Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə41/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

135
aydın-aşkar olaraq, yeni biliyin kəşfi və təhsil və təlimdə tətbiqi ilə onun 
istimai problemlərin həlli arasında olan qarşılıqlı dəstək əlaqələrini 
asanlaşdırmaq üçün çalışır. Ona xas olan mülahizə və confliktlərin həlli 
üsullarında o, öldürməyən cəmiyyətin proqressiv xarakterini göstərməyə 
can atır. Öldürməyən cəmiyyətin ürəyi- bərabərliyə əsaslanan, kişi və 
qadın arasında ko-cender partnyorluq mədəniyyətinə diqqət və rəğbət 
bəslədilir. Tədqiqat üçün xüsusi şərtlər - diplomlu mütəxəssislərin əks 
əlaqəsini təmin etmək, təhsil boyu periodik olaraq ortaya çıxan, 
gözlənilməz yeni ehtiyacları müəyyənləşdirməyə və adekvat məsləhətlər 
almağa kömək olur. Bəzən müştərək təyinatlardan başqa intizamlardan 
Təcrübəli birlik liderləri və kolleqalar, digər fənlərdə çalışmalarına 
baxmayaraq, ümumi çalışmalar sayəsində əməkdaşlıq yaradıcılığınin 
inkişafında rol oynayırlar. Öldürücü olmayan bilik və sənətlər qlobal 
olduğunu bilərək, şöbə komputerləşdirmə və digər kommunikasiya 
sistemlərin köməyindən istifadə edərək dünyaya çıxır, və kollegial 
istedadların bu işdə birbaşa iştirakı üçün bütün dünyaya müraciət edir. 
Yerli təşkilatlara, qlobal rifaha qarşı əks-təsir göstərən problemlərə qarşı 
olan funksional, ekvivalent mühit kimi baxılır. 
Şanti Sena Universiteti (Sülh Korporasiyaları)  
Öldürməyən cəmiyyətlərə keçid, bir çox dünya universitet və 
kolleclərində tətbiq və ya tələb edilən, hərbi təlimlərə alternativ olan
öldürməyən tələbə sosial təminatı korporasiyalarının yaradılmasını 
nəzərdə tutur.Liderlik məsuliyyəti siyasət elminin şöbəsi tərəfindən, 
lakin. üzvlər bütün başqa fakultetlərdən cəlb edilə bilər.  
Şanti Sena- adının nə olmasından asılı olmayaraq- cəmiyyətin 
ehtiyaclarına cavab verən, intizamlı, özünü nümunəvi tanıtmış üzvlərinə 
öldürmədən konflikt həlli və barışıq, əhalinin təhlükəsizliyi və mülki 
müdafiə, həyat qurtaran orta tibb personalı, fəlakət zamanı xilas edən, 
konstruktiv xidmət təlimləri keçirilir. İştirakşılıq, liderlik 
xüsusiyyətlərini və bacarığını tamamlayan akademik işə paralel və 
alqışlayıcıdır. O bütün dini inamların həyatı ali tutan dəyərlərindən, 
musiqi və incəsənətin əhval-ruhiyyəni qaldırma, idmanın yaşamaq 
qabiliyyəti və digər xidmətlərin məmnunluq verən dəyərlərindən 
götürülmüşdür. Şanti Senaya başqa sosial təşkilatlardan, onların vaxtaşırı 


136
böhranı zamanı, iderlik istedadlarını daşıyan mütəxəssislərin 
xidmətindən faydalanmaq üçün müraciət edilə bilər. O, hərbi xidmətə 
göstərilən dəstəkdən nisbətdə az adekvat olmayan büdcə ilə 
maliyyələşdirilə bilər. O, həmçinin, universitet öncəki təhsil sistemi üçün 
də uyğunlaşdırıla bilər. Pedaqoji müəssisələri üçün, Şanti Sena-nın 
təşkilatçılıq işlərinin praktik təcrübəsinin qiymətli mənbəyi Hindistanda, 
Qandi Kənd Universitetində Professor N. Radhakrishnanın işi ilə təqdim 
edilmişdir (Radhakrişnan 1997a; 1997b). Buna, Khudai Khidmatgars 
tərəfindən hazırlanmış təlim və təcrübə prinsipləri (Tanrının 
xidmətçiləri), 1930-47-ci illər ərzində Hindistanda 80. 000 qeyri-zorakı 
güclü Müsəlman azadlıq ordusunu (Banerjee 2000: 73-102) və 
öldürməyən cəmiyyətə keçid üçün Kingçi hərəkatinı (Lafeyett və 
Jehnsen 1995; 1996), eləcə də başqa öldürməyən təlim təcrübələri əlavə 
edilə bilər (Hərbi Partizanlar Liqası 1989). 
Öldürməyən Universitetlər 
Öldürməyən cəmiyyətlərin reallaşmasının mümkünlüyünü ciddiliklə 
qəbul edərək, istənilən universitetin və ya fakultetin şöbələri xaricində 
sənət və biliklərin zaruriliyini nəzərdə tutur. Beləliklə də, siyasət elminin 
nəzərdə tutulan öldürməməyə transformasiyası, bütün ictimai elmlərin, 
təbiət elmlərinin, humanitar elmlərin və sənətlərin potensial töhfələrini 
verməsi üçün dəvəti nəzərdə tutulur. O, bütün universitetlərin həyat üçün 
öldürməməyə həsr edilən yerli, milli, beynəlxalq və qlobal cəmiyyətlərdə 
xidmətini nəzərdə tutur.  
Universitetlər özlərini ölümlülüyün ən yüksək səviyyəsi olan 
müharibələrdə intellektual və insan qaynaqlarının zorakılıq yolunda tam 
səfərbərlik etmək baxımından bacarıqlı olduqlarını göstərmişdir. Harvard 
Universitetinin Rektoru Ceyms B. Konant İyun ayının18-i, 1942-də belə 
bir fikir bildirdi: "Almaniyanın və onun ittifaqçılarının şərtsiz təslim 
olduğu günü sürətləndirmək üçün biz, indi alimlərin qədim məskəni olan 
bu cəmiyyətin resurslarını səfərbər edirik,". Harvard "Conant Arsenal" 
kimi tanındı, çünki, müharibələrə aludəlik həyat quruluşunu da dəyişdi. 
Gənc Harvard fizikaçı tələbələri Los-Alamosda, Nyu Meksikada 
məxfiliyii ciddiliklə gözlənilən atom bombası layihəsində çalışmaq üçün 
işə cəlb edildi. Bir xatırədə yazıldığı kimi "Bu bir növ elmi utopiya 


137
idi….Ən yaxşı düşüncələrin açıq cəmiyyəti mümkündür, ideyaların 
sərbəst mübadiləsi naminə, yaş həddi, elmi ad və ya əvvəlki 
nailiyyətlərin uyğunluğu nəzərə alınmır. (Harvard Jurnalları, 1995 
Sentyabr-Oktyabr: cild; 32, 43) ". Universitetlər, istər köhnə və ya istərsə 
də yeni , müharibəni və insan həyatı və rifahının bütün növ təhdidlərinin 
sıradan bütün varlığı ilə çıöarma üçün əlindən gələni etməməlidirmi? 
"Sülh tədqiqatları" kurslarını, proqramlar və ya şöbələrini, və ya "zor 
işlətməkdən imtina", eləcə də "öldürməməy-i" mərkəz mövzu kimi bir 
universiteti dollarlarla təmin edən çoxmilyonlu şöbələrin tədris 
proqramlarına daxil edilməsində universitetlərin mövcud etinasızlığı, 
gələcəkdə öldürməməyin ali təhsildəki proqresini qiyməyləndirməyə 
əsas verir. 
Öldürməyə Siyasi Partiyaları 
Tətbiqi öldürməyən siyasət elmi, ümum rifah naminə, sosial 
problemlərin həllinin tələbat-cavabdehlik proseslərində tərəfdaşlıq edən, 
öldürməyən siyasi partiyaların zəruriliyini nəzərdə tutur. Belə partiyalar 
üçün nümunə ahimsa sarvodaya partiyası ola bilər (ahimsa, qeyri-
zorakılıq; sarvodaya, hamının rifahı). Spesifik ictimai-mədəni imkanlar 
daxilində, belə partiyalar, mövcud konsepsiyalar, ad, təşkilati və 
fəaliyyətlərdə yaradıcı qabiliyyətlər meydana çıxarır. 
Öldürməyən partiyaların məqsədləri öldürməyən cəmiyyətlərinin, 
yerli və qlobal miqyasda olmaqla, reallaşdırılmasına öz töhfəsini 
verməkdir. Onların keçmiş partiyalardan fərqləri siniflər əsaslı 
olmaması, hami ilə birləşməyə can atması və ümum rifah naminə 
fəaliyyət göstərməsi və öldürücülük, onun həmkarlarını, eləcə də ədalət 
və maddi rifah kimi öldürməyən imkanların yoxluğu hamının 
maraqlarını ifadə edər. Bir neçə partiyanın iştirakı nəticəsində, 
öldürməyən prinsiplərin rəqabət aparması gözlənilə bilər.  
Öldürməyən siyasi partiyaların rəqabətli seçkilərə, ictimai siyasi 
qərarların hazırlanmasına və başqa fəaliyyətlərə quruculuq yolunda 
gözlənilən töhfəsi Qandinin siyasi partiyalarda birbaşa iştiraka qoyduğu 
qadağalardan irəli gəlir. Öldürməyən-in konstruktiv işçilərinə Qandinin 
axırıncı məsləhəti 1947 dekabrda siyasətdən aralı durmaları idi, çünki 
siyasətin hər şeyi korlaması qaçılmazdır (Əsərlər Külliyyatı 90: 223-4). 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə