405
baĢqalarının yaradıcılığına qarĢı tələbkarlıq hakim idi. Mücirəddin irsindən dövrümüzə
yetiĢən yeganə ədəbi abidə olan Ģeir divanında toplanılmıĢ parlaq və nikbin ruhlu
qəsidələr içərisində Ġraq Səlcuq hökmdarlarına və Dərbənd hakiminə həsr edilmiĢ
mədhiyyələr də vardır. Belə məzmunlu Ģeirlərlə yanaĢı, Ģair dövrünün əyər-əskiyini
qamçılayan həcvlər də yaratmıĢ və bəzi təzkirəçilərin məlumatına görə satira atəĢinə
tutduğu həmin adamlar tərəfindən (1193-cü ildə) qətlə yetirilmiĢdir.
TanınmıĢ Gəncə Ģairlərindən biri də Qəvami Mütərrizi 1190-cı ildə vəfat
etmiĢdir. Yazılı mənbələrdə, o cümlədən DövlətĢah Səmərqəndinin məĢhur
təzkirəsində Qəvaminin Nizami Gəncəvi ilə qohumluq əlaqələri (qardaĢı və yaxud
əmisi oğlu olması) haqqında məlumat vardır. Dövrün ənənələrinə sadiq qalaraq yazdığı
qəsidələrdə Qızıl Arslanı, Cahan Pəhləvanı və baĢqalarını vəsf edən Qəvami öz
zərifliyi və bədii sənətkarlığı ilə seçilən qəzəllər də yazmıĢdır. Onun zəmanədən
narazılıq motivləri ilə güclü olan Ģeirlərində həmçinin təkəbbürlülük, acgözlülük,
ikiüzlülük, əxlaqsızlıq kimi mənfi keyfiyyətlər də pislənilmiĢdir. ġair əsərləri vasitəsilə
gəncliyə müraciət edir, onu günlərini mənasız əyləncələrdə keçirməməyə, qocalığın
labüd olması barədə, Ģərəf haqqında düĢünməyə çağırırdı. Qəvaminin Ģeir divanının
əlyazması Londonda, Britaniya mu zeyində saxlan ılır.
XII əsrin Azərbaycan Ģairləri və nasirləri arasında Gəncə ədəbi məktəbinin
daha bir nümayəndəsi, dahi Nizaminin dostu Əbubəkr ibn Xosrov əl-Ustad diqqəti
xüsusilə cəlb edir. Onun bizə gəlib çatmıĢ yeganə əsəri - "Munisnamə" professor
Rüstəm Əliyev tərəfindən rus dilinə tərcümə olunmuĢ, tədqiqatçıların və oxucuların
maraq obyektinə çevrilmiĢdir. "Munisnamə"nin nadir əlyazması hazırda Londondakı
Britaniya muzeyində saxlanır və hələlik Əbubəkr ibn Xosrovun həyatı, yaradıcılığı
haqqında yeganə məlumat mənbəyidir. Bu məlumata görə, Ģair Azərbaycan ata-
bəylərinə xid mət etmiĢ, gənc Ģahzadələrin müəllimi və tərbiyəçisi olmuĢ, əsərlərini
Azərbaycan atabəyləri Cahan Pəhləvana, Qızıl Arslana və Əbubəkrə ithaf etmiĢdir.
"Munisnamə"nin giriĢ hissəsində müəllif Eldənizlərin adı ilə bağlı altı erkən
əsərinin adlarını çəkir. Təəssüf ki, bu əsərlərin nüsxələri hələ də aĢkar olunmamıĢdır.
"Munisnamə" özü 17 fəsildən ibarətdir; burada maraqlı hekayə, novella, ibrətamiz hədis
və məsəllər toplanılmıĢdır. Mətninə xeyli Ģeir parçası daxil edilmiĢi bu əsər farsdilli
ədəbiyyatın yayıldığı bütün bölgələrdə sonralar çiçəklənən qafiyəli bədii nəsrin erkən
və parlaq nümunələrindən biridir.
XII əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri dövlətinin
hakimiyyəti dövründə Gəncə və ġirvan poetik məktəbləri artıq ən yüksək inkiĢaf
mərhələsinə yetiĢmiĢdilər. Atabəylər sarayında fəaliyyət göstərən Ģairlər Xaqani
tərəfindən təməli qoyulan yeni üslublu farsdilli Azərbaycan Ģerini yüksək sənətkarlıq
səviyyəsinə çatdırmağa çalıĢırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azərbaycan
poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti yalnız Gəncə Ģəhərinin sakininə,
orta əsr təzkirəçisinin dili ilə desək, "dolğunluğunu və böyüklüyünü dil və sözlə təsvir
etmək mü mkün olmayan" Camal (Nizam) əd-Din Əbu Məhəmməd Ġlyas ibn Yusif ibn
Zəki Müəyyəd Nizamiyə (1140-1209) nəsib oldu. O, Xaqaninin parlaq söz
406
sənətkarlığını və üslubunu qəbul edib, öz yaradıcılığında onlara yeni məzmun və
mənalar verdi. Nizami ölməz "Xəmsə"si ilə Ģeir sənətini saraylardan və məddahlıqdan
uzaqlaĢdırıb, bu gün baĢa düĢdüyümüz mənada bədii ədəbiyyat yaratdı. O, insanı
özünün qəhrəmanı edib, onun hiss və həyəcanlarını, duyğu və düĢüncələrini, arzu və
istəklərini tərənnüm edirdi. ġəxsiyyət, onun həyatı, mahiyyəti, təfəkkür tərzi və
fəlsəfəsi Nizamin i düĢündürən, onun poemalarının əsas xəttini təĢkil edən mövzular
idi. Nizami əsərlərində sənətkarlıq, forma və məzmun vəhdətdə olub bir-birini
tamamlayırdı.
Elmin mü xtəlif sahələrində dərin biliyə malik olması Nizaminin hərtərəfli
təhsil gördüyünə dəlalət edir. Dövrünün bir çox ziyalısından fərqli olaraq, o, əldə etdiyi
biliklərin hamısını məhz doğma Gəncədə almıĢ, ömrünün sonunadək, görünür, doğma
Ģəhəri tərk etməmiĢdi. Bunu Ģair Gəncəsiz qala bilməməsi ilə izah edirdi: "Əgər Gəncə
mənim boynumda düyün düĢmüĢ boyunbağı olmasaydı, Ġranın bütün xəzinələrini öz
Ģeirlərimlə fəth edərdim".
Nizami, o dövrdə böyük elm ocağına çevrilmiĢ Gəncədə dəqiq (elmül əbdan)
və humanitar (elmül ədyan) elmlərə dərindən yiyələnərək, əsrinin ən böyük
ensiklopedistlərindən biri oldu.
Onun yaratdığı əvəzsiz əsərləri daha da yaĢarlı edən, Ģairin mü xtəlif
dillərdə yazmıĢ antik və erkən orta əsr abidələrindən, o cümlədən, "türk dastan ları
"Kitabi-Dədə Qorqud" və "Qutadqu bilik"in sənət müvəffəqiyyətlərindən Ģairlik
təbiətinə xas bir ustalıqla" faydalan ması, bu əsərlərdən əxz etdiklərini yaradıcı Ģair
xəyalının vüsətilə heç kəsə bənzəməyən yeni bir təravətlə əks etdirməsid ir,
ġeir və sənət meydanına Ģair, o dövrün ən geniĢ yayılmıĢ lirik janrı ilə, bu
janrın əsas formaları olan qəsidə və qəzəllərlə daxil olmuĢdur. Nizamin in özünün
qeydlərindən aydın olur ki, "Xəmsə"-nin üçüncü poeması "Ley li və Məcnun"
yazılanadək onun qəzəllər "Divan"ı mövcud olmuĢdur. Orta çağ təzkirəçilərin in
məlu matlarına görə, bu, "Divan" iyirmi min beytdən artıq imiĢ. Təəssüf ki,
dövrümüzə gəlib çıxan və məĢhur Ġran alimi Səid Nəfisinin nəĢr etdirdiyi Nizami
"Divan"ına cəmi iki minə yaxın beyt daxildir.
ġair özünün ilk poeması olan "Sirlər xəzinəsi"ni ("Məxzən əl-əsrar")
1177-c i ilin oktyabrında tama mla mıĢ, bu əsərlə "ġərq xa lqla rın ın bədii təfəkkür
tarixində, ədəbiyyatında yeni bir dövr açmıĢ"dır. Əsər ö z daxili quruluĢu na və
ko mpozisiyasına görə Niza min in sonrakı poemalarından xey li fərq lənir. Əgər
sonrakı əsərlərində Ģairin etik, estetik, ictimai idealı, human izm nəzəriyyəsi dolğun
bədii surətlər, əlvan həyat lövhələri, tip ikləĢdirilmiĢ Ģərait vasitəsilə açılırsa, "Sirlər
xəzinəsi"ndə bu təlim və mətləb didaktik Ģəkildə, öyüd-nəsihət yolu ilə ifadə
olunur. ġairin əsas məqsədi o xucuları əxlaq i cəhətdən tərbiyə etmək, onlara həyat
kamilliyi, alicənablıq, həssaslıq, maddi nemətlər yaradanlara ehtiram, məhəbbət və
ədalət hissləri aĢılamaqdır. Bütün bu cəhətlər "dərin təfəkkü rlə güclü poetik
ehtirasın vəhdətindən yaranmıĢ əbədi sənət əsəri" olan poemanı insan dühasının ən
böyük nailiyyətlərindən biri kimi qiy mətləndirməyə əsas verir.