Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə46/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

150
zənginləşmək üçün edilmiş qətl, əvəzində insana və planetar sağ 
qalmağa yönəlmiş təhdid, təhlükə və yoxsullaşma mənbəsi olmuşdur. 
Kreyq Komstok "müdafiənin patologiyası" termini ilə insanlığın 
müdafiədən əziyyət çəkdiyi fikrini bildirmiş, müdafiə olunmaq 
niyyətində olanın özü-özünü məhvinə gətirməsi olduğunu demişdir 
(Komstok 1971). Evdə saxlanılan müdafiə silahları ailə üzvlərini 
öldürür, cangüdənlər öz dövlət başçılarını öldürür, ordu qalmaqalları 
onların öz xalqlarını yoxsullaşdırır, nüvə silahları geniş yayılaraq onların 
ixtiraçılarını və sahiblərini təhdid edir. Özümüzün daxilində və bizim 
cəmiyyətlərdə zorakılıqdan qurtulma öldürməzlik bəyannaməsinə 
ehtiyac duyulur.  
Müasir erada insan arzularının zorakı təqibi nəsillər boyu əks-səda 
verən saysız-hesabsız qantökülməsi, maddi məhrumiyyət və psixoloji 
travmalar ilə nəticələnmişdir. İnsanlığın ümidləri keçən iki əsrdə Fransız 
İnqilabı- "liberte-si, egalite-si, fraternite"-si ilə vəsiyyət edilən 
bannerlərdə bəzənmişdir. Azadlıq üçün qətl Amerika inqilabından qalma 
mirasdır. Bərabərlik üçün qətl Rusiya və Çin inqilablarının mirası 
olmuşdur. Sülh üçün qətl müharibənin, inqilabın və əks-inqilab ilə yadda 
qalan iki əsrin irsi olmuşdur. 
Bir dərs olaraq yadda saxlamaq lazımdır ki, sülhün əsl azadlığı, 
bərabərliyi və qardaş-bacılığı, öldürücülük mirasının əsas kökü qırılmazsa, 
baş tuta bilməzlər. Aramızdan xeyir və şər üçün qurban gedənlər, məhv 
edilənlərin dağları bizim dərs almamız üçün göz yaşları tökür. 
Öldürmənin qaçılmaz və bəşəriyyətin rifahı üçün yaxşı olduğunu 
ehtimal edən siyasət elminin dünya akademik fənninə etiraz etmək və bu 
fikri dəyişmək üçün bir imkandır. Bu qədim ən güclü müdrik prinsip və 
müasir siyasi inamlardan birinə şübhə ilə yanaşaraq, onu yıxmaq niyyəti 
daşıyır. Analoq hadisə, tibbin tarixində "irinin tərifi" nəzəriyyəsinin 
devrilməsində axtatarıla bilər. On yeddi əsr ərzində, olduqca nüfuzlu 
Yunan həkimi Qalenin (c.130, c.200) üstünlük təşkil etdən təlimi yaranın 
ətrafında formalaşan irinin bərpa edici təbiəti idi. Lister tərəfindən 
qaldırılan etiraz 1867-ci ildə, "Cərrahiyyənin Antiseptik Prinsipi 
Təcrübəsində" onun orijinal Lanset kağızında antiseptiklərin 
(Ackerknecht 1982: 77; Qarnizon 1929: 116; 589-90) kəşfinə və qəbul 
olunmasına zidiyyətsiz aparılmadı. Qətlin təbii olduğuna inam, 


151
funksional olaraq sağlam siyasət üçün siyasət elminin "irin tərifli 
nəzəriyyəsisidir".  
Əgər, öz həyatlartını ailə həyatından dünya müharibəsinə qədər siyasi 
gücün çoxüzlü manifestinə həsr etmiş siyasət alimləri öldürücülük 
fərziyyələrinə qarşı ciddiyyətlə iddia qaldırmazlarsa, o zaman nəyə görə 
biz siyasət liderləri və dünya vətəndaşlarından bunu gözləməliyik? Hələ, 
tarixlər boyu eramıza qədər daha çox olmaqla, öldürməzlik vasitəli 
prinsiplərlə özlərinə bilavasitə azadlıq, bərabərlik və sülh şəraiti axtaran 
liderlərə və vətəndaşlara siyasət elmi tərəfindən kömək göstərilməmişdir. 
Nümunə,1895-ci ildə Rusiyada, hərbi əsgəri mükəlləfiyyətə müqavimət 
göstərən 7 000 pasifist Duxabor kəndlisi tərəfindən "silahların 
yandırılması"-dır (Tarasoff 1995: 8-10). Öldürücülüyü qəbul edən 
siyasət elmi ilə öldürücülüyü rədd edən pioner siyasət elmi arasında gözə 
çarpan boşluq-məsafə var. İyirminci əsrdə Tolstoy, Gandhi, Əbdül 
Qhaffar Xan, Martin Lyuter Kinq və Kelli Petra, Martin Lüter Kinqin 
mirasları, öldürməzliyin liderlik xidmətini mümkün edən qəhrəmanlar 
Dalay-lama, Aung San Suu Kyi və Desmond Tutu olmuş və öncəki 
naməlum qəhrəmanlar tərəfindən ruhlanaraq, gələcəyin güclü öldürməz 
siyasətinin müjdəçiləri sırasındadırlar, Siyasət alimlərinin insanların 
öldürməyən qurban vermə müvəffəqiyyətlərini və populyar hərəkatlarını 
izləməklərinə baxmayaraq, onlar hələ də özlərinin öldürməyi qəbul edən 
statuslarından möhkəm yapışacaqlar və bu bir növ avtoritar rejimlərdə 
olduğu kimi, xalqı xirtdəyə qədər bezdirməsi, nəticədə bu qəzəbin 
artaraq onları xalqın yolundan süpürüb atmasına gətirib çıxarmazmı? 
Siyasət alimləri sonra öldürməz demokratik bayramda iştirak 
edəcəklərmi? Və ya siyasət elmi, tibb elminin tərzində olduğu kimi, 
öldürücülük patologiyasının diaqnozunu, göstərişlərini və müalicəsini 
qlobal həyatdan öldürməyi yox etməyə can atan hamı ilə bölüşə bilərmi?  
Öldürməzlik Bacarığının Tezisi 
Tezis təqdim etdi ki, öldürməz qlobal cəmiyyət mümkündür və 
siyasət elminin akademik intizamında və onun sosial rollarında ediləcək 
dəyişikliklər buna kömək edir. Labüd olması üçün öldürməz 
cəmiyyətləri ən azı yeddi əsasın üzərinə düşür. Əksər insanlar öldürmür. 
Güclü öldürməz potensialı bəşəriyyətin mənəvi irsində yaşayır. Elm- 


152
öldürməz insanı bacarıqlarını proqnozlaşdırır və nümayiş edir . Hərbi 
xidmətə vicdanlı etirazın və edamının ləğvinin tanınması kimi tranzit 
öldürməz dövlət siyasətləri hətta, zorakılığı yaradan millətlərin dövlətləri 
tərəfindən belə tanınmışdır. Öldürməzlik prinsiplərinə əsaslanan müxtəlif 
sosial təşkilatlar mövcuddur ki, öldürməzlik ilə kombinasiyası 
funksional olaraq öldürməz cəmiyyətlərin ekvivalentini təşkil edir. 
Siyasi və ictimai-iqtisadi dəyişiklik üçün öldürməz populyar mübarizələr 
öldürücü inqilabın getdikcə daha çox güclü alternativlərini nümayiş 
etdirir. Öldürməzlik ilhamının və təcrübəsinin kökü dünya miqyasında 
tarixi ənənələrdən ruhlanır. Nəticə etibarı ilə, öldürməzlik prinsipinə 
keçid öldürməz adamlar, kişilər və qadınlar, məşhur və ya naməlumların 
həyatlarına, onların edilmiş uğurlu cəhdlərinin veridiyi vədlərə arxalanır. 
Siyasət Elmi üçün təsirlər 
Belə qəbul edilir ki, insanlar, bioloji və ya şərtlərlə, hər iki- qətlə və 
öldürməzliyə qadirdirlər. Ancaq bu da təsdiqlənmişdir ki, əksər insanlar 
qətl törətməmişdir, və bu, sosial təşkilatlara əsaslanan öldürməzlik 
prinsiplərinin diapazonunun artıq mövcudluğunu, öldürməz 
cəmiyyətlərin sınaq nümunəsi komponentləri olaraq. xidmət göstərə 
biləcəyinə işarədir. Bundan başqa, indiki və gözlənilən elmi irəliləyişlər 
öldürməz cəmiyyətlərinin qətlinin səbəblərini aradan qaldırmağa, 
öldürməz cəmiyyətlərin öldürməzlik şəraitini gücləndirməyə gətirib 
çıxaracaq biliklər üçün söz verirlər. Bu cür müşahidələr, akademik 
intizamlar və siyasət elminin sosial roluna əsaslandırılmış, 
öldürücülüyün qaçılmazlığının ehtimalının qəbulu, çox cüzi bir 
problemdir. Buna görə də, öldürməyin və onun başqaları arasında siyasi 
elmin "öldürücü intizamı" adlandırılan təsirini araşdırmaq müvafiqdir. 
Siyasət elmi, başqa intizamlar və sənətlər ilə birlikdə keçmişin öldürməz 
təcrübələrini bərpa etməli, mövcud öldürməz imkanları tanımalı, gələcək 
üçün öldürməz layihələr işləməli və tədqiqatlarda, təhsildə və öldürməz 
sosial dəyişikliyi üçün ictimai xidmətlərdə bu biliyi inkişaf etdirmək 
naminə əməkdaşlıq etməlidir.  
Öldürməzliyə keçid üçün kombinasiya edilməli əsas elementlər 
aydınlıqla müəyyənləşdirilmişdir. Ruh elementi (R), öldürməmək üçün 
əsaslı məsuliyyət mənbəsi bütün dini etiqadlar və həm də fəlsəfədir. Elmi 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə