Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə36/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

120
azlıqlar və on minlərlə fərqli mədəniyyət daşıyıcılarının tərəfindən hamı 
üçün məqbul həyatın keyfiyyətini anlamaq və bərabərlik üçün iddialarda 
müvəffəqiyyətsizliyi daxildir . Qlobal vəziyyət barədə yaxşı 
məlumatlanmış əksəriyyətə misal olaraq, ayrıca millət-dövlətin 
perspektivləriindən qlobal vəziyyət haqqında UNESCO-nun Baş 
Direktoru Federiko Mayor öz çıxışında qeyd edir ki, bu vacib erada 
"biznes əvvəllər olduğu səviyyədə deyildir". Bu, siyasət elmi üçün 
iyyətli ola bilərmi?  
Öldürməmək və Tərkisilah 
Heç bir şey- istər problemlərin həlli və ya baş qaldırmış öldürməyən 
hərəkatları- bunların akademik siyasətin kəşfi kimi adlandırıla bilməz. 
Onlar müasir qlobal siyasi həyat tərəfindənilə təqdim edilirlər. Siyasət 
elmi onları həll etmək üçün razılaşmalıdır. Problemin həllinə dair 
hərəkat üçün dəqiq iddia "effektiv beynəlxalq idarə etmə altında ümumi 
və tam tərkisilaha" çağıran BMT Baş Assambleyasının birinci xüsusi 
sessiyasının (BMT Baş Assambleyası 1978) tərksilaha dair Son 
Məlumatına daxil edilmişdir. Bir dövlət (Albaniya) bitərəf olmaqla, 159 
dövlətin razılığı əsasında bütün nüvə silahlarının ləğvi; bütün biokimyəvi 
və kütləvi dağıdıcı silahların aradan qaldırması; bütün xarici hərbi 
bazaları geri çağırma; məhdud ərazi müdafiəsi məqsədi ilə silahlı 
qüvvələrin azaldılması; adi silahların azaldılması; materialı və insan 
resurslarını iqtisadi və sosial ehtiyaclara xidmət etmək üçün və daha çox 
iqtisadi sahədə ehtiyacı olan ölkələrə yönəldərək qlobal hərbi xərclərdə 
"nəhəng israflara" son vermək. Əlavə olaraq bir çox aidiyatlı təkliflər 
elan edildi. Ən başlıca zorakı dövlətlərin öldürməyən transformasiya 
istiqamətində klassik çağırışı, təəssüf ki, siyasət elminin tələbələrinə 
naməlum qalmaqdadır.  
Öldürməyən siyasət elmi silah olmadan, cəmiyyətlərin 
reallaşdırılması istiqamətində təkamülə söz verən hökumət və vətəndaş 
cəmiyyətinin təşəbbüslərini dəstəkləmək üçün səylərə laqeyd qala bilmir. 
Onlar arasında kiçik tapançaları, hücum silahlarını, yerüstü minaları və 
silah ticarətlərini qadağan edən; kəndlərdə və şəhərlərdə silah olmayan 
sülh zonalarını quran; və dünyanın nüvə-silahı olmayan regionlarını 
yaradan kampaniyalardır.  


121
Öldürməmək və İqtisadi Məhrumiyyət 
Problem həllində iqtisadi mərhumiyyətdən qarşısı alına bilən, qlobal 
"xolokostu" kimi adlandırılan ölümə son deyən, daha bir klassik addım- 
kimyadan fizikaya qədər əlli üç Nobel mükafatı laureatının 
"Manifestidir". (Nobel mükafatı Qalibləri 1981: 61- 3). Onlar: "Bütün o 
kəslər ki, qlobal "xolokostu" günahlandırır və onunla mübarizə apaprır- 
bu şəxslər anonim olaraq, faciənin səbəblərinin siyasi olmasını 
yekdilliklə təsdiq edir"-deyə elan etdi.  
Vətəndaş və siyasətçilərin seçkilərdə, parlamentdə, hakimiyyət 
dairələrində və ya beynəlxalq səviyyədə, doyunca 
yeməməkdən və iqtisadi gerilikdən milyonlarla adamı, yüz 
milyonlarla nəslləri aclıq üzündən ölməkdən xilas etməyə 
imkan verən yeni qanunlar, yeni büdcələr, yeni layihələr və 
yeni tədbirlərə imkan verən, onların uyğun səviyyələrində səs 
yolu ilə seçim etməsi mühümdür (62). 
"Həyatı xilas etmək, hətta ətalətən, səhvən və ya laqeydlik üzündən 
belə, öldürməmək və məhv etməmək" ifadəsində onlar, transformativ 
öldürməyən iqtisadi inqilabı tələsdirirlər: 
Baxmayaraq ki, bu yerin ən güclüləri ən böyük məsuliyyət 
daşıyır, olar tənha deyildirlər. Əgər zəiflər talelərini öz əllərinə 
götürərsə, əgər çoxluqlar insan hüquqlarından başqa istənilən 
qanuna, ən elementar olan yaşamaq hüququna, itaət etməkdən 
imtina edirsə, əgər zəif öz istifadəsi üçün az, lakin güclü silah 
təşkil edərsə: Qandi tərəfindən qeyri-zorakı hərəkətlərə 
nümunə verilib [vurğu əlavə edilib], məhdud və müvafiq olan 
məqsədləri qəbul edib kənara qoyarıqsa: əgər bu şeylər baş 
verirsə, o zaman bizim vaxtımızda bu katastrofa son 
qoyulacağı dəqiqdir (63). 
Onlar bu nəticəyə gəlirlər ki, "İndi hərəkət etmək vaxtıdır, indi 
yaratmaq vaxtıdır, indi bizim üçün başqalarına həyat vermək uğrunda 
yaşamaq vaxtıdır".  
Bərabərsizlik, əhali artımı və hərbiləşdirilmə iqtisadi öldürücülüyü, 
zorakılığı və ekoloji viranə qalmanı gücləndirməkdə qarşılıqlı təsir 
göstərirlər. 1999-cu ildə Dünya Bankı 1.5 milyard adamın "tam kasıb" 
vəziyyətdə, günə 1 $-dan az , 3 milyard insanın günə 2 $- gəlirə malik 


122
olduğunu təxmin və müəyyən edib. Təkcə Hindistanda tam kasıbların 
sayı 1980-ci illərin sonunda 40 milyon artaraq 300 milyondan 340 
milyona çatmışdır (Dünya Bankı 1999). Bu qayda ilə də gəlir 
bərabərsizliyi artımları. Birləşmiş Millətlər Təşkilatı Universiteti 
Beynəlxalq Liderlik Akademiyasının birinci proqramında 160 gənc lider 
üçün 1997 iyunda Tariq Husain-Dünya Bankı tərəfindən hesablanan: 
Dünya 1990-cı illərin ortalarında... 1980-ci ildən daha çox 
polyarlaşdırılmışdır… Dünyanın ən kasıb adamlarının 20%-i 
keçmiş 30 il ərzində qlobal gəlir paylarının 2.3%-dən 1.4%-ə 
azalmasının şahidi olmuşlar. Bu arada, ən varlı üçün gəlir 
70%dən 85%ə qalxmışdır. Beləliklə ən varlı və kasıb payların 
nisbətləri 30:1-dən 61:1-ə ikiqat artırıldı… Dünyanın 360 
milyarderinin birləşmiş aktivləri indi 45% dünya əhalisi 
yaşayan ölkələrin birləşmiş illik mədaxilini üstələyir (Husain 
1997: 13).  
Dünya Bankının Prezidenti Ceyms D. Volfensohn və Mahatma Qandi 
bərabərsizliyin zorakılığa gətirib çıxarması faktı ilə razılaşırlar. Prezident 
qeyd edir ki, "Bərabərsizlik dayanıqsızlığa gətirir. Kasıblıq müharibəni 
yetişdirir"(Husain 1997: 6). Mahatmanın xəbərdarlıq etdiyi kimi, "Əgər 
milyonlarla zənginlər ilə aclar arasında geniş uçurum mövcuddursa 
"hökumətin qeyri-zorakı sisteminin mövcudluğunun imkansızlığı 
şübhəsizdir …. O vaxta qədər ki, zənginlər sərvət və güclərini ictimai 
fayda üçün könüllü surətdə, onları bölərək təhvil verməzlərsə, zorakı və 
lənətə gəlmiş inqilab bir gün mütləqdir"(Əsərlərin Külliyyatı 75 
(1941):158). Prezidentin və Mahatmanın anlamalarını kombinasiya edən 
Amerikalı, varisi olduğu əmlakının, var-dövlətinin çox hissəsini 
paylaşdıran, gənc sülh işçisi, Betsi Duren etiraf edir ki,: "Sülhün 
davamlılığı üçün bizim görə biləcəyimiz yeganə yol var-dövləti 
bölüşdürmək yoludur. Kasıblığa, müharibəyə və əzaba bais olan kəslər o 
insanlardır ki, onların payına düşəndən artıq piroqu əllərindəın 
verməməyə çalışırlar" (Mogil və Slepian 1992: 100). Prezidentin, 
Mahatmanın və gənc Amerikalının anlamının nəzər-nöqtəsi 2 300 il 
əvvəl, Aristotelin bərabərsizlik və öldürücülüyə dair araşdırmaları ilə 
uyğundur:  


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə