40
Azərbaycana tövsiyələri
UDİ üzrə İşçi Qrupunun 2013-cü ildə verilmiş tövsiyələri cinsi təhsilə bağlı hər hansı bir müddəanı əks etdirmir.
CEDAW Komitəsinin 2009-cu il üzrə Yekun Müşahidələrinin 34-cü bəndində tövsiyə olunur ki:
•
Qızlar və oğlanlar üçün ailə planlaşdırılması və reproduktiv tibbi maarifləndirmə təmin olunsun, xüsüsilə cinsi
yolla keçən HİV və QİÇS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetirilsin.
CEDAW Komitəsi 2015-ci ildə ölkə üzrə Yekun Müşahidələrində aşağıdakıları tövsiyə edir:
•
Digər işlərlə bərabər, məktəblərdə yaşa uyğun cinsi təhsil vasitəsilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq
üzrə tədrisi təşviq etsin (Bənd 33(c));
•
Prioritet bir məsələ olaraq, dərslikləri və digər tədris materiallarını nəzərdən keçirmək və hər hansı bir gender
stereotiplərinə əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmaq (Bənd 29(d));
•
Məktəblərin tədris proqramına və təhsilin bütün pillələrində müəllimlər üçün hazırlanan peşəkar təlim kurslarına
qadın hüquqları və gender bərabərliyi üzrə məlumatları məcburi mövzu olaraq daxil etmək (Bənd29(e)).
Dövlətin həyata keçirdiyi tədbirlər
Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsil məktəblərdə və məktəbdən kənarda uşaqlara keçirilmədiyi
üçün hesab etmək olar ki, dövlət CEDAW Komitəsinin bu tövsiyələrini tam şəkildə yerinə yetirməmişdir. Hazırda
Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu məsələni nəzərdən keçirir.
Uyğunsuzluqlar
Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsil istər məktəblərdə, istərsə də məcburi köçkünlər üçün
salınmış qəsəbələr daxil olmaqla məktəbdən kənarda uşaqlara keçirilmir. Müvafiq məlumatlar toplanılmadığı üçün
uşaq və gənclərin cinsi sağlamlığa dair məlumatlara nə səviyyədə malik olmasını monitorinq etmək çətindir.
Tövsiyələr
•
Dövlət məktəblərdə və məktəbdən kənarda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilin müyəssərliyini
təmin etmək üçün milli strategiya hazırlamalı və onu tam şəkildə yerinə yetirməlidir.
(CEDAW Komitəsinin Yekun
müşahidələri (2009), bənd 34; (2015), bənd 33(c)).
Aşağıdakı məqamlar nəzərə alınmaıdır:
–
Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsil məcburi olmalı və yaşa uyğun şəkildə bütün siniflərdə
tədris olunmalıdır;
–
Proqramların məzmunu beynəlxalq insan hüquqları normalarına və YUNESKO tərəfindən hazırlanmış hərtərəfli
cinsi təhsil qaydalarına uyğun olmalıdır;
–
Valideynin icazəsi tələb olunmamalıdır;
–
Strategiya cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli təhsilə çıxışa mane ola biləcək hər hansı
dini,
sosial və ya digər inanc, praktika və institutlara dair
tədbirləri əks etdirməlidir;
–
Proqramlar əlililiyi olan uşaqlar üçün də müyəssər olmalıdır.
•
Hökumət cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilə dair tədris proqramı və müəllimlər üçün vəsait
hazırlamalıdır
(CEDAW Komitəsinin Yekun Müşahidələri (2009), bənd 34; (2015), bənd 33(c));
•
Pedaqogika ixtisası üzrə müəllimlər və tələbələr cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təlimlərlə təmin
olunmalıdırlar. Onlar tələbələrin müxtəlif ehtiyacları və hər hansı yalnış təsəvvür və stereotiplərdən uzaq elmi
cəhətdən dəqiq məlumatlar əsasında maarifləndirilməlidir
(CEDAW Komitəsinin Yekun Müşahidələri (2009),
bənd 34; (2015), bənd 33(c));
•
Hökumət prioritet bir məsələ olaraq, dərslikləri və digər tədris materiallarını nəzərdən keçirərək, gender
stereotiplərinə əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmalıdır
(CEDAW Komitəsinin Yekun
41
Müşahidələri 2015, bənd 29 (d));
•
Hökumət məktəblərin tədris proqramına və təhsilin bütün pillələrində müəllimlər üçün hazırlanan peşəkar təlim
kurslarına qadın hüquqları və gender bərabərliyi üzrə məlumatları məcburi mövzu olaraq daxil etməlidir
(CEDAW
Komitəsinin Yekun Müşahidələri 2015, bənd 29 (e)).
İrəliləyişin monitorinqi üçün indikatorlar
•
Hökumət məktəblərdə və məktəbdən kənarda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilin
müyəssərliyinitəmin etmək üçün milli strategiya hazırlayıb və onu tam şəkildə yerinə yetiribmi?
(CEDAW
Komitəsinin Yekun müşahidələri (2009), bənd 34; (2015), bənd 33(c)).
Aşağıdakı məqamlar nəzərə alınmalıdır:
–
Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsil məcburidirmi və yaşa uyğun şəkildə bütün siniflərdə
tədris olunurmu?
–
Proqramların məzmunu beynəlxalq insan hüquqları normaları və YUNESKO tərəfindən hazırlanmış hərtərəfli
cinsi təhsil qaydalarına uyğundurmu?
–
Valideynin icazəsi kimi məhdudiyyətlər varmı?
–
Fərdlərin cinsi və reproduktiv sağlamlıq və hüquqları üzrə hərtərəfli təhsilə çıxışına mane ola biləcək hər hansı
dini, sosial və ya digər inanc, praktika və institutlarla iş üzrə tədbirləri özündə əks etdirən strategiya varmı?
–
Proqramlar əlililiyi olan uşaqlar üçün müyəssərdirmi?
•
Hökumət cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilə dair tədris proqramı və müəllimlər üçün vəsait
hazırlayıbmı?
(CEDAW Komitəsinin Yekun müşahidələri (2009), bənd 34; (2015), bənd 33(c));
•
Pedaqogika üzrə ixtisaslaşan müəllimlər və tələbələr cinsi və reproduktiv saglamlıq və hüquqlar üzrə təlimlərlə
təmin olunubmu? Onlar tələbələrin müxtəlif ehtiyacları və hər hansı yalnış təsəvvür və stereotiplərdən uzaq elmi
cəhətdən dəqiq məlumatlar əsasında məlumatlandırılıbmı
? (CEDAW Komitəsinin Yekun müşahidələri (2009),
bənd 34; (2015), bənd 33(c));
•
Dövlət prioritet bir məsələ olaraq, dərslikləri və digər tədris materiallarını nəzərdən keçirərək, gender stereotipinə
əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmaq üçün hansı tədbirləri görüb?
(CEDAW Komitəsinin Yekun
müşahidələri 2015, bənd 29 (d));
•
Hökumət məktəblərin tədris proqramında və təhsilin bütün pillələrində müəllimlər üçün hazırlanan peşəkar
təlim kurslarına qadın hüquqları və gender bərabərliyi üzrə məlumatların məcburi mövzu olaraq daxil edilməsi
üçün tədbirlər görübmü?
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015), bənd 29(e))