bir qurtarıcı sifəti ilə gəlməsinə 
rəğmən ciddi bir istiqballa qarşılanmadı. Çünkü şəhər aclıq və səfalət içində məhv 
olmaqda  idi.  Bu  şəhər  bir  ordunun  ehtiyaclarını  necə  sağlaya  bilərdi?  Bu  üzdən 
Abbas  Mirzə  iki  gündən  artıq  orada  qalmadı.  Təkrar  ordusunu  Kirmana  doğru 
hərəkətə  keçirdi.  Lakin  heç  tələsmirdi,  çünkü  yağı  olmuş  qardaşına  fikirləşmək 
üçün fürsət tanımaq istəyirdi. Abbas Mirzə sülh yolu ilə Kirmana girmək istəyirdi. 
Yağı  olmuş  qardaşına  çaparlar  aracı  ilə  məktublar  göndərib  və  təslim  olmasını 
dövlətə  qarşı  baş  qaldırmasından  vaz  keçməsini  dilədi.
54
 Kirman  əhalisinin  
                                                           
54
 Cahangir Mirzə “Tarixe no”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə