403
obrazlar, parlaq təĢbehlər, ifadələr, bədii təsvir vasitələri, çətin rədif və qafiyələr,
nadir sözlər və termin lər, söz oynatmaları gətirib, Ģeir sənətində söz sənətkarlığı kimi
estetik bir konsepsiya yaratdı.
Xaqani Ģerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq
etdiyi Ģeir dilinə Ģairin doğma azərbaycan-türk sözlərini gətirməsidir. Bunlardan
Ģairin "Məra dər parsi fohĢi ke quyənd, be torki çərxeĢan quyəd ke sənsən" ("farsca
mənə söyüĢ desələr, çərxi fələk onlara türkcə deyər ki, sənsən") misralı məĢhur
beytində iĢlədilmiĢ "sənsən" sözünü, eləcə də özünun Ģeir "Divan"-ında iĢlətdiyi su,
Tanrı, vuĢaq (uĢaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və b. bu kimi
sözləri qeyd etmək olar.
Onun ədəbiyyata gətirdiyi yeniliklərdən biri də Ģeirdə iĢlətdiyi fəlsəf fikirlər
idi. Bu fikirlər ilk dəfə Xaqaninin məĢhur "Həbsiyyə" qəsidələr silsiləsində, "Töhfətül-
Ġraqeyn" ("Ġki Ġraqın töhfəsi") məsnəvisində və "Mədain xərabələri" əsərində əks
olunmuĢdur.
Əbül Əla - Xaqani məktəbində dövrün Fələki, Ġzzəddin, Mücirəddin kimi öz
dəst-xətti olan Ģairləri yazıb-yaradırdılar. Ġranın və Orta Asiyanın bir sıra farsdilli
Ģairləri də Ģeir meydanında yarıĢmaq üçün Azərbaycana gəlir, bəzən isə buranın
mədəni mərkəzlərində qalıb ədəbi yaradıcılıqla məĢğul olurdular. Bunlardan "soltan
əl-fudala" ("fazillər soltanı") adlanan Əsirəddin Əbu-l-Fadl Məhəmməd ibn Tahir
əl-Əxsikəti, "məlik əl-kəlam" ("söz hökmdarı") ləqəbli Zahirəddin Tahir ibn
Məhəmməd əl-Fəryabi Orta Asiyadan gələrək, Azərbaycan atabəylərinin himayəsində,
onların sarayında yaĢamıĢ, yerli Ģairlərlə, xüsusilə Xaqani ilə yaxınlaĢmıĢ, onun tərzində
mədh Ģeirləri yazmıĢlar.
ġirvanda, III Mənuçehrin sarayında yaĢayan Ģairlərdən biri də Əbül Əladan Ģeir-
sənət dərsi almıĢ ġamaxı sakini Əbu-n-Nazim Məhəmməd Fələki ġirvani (1107-1147)
olmuĢdur. Mənbələrdə onun "Ehkamu-n-nücum" ("Astrologiyaya dair mühakimələr")
adlı əsərinin olması haqqında məlumat vardır. ġairin riyaziyyat, hüsnxətt, ərəb dili və
xüsusilə astrologiya (nücum elmi) sahəsindəki bilikləri ona "Fələki" təxəllüsünün
verilməsinə səbəb olmuĢdur. Öz himayədarına çoxsaylı təmtəraqlı qəsidələr ithaf
etməsinə baxmayaraq, ġirvan Ģairlərindən çoxunun nəsibi olan zindan ömrü ondan da
yan keçməmiĢ, saray böhtanları onun da qaranlıq məhbəsə düĢməsinə səbəb olmuĢdu.
ġirvanĢahın əmrilə Fələki axırda zindandan azad edilsə də, keçirdiyi mənəvi sarsıntılar
onu üzmüĢ, Ģair gənc yaĢında vəfat etmiĢdir.
Yaxın ġərqin elə bir orta əsr təzkirəsi yoxdur ki, özünün ictimai-siyasi
"Həbsiyyə" Ģeirləri, təkraredilməz təbiət və məhəbbət lirikası ilə ad çıxarmıĢ Fələki
yaradıcılığından bəhs etməsin. Onun dövrümüzə yetiĢmiĢ "Divan"ı yalnız ədəbi-bədii
məziyyətlərilə deyil, dövrün real hadisələrini tarixi mənbə səviyyəsində iĢıqlandırmaq
baxımından da əhəmiyyətlidir. Məhz buna görə, tarixçilər onun ġirvanĢah Mənuçehrin
qıpçaqlar və alanlar üzərində qələbəsi, gürcü hökmdarı Demetrenin dövrü, ġirvanın
Ģəhərləri və görkəmli Ģəxsiyyətləri və s. haqqında, hətta dövrün tarixi mənbələrində də
olmayan qiymətli məlumatlarından geniĢ faydalanmıĢlar.
404
ġirvan poetik məktəbinin digər istedadlı nümayəndəsi olan Ġzzəddin ġirvani
haqqında dövrümüzə yetiĢən məlumat çox azdır. Bizə yalnız o məlumdur ki, Ġzzəddin,
Əbül Əla Gəncəvi, Xaqani və Fələki ġirvaninin çağdaĢı olmuĢ, onlarla ünsiyyət saxlamıĢdır.
ġairin ədəbi irsindən zəmanəmizə gəlib çıxan bir yarımçıq qəsidə və bircə rübai
Ġzzəddin ziyasının məlahətindən xəbər verir.
XII əsr Azərbaycan poeziyasının maraqlı, az qala əfsanəvi və ən çox mübahisə
doğuran siması Ģairə Məhsəti xanım Gəncəvidir. Tədqiqatçıların biri digərinə zidd
fərziyyələrinə baxmayaraq, son araĢdırmalar qəti müəyyənləĢdirmiĢdir ki, "Məhsəti real
tarixi Ģəxsiyyətdir, Nizaminin böyük müasiridir və yüksək poetik istedad sahibi
olmuĢdur". Onun haqqında ilk təzkirə məlumatını Həmdullah Qəzvininin 1330-cu ildə
qələmə aldığı "Tarixi qozide" əsərində görürük. Buradakı bəzi səhv fikirlər (Ģairənin
ərinin Soltan Mahmud Qəznəvinin müasiri olması barədə) nəzərə alınmazsa, Gəncə
xətibinin oğlu, "yaxĢı Ģeirləri" olan Tacəddin Əhməd və onun arvadı Məhsətinin "gözəl"
ĢeirləĢməsi haqqında verilən məlumat böyük maraq doğurur. Tədqiqatlar Məhsətinin
təqribən 1089-cu ildə Gəncədə doğulduğunu, mü kəmməl təhsil aldığını, ġərq
ədəbiyyatı və musiqisinə yaxĢı bələd olduğunu, gözəl Ģahmat (Ģətrənc) oynadığını, 1118-
ci ildə (soltan Məhəmməd Təpər vəfat etdikdən sonra) Gəncə taxtına çıxan soltan
Mahmudun sarayında, Mərvdə olarkən soltan Səncərin sarayında keçirilən Ģeir
məclislərində iĢtirak etdiyini, çox uzun ömür sürdüyünü (1182-83-cü ilədək) göstərir.
Məhsətinin əri Tacəddin Əmir Əh məd də Pure-Xətib təxəllüsü ilə yazan məĢhur Ģair
olmuĢdur.
Məhsətinin dastana dönmüĢ həyatı haqqında, ən maraqlı məlumat, əldə olan
nüsxələri XV-XVI yüzillərin məhsulu olan, Ģifahi (və çox güman yazılı) variantları
sözsüz ki, XII-XIII əsrlərə aid olan "Məhsəti və Əmir Əhməd" dastanında
toplanmıĢdır.
Fars dilində, əsasən rübai janrında yazan Məhsətinin Ģeirlərinin əksər hissəsi
Gəncə mühiti ilə bağlıdır. Lakin rübailərinin məzmunundan görünür ki, o, həm Ġranda
(Ġraqi Əcəmdə), həm də Orta Asiyada da tanınmıĢdı. Məhsəti gənclik çağlarında
Gəncədən bir neçə il ayrılmalı olmuĢ, bir müddət Mərvdə yaĢayıb-yaratmıĢ,
yaradıcılığının yetkinlik çağında doğma ocağa qayıtmıĢ və ömrünün sonunadək burada
yaĢamıĢdır. Yaradıcılığında məhəbbət lirikasının əsas yer tutduğu Məhsəti xanımın
rübailəri dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilir. Məhz ondan sonra Azərbaycan
Ģerində rübaiçilik geniĢ inkiĢaf yoluna qədəm qoyur. Azərbaycanlı rübaiçilər içərisində
qadın sənətkarlarımızın - "Doxtəre-Xətib, Do xtəre-Səti, Do xtəre-Salar, Rəziyyə
Gəncəvi" kimi Ģairələrimizin yetiĢməsi Məhsəti təsirinin, Məhsəti yaradıcılığının ən
böyük nailiyyətlərindən biri kimi q iy mətləndirilə bilər.
Azərbaycanın farsdilli poeziyasının "qızıl əsri"nin görkəmli Ģairlərindən biri,
böyük Xaqaninin yetirməsi, mahir mədhiyyəçi-Ģairlərdən olan Mücirəddin Beyləqani
idi. ġirvan ədəbi mühitinin yetiĢdirməsi olan bu Ģair qəsidələrinin əksəriyyətini ona
himayəçilik edən Azərbaycan atabəyləri sülaləsinin nümayəndələrinə və II Toğrulun
oğlu soltan Arslan Ģaha həsr etmiĢdir. Onun lirikasında sonsuz iradə və qürur, özünün və