2
Yenə orada, səh.231.
Ermənistanda azərbaycanlıların kütləvi repressiyası onların Türkiyəyə qaçıb canlarını
yurtarmağa məcbur edirdi. Bu, xüsusilə Türkiyə ilə həmsərhəd
rayonlarda kütləvi xarakter
almışdı. Ermənistanda yaşayan azərbaycanlılar sərhəd mühafizəsinin zəif olduğu yerlərdən,
dağlıq ərazilərdən gecələr dəstələrlə Türkiyəyə keçirdilər.
Adı çəkilən məcmuə “Mühacirət” məqaləsində yazırdı: “Ermənistanda yaşayan
türklərdən mayın sonuna qədər Türkiyəyə (İqdır tərəflərə) 300 adam keçmişdir. Bunlardan yalnız
50-si ailəlidir. Yerdə qalanların ailələri o tərəfdə qalmışdır. Zəngibasar, Vedibasar və
Gərnibasarda 200 ailənin evləri məhv edilmişdir. Sərhəddə yaxın və uzaq yerlərdən 10 minlərlə
əhali gecə-gündüz Türkiyəyə keçməyə çalışırlarsa da, bolşeviklər sərhəddə mane olurlar. Mndiyə
qədər keçmək istəyənlərin çoxu ruslar tərəfindən sərhəddə öldürülmüşdür.”
1
30-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın
və digər
bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxstan çöllərinə sürgün edilmişdilər. Sərt
iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu.
Sürgün müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmaq istəyən ailələrin əksəriyyətini
yaşadıqları rayonun Türkiyə ilə sərhəd olmasını bəhanə edərək Ermənistana buraxmadıqlarından,
onlar ya geri qayıtmış, ya da Azərbaycan və Gürcüstanda sıqınacaq tapmışdılar. Nazırda
Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyətini 30-cu illərdə Ermənistandan sürgün edilmiş
ailələrin övladları təşkil edirlər.
Keçmiş Sovet İttifaqının hər yerində olduğu kimi, 1936-37-ci illər repressiyası zamanı
Ermənistanda da ilk növbədə orada yaşayan türk ziyalıları təqiblərə məruz qalmışdılar. On
minlərlə türk həmin illərdə “troyka”nın qərarı ilə həbs edilmiş, onların xeyli hissəsi
güllələnmişdi.
1
Yenə orada
.
Ermənistanı əksinqilabçı və antisovet ünsürlərdən təmizləmək adı altında aparılan milli
ayrıseçkilik siyasəti o həddə çatdırılmışdı ki, respublikada azərbyacanlı kadrlar demək olar ki,
qalmamışdı. İş o həddə çatmışdı ki, “parçala, hökm sür” siyasəti yeridən Moskvanın vzü
Ermənistanda azərbaycanlıların diskriminasiyaya məruz qalmasını etiraf etməyə məcbur
olmuşdu. 1936-cı ilin noyabr ayında SSRİ Mərkəzi İcraiyyə Komitəsi Millətlər Şurasının
Rəyasət Heyəti “Ermənistanda milli azlıqlar arasında aparılan işlərin vəziyyəti” haqqında
məsələ
müzakirə etmişdi. Qərarda göstərilirdi ki, Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi milli
azlıqlar arasında iş aparan şöbəsini ləğv etmişdir. Mərkəzi orqanlar milli azlıqların mədəni və
təsərrüfat ehtiyaclarının ödənilməsini təmin etməmişlər. Milli azlıqlar içərisindən mərkəzi
aparatlar üçün milli kadrların hazırlanması, milli rayonların azərbaycanlı və kürd kadrları ilə
təmin edilməsi və dövlət işlərinin yerlərdə onların dilində aparılması qeyri-kafi vəziyyətdə
olduğu qeyd edilirdi.
SSRİ MİK Millətlər Şurasının Rəyasət heyəti Ermənistan SSR Mərkəzi İcraiyyə
Komitəsinə tapşırmışdı ki, qısa müddət ərzində milli azlıqlarla iş aparan şöbəni bərpa etsin,
azərbaycanlı və kürd əhalisinin yaşadıqları rayonların aparatlarını milli
kadrlarla əvəz etsin, milli
azlıqlar içərisindən kadrlar hazırlasın, azərbaycanlıların və kürdlərin milli kolxozlarında
torpaqların əbədilik olaraq onların istifadəsinə verilməsi haqqında fərman versin.
Yuxarıda qeyd etdiyimiz qərarla əlaqədar Berlində nəşr edilən “Kutlu od” adlı milli
Azərbaycan məcmuəsi “Ermənistanda türklər” məqaləsində yazırdı: “Sovet Azərbaycanında
tədrisatın 15 dildə getdiyi, gərək maarif, gərəksə kommunist firqəsi təşkilatlarında bu millətlərə
məxsus seksiyalar mövcud olduğu oxucularımıza məlumdur, Üstəlik, bir də “Muxtar Dağlıq
Qarabağ” adıyla Azərbaycanın göbəyində bir Ermənistan dəxi yaradılmışdır.
Məlum olduğu üzrə bugünkü Sovet Ermənistanında yaşayan azəri türkləri Qarabağdakı
ermənilərin sayından az deyildir. Əcəba, bu yüz əlli minə varan qardaşlarımızın vəziyyəti nə
haldadır? Onlara muxtariyyət verilmişmi? Dövlət müəssisələri yanında
onlara məxsus ta bir
seksiya mövcuddurmu? Milli kültürlərini inkişaf etdirmək üçün imkan və vəsaitə malikmidirlər?
...Ermənistanda sayları 150 minə çatan türklər yox olmağa məhkum edilmişlər. Vəziyyət
o qədər faciəvi imiş ki, Moskva bunu etiraf etməyə məcbur olmuşdur. Bir Moskva ki, özü rus
olmayan millətləri boğazlamaq və məhv etməklə məşğuldur.”
1
1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda
azərbaycanlılar daha ağır zərbə almış oldular.
Xalq düşmənlərini, trotskiçi-buxarinçi cəsusları
ifşa etmək məqsədilə AMikoyan, N.Yecov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın
recsissorluğu ilə keçirilən “təmizlənmə” prossesində Moskvaya belə məlumat vermişdilər ki,
Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə
Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin ilin payızında və 1938-ci ilin yazında
Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Noktemberyan və Ağbaba rayonlarının
Türkiyə ilə
həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz
qaldılar. Minlərlə ailə sürgün edildi.
Ümumiyyətlə, Ermənistanda 30-cu illərdə 50 mindən artıq azərbaycanlılar repressiyaya
məruz qalmışdılar. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan
rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvələrində daha bir aksiyanın azərbaycanlıların
deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.
1
“Kutlu od” (“Kutlu od“) məcmuəsi, 1936-cı il, N 1, səh.28-29
2. 1948-1953-cü İLLƏR DEPORTASİYASI.
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə
repressiya aksiyası həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri,
eləcə da Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar
yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab
edilirdi və həmin
rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər.
Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə
sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları həmin ərazilərdən köçürməyə nail
olmaqdan ibarət idi. Bunun üçün isə ilk növbəda Moskvanın razılığı alınmalı idi. Xaricdə
yaşayan ermənilərin Ermənistanda yaşamaq arzusunda olduqlarını, lakin onları yerləşdirmək
üçün ərazilərin azlıq təşkil etdiyini Stalinin nəzərinə çatdırmaq lazım gəlirdi. Çıxış yolunu isə
türklərin Azərbaycanın aran rayonlarına köçürülməsində görürdülər.
Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün məsələ qaldırmaq fürsətini
onlar ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı əldə etmişdilər. Konfransın gedişində zirək
erməni diasporunun nümayəndələri SSRİ xarici işlər naziri Molotovla əlaqə yaratmış, onların
Ermənistana köçürülməsi üçün Sovet rəhbərliyinin razılıq verməsini xahiş etmişdilər. Molotov
İ.Stalinlə danışıqdan sonra onların köçürülməsinə razı olduqlarını bildirmişdi.
1
1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov yenidən Qarabağın
Ermənistana birləşdirilməsi məsələsini qaldırır. O, məsələ müsbət həll olunarsa, onda Qarabağın
keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası
1
Məmmədov İ., Əsədov S., Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk)
Bakı, 1992, səh.48. 112
haqqında təkliflər hazırlayaraq Mərkəzi hökumətə təqdim edəcəyini bildirir.
Stalin həmin
məktubu K.Malenkova, o da M.Bağırova göndərir. Bağırov cavab verir ki, etiraz etmir, lakin o
şərtlə ki, Ermənistanın, Gürcüstanın və Dağıstanın əsasən azərbaycanlılar yaşayan və tarixən
Azərbaycanın olmuş əraziləri onun özünə qaytarılsın. Beləliklə,
məsələnin arzu olunmaz
istiqamət alacağını hiss edən Moskva onun üstündən keçməli olur.
1
Bundan sonra Ermənistan