Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə32/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

108
başqalarının problemi həll edən dolayı dəstəyinin qəbul olunmasında 
bütövlükdə siyasət elminin birbaşa öhdəliyi nəzərdə tutur. Buna ictimai 
və şəxsi problemi həll edən addımlarda tədqiqat və təlimlərin 
asanlaşmasına köməklik göstərmək daxildir. O, fərdi və sosial qərar 
qəbul etməni ehtiyacların qarşılanması proseslərində hamının iştirakı ilə 
yüngülləşdirmək mənası daşıyır.  
Problem Həllində Qeyri-öldürücü Siyasətin Rolunu dərk etmək bu 
elmin hər şeyə qadir, qüdrətli olmasını qəbul etmək demək deyildir. 
Lakin o, sosial həyatın bütün -mənəvi, fiziki, maddi və mədəni 
sahələrinin rifahı üçün potensial münasibliyi nəzərdə tutur. Bu, totalitar 
müdaxiləni deyil, insan cəhdlərinin iqtisadi rifah, fiziki salamat qalmaq 
uğrunda ciddi şərait yarada bilən sosial nəticələrə malik olmaq üçün ən 
yüksək həddi naminə siyasi xadimlər, təşkilatlar, hökumətlər və onlara 
dəstək verən və ya etməyə müvəffəq olmayan adamlar bunun üçün nələr 
edirlər. Öldürməyən cəmiyyətlərin xidmətində olmağa can atarkən 
potensial tələbatlarda siyasət elmi tibb və səhiyyə üçün olduğundan daha 
çox məhdudlaşdırıcı olmamalıdır.  
Problemlər arzu olunan və reallıq arasında fikir ayrılığı kimi 
müəyyən edilə bilər. Hər problem qeyri-müəyyənliyin mürəkkəb "alt 
problemlərini" təqdim edir: normativ (nə olmalıdır), empirik (nədir) və 
potensial (nə ola bilər). Eləcə də hər bir problem özü ilə yanaşı olaraq 
sistematik kompleksləri, qarşılıqlı asılı olan prosesləri və keçmiş-indiki-
gələcək vaxt komponentlərini təcəssüm etdirir. Ancaq, problemlərin nə 
dərəcədə çətin və mürəkkəb olmasından asılı olmayaraq, etik, fəlsəfi, 
empirik olaraq qətlsiz siyasət elmi bəşəriyyətin sağ qalmasını və rifahına 
hədələyici təhlükələrin tam həll edilməsi üçün səylərindən imtina 
etmirlər. Öldürməyən siyasət elmi davranış zorakılığını bitirmək üçün, 
struktur zorakılığın şərtlərini dəyişmək üçün və qarşılıqlı təsirdə hər 
ikisinin problemlərini həll etmək üçün səy göstərir. O, öldürücü əməllərə 
dəstəyi yox etməyə, mövcud öldürməyən xidməti təşkilatlara kömək 
etməyə və yeni öldürməyən siyasətləri və təşkilatları yaratmağa can atır. 
Siyasət elmi üçün tətbiqi elm və tətbiqi humanizm problemlərinin 
həllində rolunu qəbul edərkən əvvəlcədən həlli yollarının müəyyən 
edilməsini tələb etmək qeyri-elmidir. İstər xəstəliklərin sağalmaz olduğu 
ehtimalı, istərsə də, əlacların diaqnozdan, göstərişdən əvvəl təyin 


109
edilməsi elementar və tətbiqi tibb elminin irəliləyişinin qabağını alır. 
Siyasət elmi əsasən həyat ilə ölüm məsələsi bazasında fərqli 
olmamalıdır. 
Zorakılığı qəbul edən siyasətin və siyasət elminin həll etmədiyi 
problemlərin ani həlllərini qətl törətməyən siyasət elmindən gözləmək 
ağıllı deyildir. Elm, insan və maddiyyət resurslarının geniş öhdəlikləri 
ağlasığmaz qantökmə ilə müşayiət edilən zorakı vasitə hesabına zorakılığı 
yatırtmaq üçün qlobal həcmdə ölümlərin sayına, nüvə silahı dövlətlərinin 
paytaxtlarında müharibədən və genosiddən ortaya çıxan qətlə son 
qoymağa müvəffəq olmamışdırlar. Nəhəng yaradıcılıq potensialı 
öldürməyə həsr edilmişdir. Bundan az sayda olmayaraq öldürməyən 
alternativlərin ixtiraçılığını nümayiş etdirməyə ehtiyac vardır. 
İnsan ölümlərinin erasına son vermək, əlbəttə, tək siyasət elminin 
məsələsi deyildir. Bu, vəzifə olaraq elmlər, humanitarlıq, sənətlər və hər 
bir kəs arasında bölünür. Lakin bu, siyasət elminin təşəbbüsü sayəsində 
ərsəyə gələn və başqalarının təşəbbüslərinə dəstək verə biləcəyi 
məsələdir. Prioritet məsələlər öldürmənin baş verməyən dünyasına 
xidmətdə öldürməksiz siyasət elmini yaratmaq üçün istənilən cəhdlərə 
tabe olmayan problemləri həll etməkdir. Üç başlıca problemlər: "Hitler 
və xolokostun" problemi, inqilabi struktur dəyişikliyi və fərdlərdən etnik 
dövlətin təhlükəsizliyinə qədər. 
Qeyri-öldürücülük, Hitler və Xolokost 
Siyasi liderliyin və öldürücü amillərin problemlərinə- Hitlerin və 
Holokaustun nümunəsində və təkcə bunlarla məhdudlaşmadan- birbaşa 
qarşı duraraq, problemi həll edən davamlı elementar və tətbiqi elmlərin 
səyləri davam etdirilməlidir. Genosidin dəhşətli təcavüz nümunələrinə, 
kütləvi sinfi qırğınlara və vətəndaş müharibələrinə öldürməyən elmin 
yaradıcılıq potensialını iflic etmək imkanı verilməməlidir. Əks təqdirdə 
siyasət elmi bilvasitə və ya dolayısı ilə, aşkar və ya gizli olaraq, qatilliyi 
kompensasiya edib, genosid tərəfdarı diktatorların, inqilabçı sinfi 
dagıdıcıların və ya şəhərlərin və kəndlərin ədalətli məhvedcilərinin 
törətdikləri zorakılıqlardan daha böyük qırğınlara həmişəlik məhkum 
edilmişdir.  


110
Başlanğıc üçün praktik yol siyasi liderlik tədqiqatlarının hələ də inkişaf 
etməkdə olan sahəsində fənlərarası işi gücləndirməkdir. Bu, öldürücülüyə 
meylli davranış və sistemlərin müxtəlifliyini müəyyən etmək və 
ödürməmək tərəfdarı olan liderliyin və onların davamlılığının labüdlüyünə 
imkan yaradan əlverişli imkanları axtarmaq mənası daşıyır. Bəzi aydın 
məqsədli, zorakılığa meyilli konsepsiyalarına müdaxilə edərək 
öldürməmək üçün transformasiya olunan imkanlar; şəxsiyyətin ilkin 
şərtləri; hakimiyyətin rolu; təşkilati dəstəklər; tapşırıqlardan doğan 
ümidlər; dəyərlərin əhəmiyyəti; texnoloji imkanlar; və öldürmə üçün 
iqtisadi, sosial və mədəni dayaqlar artıq müəyyən edilmişdir (Peyc 1977). 
İyirminci əsrin təcrübəsi qurtulush uchun bəzi bəndləri təklif edir. 
Qətl ilə müşayiət edilən öldürmə meylli liderlərin öldürmə meyll 
ardıcıllarının dəstəyinə uyğun fəaliyyəti dayandırmaq üçün tarix boyu və 
istənilən anda insanların öldürməkdən və öldürən sistemlər ilə 
əməkdaşlıq etməkdən sadəcə imtina etməsi tələb olunur. Əks təqdirdə 
kinli məğlub edilən ilə travmaya məruz qalan qaliblər arasında 
ölümlülük dövrələri davam edəcək. Bu, sadə görünsə də retrospektiv 
iyirminci əsr cinayətkarlığı göstərir ki, müharibəni aradan qaldırmağa 
can atmış on doqquzuncu əsrin mərhum sülh müdafiəçisi tamamilə haqlı 
idi. I ci Dünya Müharibəsi, II ci Dünya Müharibəsi, Soyuq Müharibə və 
bunlardan da kənarda baş vermiş cinayətkarlıqlar arasında əlaqnin 
mövcudluğu aydındır. Profilaktik siyasət elminin əsas töhfəsi - yeni və 
ya köhnəlmiş olmasından asılı olmayaraq - kinli düşmənçiliyin 
cinayətkarlıq kimi püskürməsinə çatdırmadan öncə onu sülh yolu ilə həll 
edərək, ədavəti kənarlaşdırmaq üçün kömək etməsidir. Düşmənlərinin 
kinliliklə qırğınını qeyd edən liderlərin və ardıcıllarının baş qaldırmasını 
dayandırmaq naminə siyasət elmi özünü qətlin qabağını almaq, ədavəti 
barışdırmaq və öldürməyən həyat imkanlarını yaratmaq yoluna həsr 
etməlidir. 
Potensial olan hitlerlərin, stalinlərin, maosların, aminlərin, pol 
potların və ya atom ilə bombalayan trumanların yaranmasını 
dayandırmaq üçün: öldürməyən sivil cəmiyyətin probleminin həllinə 
kömək edən öldürücü komandanın siyasi liderliyinin konsepsiyasına 
yenidən baxın; təcavüzkar, zorakılığa meylli şəxsiyyətlərin erkən 
müəyyən edilməsinə çalışaraq onların liderliyə namizədliklərinə dəstəyi 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə