10
Azərbaycan Respublikasında saziş qurumlarının
CRSH üzrə tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi
Cari tədqiqat Azərbaycan Respublikasında CRSH üzrə saziş qurumları tövsiyələrinin icra vəziyyətinin
qiymətləndirilməsi istiqamətində ölkədə atılan ilk addımdır. Qiymətləndirmənin məqsədi CRSH üzrə əldə
olunmuş nailiyyətləri işıqlandırmaq, eləcə də mövcud çatışmazlıq və maneələri müəyyən edib, müvafiq tövsiyələr
hazırlamaqdan ibarətdir. Qiymətləndirmə üçün əsas konseptual çərçivə olaraq Azərbaycanın cinsi və reproduktiv
sağlamlıq hüquqları üzrə üzərinə götürdüyü beynəlxalq insan hüquqları öhdəliklərindən ibarətdir. Bu öhdəliklər 1-ci
fəsildə öz əksini tapır.
Bu hesabatda əsas diqqət qadın və yeniyetmə qızların cinsi və reproduktiv sağlamlıq hüquqlarına yönəlmişdir.
Sosial, mədəni, siyasi, iqtisadi və hüquqi maneələrə görə qadın və qızlar bu hüquqlarından istifadə etməkdə
xüsusi çətinliklərlə üzləşirlər. Bununla belə, CRSH kişi və oğlanlar üçün də vacibdir. Bu hesabatdakı təhlil və ailə
planlaşdırılması xidmətlərinin müyəssərliyi, cinsi və reproduktiv sağlamlıq hüquqları üzrə təhsil, İİV də daxil olmaqla
bir sıra tövsiyələr əhəmiyyətli şəkildə kişi və oğlanların da cinsi və reproduktiv sağlamlıq hüquqlarını əhatə edir.
2013-cü ildə Azərbaycanda insan hüquqlarına dair vəziyyət İnsan Hüquqları Şurasının Universal Dövri İcmal
(UDİ) prosesi əsasında araşdırılmışdır.
4
2009 və 2015-ci illərdə Qadına qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi
(CEDAW Komitəsi) Azərbaycanın CEDAW üzrə təqdim olunmuş dördüncü və beşinci hesabatlarını nəzərdən
keçirmişdir. Hər iki nəzarət prosesi Azərbaycan dövləti üçün CRSH da daxil olmaqla beynəlxalq insan hüquqları
öhdəliklərinə uyğunluğun təkmilləşdirilməsinə dair tövsiyələrin qəbulu ilə nəticələnmişdir (bax Əlavə 1, Əlavə 2
və Əlavə 3).
5
Bu sənədlərin hamısı CRSH-nı da əhatə edir. Təqdim olunan hesabatda 2009-cu ildə qəbul edilmiş
Yekun Müşahidələrdə CRSH üzrə bəzi vacib müddəaların 2015-ci il yekun müşahidələrində əks olunmadığını,
amma onların hələ yetərli qədər icra olunmadığını nəzərə alaraq CEDAW Komitəsinin hər iki Yekun Müşahidələri
üzrə tövsiyələr nəzərdən keçirilir.
Bu hesabat əsas iki sual üzərində qurulmuşdur:
1.
Azərbaycan dövləti qəbul edilmiş aidiyyəti qanunlar, siyasəti və digər təşəbbüslər vasitəsilə UDİ üzrə İşçi
qrupunun və CEDAW Komitəsinin verdiyi tövsiyələri nə səviyyədə yerinə yetirmişdir?
2.
Bu istiqamətdə hansı vacib tədbirlərin görülməsi tələb olunur?
Bu baxımdan UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri təqdim olunan hesabatın əsasını təşkil edir.
Azərbaycan CRSH-nın müdafiəsini təmin edən digər beynəlxalq insan hüquqları müqavilələrini də ratifikasiya
etmişdir (bax: Fəsil 1). Hazırki hesabatın əsas hədəfi qadın və yeniyetmə qızlar olduğu üçün əsas olaraq UDİ üzrə
İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələrini nəzərdən keçirmək qərara alınmışdır. Bununla belə, təhlil digər
qurumların da tövsiyələrinə istinad edir. Hesabatda BMT-nin qadına qarşı zorakılıq və mümkün olan ən yüksək
sağlamlıq standartı hüququ üzrə Azərbaycana ezam olunmuş Xüsusi Məruzəçilərin müvafiq olaraq 2013 və 2012-
ci illərdə verdikləri tövsiyələrə də istinad olunur.
Hesabatın 2-ci fəslində 6 əsas CRSH nəzərdən keçirilir: a
ilə planlaşdırlması da daxil olmaqla cinsi və reproduktiv
sağlamlıq xidmətləri və məlumatların müyəssərliyi; abort; ana ölümü; qadına qarşı zorakılıq; cinsi və reproduktiv
sağlamlıq və hüquqlar üzrə təhsil; və İİV/QİÇS. 3-cü fəsil CRSH üzrə kəsişən mövzuları, daha dəqiq desək,
iştirakçılıq,
məlumat toplanılması və şəffaflıq, hesabatlılıq, məxfilik və konfidensiallıq və ayrı-seçkilik məsələlərini əhatə edir. Bu
məsələlərdən hər biri uyğun olduqca 2-ci fəsildə də nəzərdən keçirilsə də onlara xüsusi diqqət ayrıca olaraq3-
cü fəsildə yetirilir. Qeyd olunmuş əsas və kəsişən məsələlərin insan hüquqları ilə əlaqəsi, UDİ üzrə İşçi Qrupunun
və CEDAW Komitəsinin Azərbaycana müvafiq tövsiyələri, irəliləyiş və uyğunsuzluq olan sahələr və aparılmış
qiymətləndirmə əsasında dövlətə verilən tövsiyələr 2-ci və 3-cü fəsillərdə əsas yer tutur.
Metodologiya
Təqdim olunan hesabat BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə nümayəndəliyinin və Azərbaycan
Respublikasının İnsan Hüquqları Müvəkkilinin Aparatının dəstəyi ilə yerli və xarici ekspertlər tərəfindən hazırlanmışdır.
4
CEDAW Komitəsinin Yekun müşahidələri və UDİ icmallarına dair daha ətraflı məlumat üçün bax: Fəsil 1.
5
UDİ İşçi Qrupunun hesabatı, Azərbaycan, 5 iyul 2013, A/HRC/24/13; CEDAW Komitəsinin Yekun müşahidələri nin Yekun Müşahidələri, Azərbaycan,
7 August 2009, CEDAW/C/AZE/CO/4.