Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə21/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

38
Bütün  ölkə  ərazisində  heç  bir  ayrı-seçkilik  olmadan  bütün  qadınlar  üçün  açıq  olan  24  saat,  həftənin  yeddi 
günü fəaliyyət göstərən pulsuz qaynar xətt, müvəqqəti sığınacaq və yardım mərkəzləri, hüquqi və tibbi yardım, 
psixoloji yardım və reabilitasiya tədbirləri daxil olmaqla, zorakılıq qurbanı olmuş qadınlar üçün pulsuz, dayanıqlı 
və Dövlətin dəstəklədiyi xidmətlərin yaradılıbmı? 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 23(c); 
Qadına qarşı zorakılıq üzrə Xüsusi Məruzəçinin hesabatı, bənd 84(c)(i));

Dövlət keçirdiyi tədbirlərin təsirini qiymətləndirmək məqsədilə gender stereotiplərinin aradan qaldırılması üzrə 
tədbirlərin mütəmadi monitorinqi və nəzərdən keçirilməsini təşkil edirmi? Bu tədbirlər davamlı və sistemli olub 
qadınların ən həssas qrupları da daxil olmaqla bütün hədəf əhalini əhatə edirmi? 
(CEDAW Komitəsinin Yekun 
müşahidələri (2015), bənd 21(d); Qadına qarşı zorakılıq üzrə Xüsusi Məruzəçinin hesabatı, bənd 86);

Qadınlara  qarşı  zorakılığın  bütün  formaları  barədə  yaş,  şəhər  və  kənd  əraziləri,  habelə  zorakılığı  törədənlə 
zorakılığa  məruz  qalan  arasında  əlaqələri  göstərən  bölgü  əsasında  təsniflənmiş  təfsilatlı  məlumatların 
toplanması sistemi yaradılıbmı? Qurban və zorakılığı törətmiş şəxs barədə məlumatlar cins, yaş, əlaqə, əlillik 
və digər müvafiq xüsusiyyətlərə əsasən təsnif edilibmi? 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015), bənd 
23(b)); Xüsusi Məruzəçinin hesabatı, bəndlər 87(a), 87(d));

Ən son DSS sorğusunda məişət zorakılığına dair fəsil varmı? 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2009), 
bənd 22; Xüsusi Mərizəçinin hesabatı, bəndlər 87(a), 87(d));

Standartlaşdırılmış  və  mərkəzləşdirilmiş  informasiya  sistemini  əks  etdirən  daxili  məlumat  bazası  yaradılıbmı? 
Bazaya zorakılıq işlərinə dair məlumatlar, eləcə də görülmüş işlər və nəticələr haqqında məlumatlar əlavə edilirmi? 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2009), bənd 22; Xüsusi Məruzəçinin hesabatı, bəndlər 85(f), 85(g), 87(a));

Ölkə daxilində zorakılıq qurbanları üçün sığınacaq, müdafiə və reabilitasiyanı təmin edə bilən dövlət tərəfindən 
maliyyələşən  sığınacaqlar  yaradılıbmı? 
(CEDAW  Komitəsinin  Yekun  müşahidələri  (2015,  bənd  23(c));  Xüsusi 
Məruzəçinin hesabatı, bənd 84(c)(1));

Məişət  zorakılığı  qurbanları  üçün  24/7  rejimdə  çalışan  qaynar  xətlərin  sayı  artırılıbmı? 
(CEDAW  Komitəsinin 
Yekun müşahidələri (2015), bənd 23(d); Xüsusi Məruzəçinin hesabatı, bənd 84(c)(1);

Məişət  zorakılığının qarşısının alınması  haqqında Qanunda  əks  olunmuş  qısa  müddətli  və  ya  uzun  müddətli 
mühafizə orderlərinin verilməsi praktikada tətbiq olunurmu? 
(CEDAW Komitəsinin Yekun müşahidələri Yekun 
müşahidələri (2009), bənd 22; Xüsusi Məruzəçinin hesabatı, bənd 85(e));

İnsan resursları:
-  Məişət zorakılığı qurbanlarını müəyyənləşdirərək, onlara peşəkar və həssas şəkildə yardım edə biləcək 
xüsusi  təlim  keçmiş  insan  resursları  təmin  edilibmi?  (CEDAW  Komitəsinin  Yekun  müşahidələri  (2009), 
bənd 22; Xüsusi Məruzəçinin hesabatı, bəndlər 85(a), 85(d));
-  Polis  məntəqələrində  və  məhkəmələrdə  qadın  əməkdaşların  sayını  artırmaq  üçün  səylər  göstərilibmi? 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2009), bənd 22, Xüsusi Məruzəçinin hesabatı, bənd  84(g);
-  Zorakılıq qurbanı olmuş qadınlara və onların ailələrinə hədəflənmiş sosial reabilitasiya dəstəyi göstərməyi 
bacaran xüsusi təlim keçmiş sosial işçilər varmı? (CEDAW Komitəsinin Yekun müşahidələri (2009), bənd 22).

Məişət zorakılığını törədənlərlə işləmək üçün məcburi və könüllü preventiv proqramlar hazırlanıbmı? 
(Əlavə tövsiyə);

Erkən  nikahların  çox  yayılmış  olduğu  kənd  yerlərində  və  regionlarda,  xüsusilə  Abşeron  və  Lənkəranda  nikah 
yaşına  çatmamışların  evliliklərinin  qarşısını  almaq  üçün  ictimai  məlumatlandırma  kampaniyaları  keçirilibmi? 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2009), bənd 40; UDİ üzrə İşçi Qrupunun tövsiyələri, bənd 109.100);

Erkən/məcburi nikahlar məktəb tədrisində genderə həssas proqramlara daxil edilibmi? 
(CEDAW Komitəsinin 
Yekun müşahidələri (2009), bənd 40; UDİ üzrə İşçi Qrupunun tövsiyələri, bənd 109.100);

Zorakılıq qurbanı olmuş qadınlar üçün, eləcə də qadına qarşı zorakılığın qarşısının alınmasına dair strategiya 
və  proqramların  hazırlanması,  implementasiyası  və  monitorinqində  iştirakını  təmin  edəcək  mexanizm  və 
prosedurlar hazırlanıbmı? 
(əlavə tövsiyə);

Dövlət Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasını 
ratifikasiya edibmi? 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 23(e));

Dövlət Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının 
ratifikasiya etmək üzrə konkret müddət təyin edibmi? 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015), bənd 23(e));

Dövlət tərəfindən qadına qarşı zorakılıqla mübarizə üzrə hansı hüquqi, proqram, büdcə və digər tədbirlər görülüb? 
(Əlavə tövsiyə);

Erkən nikahların sayı üzrə məlumat (hər il üçün) 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2009), bənd 40);


39

Qızların məktəb təhsilindən ayrılmalarının monitorinqi aparılırmı? Hüquq-mühafizə orqanları tərəfindən sistemli 
araşdırma,  təqib  və  cinayət  törətmiş  bütün  şəxslərin  cəzalandırılması  vasitəsilə  erkən  və  yetkinlik  yaşına 
çatmamış insanlar arasında nikahların qarşısını almaq üçün tədbirlər görülürmü? 
(CEDAW Komitəsinin Yekun 
müşahidələri  (2015), bənd 39(a));

Nikahı  rəsmi  qeydiyyata  aldırmadan  dini  nikahları  (“Kəbin”)  həyata  keçirmək    qadağan  edilibmi? 
(CEDAW 
Komitəsinin Yekun müşahidələri  (2015), bənd 39(b));

Dövlət qeydə alınmamış nikahlarda qızların və qadınların, eləcə də onların uşaqlarının hüquqlarını qorumaq üçün 
tədbirlər görürmü? 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 39(b));

Dövlət pensiya və sığorta kimi qeyri-maddi əmlakın birgə mülkiyyətin bir hissəsi kimi tanınmasına və boşanma 
zamanı  bərabər  bölünməsinə  imkan  yaradan  lazımi  qanunvericilik  tədbirləri  həyata  keçirirmi? 
(CEDAW 
Komitəsinin Yekun müşahidələri  (2015), bənd 39(b)). 
e: CİNsİ vƏ RepRoDukTİv sAğLAMLIQ vƏ hüQuQLAR üzRƏ 
hƏRTƏRƏfLİ vƏ yAşA uyğuN TƏhsİL 
136
Sağlamlıq və insan hüquqları çərçivəsi
YUNESKO-nun tövsiyələrinə görə, hərtərəfli cinsi təhsil proqramları aşağıdakı məlumatları əhatə edir: böyümə 
və inkişaf; cinsi anatomiya və fiziologiya; reproduksiya, kontrasepsiya, hamiləlik və uşağın doğulması; İİV və QİÇS; 
cinsi yolla keçən infeksiyalar; ailə həyatı və şəxlərarası münasibətlər; mədəniyyət və seksuallıq; insan hüquqlarına 
əsaslanmış  səlahiyyətləndirmə;  ayrı-seçkiliyə  yol  verilməməsi,  bərabərli  və  gender  rolları;  cinsi  davranış;  cinsi 
müxtəliflik; cinsi zorakılıq; gender əsaslı zorakılıq və zərərli adətlər.
137
Cinsi  və  reproduktiv  sağlamlıq  və  hüquqlar  üzrə  hərtərəfli  təhsil  insanların  cinsi  sağlamlıq  sahəsində  bilik  və 
bacarıqlarını təmin edir. Bu, insanların arzuolunmayan hamiləlik, təhlükəsiz abort, cinsi yolla keçən infeksiyalar və İİV-ə 
məruz qalma riskini azaldır. Məktəblər yeniyetmələrin cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə biliklər əldə etməsi 
üçün ən yaxşı mühitə sahibdir. Ancaq məktəbə getməyən yeniyetmələri də bu sahədə maarifləndirmək əhəmiyyətlidir.
Uşaq Hüquqları Konvensiyası (UHK) bütün uşaqlar və yeniyetmələrin sağlam fiziki və psixi inkişafına köməyə 
yönəldilmiş  informasiya  ala  bilmək  hüququnu  (UHK,  maddə  17)  və  uşağın  şəxsiyyətinin,  istedadının,  əqli  və 
fiziki  qabiliyyətinin  tam  həcmdə  inkişaf  etdirilməsinə  yönəldilmiş  təhsil  hüququnu  (UHK,  maddə  29)  təsbit  edir. 
Konvensiyada,  eləcə  də  göstərilir  ki,  iştirakçı  dövlətlər  uşağın  ən  mükəmməl  səhiyyə  sistemi  xidmətlərindən  və 
xəstəliklərin müalicəsi və sağlamlığın bərpası vasitələrindən istifadə etmək hüququnu təsdiq edirlər (UHK, maddə 
24). CEDAW isə dövlətlərdən təhsil vasitəsi ilə kişi və qadınların rolu barədə hər cür stereotip konsepsiyaları aradan 
qaldırmağı tələb edir. ƏİBK-ın Fəaliyyət Proqramı reproduktiv seçimlər və öhdəliklər, cinsi yolla keçən xəstəliklər də 
daxil olmaqla genderə həssas təhsilin olmasını vurğulayır və göstərir ki, bu təhsil ibtidai məktəbdə başlamalı və 
səmərəli olmaq üçün rəsmi və qeyri-rəsmi təhsilin bütün səviyyələrində davam etməlidir (Bəndlər 11.5 və 11.9). 
Azərbaycanda vəziyyət
Cinsi  və  reproduktiv  sağlamlıq  və  hüquqlara  dair  təhsil  nə  məcburi,  nə  də  seçmə  fənn  olaraq  məktəblərdə 
tədris  planına  daxil  edilməmişdir.  Müvafiq  indikatorlar  üzrə  qeyd  olunanlar  da  daxil  olmaqla  heç  bir  məlumat 
toplanılmamışdır. Məktəblərdə cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli təhsil almış şagirdlərin 
nisbəti; arzuolunmayan hamiləliyin və cinsi yolla keçən infeksiyaların qarşısının necə alınmasını bilən yeniyetmələrin 
nisbəti; cinsi və reproduktuv sağlamlıq və hüquqlar üzrə fənləri tədris edə biləcək təlim keçmiş müəllimlərin nisbəti 
və  ya  cinsi  və  reproduktiv  sağlamlıq  üzrə  məsləhət  vermək  məqsədilə  təlimləndirilmiş  səhiyyə  işçiləri  haqqda 
məlumatların toplanılmasına və işlərə ehtiyac vardır.
UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin 
136
  UNFPA, UNESCO və s. kimi beynəlxalq təşkilatlar  “hərtərəfli seksuallıq təhsili” terminidən istifadə edir. Biz “cinsi və reproduktiv sağlamlıq və 
hüquqları üzrə hərtərəfli təhsil” ifadəsindən istifadə etdik ki, bu ifadə Azərbaycan dilində həmin terminin məzmununu daha dəqiq ifadə edir.  
137
  UNESCO, International Technical Guidance on Sexuality Education, (United Nations, December 2009).  


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə