401
"muvaĢĢahlar" ("muvaĢĢahat", ənənəvi ərəb Ģeirlərindən fərqli olaraq nəğmə Ģəklində
qələmə alınmıĢ bu Ģeir növündə vəzn və qafıyə vəhdəti pozulurdu) diqqəti cəlb edir.
XII əsrdə demək olar ki, istifadə olunmayan bu Ģeir növü müsəlman ġərqində az
tərəfdar qazan mıĢdı.
Eynəlqüzat əl-Miyanəci (1131—ci ildə edam edilmiĢdir) nəinki fılosof panteist,
habelə istedadh Ģair, nasirkimi də tanınmıĢdı. O, min beytdən ibarət Ģeirlər toplusunun
müəllifıd ir.
Eynəlqüzat "incə zövqlü Ģair, Ģirin ləhcəli nasir" kimi yetiĢmə-sində ailə
ənənəsi mühüm rol oynamıĢdı. Onun babası Əbülhəsən Əli ibn əl-Həsən ibn Əli əl-
Miyanəci dövrün ziyalı Ģəxsiyyətlərin-dən olmuĢ, alim və Ģair kimi tanmmıĢdı;
Həmədan qazısı olmuĢ atası Əbu Bəkr Məhəmməd ibn Əli əl-Miyanəci "fazil və
istedadlı bir Ģəxsiyyət" idi.
Eynəlqüzat "ġəkva əl-qərib ani-l-avtən ilə uləmə əl-buldən" ("Vətənindən
ayrı düĢmüĢ qəribin ölkələrin alimlərinə Ģikayəti") adlı məĢhur risaləsi o rta çağ
müsəlman mədəniyyətində bədii nəsrin nadir incisi hesab edilir. O yazırdı: "Vətən
sevgisi imandandır; gizli deyildir ki, vətənə məhəbbət insanın fitrəti ilə qaynayıb-
qarıĢmalıdır".
XI
əsrdə Təbriz ədəbi mühitinin yetiĢdirdiyi Ģairlər arasında bəlkə də ən
görkəmli yeri Azərbaycanda farsdilli Ģerin ilk gözəl nü munələrini yaradan Qətran
Təbrizi (1012-1088) olmuĢdur. O, Təbriz yaxınlığındakı ġadiabad kəndində
doğulmuĢ, erkən yaĢlarından Ģeirlər yazmıĢdır.
XII
yüzilin məĢhur Ģairi və ədəbiyyat tənqidçisi Nizami Əruzinin fikrincə, Ģah və
soltanlar, hakimiyyətlərini möhkəmlətmək və nüfuzlarını xalqlar arasında artırmaq üçün
öz saraylarında istedadlı Ģairlər saxlamalı, onları istədikləri kimi tərbiyələndirməli,
həmin Ģairlərin dili və qələmi vasitəsilə öz istək və arzularını təbliğ etməlidirlər.
Mənbələr artıq XI yüzilin axırlarında, demək olar, bütün hökmdar və yerli hakim
saraylarında Ģairlər məclisinin yığılması haqqında məlu mat verirlər. Saray
ədəbiyyatının geniĢ intiĢar tapdığı bu dövrdə Qətran Təbrizi də əvvəlcə Gəncədə,
ġəddadilər sarayında, sonra isə Naxçıvanda, naxçıvanĢah Əbu Duləfin sarayında
yaĢamıĢdır. Elə buna görə də onun yaradıcılığının bu dövründə hökmdarları mədh edən
qəsidələr daha baĢlıca yer tuturdu. Qətran böyük mədhiyyələr toplusundan baĢqa
zəmanəmizədək yetiĢməyən "Qövsnamə" (və ya "QuĢnamə") məsnəvisinin və "Ət-
Təfasir" ("Təfsirlər") adlı fars dilinin ilk izahlı lüğətinin müəllifidir. ġair özünün aĢiqanə
və təbiət mövzulu lirik Ģeirləri ilə nəinki çağdaĢlarını, eləcə də sonrakı dövr oxucularını
riqqətə gətirmiĢdir. Böyük sevgi hissi ilə vəsf etdiyi təbiət Qətranın ecazkar qələminin
təsiri altında sanki cana gəlir. Onun qəsidələri bədii məziyyətlər daĢımaqla yanaĢı,
tarixi dərk etmək baxımından da əhəmiyyətlidir. ġair öz qəsidələrində zəmanəsinin
hökmdarları və yüksək mövqeli adamları, onların qarĢılıqlı münasibətləri haqqında
söhbət açır, Ģahidi olduğu tarixi-ictimai hadisələri yüksək sənətkarlıqla qələmə alır.
Qətran Təbrizi fars dilində yazsa da əs ərlərində çoxlu doğma azərbaycan-türk
söz və ifadələri, zərbi-məsəlləri, atalar sözləri və s. iĢlətmiĢdir. Onlardan "dağ" (mal-
402
qaraya basılan dağ mənasında), tağ (dağ), ayaq (qədəh), sürmə, muncuq, tapança, xıl
(çox), tər (yaĢ, təzə), qar və s. bu kimi sözləri göstərmək o lar.
XII yüzilin əvvəllərindən baĢlayaraq Azərbaycan ədəbiyyatının Əbül Əla
Gəncəvi, Xaqani ġirvani, Fələki ġirvani, Ġzzəddin ġirvani, Mücirəddin Beyləqani,
Nizami Gəncəvi kimi dahi söz ustaları bu ədəbiyyatın zəngin xəzinəsinə yeni üslub, yeni
Ģivə gətirərək, Gəncə və ġirvanda fəaliyyət göstərən Azərbaycan ədəbi məktəbinin
əsasını qoyurlar. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağlılığı, uzlaĢmanı təmsil
edən, Rudəkidən baĢlayaraq Firdovsi və b. Ģairlər, o cümlədən Qətran Təbrizi tərəfindən
inkiĢaf etdirilən farsdilli Ģerin Xorasan-Türküstan səpkisindən - üslubundan (səbkindən)
fərqli olaraq yeni poetik "səbki təmtəraqi" adlı Azərbaycan üslubu yaradıldı.
O dövrün möhtəĢəm saraylarından olan ġirvanĢahlar sarayında hələ X-Xl
yüzillərdən fəaliyyət göstərən Ģairlər məclisinə XII əsrin ikinci rübündə doğma Gəncədən
ġirvana gəlmiĢ, böyük istedad və yüksək əxlaq sahibi olan 44 yaĢlı Əbül Əla Gəncəvi
baĢçılıq edirdi.
Qətran Təbrizinin yetirməsi olan bu Ģair ġirvanĢahlar sarayına gəldikdən sonra
burada böyük nüfuz qazanmıĢ, "məlik əĢ -Ģüara" -"Ģairlər hökmdarı" adını almıĢdır.
ġirvanın istedadlı və ziyalı gənclərini təĢkil etdiyi ədəbi məclisdə cəmləĢdirən Əbül Əla,
onlardan Əfzələddin Xaqani, Fələki ġirvani, Ġzzəddin kimi "öz Ģairlik qüdrətini bilən və
həyatda görkəmli yer tutmaq istəyən" Ģairlərə bir tərəfdən "saray ədəbiyyatının
tələblərini ödəyərək ĢirvanĢahların adını əbədiləĢdirməyi" aĢılayır, digər tərəfdən isə
"insanpərvərliyi, adəmiyyəti təlqin etməyə" çalıĢırdı. Lakin Əbül Əla bu iki zidd
anlayıĢları uzlaĢdıra bilmədi; buna görə onu ismaililərə, onların baĢçısı Həsən əs-Səbbaha
meyil göstərməkdə təqsirləndirdilər, yazdıqlarını təhrif etməklə onu ləkələməyə
çalıĢdılar. Həbsə düĢmək dərəcəsinə çatmıĢ Ģair özünü yalnız məĢhur "Qəsəmnamə"
(and) qəsidəsi ilə qurtara bildi.
Ədəbi irsindən yalnız bir neçə Ģeri qalmıĢ Əbül Əla dövrünün hökmdarlarını
vəsf etsə də, XI əsrin sonu, XII əsrin I yarısında epik janrı inkiĢaf etdirən böyük fars Ģairi
Əbül Məcd Məcdud ibn Adəm Sənai (1050-1140) poeziyasının mütərəqqi ənənələri
ilə bağlı olmuĢ, Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi Ģerin ilk nümunələrini
yaratmıĢdır.
Əbül Əladan sonra ġirvan ədəbi məktəbini Ģairin ən savadlı və istedadlı
Ģagirdi, kürəkəni Əfzələddin Xaqani (1126-1199) idarə etməyə baĢladı. Vaxtilə məhz
Əbül Əla, Xaqanini ġirvanĢah III Mənuçehrə (1120-1160) təqdim etmiĢ, ona "Xaqani"
təxəllüsünü vermiĢdi.
Xaqani öz yaradıcılığı ilə Yaxın və Orta ġərq xalqlarının bədii təfəkkür
tərzində yeni bir mərhələ açdı. Ensiklopedik biliyə malik olub, antik və müsəlman
xalqlarının yaratdığı zəngin mədəniyyəti, fəlsəfəni, eləcə də dövrün baĢqa elmlərini
dərindən bilən Xaqani Ģeir sənətini elə b ir səviyyəyə qaldırdı ki, məddahanə məzmu-
nundan asılı olmayaraq, bu saray ədəbiyyatı monumental görkəm aldı. Beləliklə, saray
siyasətinin adi təbliğat vasitəsi olan məddahlıq Xaqani ifasında əzəmətli bir simfoniya
təsiri bağıĢlayırdı. O, dövrün farsdilli Azərbaycan poeziyasına yeni üslub, təmtəraqlı