58
Böyük Qafqazın on bir "hökmdarı" ilə ittifaq bağladılar və onların köməyilə Albaniyaya
soxulan Sasani qoĢunları ilə iki il uğurlu hərbi əməliyyatlar apardılar. Farsların Vaçe ilə
dəfələrlə danıĢıqlara girmək cəhdləri heç bir nəticə vermədi. Onda Peroz böyük
muzdla tutduğu hunları - onoqurları köməyə çağırdı. Alan qapısından Albaniyaya
soxulan hunlar 462-ci ildə albanla rla döyüĢə girdilər, bütün ili alban hökmdarı ilə
vuruĢdular. Vaçenin qoĢunlarının azalmasına və dağılmasına baxmayaraq hunlar onu
tabe edə bilmədilər.
Bu müharibə Ġran ordusunun muzdlu döyüĢçüləri olan onoqurlar üçün də çox
uğursuz oldu. Onların bir qismi döyüĢ meydanında, digərləri xəstəliklərdən həlak oldu.
Albaniyada 457-ci ildə baĢlayan bu üsyan yalnız 463-cü ildə yatırıld ı.
Sasanilərin ölkədəki mövqeyi yenidən möhkəmləndi, II Vaçe taxt-tacdan imtina etdi,
arĢakilər sülaləsinin hakimiyyətinə 30 illik ara verildi; ölkəni Sasanilərin caniĢini - mərzban
idarə etməyə baĢladı.
Moisey Kalankatlı yepiskop Qutun hakimiyyətdən uzaqlaĢdırılmıĢ Vaçeyə
göndərdiyi mədhiyyə-məktubundan gətirdiyi parçada siyasi hakimiyyətini itirmiĢ
ölkənin din inin əldən verilmədiyin i xüsusi qeyd edərək yazırdı: "Sənin ölkənin
doğma dini hifz olunmuĢ, böyük kilsələr salamat, kiçik kilsələr əmin-amanlıqda, ruha-
nilər ibadətlərdə, qurbanlar mehrablarda qalmıĢdır".
ġahənĢah Perozun Ģərq sərhədlərdə eftalilərlə apardığı uğursuz müharibələr,
albanlara qarĢı göndərdiyi cəza dəstələri, vergi zülmünün güclənməsi, nahararların irsi
imtiyazlarının sıxıĢdırılması, dini təqiblər Cənubi Qafqazda yeni üsyan üçün Ģərait
yaratdı. Albaniya, Ġberiya və Ermənistanda 481 -ci ildə baĢlayan bu üsyanlar təxminən
484-cü ilədək davam etdi. Üsyançı albanlar, iberlər və ermənilərlə arasıkəsilməz
döyüĢlər aparan farslar elə bu zaman eftalitlərə məğlub oldular. Pero z öldürüldü. 484-
cü ildə eftalitlər Ġran hüdudlarına soxuldular. Bu hadisə onsuz da zəif düĢmüĢ Ġran
qoĢunlarını Cənubi Qafqaz torpaqlarından uzaqlaĢdırdı.
484-cü ildə ĢahənĢah ValarĢ (484-488) Ġran hökmdarı elan edildi. Ġranda hökm
sürən ağır siyasi və iqtisadi vəziyyət müharibə nəticəsində dağılmıĢ kəndli təsərrüfatını
bərpa etməyə çalıĢan ValarĢı onun sələflərinin Cənubi Qafqazda həyata keçirdikləri
dini təqib siyasətinə son qoymağa və Qafqaz xalqları ilə sülh bağlamağa məcbur etdi.
Nvarsaq kəndində üsyançıların təqdim etdiyi Ģərtlərlə bağlanmıĢ bu sülh müqaviləsinə
görə Ġran hökuməti Albaniya, Ermənistan və Gürcüstanda xeyli güzəĢtlərə yol verdi,
Albaniyada arĢakilər sülaləsinin hakimiyyəti yenidən bərpa edildi. Alban hökmdarının
daxili idarəçilikdə müstəqilliyi tanındı. Din və etiqad azadlığı təmin edildi, alban
əyanlarının imtiyazları bərpa edildi, feodal naharar nəsillərinin iyerarxiya prinsipi
toxunulmaz qaldı. Ölkənin ali hakimi və nahararların baĢçısı yalnız alban hökmdarı
özü ola bilərdi. Sasanilər məzdəkizmi zorla qəbul etdirməməyi, xristianlar isə
atəĢpərəstləri öz dinlərinə döndərməməyi öhdələrinə götürdülər. Albaniyadan daxil
olacaq xəracın qədəri azaldıldı. Albanlar Ġran süvari ordusuna atlı verməkdən azad
edildilər.
487-c i ildə alban arĢaki sülaləsin in sonuncu nümayəndəsi, II Vaçenin
59
qardaĢı oğlu Mömin ləqəbli III Vaçaqan alban hökmdarı oldu. Moisey Kalankatlı yazır:
"Vaçedən baĢlayaraq Mömin Vaçaqana kimi keçən 30 il müddətində Albaniya
hökmdarsız qaldı...". Alban tarixçisinin sözlərinə görə, "yenidən bir məmləkət
daxilində birləĢən Albaniya sakinləri hökmdar ailəsindən cəsur, müdrik, dərrakəli və
hündür boylu Vaçaqanı seçdilər. Alban hökmdarı Vaçenin qardaĢı Yəzdigərdin oğlu
olan Vaçaqanı Ġran Ģahı ValarĢın kö məy i ilə taxta oturtdular".
Mömin Vaçaqanın hökmdarlığı Albaniyanın siyasi və mədəni-dini dirçəliĢi
idi. O, hər Ģeydən əvvəl, ölkədə dini birliyə nail olmağa, xristianlığın ümumdövlət
dininə çevrilməsinə çalıĢdı. Bu məqsədlə o, atəĢpərəstləri, bütün bütpərəst təriqətlərini
möhkəm təqib edir, onların kökünü kəsirdi. III Vaçaqan məktəblər açır, dağıdılmıĢ kilsə
və monastırları yenidən qurur, yenilərini tikir, kilsə rütbələrini bərpa edirdi. Albaniyanın
müstəqilliyini möhkəmləndirməyə çalıĢan III Vaçaqan yad dini-siyasi təsirlərə və xarici
qüvvələrin assimilyatorçu siyasətinə qarĢı dayana biləcək müstəqil alban kilsəsinin
böyük siyasi rolunu nəzərə alaraq, bu kilsənin laxlamıĢ dayaqlarını möhkəmləndirməyi,
onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab etdi. Bu məqsədlə o, Aquen məclisini
topladı. Bu məclis bir tərəfdən alban kilsəsinin müstəqilliyinin təsdiq edilməsinə kömək
etməli, digər tərəfdən dövlət hakimiyyətini möhkəmləndirmək, feodal azğınlığına son
qoymaq, ruhaniləri dünyəvi əyanlarla bərabərləĢdirmək, dünyəvi əyanların və
ruhanilərin vergi ödəyən zümrə ilə münasibətlərini nizamlamaq, eləcə də ölkənin siyasi
müstəqilliyini saxlamaq və yadelli qüvvələrlə mübarizə etmək məqsədilə bütün silklərin
dini birliyinə nail olmaq üçün Ģərait yaratmalı idi. III Vaçaqan Albaniyada son ArĢaki
hökmdarı oldu.
ArĢakilər sülaləsindən olan bütün alban hökmdarları müstəqil alban siyasəti
aparır, alban ideallarına - alban dövlətinə, xalqına, dininə sədaqətlə xidmət edirdilər;
tədricən onların ilkin farslıq əlamətləri aradan getmiĢ, onlar tez bir zamanda yerli
mədəniyyəti mənimsəmiĢ, albanlaĢmıĢdılar. Alban ArĢakiləri dövründə Albaniyanın
siyasi strukturunu mərkəzləĢmiĢ feodal dövləti kimi təqdim etmək olar.
Hökmdar ölkənin ali hakimi olub, dünyəvi və ruhani hakimiyyətin qanunverici
və məĢvərətçi orqanlarına, ölkənin bütün hərbi qüvvələrinə rəhbərlik edirdi. ġəhərlərin
salınması da hökmdarın səlahiyyətlərinə daxil idi. Ġranda olduğu kimi, Albaniyada da
"hökmdar hakimiyyətinə ArĢakilər nəslinin ümumi malı kimi baxılır və yalnız bu nəslin
nümayəndələri ona iddiaçı ola bilirdilər".
Albaniyanın mühüm strateji əhəmiyyətini (köçəri hücumlarının qarĢısının
Qafqaz keçidlərində alınması), onun təbii ehtiyatlarını, ticarət yollarını nəzərə alan Ġran
Ģahları I əsrdən VI əsrədək Albaniyanın dövlətçiliyinə toxunmamıĢ, burada Alban
hökmdarlarının -kiçik ArĢakilərin hakimiyyətini saxlamıĢdılar.
Beləliklə, Alban dövləti alban arĢakiləri dövründə qədim Albaniyanın
ənənələrini davam etdirərək, özünün heç kəsdən asılı olmayan müstəqil daxili və bəzən
də xarici siyasətini yürütmüĢdür.
510-cu ildə, Sasani impe riyasında vəziyyət sabitləĢən kimi, Ġran Ģahları
Albaniya və Ġberiyada (Kartlidə) yerli hökmdar sülalələrini ləğv etdilər. I Xosrov