31
Regiondan asılı olaraq göstəricilərdə fərqlər müşahidə olunur. Partyor zorakılığının ən yüksək olduğu faiz
Abşeronda (29 faiz) və Lənkəranda (19 faiz) müşahidə edilir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərini tərk
etmiş məcburi köçkün və qaçqın qadınlar arasında intim partnyor zorakılığı (26 faiz) digər qadınlarla müqayisədə
(20 faiz) daha yuxarı olmuşdur.
102
Digər yaş qrupları ilə müqayisədə gənc qadınlar partnyor zorakılığına daha çox
məruz qalır, eləcə də erkən nikahlar partnyor zorakılığı riskini artırır.
103
Milli sorğuya əsasən, nə vaxtsa partnyoru olmuş respondentlərin 7 faizi həyatlarının müəyyən dönəmində cinsi
zorakılığa məruz qalmışdır, bu faiz Dağlıq Şirvanda 0, Quba-Xaçmazda isə 12 faiz təşkil edir.
104
Bütün regionlar üçün
intim əlaqəyə məcbur etmə cinsi zorakılığın ən ümumi forması olaraq qalır.
105
Milli sorğuya əsasən, qadın respondentlərin 11 faizi qeyri-partnyorlar tərəfindən fiziki zorakılığa məruz
qaldıqlarını bildirmişdir, bu faiz Abşeronda müşahidə olunan 18 faizlə Bakıda müşahidə olunan 4 faiz arasında
dəyişir. Qeyri-partnyor tərəfindən cinsi zorakılığa məruz qalan qadınların nisbəti Abşeronda qeyd olunan 10 faizlə
Bakıda müşahidə olunan 3 faiz arasında dəyişir.
106
Milli sorğuya uyğun olaraq respondent qadınların 10 faizi uşaqlıqda cinsi zorakılığa məruz qalmışdır. Bu Abşeron
və Quba-Xaşmazda 1 faizlə, Şəki-Zaqatalada müşahidə olunan 25 faiz arasında dəyişir.
Azərbaycanda erkən və ya məcburi nikahlar geniş yayılıb. Bu təcrübənin qanuna zidd olmasına görə aidiyyəti
statistik məlumatlar etibarlı olmaya bilər, amma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
məlumatlarında 2013-cü ildə 5000, 2012-ci ildə 4000 erkən nikahlar qeydə alınmışdır,
107
saydakı artım nikah yaşının
artırılmasından qaynaqlanır.
UNICEF-in araşdırmasına əsasən, erkən nikahların ən yüksək sayı Abşeron və Lənkəranda, daha sonra isə Quba
və Ağstafada müşahidə olunur.
108
UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin
Azərbaycana tövsiyələri
2013-cü ildə UDİ üzrə İşçi Qrupunun üzv dövlətləri qadına qarşı zorakılığa dair bir sıra tövsiyələr irəli sürmüşdür.
Tövsiyələrin çoxu bir-biri ilə eyni olduğu üçün burada onların hamısını təkrarlamırıq. Mahiyyət etibarilə Azərbaycan
üçün irəli sürülən tövsiyələr aşağıdakılardır:
•
Qadına qarşı zorakılıqla mübarizə tədbirlərini gücləndirmək
(UDİ üzrə
tövsiyələr, bəndlər 109.60, 109.61, 109.66, 109.82);
•
Məişət zorakılğı qanununun effektiv implementasiyası və monitorinqi mexanizmlərini inkişaf etdirmək üçün
tədbirlər görmək, xüsusilə zorakılığa məruz qalmış qadınların ədliyyəyə çıxışını və onların müdafiəsini təmin
etmək
(UDİ üzrə tövsiyələr, bəndlər 109.81, 109.83);
•
Qeydiyyata alınmamış nikahlar təcrübəsini aradan qaldırmaq üçün təcili tədbirlər görmək, nikah yaşından əvvəl evliliklərin
baş verməməsini təmin etmək üçün ictimai maarifləndirmə kampaniyaları keçirmək
(UDİ üzrə tövsiyələr, bənd 109.100).
CEDAW Komitəsinin 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələrində
(Bənd 22) məişət zorakılığının qarşısının
alınması haqqında Qanunun həyata keçirilməsi prosesində olan çatışmamazlıqlar, məişət zorakılığı halları ilə
əlaqədar sistematik məlumatın toplanmaması, məişət zorakılığı qurbanları üçün yardım
və təyinat mərkəzlərinin
sayının məhdud olması, dövlət təminatlı sığınacaqların çox az olması; Qadınlara qarşı zorakılıq və məişət
zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının ratifikasiyanda
müşahidə olunan
gecikmələrlə bağlı öz narahatlığını ifadə etmişdir.
CEDAW Komitəsi 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələrində Azərbaycana aşağıdakıları tövsiyə etmişdir:
•
Təxirəsalınmaz şəkildə Məişət zorakılığının qarşısının alınması üzrə Milli Fəaliyyət Planını və Məişət zorakılığının
qarşısının alınması üzrə Milli Strategiyanı qəbul etmək və onların həyata keçirilməsi üçün müvafiq vəsait ayırmaq
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 23 (a));
102
Yenə orada, səh. 23.
103
Yenə orada, səh. 30-31.
104
Yenə orada, səh. 78.
105
Yenə orada, səh. 22.
106
Yenə orada, səh. 25.
107
Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrəXüsusi Məruzəçi Raşida Mancunun Hesabatı: Əlavə, Azərbaycana missiya, 2 iyun 2014,
A/HRC/26/38/Add.3.
108
UNICEF/AQUPDK, Erkən nikahlar:uşaqların hüquqlarının pozulması (2009).
32
•
Yaş, yaşayış məntəqəsinin tipi, habelə günahkar ilə qurban arasında əlaqələri göstərən bölgü əsasında qadınlara
qarşı zorakılığın bütün formaları barədə təfsilatlı məlumatların toplanması sistemini yaratmaq (CEDAW
Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 23 (b));
•
Ölkə daxilində zorakılıq qurbanları üçün dövlət tərəfindən maliyyələşən dəstək və yönləndirmə mərkəzlərini
yaratmaq və bu baxımdan müvafiq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı gücləndirmək; (CEDAW Komitəsinin
ölkə üzrə yekun müşahidələri (2015), bənd 23 (c));
•
Xüsusilə regionlarda, zorakılıq qurbanı olan qadınlar üçün dövlət tərəfindən maliyyələşdirilən sığınacaqların
sayını artırmaq, və qurbanlar üçün 24/7 rejimdə çalışan qaynar xətt yaratmaq (CEDAW Komitəsinin ölkə üzrə
yekun müşahidələri (2015), bənd 23 (d));
•
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması haqqında Avropa Şurası Konvensiyasının
ratifikasiyası üzrə konkret müddət təyin etmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd
23 (e));
•
Qızların məktəb təhsilindən ayrılmalarının monitorinqi, eləcə də hüquq-mühafizə orqanları tərəfindən sistemli
araşdırma, təqib və cinayət törətmiş bütün şəxslərin cəzalandırılması vasitəsilə erkən və yetkinlik yaşına
çatmamış insanlar arasında nikahların qarşısını almaq (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri
(2015), bənd 39 (a));
•
Əvvəlcədən rəsmi qeydiyyat olmadan dini nikahların (“Kəbin”) həyata keçirilməsinə qarşı qadağanı tətbiq, habelə
(29 saylı ÜT-ə uyğun olaraq) qeydə alınmamış nikahlarda qızların və qadınların, eləcə də onların uşaqlarının
hüquqlarını müdafiə etmək üçün bütün lazımi tədbirlər görmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri
(2015), bənd 39 (b));
•
Pensiya və sığorta kimi qeyri-maddi əmlakın birgə mülkiyyətin bir hissəsi kimi tanınmasına və boşanma zamanı
bərabər bölünməsinə imkan yaradan lazımi qanunvericilik tədbirlərini həyata keçirmək (CEDAW Komitəsinin
ölkə üzrə yekun müşahidələri (2015), bənd 39 (c));
•
Kənd yerlərində uşaq müəssisələrinin, habelə məişət zorakılığı qurbanları üçün sığınacaqların mövcudluğunu
təmin etmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 37).
İqtisadi, sosial və mədəni hüquqlar Komitəsi 2013-cü ildə Yekun Qeydlərində DMK arasında və kənd yerlərində
erkən nikahlar praktikasının davam etməsindən narahatlığını
bildirərək, dövlətə aşağıdakıları tövsiyə etmişdir:
•
“Düzəliş edilmiş Ailə Məcəlləsinin implementasiyasına nəzarət etmək.”
109
•
“Növbəti dövri hesabatında müxtəlif etnik və dini qruplar, DMK və şəhər və kənd yerləri üzrə bölgü əsasında
ölkədə yayılmış erkən nikahlarla bağlı məlumat vermək.”
110
Azərbaycanda qadına qarşı zorakılıq üzrə Xüsusi Məruzəçinin (XM) hesabatı bir sıra tövsiyələri də əhatə
etməklə ölkədə qadına qarşı zorakılığın hüquqi əsaslı təhlilini əks etdirir. Bura aşağıdakı sahələr daxildir: hüquqi
və siyasi islahatlar; hesabatlılıq; gender stetreotiplərinə və qadınların səlahiyyətləndirilməsinə, eləcə də statistika
və məlumat toplanılmasına ünvanlanmış məlumatlandırma kampaniyaları daxil olmaqla cəmiyyətdəki mövcud
münasibətlərin transformasiyası. Bəzi tövsiyələr qadına qarşı zorakılıq məsələlərinə ünvanlanmış olsa da, digərləri
qadınların səlahiyyətləndirilməsi və CRSH kontekstindədir. Tövsiyələrin siyahısı çox uzun olduğu üçün onlar Əlavə
4-də təqdim edilir. Ancaq irəliləyişi monitorinq etmək üçün bəzi indikatorlar XM-nin tövsiyələrini əks etdirir.
Dövlətin həyata keçirdiyi tədbirlər
2011-ci ildə Azərbaycanda Qadına qarşı zorakılığa dair Milli Sorğu Hesabatı (2008) çap olundu. Hesabat ölkədə
qadına qarşı zorakılığa dair etibarlı və reprezentativ məlumatları təmin edir, eləcə də hədəflənmiş siyasət və
proqramlar üçün vacib məlumat mənbəsi kimi çıxış edir. Hesabat CEDAW Komitəsi Yekun müşahidələrində qadına
qarşı zorakılığın səbəblərinin və yayılmasının araşdırılması tövsiyəsinin həyata keçirilməsini dəstəkləyir.
Məişət zorakılığının qarşısının alınmasına dair Qanun 2010-ci ilin iyun ayında qəbul edilmişdir. Qanun hüquqi
və sosial tədbirlər də nəzərə alınmaqla məişət zorakılığının qarşısını alınmasına dair bir sıra müddəaları əhatə edir.
Qanun dövlətdən məişət zorakılığının qarşısının alınması üçün maarifləndirici tədbirlərin də həyata keçirilməsini
tələb edir. Qanun, eləcə də zorakılığın izlənilməsi, qadınların səmərəli preventiv, müdafiə və reabilitasiya xidmətləri
109
E/C.12/AZE/CO/3, para. 19.
110
E/C.12/AZE/CO/3, para. 19.