Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə48/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

156
Tələbat-qayğı, qərar qəbul etmədə tərəfdaşlıq proseslərini yaxşılaşdırır. 
Müxtəlifliyə və hamının ləyaqətinə anlaşıqlı yanaşmanı təmin edir. 
Genderlik və paylaşan liderlik funksiyaları ilə birgə təcrübə aparır. Ağır 
konflikt hadisələrində vaxtaşırı qeyri-öldürücü problemi həll edən 
məsləhətçilərin dəvətinə hazırlıqlı olmaq. Başqa intizamların və 
sənətlərin töhfələrinin edilməsi üçün açıq olmaq. Elmi problemləri həll 
etmək üçün innovasiyalı mühitləri həvəsləndirmək. Və, qeyri-öldürücü 
qlobal cəmiyyətin fərdlərdən və yerli cəmiyyətdən baş aldığını etiraf 
etmək lazımdır. 
Uzun müddətli qarşılıqlı konsultasiya münasibətləri tədqiqatın, 
təhsilin, liderliyin, kommunikasiyaların və sosial həyatın başqa 
sahələrində işləmək üçün təcrübəli diplomlu mütəxəssislərdən təşkil 
edilməlidir. Onların təcrübələri tədqiqatın ehtiyaclarını 
müəyyənləşdirməyə, zəruri bacarıqların hazırlanmasında, qeyri-öldürücü 
keçidin maneələrə üstün gəlməsi üçün yaradıcılıq potensialını oyatmaqda 
çox kömək edə bilər. Bundan əlavə və başqa münasibətlərə dair, hamı, 
qeyri-öldürücü siyasət elminin cəhdlərini tanlyan hər bir kəs, 
uzunmüddətli, qarşılıqlı kömək üçün birləşə bilər.  
Problemin həlli 
Qeyri-öıdürücü siyasət elmi problemi həll edən aşkar öhdəliklərdə 
elementar və tətbiqi elmin kombinasiyasını nəzərdə tutur. Problemlər, 
mürəkkəb sosial dəyişikliyin mühitlərinə uyğun olaraq dəyişəcəkdir. 
Tənqidi əhəmiyyətli beş problem qlobal sayılır: zorakılıq və sülh, 
iqtisadi xolokost, insan haqları cinayətkarlıqları, ekoloji deqradasiya və 
problemi həll edən əməkdaşlığın müvəffəqiyyətsizliklərə uğraması. 
Bütün bunlar öldürməyə hazırlığlı olub, bilavasitə və ya birbaşa olmaqla, 
daha da güclənir. Müasir bir şüarda deyilmiş "ədalət olmayan yerdə sülh 
də yoxdur" fikri, müharibə və zorakılığın qeyri ədalətsiz vəziyyəti 
dəyişmək üçün davam edəcəyini və ya qaçılmaz olduğunu nəzərdə tutur. 
Lakin, qeyri-öldürücü perspektivliyindən "qeyri-öldürücülük olmadan 
ədalət də omayacaqdır". Öldürmək və ya öldürməyə təhdidlər naminə 
ədalətsizliyin yaradılmasına və xidmətinə şərait yaranmışdır. Qadınlara 
qeyri-bərabər rəftarı, məsələn, Kelli Petra müşahidələrindən birində qeyd 
etmişdir: "Gücün, resursların və öhdəliklərin qeyri-ədalətsiz cinsi 


157
paylaşdırılması qədim ənənələr ilə qanuniləşdirilir, qanun tərəfindən 
bəraət qazandırılır və zərurət olduqda kişi zorakılığı ilə tətbiq edilir 
(Kelli 1994: 15)".  
Problemin həllində öhdəlik qəbul etmək, qeyri-öıdürücü siyasət 
elminin hər şeyi bilən və ya hər həllin mənbəyi olmasını nəzərdə tutmur. 
Lakin o, qeyri-öldürücü siyasi araşdırmalardan toplanan biliyin tətbiqini 
nəzərdə tutmaqla və qeyri-öldürücü fəaliyyətin prinsipləri və 
təcrübələrindən hamının ehtiyaclarına həssas olacaq sosial qərarın qəbul 
edilməsi proseslərini yaxşılaşdırılmasında zəruri ola bilər. Bu mənada o, 
zorakılıqdan kənarda mövcud demokratik ən-ənələrə əsaslanan irəliləyişə 
qeyri-öldürücülük töhfəsini verməyə ümid verir (Qoldmən 1990). 
İnstitutlar 
Bilik axtaran, təhsil öyrənən və problemi həll edən qeyri-öıdürücü 
siyasi elmin obyektləri implementləşdirici təşkilatlara olan zərurəti 
nəzərdə tutur. Bu, yenicə qurulmuş və ya yenidən qurulmuş siyasət elmi 
şöbələrindən hətta bütün universitetlər (mövcud təşkilatlar daxili və ya 
xaricində olan istedadları birləşdirən qlobal kommunikasiya 
ekvivalentləri daxil olmaqla), vətəndaş cəmiyyətinin hər sektorunda 
vahidləri öyrədən Shanti Sena qeyri-hərbi, qeyri-öıdürücü dövlət siyasəti 
təşkilatlarına, qeyri-öldürücü ümumi təhlükəsizlik qüvvələrinə, qeyri-
öldürücü siyasi partiyalarına və qeyri-öldürücü quruculuq 
innovasiyalarına keçid alır. Belə institutlarda yaradıcılıq və xidmət, eləcə 
də mövcud institutların yerli və qlobal həyatdan öldürücülüyünü yox 
etmək üçün dəyişilməsində oxuyan və qeyri-öldürücü siyasətin elmini 
təcrübədən keçirən hər bir kəsə ən son yaradıcılıq potensialı qabiliyyəti 
təkllif edilir. 
Maneələr və İlham mənbələri 
İyirmi birinci əsrin başlanğıcında siyasət elminin qarşısında qeyri-
öldürücü qlobal cəmiyyətin reallaşdırılmasına öz töhfəsini verməsi 
məsələsi dururdu. Bu təkcə arzu deyildi, həm də zərurət idi. Siyasət 
alimləri həqiqətən öldürmək mənası daşıyan "realistik" elmi neytrallığı 
etira edə və bu məsuliyyətdən yayına bilmir. Belə neytrallıq əslində heç 
vaxt olmamışdır. Əgər olmuş olsaydı, o zaman siyasət alimləri onların 


158
yaşadıqları dünya və cəmiyyətin azad və ya qeyri- azad, ədalətli və ya 
ədalətsiz, dövətli və ya kasıb, sülh və ya müharibə şəraitində, qalib və ya 
məğlub olmasının fərqinə varmazdılar. Onlar siyasət alimlərinin heç bir 
dəyər daşımadığını və üstünlüklərə malik olmadığını tələbələrinə 
öyrətməkdə sevincə tapardılar. Onlar üçün, Hitlerin xolokostu ilə, 
Gandhinin satyagraha-sının arasında heç bir seçim olmayacaqdı.  
Siyasət alimləri həmçinin azadlıq, bərabərlik və ya təhlükəsizlik kimi 
başqa dəyərlərin qeyri-öldürücülükdən daha vacib olduğuna əsaslanaraq 
qeyri-öldürücü siyasət elmini yaratmaq məsələsindən asanlıqla boyun 
qaçıra bilmir. Qeyri-öldürücülük bütün bunlarla ən azı eyni-güclü 
əhəmiyyətlidir, çünki siyasət elmində qeyri-öldürücü etikasının güclü 
öhdəliklərinin və siyasi yanaşmasının olmadığı bir şəraitdə insanlıq bu 
dəyərlərin hamısının təhlükə altına alındığı bir vəziyyətə çatmışdır. 
Materializm və mənəviyyat eyni səviyyəyə çatmışdır. Əgər ənənələr bizə 
azad, bərabər və təhlükəsiz olmağımız üçün öldürməli olduğumuzu 
öyrətmişdirsə, hazırda biz öyrəndik ki, öldürməyi dayandırmasaq, tək 
azadlıq, bərabərlik deyil, eləcə də fərdi sağ qalma, sosial və ekoloji 
təhlükəsinə məruz qalırıq. Biz siyasət elminin və təcrübəsinin cəmiyyətin 
və təbiətin həyat dəstəkləyici qüvvələri ilə eyniləşdiyi nöqtəyə çatmışıq. 
Bu təkcə yaxşı mənəviyyat və yaxşı təcrübəli olmaq deyildir
bu,həmçinin yaxşı siyasət elmi üçün bu eranın tələbatıdır.  
Keçid proseslərində fikir və fəaliyyət ayrılığı, əlbəttə, şəxsiyyətini 
öldürücülük sayəsində müəyyənləşdirən və onun davamlılığından fayda 
əldə edən qüvvələr tərəfindən gözlənilə bilər. Onların arasında 
dövlətlərin zorakı qüvvələri, onların öldürücü antaqonistləri və siyasi, 
iqtisadi və öldürmə mədəniyyətlərinin psixoloji benefisiariyaları vardır. 
Bunların sırasında, hamısı deyil-çox cüzi sayda müharibə və qiyamlarln 
veteranları, onarın qohumları, sosial olaraq ədalətliliyə yad olan 
öldürücülüyü dəstəkləyənlərdirlər. Öz şəhidlərimizin qəbiristanlığına 
ehtiramla yanaşıb, düşmən ölüsünə qarşı bu simpatiyaya əks münasibət 
göstərir, onların hər ikisinin siyasətin səhvinin qurbanları olduğunu 
unudur, belə hadisələrin bir daha baş verməməsi üçün səy göstərmək
özümüzü buna qarşı durmağa həsr etmək əvəzinə, daimi hadisə kimi 
bunlarla barlşırlq. Lakin, öldürməyən siyasət elminə keçidə dəstək verən 
mənbələrini ruhlandıranlar arasında dünyanın əksər hörmətli hərbi 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə