Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

33
ilə təmin olunması üçün çərçivə müəyyən edir. Qanunda müəyyən boşluqların olmasına baxmayaraq onun qəbul 
edilməsi CEDAW Komitəsinin buna dair tövsiyəsinə əsas cavabdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Qanunun icra olunmasın təmin etmək məqsədi ilə bir sıra Qaydalar 
qəbul  etmişdir:  Məişət  zorakılığından  zərər  çəkmiş  şəxslərə  yardım  mərkəzlərinin  fəaliyyəti  Qaydası  və  “Məişət 
zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları;
111
 Məişət zorakılığı 
barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası;
112
 Məişət zorakılığı ilə bağlı 
məlumat bankının təşkili və aparılması Qaydaları
113
 və Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata 
götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası.
114
Azərbaycan Repsublikasının Prezidentinin Məişət zorakılığının qarşısının alınmasına dair Qanunun tətbiqi haqqında 
24 noyabr 2011-ci il tarixli, 537 saylı Fərmanının icra olunamsı məqsədi ilə 15 fevral 2012-ci il tarixində Azərbaycan 
Respublikası Səhiyyə Nazirliyi Məişət zorakılığının qarşısının alınmasına dair Tədbirlər Planını təsdiq etmişdir.
24 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə “Məişət zorakılığından 
zərər  çəkmiş  şəxsə  uzunmüddətli  mühafizə  orderinin  verilməsi  barədə  işlər  üzrə  icraat”  haqqında  40-1-ci  fəsil 
əlavə  olundu.
115
  Bu  fəsil  məhkəmələr  tərəfindən  uzunmüddətli  mühafizə  orderlərinin  verilməsinə  dair  ərizələrə 
baxılması qaydasını müəyyənləşdirir. Uzunmüddətli mühafizə orderinin verilməsinə dair 2013-cü ildə 3, 2014-cü 
ildə isə 4 məhkəmə işi olmuşdur. Məhkəmə işlərinin dördünə də Bakı şəhərində baxılmışdır.
116
 Bu UDİ İşçi Qrupunun 
zorakılığın qurbanı olmuş qadınların müdafiəsinin təmin olunması tövsiyəsinə uyğun gəlir.
CEDAW  Komitəsinin  müvafiq  tövsiyələrini  yerinə  yetirərək  hökumət  məişət  zorakılığı  ilə  bağlı  bir  sıra 
məlumatlandırma  tədbirləri  və  təlimlər  kampaniyası  keçirmişdir.  2012-2013-cü  illərdə  Ailə,  Qadın  və  Uşaq 
Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığına və ondan müdafiə mexanizlərinə dair ölkənin bir çox yerlərində 
bir sıra informasiya sessiyaları keçirmişdir.
117
 2014-cü ilin oktyabr ayında Səhiyyə Nazirliyi  Ucar, Kürdəmir, Göyçay, 
Zərdab,  Hacıqabul,  Yevlax  və  Ağdaş  rayonlarında  məişət  zorakılığının  uşaq  və  yeniyetmə  qurbanları  ilə  işləyən 
dövlət orqanları və QHT-lər üçün məlumatladırma məqsədi daşıyan təlimlər təşkil etmişdir.
118
 Eləcə də, Bakıda və 
regionlarda “Məişət zorakılığının ailə münasibətlərinə təsiri” mövzusunda tədbirlər təşkil edilmişdir. Bu tədbirlərdə 
müvafiq icra orqanlarının, hüquq mühafizə orqanlarının və icma nümayəndələri iştirak etmişlər.
119
2011-ci ildə Ailə Məcəlləsinə edilən dəyişikliklə nikah yaşı oğlan və qızlar üçün bərabərləşdirilərək 18 olaraq 
müəyyən edildi.
120
 Bu CEDAW Komitəsinin müvafiq tövsiyəsinə (2009-cu ildə) uyğun idi. Azərbaycan Respublikasının 
Cinayət Məcəlləsinə məcburi nikahlara dair müddəa daxil edildi.
121
 CEDAW Komitəsinin 2015-ci ildə ölkə üzrə Yekun 
müşahidələrində 2011-ci ildə Ailə Məcəlləsinə edilən dəyişikliklər, xüsusilə minimal nikah yaşının qadın və kişilər 
üçün 18 yaşa çatdırılmasını; 2011-ci ildə məcburi və erkən nikahlarla əlaqədar hallara görə cinayət təqibini nəzərdə 
tutan  müddəaların  Cinayət  Məcəlləsinə  daxil  edilməsini;  2010-cu  ildə  Məişət  Zorakılığının  qarşısının  alınması 
haqqında Qanunun qəbul edilməsini alqışlamışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları Müvəkkilinin Aparatı və başqa dövlət 
orqanları,  beynəlxalq  təşkilatlar  və  vətəndaş  cəmiyyəti  institutları  CEDAW  Komitəsi  və  UDİ  üzrə  İşçi  Qrupunun 
qadına qarşı zorakılıq və erkən nikahlarla bağlı məlumatlılığın artırılmasına dair tövsiyələrinə müvafiq olaraq erkən 
nikah  fenomeninin  qarşısının  alınmasına  yönəlmiş  məlumatlandırma  və  maarfiləndirmə  kampaniyaları  həyata 
keçirmişdir.
122
 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin sözlərinə görə 2014-cü ildə müxtəlif 
regionlarda  erkən  nikahların  qarşısı  alınmışdır:  “övladlarını  erkən  nikahlara  məcbur  edən  həmin  ailələrə  müxtəlif 
qurumlar  vasitəsilə  erkən  nikah  hallarının  Azərbaycan  qanunvericiliyinə  zidd  olması  və  cinayət  təqibi  predmeti 
olmasına dair sifarişlər göndərilib.”
123
111
  Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət 
yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 25 Aprel 2012.
112
  “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan 
Respublikasi Nazirlər Kabinetinin 46 saylı Qərarı, 25 aprel 2012.
113
  “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasi Nazirlər Kabi-
netinin 207 saylı Qərarı, 19 dekabr 2011.
114
  “Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası”nın təsdiq 
edilməsi haqqında  Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 206 saylı Qərarı, 19 dekabr 2011.
115
  Qanun No 180-IVQD.
116
  http://scfwca.gov.az/?page_id=874
117
  http://scfwca.gov.az/?cat=41
118
  http://www.isim.az/isim/news.php?id=775
119
  http://scfwca.gov.az/?page_id=874
120
  Azərbaycan Respubliaksının Ailə Məcəlləsi, Maddə 10.1. Bu maddə Azərbaycan Respublikasının 15 noyabr 2011-ci il tarixli Azərbaycan Respub-
likasının Ailə Məcəlləsinə düzəliş edilməsi haqqında Qanunu ilə dəyişdirilmişdir.
121
  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Maddə 176.1. Bu maddə Azərbaycan Respublikasının 15 noyabr 2011-ci il tarixli, 256-IVQD nömrəli 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə düzəliş edilməsi haqqında Qanunu ilə dəyişdirilmişdir. 
122
  Report of the Special Rapporteur on Violence Against Women, its Causes and Consequences: Addendum, Mission to Azerbaijan. 2 June 2014. Para. 17.
123
  http://www.gun.az/xeber-hicran-huseynova-bu-il-7-8-erken-nikahla-bagli-toyun-qabagini-almisiq-t160211.html#.VHCvjTSUf5M


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə