Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə35/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

117
öldürmə müqavimətinə üstünlük verən şərt yeni 1997-ci ilin Tay 
Konstitusiyasının Maddə 65-inə daxil edilmişdir: "Adamlar Konstitusiya 
ilə nəzərdə tutulmayan istənilən cəhdə qarşı sülh yolu ilə çıxmaqda 
inzibati hakimiyyətin güçünə arxalana bilər." 
Polis və hərb üçün istifadə olunan qeyri-öldürücü silahların tədqiqatı 
Birləşmiş Ştatlarda təşəbbüs edilmiş, 1965-dən başlayaraq ən azı 1990-cı 
illərə qədar davam etdirilmişdir. Texnologiyaların geniş diapazonunun 
hər bir hissəsi - lazer, optika, akustika, elektromaqnit dalğaları, kimyəvi, 
bioloji və başqa müxtəlif silahlar tədqiq edilmişdir. Bəzilərindən artıq 
polisdə və xarici hərbi əməliyyatlarda istifadə edilmişdir (Lever və 
Skofield 1997). Sosial müdafiədə hökumətin marağına bənzər olaraq, 
qeyri-öldürücü silahlara olan maraq adi öldürücü imkanlara bir 
kompliment kimi qiymətləndirilir. Öldürməyən alternativlərin ənənəvi 
ekspertlər tərəfindən ciddi qəbul edilməsi, siyasət elmi zorakı 
təhlükəsizlik üçün bundan heç də az olmayaraq səylər hətta hərtərəfli 
olaraq daha çox irəli çəkməlidir. İddianın məğzi, qeyri-öldürmə 
təhlükəsizliyi vəziyyətlərinə tamamilə keçid almanın ortaya çıxan 
problemlərini həll etməkdir. Qeyri-öldürücül təhlükəsizliyi istiqamətində 
cərəyanın sonrakı əlaməti Karneginin son hesabatı olan Öldürücü 
Konfliktin Qarşısını Alan Komissiya (1997 ) "qarşısını struktur şəklində 
aımağa çağırır: öldürücü konfliktin səbəbinin kökünə müraciət etmək 
üçün strategiyalar," eləcə də "qarşısının alınmasının mədəniyyəti" -nin 
yaradıcılığı. Öldürməyən fərd və qlobal təhlükəsizliyin mümkünlüyü 
istiqamətində növbəti addımlar nəzərdə tutulur. Qlobal Qeyri-zorakı 
Sülh Qüvvəsi təşkilatı buna nümunədir.  
Öldürməyən siyasət elmi öldürməyən cəmiyyətlərin reallaşdırılmasına 
bu günə qədər dəfedilməz hesab edilən maneələrin həllinii axtarmalıdır. 
Fiziki təcavüz zorakılığının dəf edilməsinin birbaşa təhdidinə üstün 
gəlmək əsas məsələ kimi, maraq daxilində olmalıdır. Ən əvvəla, ona 
görə ki, sağ qalmadan heç bir problem həll edilə bilməz. İkincisi, çünki 
öldürməyə davamlılıq fərdi, ictimai və planetar rifahı təhlükə altına atan 
struktur və ekoloji zorakı şəraitə təminat verir. 
İctimai problem həlli yanaşma kimi öldürməməyi vurğulayaraq 
növbəti suallarla qarşı-qarşıya durur: Psixoloji sui-istifadə, işgəncə, 
irqçilik, cinsi ayrı-seçkilik, iqtisadi istismar və diktaturanın vurduğu 


118
sarsıntı və ölüm fiziki ölümdən daha ağır əziyyətlər verdiyi halda, niyə 
görə öldürməmək üzərində diqqətimizi cəmləməliyik? Bu suallardəticə 
çıxarmaq olar ki, sadalanan problemlər yalnız öldürmə üzərində seçim 
etməklə həll edilə bilər. Cavablardan biri belə ola bilər ki, öldürmə 
həvəsi, bacarığı və mədəniyyəti öldürən sosial-iqtisadi strukturun 
ədalətsizliklərinin əsas səbəbi olub, öldürmənin müvəqqəti 
dayandırılmasının psixofiziki sui-istifadələridir. Sui-istifadə, işgəncə, 
irqçilik, qadınlara təzyiq, iqtisadi istismar və diktatura qorxu və ölümün 
təhdidinə əsaslanmadan dözümlü ola bilər? Qətlin insanın həyat 
təcrübəsindən, müharibədə öldürməyə qədər, çıxarılması bəşəriyyətə 
qarşı duran başqa problemləri həll etməyə mənəvi, psixoloji, demokratik 
və ekoloji cəhətdən zəruri olacaq əhəmiyyətli töhfə verəcəkdir.  
Öldürməmək məqsədini qarşıya qoymaq insan həyatı və rifahına 
müxtəlif eralarda təhlükə qarşısında qoyan problemləri həll etməkdə 
siyasət elminin vəzifələrini nəzərdə tutur. Kəndlilər ilə söhbət edərkən 
Qandi özünün sol əlinin barmaqlarından istifadə etməklə, əsas problemi 
həll edən məsələləri bir-bir sadalamaq üçün istifadə edir: toxunulmazlıq 
üçün bərabərlik; pambıq parçana arxalanan iqtisadi azadlıq ; narkotik və 
alkoqolu özündən uzaq tutma; Hindu Müsəlman dostluğu; və qadınlar 
üçün bərabərlik. Daha sonra o bunu əlavə edir, "və qol zoru işlətməkdən 
imtina" (Aşe 1969: 243)". Analoji olaraq, biz də qlobal sayılan beş 
problem üzərində dayana bilərik: davamlı öldürmə və tərkisilah 
edilməyə tələbat; kasıblığın və ehtiyacın xolokostları və iqtisadi 
bərabərliyə tələbat; insan ləyaqətinə zorakılıq və insan hüquqlarına 
qarşılıqlı hörmətə tələbat; biosferanın dağılması və planetar həyatın 
təminatı üçün tələbat; və digər problem həllində əməkdaşlığı inkar edib, 
mane olan mübahisə mənbələri. 
Bu beş problem bütünlüklə insana, ailəyə, cəmiyyətə, dövlətə, millətə 
və bütövlükdə bəşəriyyət üçün ümumidir. Bizim hamımızın bu və başqa 
problemləri həll etmək naminə əməkdaşlıq etməyimiz üçün 
öldürülməkdən, iqtisadi məhrumiyyətdən, ləyaqətin təkzibindən, 
zəhərlənmiş ətraf mühitdən və müvəffəqiyyətsizliklərdən azad edilməyə 
ehtiyacımız vardır. Bu problemlər qarşılıqlı əlaqəli olub, öldürücü 
problemin həlli üçün son məqamda güclənir. Biz, öldürmək və 
silahlanmaq ilə təhlükəsizlik axtarır, öldürücü təhdidlərə əl atır; 


119
öldürmək üçün silahlandırmaqla iqtisadi məhrumiyyətə və struktur 
ədalətsizliyin möhkəmləndirilməsinə şərait yaradır; insan hüquqlarının 
təsdiqi və təkzibi üçün uzun müddətli cəzalandırıcı hiddətlərə şərait 
yaradır; ölümcül döyüş və hərbi sənayeləşdirmə ətraf mühiti talan edir; 
və antaqonist qapalı mühitlərdə qruplaşmaların qorxusu problemin 
həllində hamıya xeyir verəcək əməkdaşlığın inkişafına mane olur. 
Öldürməyən problemin həlli təkcə öldürməyin inkarını nəzərdə 
tutmur, eləcə də konstruktiv dəyişiklikdə ehtiyacların yerinə 
yetirilməsini öhdəsinə götürür. Bu, müharibə və onun silahlarının aradan 
qaldırmasında qəti öhdəliyi, kasıblığın aradan qaldırması, insan 
hüquqlarının öldürməmək yolu ilə ifadəsi və məsuliyyətlər, ekoloji 
dayanıqlığın fəallıqla gücləndirilməsi; bütünlüklə insan ehtiyaclarına 
cavab verən və adamlarda sonsuz, potensial yaradıcılıq qabiliyyəti 
oyatması kimi maneələrin həlli proseslərinə şərait yaradılmasına ehtiyacı 
nəzərdə tutur. 
Günün bu tipli tələbləri utopik görünə bilər. Lakin bu, eramızın 
faktiki olaraq çox təcrübəli siyasi, hərbi, iqtisadi, elmi, mədəni və 
vətəndaş cəmiyyəti liderləri tərəfindən edilmiş vəsiyyətdir (qədim 
insanın məqsədlərini yeni qlobal dövrlə əlaqəlidir). Siyasət alimləri 
tərəfindən xüsusilə qeyd edilməsi çox vacib olan faktiki düşüncə budur 
ki, istənilən vacib problemi həll edən konfrans Birləşmiş Millətlər 
Təşkilatının himayəsi altında və ya başqa orqanların çağırışları ilə 
toplanaraq, dəyişiklik naminə "siyasi istəyi" yaratmaq üçün dünya 
xalqlarını köməyə çağırır. Çağırışlar yalnız hökumətlərə deyil, eləcə də 
problemin birgə həll edərək bütün mənbələrinə: partiyalar, qeyri-
hökumət təşkilatları, korporasiyalar, ittifaqlar, universitetlər, media, din 
və incəsənət mənbələrinə yayımlanır. Bu, həyat üçün təhlükəli qlobal 
problemlərin aktuallaşması və mövcud səhvlərin gələcək üçün böyüyən 
fəlakətli nəticələri barədə və hərəkətə keçmək üçün məlumatlandırılma 
əhəmiyyətli məna kəsb edir. Bunlara silahların sürətli artımı; millətlər içi 
və arası sürətlə artan əhalinin yanaşı olaraq geniş surətdə artan 
iqtisadiyyatın qeyri-bərabərsizliyi nəticəsində maddi və psixoloji 
limitlərinin tükənməsi təhlükəsi; həyat, sənaye müəssisələrinin nizamsız 
fəaliyyəti və kənd təsərrüfatı fəaliyyəti nəticəsindətəbiətin istismarının 
həyat üçün təhlükəli effektləri; və qadınlar, yerli xalqlar, sıxışdırılan 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə