6
Cinsi və reproduktiv sağlamlıq hüquqları (CRSH) yaşamaq, sağlamlıq, ləyaqət və digər insan hüquqlarından
istifadə edə bilmək üçün zəruridir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında
Konvensiya (CEDAW) da daxil olmaqla insan hüquqlarına dair beynəlxalq müqavilələrlə qorunan bu hüquqlar
yoxsulluqla mübarizədə əhəmiyyətli rol oynayır və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq istiqamətində
mərkəzi amil olaraq qəbul edilmişdir.
1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası CEDAW da daxil olmaqla bir sıra
beynəlxalq insan hüquqları müqavilələrinə tərəf oldu. O dövrdən başlayaraq dövlət həmin müqavilələrdə əks
olunmuş müddəaların icrasının vəziyyətinə dair hesabatlar təqdim edir. 2013-cü ildə Azərbaycanda insan hüquqları
vəziyyəti İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) proseduru əsasında araşdırılmışdır. 2009 və
2015-ci illərdə Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi (CEDAW Komitəsinin Yekun müşahidələri )
Azərbaycanın CEDAW əsasında təqdim etdiyi dördüncü və beşinci hesabatlarını nəzərdən keçirmişdir. Hər iki nəzarət
prosesi Azərbaycan dövləti üçün CRSH da daxil olmaqla beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunluğun
təkmilləşdirilməsinə dair tövsiyələrin qəbulu ilə nəticələnmişdir.
Azərbaycan Respublikasında CRSH üzrə saziş qurumlarının tövsiyələrinin icrası
vəziyyətinin qiymətləndirilməsi
Azərbaycan Respublikasında CRSH üzrə beynəlxalq saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin təhlili üzrə
bu qiymətləndirmə bu istiqamətdə atılan ilk addımdır. Bir sıra nəticələr kişi və oğlan yeniyetmələrə də şamil oluna
bilsə də tədqiqat daha çox qadın və yeniyetmə qızların CRSH-ni araşdırıb. Azərbaycanın CRSH üzrə beynəlxalq insan
hüquqları öhdəlikləri əsasında UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri bu qiymətləndirmə üçün
təfsilatlı çərçivəni təmin etmişdir. Qiymətləndirmənin əsas məqsədi dövlətin UDİ üzrə İşçi Qrupunun və CEDAW
Komitəsinin tövsiyələrinə uyğun atılmış addımları təhlil etməkdən ibarətdir.
Bu qiymətləndirmə UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələrinin yerinə yetirilməsinə nəzarət
üçün müvafiq CRSH üzrə indikatorları müəyyənləşdirir. Məlumatlar üç əsas sual əsasında təhlil olunur:
Əhalinin cinsi
və reproduktiv sağlamlığı hansı vəziyyətdədir? Dövlət tərəfindən bu istiqamətdə hansı qanunlar, proqramlar və
yaxud digər təşəbbüslər qəbul edilmişdir və onların icra vəziyyəti necədir? CRSH üzrə Azərbaycandakı vəziyyət
və ölkənin beynəlxalq insan hüquqları öhdəlikləri arasında hansı uyğunsuzluqlar müşahidə edilir? Aparılmış
təhlilə əsaslanaraq təqdim olunan hesabat dövlətə bir sıra hüquqi və siyasi tövsiyələr təqdim edir.
Qiymətləndirmə CRSH üzrə altı əsas məsələni əhatə edir ki, onların da bir qismi gender-spesifikdir:
reproduktiv sağlamlıq sahəsində məlumat və xidmətlərin müyəssərliyi; abort; ana ölümü; qadına qarşı zorakılıq; cinsi
və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli və yaşa uyğun təhsil (beynəlxalq ədəbiyyatda “hərtərəfli və yaşa
uyğun cinsi təhsil” ifadəsindən istifadə olunur); və İİV/QİÇS. Eləcə də, bu sahə ilə kəsişən məsələlər, daha dəqiq
desək,
gender stereotipləri, həssas qruplar, iştirakçılıq; hesabatlılıq və ədalətin müyəssərliyi; məlumatın monitorinqi;
məxfilik və konfidensiallıq nəzərdən keçirilir. Bu hesabat əsas diqqəti CEDAW üzərində cəmləşdirərək, kişi və
oğlanlara aid məsələlərə toxunsa da, daha çox qadın və yeniyetmə qızların cinsi və reproduktiv sağlamlıq və
hüquqlarına yönəlmişdir.
Nailiyyət əldə olunmuş əsas sahələr və mövcud problemlər
Azərbaycan bu istiqamətdə bir sıra sahələrdə nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Son 20 ildə ana ölümünün
nisbəti xeyli aşağı düşmüş, dövlət qadına qarşı zorakılıq üzrə bir sıra qanun və proqramlar qəbul etmişdir. Nikah
yaşının kişi və qadın üçün bərabərləşdirilərək 18 olaraq müəyyənləşdirilməsi də daxil olmaqla erkən nikahlara qarşı
ünvanlanmış bir sıra vacib tədbirlər həyata keçirilmişdir.
Ancaq bu irəliləyişlərə baxmayaraq, ana ölümü ilə bağlı narahatçılıq hələ də qalmaqdadır. Xüsusilə kənd və ucqar
yerlərdə yaşayan qadınlar üçün reproduktiv sağlamlıq xidmətləri də daxil olmaqla səhiyyə xidmətlərinin müyəssərliyi
aşağı səviyyədədir. Qadına qarşı zorakılıq sahəsində yeni qanunlar və siyasət tam icra olunmayıb. Müasir kontraseptiv
üsullardan istifadə aşağı səviyyədədir. Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli və yaşa uyğun təhsil
məktəblərdə tədris proqramına daxil edilməyib. Ailə planlaşdırılması üsulları haqqında məlumatlar davamlı olaraq
XÜLASƏ
7
qadınlara abortdan əvvəl və sonra təqdim olunmur. İİV/QİÇS-ə yoluxanların sayı az olsa da anadan uşağa İİV-in
ötürülməsinin qarşısının alınması da daxil olmaqla dərmanların tam müyəssərliyi təmin edilməyib.
Hələ də geniş yayılmış gender sterotipləri gender-əsaslı cinsi seçimin əsasında duraraq doğuşda cinsi nisbətin
ciddi şəkildə pozulması, eləcə də qanuna zidd olmasına baxmayaraq erkən nikahların baş verməsi ilə nəticələnir.
Həssas qrupların dövlət siyasətində və ictimai həyatda iştirakçılığı, onlar üçün müyəssər ədalət mühakiməsi və
CRSH üzrə hesabatlılıq məhduddur. Qadınlar, kənd əhalisi, ucqar bölgələrdən olan əhali, məcburi köçkünlər və
qaçqınlar, insan alverinə məruz qalmış qadınlar və digər təcrid olunmuş əhali də daxil olmaqla həssas qruplar
CRSH-dən istifadə etməkdə xüsusi maneələrlə üzləşirlər.
Əsas tövsiyələr
Hesabat sözügedən məsələlərə dair UDİ və CEDAW tövsiyələri ilə Azərbaycandakı vəziyyət arasında olan
uyğunsuzluqları müəyyən edir. Eyni zamanda, dövlətə UDİ və CEDAW, eləcə də digər beynəlxalq insan hüquqları
müqavilələri üzrə öhdəlikləri yerinə yetirmək üçün istiqamət verəcək hüquqi, siyasi və digər tədbirlər üzrə tövsiyələr
də verilir. Hesabatın əsas tövsiyələri sırasında aşağıdakıları göstərə bilərik:
•
Əhalinin reproduktiv sağlamlığının qorunması və ailə planlaşdırılması haqqında Qanunun layihəsi qəbul
edilməlidir.
•
Dövlət həssas qruplar da daxil omaqla əhali arasında müasir kontrasepsiya üsullarından istifadə faizini
yüksəltmək üçün tədbirlər görməlidir. Bu tədbirlər müasir kontrasepsiya üsullarına tələbatın artırılmasına xidmət
etməlidir, məsələn, kontraseptiv üsulların seçilməsini dəstəkləmək üçün fərdlər və cütlüklərə ailə planlaşdırılması
üzrə məsləhətlərin verilməsi; kontraseptiv vasitələrin müyəssərliyini təmin edəcək tədbirlərin görülməsi; kənd
yerlərində yaşayan gənc qadınlar, aşağı təhsil səviyyəli və az təminatlı qadınlar da daxil olamaqla əhali arasında
kontrasepsiya üsulları da daxil olmaqla ailə planlaşdırılmasına dair ictimai məlumatlandırma və maarifləndirmə
kampaniyalarının keçirilməsi.
•
Dövlət kənd və ucqar ərazilərdə yaşayan qadınlar, məcburi köçkün, qaçqın, sığınacaq axtaran və vətəndaşlığı
olmayan qadınlar kimi həssas qruplar da daxil olmaqla qadınların ümümi və reproduktiv səhiyyə xidmətlərinə
çıxışını artırmaq üçün siyasət və digər tədbirlər həyata keçirməlidir. Bu tədbirlər bir sıra maneələrin aradan
qaldırlmasına xidmət etməlidir: ödəniş (rəsmi və qeyri-rəsmi ödəniş də daxil omaqla); məsafə; nəqliyyatın
olmaması; qadın xidmət təminatçıların olmaması; qadınların həkimə tək getmək istəməməsi və sosial norma
olaraq kişi və ya yaşlı qadın ailə üzvündən icazə almalı olması.
•
Dövlət gender stereotipləri və onların təzahürü olan oğlan övladına verilən üstünlük və selektiv abortları aradan
qaldırmağa yönəlmiş məlumatlandırma tədbirləri və ictimai maarifləndirmə kampaniayaları həyata keçirməlidir.
•
Dövlət xüsusilə ana ölümünün yüksək olduğu bölgələrdə bu problemə səbəb olan amilləri aradan qaldıracaq
konkret siyasi tədbirlər qəbul etməli və həyata keçirməlidir.
•
Dövlət təcili və təxirəsalınmaz tədbirlər tələb edən abort və ya məişət zorakılığı kimi hallar üçün inzibati və ya
məhkəmə işlərində vaxt məhdudiyyətini təmin edən xüsusi qanunvericilik müddəaları qəbul etməlidir.
•
Dövlət Məişət zorakılığının qarşısının alınması haqqında Qanunda əks olunduğu kimi Milli Fəaliyyət Planının
layihəsi də daxil olmaqla qadına qarşı zorakılıqla mübarizə üzrə qabaqlayıcı və müdafiə proqramlarını özündə
ehtiva edən hərtərəfli milli strategiyanı
qəbul edərək, icra etməlidir.
•
Dövlət Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının
ratifikasiyası üçün konkret müddət təyin etməlidir.
•
Dövlət kənd yerləri də daxil olmaqla qanuni nikah yaşından əvvəl nikahların həyata keçirilməsinin qarşısını
almaq üçün ictimai maarifləndirmə kampaniyaları keçirməlidir. Dövlət qızların məktəb təhsilindən yayınması
hallarının monitorinqi, eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən aparılan sistemli araşdırma, təqib və
cəza vasitəsilə erkən və yetkinlik yaşına çatmamış insanlar arasında nikahların qarşısını almaq üçün tədbirlər
görməlidir.
•
Dövlət əvvəlcədən rəsmi qeydiyyat olmadan dini nikahların (“Kəbin”) həyata keçirilməsini qadağan etməli, eləcə
də qeydə alınmamış nikahlarda qızların və qadınların, eləcə də onların uşaqlarının hüquqlarının müdafiəsini
təmin etməlidir.
•
Dövlət pensiya və sığorta kimi qeyri-maddi əmlakın birgə mülkiyyətinin bir hissəsi kimi tanınmasına və boşanma
zamanı bərabər bölünməsinə imkan yaradan lazımi qanunvericilik tədbirlərini həyata keçirməlidir.
•
Dövlət məktəblərdə və məktəbdən kənarda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə təhsilin müyəssərliyini
təmin etmək üçün milli strategiya hazırlamalı və onu tam şəkildə yerinə yetirməlidir.