60
tərəfindən keçirilən inzibati islahatlar nəticəsində Sasani imperiyasının dörd
caniĢinliyə (kusta) bolünməsi təsdiq edildi. Bütün Cənubi Qafqaz ölkələri kimi,
Albaniya da ġimal caniĢinliyinin, Adurbadaqan - Azərbaycan da adlandırılan Qafqaz
kustunun tərkibinə daxil edildi və "Ġranın və qeyri-Ġranın ĢahənĢahının" mərzbanları
(caniĢinləri) tərəfindən idarə olunmağa baĢlandı. Bu vəziyyət 628-ci ilə kimi davam
etdi.
§ 2. ALBANĠYADA XRĠSTĠANLIĞIN YAYILMASI. KĠLSƏ
TƏġKĠLATININ STRUKTURU
Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xris tian
kilsələrindən biri alban kilsəsidir.
Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini
olmamıĢ yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin
baĢlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri
(apostolları) və həvarilərin Ģagirdləri Albaniyaya gəlmiĢ, ilk xristian icmaları
yaranmıĢdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir-birini əvəz edən iki
dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Faddeyin,
Varfolo meyin və həvari Faddeyin Ģagirdi Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam
edən bu dövrü Ģərti olaraq siryanipərəst dövrü adlandıraq. Ġkinci (yunanpərəst) mərhələ
Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır.
Erməni kilsəsindən fərqli olaraq alban kilsəsi öz mənĢəyinə görə ilkin
çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin
patriarxlığı ilə bağlı olub. Bu baxımdan alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi
ilə bağlı olan gürcü kilsəsinə bənzəyir.
Xristianların I-II əsrlərdə Yerusəlimdən Ģimal-Ģərqdə və Ģərqdə geniĢ təbliği
həvari Paveldən sonra həvarilərdən Fomanın, Andreyin, Varfolomeyin, həvari Fomanın
qardaĢı Ardayın (Adday-Fadday-Faddey) və Faddeyin Ģagirdləri - Yeliseyin və Marın
adları ilə bağlıdır.
Bu həvarilər və onların Ģagirdləri Suriyada (mərkəz - Antioxiya), kiçik ellin
dövləti olan Osroyenada (mərkəz - Edessa), Nisibində, Mesopotamiyada (Ġkiçayarasında),
Kiçik Ermənistanda, eləcə də Ģərqdə və Ģimal-Ģərqdə - Ġranda (Sələvkiyə - Ktesifonda),
Cənubi Qafqaz ölkələrində - Gürcüstanda, Albaniyada təbliğat aparırdılar.
Beləliklə, xristianlığın Ģərqdə daĢıyıcıları aramilər oldu. Ġncil təliminin
siryanilərin (suriyalıların, aramilərin) köməyilə ġərq ölkələrində yayılması çox vaxt
onların ticarət həyatında oynadıqları rolla izah edilir. Aralıq dənizi ilə Yaxın və Uzaq ġərq
ölkələri arasında fəaliyyət göstərən köhnə su və quru ticarətinin çox hissəsi siryanilərin
əllərində idi. Ticarət yolları onları Mesopotamiyadan çox uzaqlara, Ġrandan Cənubi
61
Qafqaz vilayətləri olan Gürcüstana, Ermənistana, Albaniyaya aparırdı. Ta qədimdən
ticarətlə məĢğul olan siryanilər ticarət əməliyyatların ı həyata keçirərkən eyni
zamanda yeni görüĢün yayıcısına çevrilir, xristian təliminin hər yerə çatdırılmasına
yardım edirdilər.
Xristianlığın Albaniyaya nüfuz etməsi, burada erkən xristian icmasının
yaranması, artıq qeyd edildiyi kimi, həm həvari Varfolomeyin, həm də həvari Faddeyin
adları ilə bağlıdır. Moisey Kalankatlı xəbər verir: "Lakin, ədalət günəĢinin çıxdığı vaxt
yetiĢdikdə, xilasımız, dərkedilməz varlıq - Atamızın Ģöhrət və mahiyyətinin iĢığı
hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın
Ģöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli Ģagirdlərini [dini] təbliğ etmək üçün
dünyanın hər yerinə göndərdi. ġərq sakinlərinin bəxtinə Ermənistana gəlib, Artaz
vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla öldürdüyü həvari Faddey
düĢdü".
Moisey Kalankatlının təqdim etdiyi bu parça bir də ona görə qiymətlidir ki,
burada müəllifin ġərqdə - Albaniyada aparılan həvari təbliğinin Ġsanın Ģagirdlərinin
"dünyanın hər yerində" apardıqları təbliğlə eyni vaxtda baĢ verdiyini, yəni arada heç bir
fasilə olmadığını göstərmək istəyi xüsusi qeyd edilmiĢdir. Alban tarixçisi daha sonra
yazır: "Onun (Faddeyin) Ģagirdi müqəddəs Yelisey (EliĢe) Yerusəlimə qayıdaraq, onun
əzabları haqqında ...digər həvarilərə danıĢır... Yelisey orada Yerusəlimin ilk patriarxı,
[Ġsanın] qardaĢı müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına ġərq düĢür".
Burada müəllif "digər həvarilər" dedikdə Faddeyin, Yeliseyin və baĢqa həvarilərin
fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I—II əsrlərdə baĢ verdiyini göstərmək
istəyir. Gördüyümüz kimi, bu mətndə ġərq dedikdə, Albaniya nəzərdə tutulur. Moisey
Kalan katlının iĢlətdiyi "ġərq", "ġərq ölkəsi", "ġimal-ġərq" anlayıĢların ın tədqiqi
onların Albaniyanı, Yerusəlimə nisbətlə xristian dünyasının Ģərq hüdudlarında
yerləĢən albanlar ölkəsini bild irdiklərini sübut edir.
Moisey Kalankatlının sonrakı məlumatına görə, boynuna ġərqdə təbliğat
aparmaq düĢən Yelisey "Yerusəlimdən Ġrana yola düĢür, Ermənistanın yanından ötüb,
maskutların [ölkəsinə] gəlir və öz təbliğatına Çolada baĢlayır. Buradan o, Uti vilayətinə
gəlir. Müqəddəs patriarx [Yelisey] Gisə gələrək burada kilsə yaradır, ona təmiz, qansız
qurban gətirir. Bura, biz ġərq sakinlərinin kilsələrinin əsası qoyulduğu yer, ilk mənəvi
mərkəzimiz, ziya aldığımız ilk məkandır". Göründüyü kimi, müəllif müqəddəs
Yeliseyin keçdiyi yolu çox dəqiq təsvir etmiĢdir; o, Yerusəlimdən, Ġrandan və görünür
ki, Adurbadaqandan keçərək, Ermənistana daxil olmadan, onun yanından ötmüĢ, Xəzər
dənizinin qərb sahilinə çıxmıĢdır. Məlum olduğu kimi, mətndə adları çəkilən Çola
Albaniyanın Ģimal-Ģərq ucqarında, Gis ölkənin Ģimal-qərb ucqarında, yəni Kürün sol
sahilində, Uti isə Kürün sağ sahilində yerləĢirdi. Yeliseyin sağ sahil Albaniyasında da
təbliğat aparması mətnin baĢqa yerlərindən olan məlumatla təsdiq olunur: "Bizim
ziyalan mağımızın əvvəl səbəbi Yeliseydən olmuĢdur. O, üç ölkənin - Çolanın,
Lpinanın və həyatının əzabla baĢa yetdiyi Albaniyanın ilk maarifçisi idi".. Xristian
ədəbiyyatında, xristian ənənəsində Yelisey yalnız Faddeyin Ģagirdi kimi deyil, həm də