62
peyğəmbər kimi tanın ır.
Alban kilsəsinin həvari baĢlanğıcı ideyası, eləcə də onun Yerusəlim kilsəsilə
genetik qohumluğu, onunla zəifləmək bilməyən daimi əlaqəsi Moisey Kalankatlının
bütün tarixi boyu qırmızı xətt kimi keçir. O, dəfələrlə qeyd edir ki, həvari Faddeyin
Ģagirdi, Yerusəlimdə Albaniya patriarxı təsdiq edilən Yelisey burada, Cənubi
Qafqazda ilk kilsənin əsasını qoymuĢdu. Onu bu v əzifəyə I əsrdə Yerusəlimin ilk
patriarxı, Ġsanın qardaĢı Yakov təsdiq etmiĢdi.
Kilsənin həvari baĢlanğıcının əhəmiyyəti ondadır ki, əvvəla, bu həmin
kilsənin daha qədim və əzəli o lduğunu, ikincisi isə, onun baĢqa kilsələrin
vasitəçiliy i ilə deyil, ilk mənbə, yəni həvarilərin özləri tərəfindən təsis edildiyini
sübut edir.
Albaniyada həvarilik adlandırılan ilk dövrdə xris tianlıq Ermənistan və
Ġberiyaya nisbətən daha uğurla mənimsən miĢdi. Bunu həm yazılı mənbələr, həm də
dövrün özü təsdiq edir.
Xristianlığ ın Ermən istana nisbətən Albaniyada daha erkən yayılmasını
yerli mənbə olan "Alban tarixi" əsərində erməni katolikosu Avraamın albanlara
ünvanlanmıĢ məktubu sübut edir: "Bizimkindən əzəli o lan alban [patriarxı] taxtı
əvvəllər b izimlə (ermənilərlə) həmfikir idi". BaĢqa bir yerdə deyilir: " Yelisey orada
(Albaniyada) təbliğat apardı və Ermən istandan əvvəl orada (Albaniyada) Gis
kəndində kilsə tikdirdi. Bu kilsə ġərq kilsələrinin anası - metropoliya idi". BaĢqa
bir misal: " Yunan təqviminin 43-cü ilində albanların (xristianlığı qəbul etməklə)
maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər".
Xristianlığ ın Albaniyada təbliğin in ilk siryanipərəst dövründə Ġncil
kəlamları Yaxın və Orta ġərqin bütün ölkələrində olduğu kimi, siryani (arami)
dilində yayılırdı. Bu, yalnız həvarilər və onların Ģagirdlərinin deyil, həm də Suriya
missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalan katlı ö z əsərində siryanipərəst
dövr haqqında mühakimə yürütmək imkan ı verən məlu matları təqdim etmiĢ dir;
Suriya rahib lərinin IV-V yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri
üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlu matlardandır.
Etnik rəngarənglik, politeizmin hökmran lığ ı yeni ideologiyanın, monoteist
din olan xristianlığ ın mənimsənilməsi üçün əlveriĢli zəmin yaratdı. Təsadüfi deyil
ki, Yelisey öz təbliğatına Albaniyanın etnik baxımdan daha rəngarəng olan Ģimal
hissəsindəki Çola v ilayətindən baĢladı. Albaniyada Faddeyin (Dadi) və onun
Ģagirdi Yeliseyin adı ilə bağlı erkən kilsələrin mövcudluğu da xristianlığın burada
daha əvvəl yayıldığını təsdiq edir. AraĢdırmalar göstərir ki, "ilk çağlar s ürətlə
yayılan xristianlıq Parfiya hökmranlığı dövründə ġərqdə böyük uğurlar qazandı,
lakin Ġranda hakimiyyət baĢına gəlmiĢ Sasanilər sülaləsinin düĢmənçilik siyasəti iki
əsrin nəticələrini heçə endirdi". Məhz buna görə I—III əsrlərdə (birinci mərhələdə)
Albaniyada xristianlığın təntənəsindən heç bir söhbət gedə bilməz. Xristian dini ölkədə
yalnız IV əsrdə vətəndaĢlıq hüququ qazana bildi; bu, xristianlığın Yaxın və Orta ġərq
ölkələrində ümumi təntənəsi, onun Roma imperiyasındakı qələbəsi ilə bağlı idi. Bu,
63
həmçinin alban arĢaki hökmdarlarının siyasəti ilə bağlı idi.
Ġkinci "yunanpərəst" mərhələ, yəni xristianlığın dövlət dininə çevrilməsi,
bütün Cənubi Qafqaz ölkələri - Albaniya, Ermənistan və Ġberiya üçün ümumi idi. Hər
üç ölkə üçün bu mərhələ Maarifçi Qriqorinin adı ilə bağlı olsa da xristianlığın
Albaniyada təntənəsi üçün alban hökmdarı Urnayrın göstərdiyi fəaliyyət də xüsusi qeyd
edilməlidir.
Qriqori kimi Parfiya mənĢəli olan Urnayr, Moisey Kalankatlının yazdığına görə,
"Müqəddəs Qriqorinin Ermənistandakı... möcüzələrini eĢidərək, yanlıĢ yollardan əl
çəkib, haqqa doğru üz tutdu. Bundan sonra Urnayr öz əyanları və alban qoĢunu ilə
Ermənistana yola düĢdü; burada qırx gün pəhriz saxladıqdan sonra hamılıqla Müqəddəs
Üç Uqnuma iman gətirdilər. Urnayr bütün qoĢunu ilə birlikdə müqəddəs suya girdi,
sudan da sinəsi müqəddəs ruhla dolmuĢ çıxdı".
Moisey Kalankatlının sözləri ilə desək, "Müqəddəs Qriqoridən ikinci həyat
qazanmıĢ" Urnayr albanları yenidən maarifləndirdi. Beləliklə, 313-cü ildə Urnayr
xristianlığı dövlət dini elan etdi. MənĢəcə ArĢakilərdən olan Urnayrın (və onun
varislərinin) xristianlığı qəbul etmələri, əlbəttə, onların daxili inamları və ya
xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din
olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini birləĢdirmək və ZərdüĢt
Ġranına qarĢı durmaq niyyətində idi. Varisləri də bu siyasəti çox gözəl baĢa düĢür və
onu davam etdirirdilər.
BaĢ keĢiĢ rütbəsini Kesariyədə almıĢ Maarifçi Qriqori Ermənistandan baĢqa
"Ġberiya və Albaniyada"da dini bilikləri yayırdı. Albaniyanın Haband vilayətinə gələn
bu mömin, "Allah oğlunun (Ġsanın) ehkamlarına əməl etməyi xalqa öyrədir; o, Amaras
Ģəhərində kilsənin özülünü qoyur və bu tikintinin baĢa çatdırılması üçün iĢçilər və
nəzarətçilər təyin edir".
Xristianlığ ın "yunanpərəst" II mərhələsi, yu xarıda qeyd etdiyimiz kimi,
bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından
fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar
göstərir ki, alban, erməni və iber kilsələrinin imperiya kilsəsi ilə münasibətləri "siyasi
Ģəraitlə bağlı iĢıqlandırılmalıdır; baĢqa sözlə desək, ölkənin [ġərqi Roma] imperiyasından
siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir". Məlumdur ki,
bu asılılıq Ermənistanda daha ço x, Ġberiyada isə nisbətən az idi; Albaniyanın isə heç bir
asılılığı yox idi. Ona görə də ellinpərəst Maarifçi Qriqori və onun nəvəsi Qriqorisdən
sonra alban kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam etdirirdi. Bütün bunlar
elmdə hakim olan fikrin - ilk xristian təbliğatçılarının Albaniyaya Ermənistandan
göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası vilayətlərində
fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının Ģimal-
qərb vilayətlərinə (yəni Ġori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə
Ġberiyadan gəlmələri fikrinə də aiddir.
Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian
xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın ġərqi Roma imperiyasında