29
keçirməlidir
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; UDİ tövsiyələri (2013), bəndlər
109.145 və 109.146).
•
Dövlət səhiyyə xidmətlərinin monitorinqi və hesabatlılığının gücləndirilməsi məqsədi ilə ana ölümünə dair
məlumatların İCD-10-a uyğun şəkildə toplanması, hesablanması və qiymətləndirilməsi üçün vahid metodologiya
hazırlamalıdır
(UDİ tövsiyələri (2013), bənd 109.146).
•
Dövlət digər işlərlə bərabər, bu fenomenin yayılma dərəcəsi, onun tərifi və ölçü parametrləri barədə dəqiq
məlumatların təmin edilməsi vasitəsilə, ana ölümü hallarının azaldılmasına yönəlmiş səyləri sürətləndirməlidir
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(a)).
•
Ana ölümünün əsas səbəbləri haqqında informasiyanı təmin etmək üçün ana ölümünə dair toplanılan məlumatlar
onun səbəblərinə dair məlumatları da əks etdirməlidir (əlavə tövsiyə).
•
Dövlət hamilə qadınların əlavə dəmirlə təmin olunmasına dair strategiya qəbul etməli və həyata keçirməlidir
(əlavə tövsiyə).
•
Qadınlar və uşaqlar arasında mikroelement çatışmazlığını aradan qaldırmaq üçün müvafiq qanun qəbul
edilməlidir
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(f)).
İrəliləyişə nəzarət etmək üçün indikatorlar
•
Ana ölümü əmsalı (yaş, şəhər/kənd, təhsil və rifah göstəricisinə görə bölgü əsasında, ana ölümünün səbəbinə
görə bölgü əsasında)?
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34; (2015), bənd 33(a));
•
Hamiləlik zamanı ən azı 4 dəfə antenatal müayinədən keçmiş qadınların faizi (yaş, şəhər/kənd qeydiyyatı, təhsil
və rifah göstəricisinə görə bölgü əsasında)?
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34;
UDİ tövsiyələri (2013), bənd 109.146);
•
Dövlət yüksək ana ölümü əmsalına səbəb olan amillərə yönəlmiş konkret siyasi tədbirlər həyata keçirirmi?
•
Dövlət digər işlərlə bərabər, bu fenomenin yayılma dərəcəsi, onun tərifi və ölçü parametrləri barədə dəqiq
məlumatların təmin edilməsi vasitəsilə, ana ölümü hallarının azaldılmasına yönəlmiş səyləri sürətləndirmək
üçün tədbirlər görmüşdürmü?
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2015), bənd 33(a));
•
Dövlət ana və neonatal ölüm hallarının sayını azaltmaq üçün antenatal, doğüş və yeni doğulmuşlara qayğı
xidmətlərinin keyfiyyətini təmin etmək üçün tədbirlər görübmü?
(CEDAW Komitəsinin ölkə üzrə yekun
müşahidələri (2015), bənd 33(b);
•
Dövlət hamilə qadınlara aşağıdakıları təmin edən strategiya qəbul etmiş və həyata keçirirmi?
- Ən azı 4 antenatal müayinədən keçmək (CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34);
- Dəmir tərkibli əlavə qidalar qəbul etmək (əlavə tövsiyə).
•
Dövlət analara göstərilən qayğının təmin olunması üçün müvafiq proqramlar və digər tədbirlər qəbul etmiş və
həyata keçirmişdirmi?
(CEDAW Komitəsinin ölkə üzrə yekun müşahidələri (2009), bənd 34, UDİ üzrə tövsiyələr,
bənd 109.146);
•
Dövlət BMT-nin Əhali Fondunun müvafiq standartlarına uyğun olaraq ana ölümünə nəzarət və cavab mexanizmləri
hazırlamışdırmı? Bu nəzarət nəticəsində toplanmış məlumat xidmət təhcizatı baxımından hansı siyasi və sistem
dəyişikliklərin olmasına şərait yaratmışdır? (əlavə tövsiyə);
•
Dövlət ana ölümünün ölçülməsini beynəlxalq qəbul olunmuş metodologiyalara uyğunlaşdırıbmı? (əlavə tövsiyə)
;
•
Qidanın Vitaminləşdirilməsi haqqında Qanun qəbul edilmişdirmi?
(CEDAW Komitəsinin ölkə üzrə yekun
müşahidələri (2015), bənd 33(f)).
30
D: QADINA QARşI zoRAkILIQ
Sağlamlıq və insan hüquqları çərçivəsi
Birləşmiş Millətlər Təşkilatı qadına qarşı zorakılığı “şəxsi və ya ictimai həyatda baş verən hədə-qorxular, müəyyən
hərəkətlərə vadar etmə, özbaşına azadlıqdan məhrum etmə halları da daxil olmaqla fiziki, cinsi və ya psixoloji ziyan
vuran və ya əzab verən və ya ziyanla və əzabla nəticələnə biləcək hər bir hərəkət” kimi səciyyələndirir.
92
Cinsi zorakılıq da daxil olmaqla qadına qarşı zorakılıq bir sıra mənfi nəticələr doğura bilər. Fiziki zorakılıq
yaralanma və qıcıqlanmış bağırsaq sindromu, mədə-bağırsaq pozuntuları və xroniki bel ağrıları da daxil olmaqla
müxtəlif xroniki ağrılara səbəb ola bilər. Cinsi zorakılıq İİV, digər zöhrəvi xəstəliklər və arzuolunmayan hamiləliklə
nəticələnə bilər.
93
Eləcə də, psixoloji sağlamlıq problemləri də yarana bilər.
Qadına qarşı zorakılıq ayrı-seçkiliyin bir formasıdır və qadının kişilərlə bərabər şəkildə insan hüquqlarını
həyata keçirmək qabiliyyətini əngəlləyir. Zorakılıq bir sıra əsas hüquqlara təsir edir: yaşamaq hüququ, sağlamlıq
hüququ, işgəncə və ya qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya davranışa məruz qalmamaq hüququ, şəxsin
toxunulmazlığı və azadlığı hüququ, qanun qarşısında bərabər müdafiə hüququ; ailədə bərabərlik; ədalətli və əlverişli
iş şəraiti hüququ; bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi.
94
Erkən nikah da cinsi və gender-əsaslı zorakılığın bir formasıdır. Bu fenomen erkən hamiləliklə nəticələnir ki, bu da fəsadlar
baxımından ən riskli hamiləliklər sırasındadır. Tədqiqatlar, həmçinin, erkən nikahları intim partnyor zorakılığı ilə də əlaqələndirir.
CEDAW-ya əsasən, uşağın nişanlanması və nikaha daxil olması hüquqi qüvvəyə malik olmamalıdır
(CEDAW Konvensiyası,
maddə 16) və CEDAW Komitəsi Yekun müşahidələrində nikah üçün minimum yaşı kişi və qadın üçün 18 olaraq müəyyənləşdirir.
95
Azərbaycanda vəziyyət
Qadına qarşı zorakılıq üzrə Xüsusi Məruzəçi 2013-cü ildə Azərbaycanda olmuşdur. Onun hesabatında göstərilir
ki, Azərbaycanda qadına qarşı zorakılığa “patriarxal sosial normalar, dərin kök salmış gender stereotipləri və yanlış
fikirlər, həmçinin qadınların əleyhinə olan ənənəvi təcrübələr təkan verir.”
96
Qadına qarşı zorakılıq Azərbaycanda həm ictimai, həm də özəl sferada geniş yayılmışdır. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyindən təqdim edilmiş 1 yanvar 2011-ci il - 30 noyabr 2013-cü il tarixlərini əhatə
edən statistik məlumatlara əsasən 4053 sayda məişət zorakılığı faktı qeydə alınmışdır.
97
Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş məlumata əsasən, 2013-cü ildə 13 zorlama və zorlamaya
cəhd şikayətləri olmuşdur, ancaq onu da vurğulamaq lazımdır ki, qadınlara qarşı ər və ya partnyorları tərəfindən olan
zorlamalar da daxil olmaqla, çox hallarda zorlamaya dair şikayət etmirlər.
Məişət zorakılığına dair ilk milli sorğu hökumət və BMT-nin Əhali Fondu tərəfindən 2008-ci ildə keçirilmişdir.
98
Sorğu zorakılığın yayılma səviyyəsi, səbəblər, qadına qarşı zorakılıqla mübarizə üzrə qurbanların istifadə etdikləri
əsas strategiyalara dair məlumatı təqdim etmişdir.
Bu tədqiqat müəyyənləşdirdi ki, respondentlərin 24 faizi 15 yaşından etibarən qeyri-partnyor tərəfindən zorakılığa
məruz qalmışdır, bununla yanaşı qadınlara qarşı zorakılığı əsasən partnyor və digər yaxın ailə üzvü törədir.
99
Sorğuda
iştirak edən qadınların 15 faizi fiziki zorakılığa məruz qaldığını, dörddə biri isə partnyorları tərəfindən psixoloji
zorakılığa məruz qaldığını bildirmişlər. Partnyor zorakılığına məruz qalan qadınların 1-dən az faizi müdafiə üçün
rəsmi qurumlara müraciət etmişdir.
100
Bu adət-ənənə amilləri və xidmətlərin olmaması ilə bağlı idi. Xidmətlərdən
istifadə edənlərin böyük əksəriyyəti xidmətlərdən razı qalmamışdır.
101
92
Qadına qarşı zorakılığın ləğv edilməsi haqqıdna
BMT-nin Bəyannaməsi, BMT-nin Baş Məclisi, 85-ci Plenar İclas, dekabr 1993.
93
Researching violence against women: a practical guide for researchers and activists. Geneva, World Health Organization, and Seattle, Program for
Appropriate
Technology in Health, 2005. At: www.path.org/files/GBV_rvaw_complete.pdf. (5 Avq. 2010)
94
Committee on the Elimination of Discrimination against Women, General Recommendation 19, violence against women (1992).
95
CEDAW Committee, General Recommendation 21, para. 36.
96
Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrəXüsusi Məruzəçi Raşida Mancunun Hesabatı: Əlavə, Azərbaycana missiya, 2 iyun 2014, A/
HRC/26/38/Add.3. Bənd 4.
97
Yenə orada. Bəndlər 6 və 14.
98
BMT-nin Əhali Fondu/AQUPDK, Azərbaycanda qadınlara qarşı zorakılıq üzrə milli sorğu hesabatı( 2011).
99
Yenə orada, p. 21.
100
BMT-nin Əhali Fondu/SCFWCAAQUPDK, National Survey Report on Violence Against Women in AzerbaijanAzərbaycanda qadınlara qarşı zorakılıq
üzrə milli sorğu hesabatı (UNFPA, 2011). səh. 31.
101
Yenə orada, səh. 34.