123
Bir şeyi yadda saxlamaq vacibdir ki, inqilab həyəcanına səbəb
hakim vəzifələrdə çalışan - istər hökumət və ya tayfa orqanları
olsun istərsə də böyük-kiçikliyindən asılı olmayaraq- məsul
şəxslərdır. Onlar buna bilavasitə olaraq, insanların onların
hakimiyyətlərinə həsəd apararaq, inqilaba başlayanda,
həmçinin, birbaşa olaraq, özlərini digərlərindən üstün tutub,
başqaları ilə bərabər səviyyədə olmaqdan uzaqlaşmağa
çalışarkən səbəb olurlar (Aristotel 1962: 199).
1950-ci ildə 2.5 milyard nüfuza malik olduğu hesablanan, qlobal
həcmdə əhalinin sürətlə artımı nəticəsində 2000-ci ildə bu nüfuz 6.1
milyarda və 2050-ci ildə 8.9 milyarda çataraq, öldürməmək probleminin
həlli məsələlərinə meydan oxuyur . Əhalisi ən sıx sayılan ölkələrin 2050-
ci ildə olacaq nüfuzu belə proqnozlaşdırılıb: Hindistan (1, 529, 000,
000), Çin (1, 478, 000, 000), Birləşmiş Ştatlar (349, 000, 000), Pakistan
(345, 000, 000) və İndoneziya (321, 000, 000). Lester R. Braun və onun
Uorlduatç İnstitutundan olan kolleqaları tərəfindən edilən analizlərə
görə, belə görünməmiş artımda hər il, ən azı 80 milyon adam yerin həyat
daşıma qabiliyyətinə potensial olan fəlakətlərin tətbiqinə səbəb olur.
Təhlükəyə məruz qalan on doqquz coğrafi mühit və ərazi arasında su
təchizatı, dən istehsalatı, enerji, şumlama, meşələr, bioloji müxtəliflik,
iqlim dəyişikənliyi, xəstəliklər, urbanizasiya, yaşayış məkanları, təhsil, iş
və ölkələr içi və arası konfliktlərdir (Braun, Qardner və Halveil 1999).
Müharibə, genosid, uşaq qatilliyi və abort kimi əhalinin azalmasının
ənənəvi öldürücü metodları, eləcə də aclıq və qırğın arzuolunmaz olub,
öldürməyən siyasət elminin iddiası öldürməmək alternativlərinin kəşfi və
yerinə yetirməsini dəstəkləməkdir. Bu, siyasi nəzəriyyənin mərkəzində
insan həyatının keyfiyyətliliyinə hörməti və həyatı dəstəkləyən ətraf
mühiti yerləşdirməni və iqtisadi problemlərin həllində təcrübədən
keçirməni nəzərdə tutur.
Dünyanın ən çox tanınmış bəzi hərbçi liderləri, öldürmək üzrə
professionallar, iqtisadi demilitarizasiya üçün kəskin ehtiyac anlamanı
nümayiş etdirmişlər. Onlardan biri Birləşmiş Ştatların prezidenti olmuş,
İkinci dünya Müharibəsinin generalı, Duayt D Esinhavr -dır (1953-
1961). Heç bir pasifist öldürməyə meyllilik ilə iqtisadi struktur zorakılığı
arasında onun araşdırmalarında göstərdiyi əlaqənin lokanikliyini və
əzəmətini üstələməmişdir:
124
Hər bir düzəldilən silah, buraxılan hər bir hərbi gəmi,
hazırlanan hər raket, son mərhələdə, aclıq çəkən və
yedirdilməyən, soyuqdan əsənlərə geyim almayıb, onlardan
oğurluq etmək deməkdir. Silahlar içində olan dünya yalnız pul
xərcləmir. O qara fəhlələrinin tərini, onun alimlərinin
dahiliyini, uşaqların ümidlərini xərcləyir.... Bu, doğru həyat
obrazı deyildir. Təhriklərlə dolu müharibə buludları altında,
dəmir xaçdan asılan insanlıqdır. (Qəzet Redaktorlarının
Amerika Cəmiyyətinə müraciət, Aprel 16, 1953).
İnsanlığın "dəmirin xaçından asılması"-nın yeganə səbəbi, 1940-dan
1996-a Birləşmiş Ştatların nüvə silahları proqramının qiyməti bahasına
başa gəlmiş "oğurluqdur"ki, onun da dəyəri 5.821 trilyon dollar olduğu
hesablanıb (Şvarts 1998). Bu, 1990-cı illərdə "hər il ərzində 500 milyard
$ -dan artıq" orta hesabla təşkil edərək, qlobal hərbi xərclərin "nəhəng
məsrəf"-nin nümunəsidir. Öldürməksiz siyasət elmi qlobal
hərbiləşdirilmənin nəticəsi olan iqtisadi məhrumiyyətin davam etməsinə
etiraz edilməsini məqsəd qoyur. O kasıblıq "xolokostuna" son vermək
üçün insanlığın "dəmir xaç"-dan azad edilməsində konstruktiv öhdəçiliyi
qəbul edir.
Öldürməyən İnsan Hüquqları və Məsuliyyətlər
Problemin həllində öhdəliklər və bunlara inadlı iddia öncə İnsan
Hüquqlarının Universal Bəyannaməsi (1948) və sonradan vətəndaş və
siyasi, sosial-iqtisadi təminat sazişlərinə əsasən qoyulur. Mətnin əsas
məzmunu hər bir siyasət aliminə və qlobal miqyasda hər bir vətəndaş
üçün bəlli olmalıdır.
Buna baxmayaraq, insan hüquqları mədəniyyət spesifikasiyasının
universal versiyasının əleyhinə zidiyyətlərin arasında müəyyənləşdirilir,
öldürməyən siyasət elmi öldürməyən vasitələrlə ilə onların təsdiqi və
müdafiəsinə özünü həsr edir. Bundan başqa o, öldürülməmək
hüquqlarının və öldürməməmək məsuliyyətinin universal olaraq
tanınmasına nail olunması və təmin edilməsi məqsədini müdafiə edir.
Universal Bəyannaməyə və qlobal təcrübəyə bunların daxil edilməsinə
nail olmaq həlli yollarından biridir:
Maddə 3(2). Hər kəs öldürülməmək hüququ və başqalarını
öldürməmək məsuliyyəti daşıyır.
125
Öldürməyən siyasət elmi istənilən spesifik tədqiqatlarında,
təlimlərində, insan hüquqlarının müdafiəsi və yaxşılaşdırılması naminə
konsultasiya və addımlarında öz resurslarını istifadə etməyə çalışır.
Məsələn, Pekin qadınlarının1995-ci il konfransı qadınlara və qızlara
qarşı zorakılığın istənilən formasını dayandırılmasına və
implemetləşdirilməsinə imkan yaratmış, dəfolunmaz hərəkət
proqramının gündəliyini təqdim etmişdir (Birləşmiş Millətlər Təşkilatı
1996).
Tammiqyaslı siyasət elminin öhdəçiliyinə başqa bir iddia- insan
hüquqlarının qeyri-zorakı müdafiəsinın əsası Beynəlxalq Amnistiya
tərəfindən 1961-ci ildə qoydu. Onun işi Universal Bəyannamənin
prinsiplərinə əsaslanır, belə ki, "Heç kəs əzab veriməyə və qəddar
rəftara, qeyri-insani və alçaldıcı rəftara və cəzaya məruz qoyula bilməz"
(Maddə 5); "Heç kəs əsassız olaraq həbs edilə, saxlanıla və ya sürgün
olana bilməz (Maddə 9)"; "Hər kəs fikir və ifadə azadlığı hüququna
malikdir; bu hüquqa sərhədlərindən asılı olmayaraq, müdaxilə edilmədən
fikirləri özündə saxlamaq və istənilən mediadan informasiyanı və
ideyaları alıb və ötürülməsi azadlığı da daxildir"(Maddə 18). Beynəlxalq
Amnistiya hamı üçün ədalətli məhkəmələrlə qlobal olaraq edamı,
işgəncəni, aradan qaldırmağa və nə müdafiə olunmuş, nə də zorakılıqda
əli olmuş vicdan sahibi olan dustaqlıarı təcili surətdə azad edilməsinə
çağırır. Metodlar öldürməyən siyasi əməlin bütün formalarını əhatə edir.
Öldürməyən siyasət elminin köməyindən faydalanan, insan hüquqları
ilə çalışan daha bir qurum, 1991-ci ildə əsası qoyulan, Millət və
Xalqların adı Təqdim Olunmayan Təşkilatdır (UNPO-Unrepresented
Nations and Peoples Organization). UNPO beş qitədə əllidən çox yerli
xalqların kollektiv insan hüquqlarının tanınması üçün çalışır. Üzvlər
özlərini " zor işlətməkdən imtinanın həvəsləndirməsi və terrorizmin rədd
edilməsinin siyasətin aləti olduğunu"- nu nəzərdə tutan UNPO
Razılaşmasına yazılı formada müraciət etməyə borclu bilir. UNPO öz
növbəsində "hökumətlərə, beynəlxalq təşkilatlara, QHT-lərə və onların
liderlərinə zorakılığın tətbiqini azaldan, şəffaf və möhkəm prinsiplərə
malik olan siyasətin qəbul edilməsinə" səsləyir. Bunlara daxil
olunmalıdır:
Dostları ilə paylaş: |