Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə45/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

147
Alternativləri müəyyənləşdirmək üçün yeganə yol zorakılığa xidmət 
edən müəssisələri inventarlaşdırmaq və onların öldürməyən əks 
təqdirlərini fərz etməkdir. Hərbi oyuncaqları sülh oyuncaqları ilə əvəz 
etmək, öldürmə video oyunlarına qarşı həyəcanlı öldürməmək 
yaradıcılığını həyəcanlandıran əyləncələr, silahlanma sənayesinə əvəz 
tərksilah sənayesi, zorakı media əyləncəsinə əvəz öldürməyən 
incəsənətin dramatik əsərləri, dağıdıcı işçi qüvvəsinə isə həyatın 
keyfiyyətlərini yaxşılaşdırıcı işlər təklif edilir. Demilitarizasiyanın dövrü 
ilə müşayiət edən öldürməyən iqtisadi çevrilişi ilə müşaiyət edilən 
nümunələrə toplana bilər. Ancaq sadə iqtisadi chevrilişdən kənarda 
qlobal səviyyədə, öldürməyən cəmiyyətlərinə keçiddə adamların başlıca 
ehtiyaclarını müəyyənləşdirməyə və onları təmin edəcək bacarıqlı 
xidmətləri yaratmağa can atmaqdır. 
Öldürməyən prinsipli Qlobal mərkəzlər 
Öldürməyən dünyasının baxışları tamlıq perspektivlərindən tamamilə 
dəyişikliyi asanlaşdırmaq bacarıqlı müəssisələri nəzərdə tutur. Belə 
müəssisələr öldürməyən dünyəvi xalqın mənəvi və mədəni 
ənənələrinində möhkəm kök salmalı və öldürücülük və onun 
nəticələrindən öldürməməyə aparan azadlıq yolunu tapmaq üçün qlobal 
elmın, sənətkarlığın, bədii və təşkilati resursların yaradıcı katalizator 
vəzifəsini yerinə yetirməlidir. Müasir kompüterləşdirmə zamanında, belə 
mərkəzlər öldürməyən "proqram təminatı"-ın yaradıcı katalizatoru 
olmalı və sivil cəmiyyətin təşkilatlarına və rəhbər orqanlara proqram 
təminatlı "texniki vasitələr" ilə insanların ehtiyaclarına xidmət etməlidir. 
Effektiv olmaq üçün belə mərkəzlər maksimal olaraq hökumətlərdən və 
şəxsi maraqları istisna edən nəzarətdən qeyri-asılı omalıdır. Onlar xəyali 
xeyriyyəçilər, kütləvi ianəçilər və başqa vasitələr yolu ilə daimi olaraq 
maliyyələşdirilməlidirlər.  
Qlobal öldürməyən mərkəzin məqsədi kimi ən son insan yaradıcılıq 
potensialının kəşfi və cəhdlərinini növbəti sahələrdə qarşısına qoyur: mənəvi 
və fəlsəfi ənənələrdə öldürməzlik; bio nevrologiya və öldürməzlik; gender 
əlaqələri və öldürməzlik; iqtisadiyyat və öldürməzlik; kommunikasiyalar və 
öldürməzlik; elm, texnologiya və nonkillingöldürməzlik; öldürməzlik və 
ətraf mühit; qabiliyyətlər və öldürməzlik; təhsil və öldürməzlik; öldürməzlik 


148
və incəsənətlər; öldürməzlik və idman; öldürməzliyə keçiddə silahlı 
qüvvələrin rolu; öldürməzlik liderliyi; və insanı öldürməzlik gələcəyi. 
Əsas məzmuni və tarixi məsələ hər ölkədə və regionda yerli miqyasda 
sorğu-suala əsasında cəmləşdirilən öldürməzlik qlobal mədəni resurslarının 
inventarlaşdırılmasıdır. Bu, öldürməzlik tarixi ənənələrini, mövcud olan 
təzahürlərini və gələcək perspektivlərinin araşdırılmasını tələb edir. Qlobal 
miqyasda birləşdirilən belə kəşflər gələcəkdə proqressə nail ola biləcək, 
bəşəriyyətə öldürməzliyi anladan ilkin insan zəkası ilə təmin edir.  
Qlobal öldürməzlik mərkəzləri qlobal vəziyyətlər otağı ilə təchiz 
edilməli, bu otaqda öldürmə, öldürməyə təhdidlər və bunlara dair 
məhrumiyyətlərin davamlılığının reallığı faktları bəşəriyyətdə labüd 
kompensasiya edici öldürməyən transformasiya resursları ilə qarşı-
qarşıya qoyularaq parlaq surətdə tutuşdurula bilər. Öldürücülüyün 
iddialarına daima qarşı durmaqla belə mərkəzlər, yuxarıda göstərildiyi 
kimi, biliyin yaradıcı üstünlüklərindən irəli gələrək, mənəvi, elmi, 
sənətkarlıq, bədii və təşkilati resursların kombinasiyalarını bəşəriyyətin 
salamat qalmasını və rifahını düşünən hər bir kəsə kömək etmək üçün 
transformasiya olunan ictimai qaydalar, araşdırmalar, təhsil və təlim 
təklif edə bilər. 
Zəruri Öldürməzlik İnstitutları 
Öldürməz cəmiyyətin reallaşdırılmasını qarşısında məsələ qoyan 
siyasət elmi Baözündən başlayaraq, müvafiq institutlar tərəfindən təhsil 
verəcək və yeniliklər əlavə edəcəkdir. İnstitutlar həyata dəyər verən 
mənəvi cəhətdən təsdiq üçün zəruridir. Kəşf, inteqrasiya üçün və biliyin 
bölüşməsi üçün zəruridir. Dövlət siyasətinin (ictimai qaydaların) qərar 
qəbul etməsi üçün zəruridir. Öldürməzliyin ümumi təhlükəsizliyi üçün 
vacibdir. İqtisadi rifah üçün tələb olunur. Və bütün incəsənətlərdə həyatı 
duymaq üçün zəruridir.  
Keçidin daşıdığı vəzifə hamının öldürməzlik tələblərinə müsbət rəyi 
anlamaq və bunu asanlaşdırmaq üçün qlobal öldürməzliyin yaradıcı 
inteqral mərkəzlərinə səsləməkdir. Öldürməzlik institutlarının qüvvəsi 
bir-birinə dəstək verən insanlardan doğur. İstənilən siyasət alimi və 
istənilən şəxs öldürməzlik dünyasına keçidi yüngülləşdirən qlobal 
öldürməzlik mərkəzi ola bilər.  


149
Fəsil 6
Qeyri-öldürücü Qlobal Siyasət Elmi 
Biz yeni eradayıq. Köhnə metodlar və imkanlar artıq kifayət etmirlər. 
Bizim yeni fikirlərimiz, yeni ideyalarımız, yeni konsepsiyalarımız olmalıdır… 
Biz keçmişin dəlilər üçün olan köynəyindən qurtulmalıyıq. 
General Duqlas MakArtur 
Kimsə kifayət qədər hissə və hətta zorakılığın və dağıntının tarixdən 
gələn zəncirlərini kəsmək üçün strategiyaya malik olmalıdır.  
Martin Lüter Kinq 
Əlbəttə bütün tarixi təcrübələr həqiqəti təsdiq edir, o insan mümkün olan işlərə 
nail olmayacaqdı, əyər o, zaman-zaman qeyri-mümkün işlərə nail olmaq üçün 
çalışmasaydı. 
Maks Veber 
Biz hər gün dünənin qeyri-mümkününün bu gün 
mümkünlüyü fenomeni hadisəsinə şahidlik edirik.  
Mohandas K. Qandi 
 
Öldürücülükdən Azad olmağa doğru 
Öldürən insan təbiətinin quluna çevrilib, onunla qaçılmaz bir 
xüsisiyyət kimi razılaşmaq yox, problem kimi həll edilməsi üçün 
çalışmağın vaxtı artıq yetişmişdir. İnsanların bilərəkdən, bir-bir, kütlə və 
kütlə və çoxları texnikanın gücü ilə öldürülməsi, patoloji özü-özünü 
məhvin mərhələsinə çatmışdır. Qorunmaq, azad edilmək və 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə