11
IX fəsil ("Xilafətdə Əməvilə rə və Abbasilərə qarĢı dini-siyasi
hərəkat. A zərbaycanda xürrəmilər-babəkilər hərəkatı"); § 1 -4 - tarix
elmləri doktoru Nailə Vəlixanlı, § 5-7 - akademik Ziya Bünyadov
və tarix elmləri doktoru Nailə Vəlixanlı.
X fəsil (" VII-X əsrlə rdə Azərbaycan mədəniyyəti"); § 1 - tarix
elmləri doktoru Qara Əhmədov, § 2 - tarix elmləri doktoru Nailə
Vəlixanlı və fəlsəfə elmləri doktoru Zakir Məmmədov, § 3 - tarix
elmləri doktoru Nailə Vəlixanlı və filologiya elmləri doktoru Göv-
hər Baxşəliyeva, § 4 - sənətĢünaslıq doktoru
Kamil Məmmədzadə.
XI
fəsil
("Xilafətin
zəifləməsi
və
Azərbaycan
ərazisində
IX-X əsrlərdə yaranan feodal dövlətlərinin siyasi tarixi"); § 1,3,
6-7
- tarix elmlə ri doktoru
Nailə Vəlixanlı, § 2 - tarix elmlə ri doktoru
Sara xanım Aşurbəyli, § 4 - tarix elmləri doktoru
Fəridə Məmmədova, § 5 - tarix
elmləri doktoru Nailə Vəlixanlı və tarix elmləri namizədi Yunis Nəsibov.
XII
fəsil
("Azərbaycan
inkiĢaf
etmiĢ
feodalizm
dövründə
(XI-XII əsrlə r)"); § 1 - tarix e lmləri namizədi Yunis Nəsibov, § 2-8
- akade mik Ziya Bünyadov.
XIII fəsil
("XI-XII
əsrlərdə
A zərbaycanda
sosial-iqtisadi
quruluĢ"); § 1-5 - tarix elmləri doktoru Mikayıl Heydərov.
XIV fəsil ("Azərbaycan xa lqın ın və Azərbaycan dilinin forma -
laĢmasının baĢa çatması") - tarix elmləri doktoru
Nailə Vəlixanlı.
XV fəsil ("XI-XII əsrlə rdə Azə rbaycan mədəniyyəti"); § 1 - tarix
elmləri doktoru
Qara Əhmədov, § 2 - mətni baĢlıca olaraq sənət-
Ģünaslıq
doktoru
Kamil
Məmmədzadə,
sənətĢünaslıq
namizədi
Cəfər Qiyasi və b.-nın tədqiqatları əsasında Nailə Vəlixanlı tərtib
etmiĢdir. § 3 - sənətĢünaslıq doktoru Rasim Əfəndi, § 4 - tarix elm-
ləri doktoru Məşədi xanım Nemətova, § 5 - tarix elmləri namizədi
Rauf Məmmədov və tarix elmlə ri doktoru
Fəridə Məmmədova (alban
ədəbiyyatı), § 6 - tarix elmləri doktoru Nailə Vəlixanlı, § 7 - fəl-
səfə elmləri doktoru Zakir Məmmədov.
Kitabın biblioqrafiyasını Nailə Vəlixanlı, Qara Əhmədov və Fəridə
Məmmədova, xronoloji cədvəli
Nailə Vəlixanlı hazırlamıĢlar.
Kitabın müəllif kollektivi və redaksiya heyəti cild in çapa hazırlan masında
kö məyini əsirgəməyən xeyirxah niyyətli bütün Ģəxslərə, redaksiya, nəĢriyyat v ə
mətbəə iĢçilərinə dərin təĢəkkürünü bild irir, o xucularımızdan isə iltifat gö zləy ir.
Nailə Vəlixanlı
12
I FƏSĠL
AZƏRBAYCANIN III-VII ƏSRLƏRDƏ ƏRAZĠSĠ VƏ
ƏHALĠSĠ
§ 1. ALBANĠYA. SĠYASĠ-ĠNZĠBATĠ VAHĠDLƏR VƏ
ETNĠK SƏRHƏDLƏR
V-VIII əsrlə r ermən i yazılı mənbələ rindəki mə lu matla ra və alban müə llifi
Moisey Kalankatlıya görə I-VII əsrlərdə Albaniya Ģimalda Qafqaz sıra dağlarından
cənubda Araz çayına, qərbdə Ġberiyadan Ģərqdə Xəzər dənizinədək geniĢ bir ərazini
tuturdu. Təbii sərhədlər bu ərazini ço xsaylı bölgələrə ayırmıĢdı. Ġnzibati-ərazi
baxımından Albaniya vilayətlərə - qavarlara və əyalətlərə -nəhənglərə bölünürdü.
Albaniyanın Kürün sol sahilin i tutan ərazisi inzibati baxımdan ancaq
qavarlara - vilayətlərə bölünürdü. VII əsr " Erməni coğrafiyası"na görə sol sahil
Albaniyası on bir vilayətdən ibarət idi. Yerli alban mənbəyi onlardan həm ə razi,
həm də siyasi baxımdan daha əhəmiyyətli o lan Qəbələni, ġəkini, Kamb isenanı və
Ecerin i qeyd edir. Bunlardan Qəbələ, ġəki və Kamb isena kilsə-inzibati vahidi o lan
yepiskopluq yeparxiyası id i; onların nümayəndələri olan yepiskoplar bütün alban
məclislərində təmsil o lunurdular. Adları çəkilən qavarlarla yanaĢı sol sahil
Albaniyasına heç də həmiĢə Albaniya dövləti tərkibində olmayan Lp iniya və Çoqa
(Ço la və ya.Çora) ölkələri də daxil id i. Hələ V əsrin ik inci yarısında bu ölkələr
özünəməxs ııs daxili mu xtariyyəti saxlayan ucqar vilayət idi. Lakin 488-ci ildən
sonra alban hökmdarı III Vaçaqanın dövründə Lp iniya və Çoqa qəti olaraq Alban
dövləti tərkibinə daxil o ldu, Çoqa vilayəti eyni adlı və ya Dərbənd keçidindən
cənuba doğru - BaĢ Qafqaz sıra dağlarının Ģərq qolunun Xəzər dənizinə lap
yaxınlaĢdığı yerədək (təxminən BeĢbarmaq dağınadək) olan Xəzərsahili zolağı
əhatə edirdi.
Bu vilayətdə tabasaranlılar, albanlar, çilblər (silvlər), leqlər, maskutlar,
xəzərlər, hunlar yaĢayırdılar. Vilayətin əsas Ģəhərləri Çoqa, Dərbənd və Sri idi.
Çoqa vilayəti mühüm strateji əhəmiyyətli ərazin i tuturdu. BaĢ Qafqaz
silsiləsi ilə Xəzər dənizi arasında olan və Albaniya qapıları adlanan keçid burada
yerləĢirdi. ġimal istiqamətindən gələn, nəinki Albaniya, eləcə də Ġran Sasani
dövləti və Bizans imperiyası üçün təhlükə təĢkil edən mü xtəlif köçəri tayfalar
məh z bu qapıdan soxula bilərdilər. Ona görə bu keçidin qorunmasında albanlarla
yanaĢı, o dövrün iri dövlətləri olan Sasani Ġranı və Bizans da maraqlı idi.
Çoqadan qərbdə, onunla ġəki arasında Lp iniya vilayəti yerləĢirdi. Burada
albanlar, lp inlər və baĢqa etnik qruplar yaĢayırdılar.
Alban tarixçisi lp inləri (lupenləri) müasir Dağ ıstanın dağlıq hissəsində,
silvlərlə (çilb lərlə) yanaĢı yerləĢdirir. Bəzi tədqiqatçılar (S.Yeremyan, K.Əliyev )