rəm. Pənah xan bir qədri camaat ilə atlanıb, gəlib çox çətinlik ilə
dolanıb, görüb ki, çox möhkəm olan yerdir. Və Allah-təalanın
qüdrətidir, ta bu fikrə düşüb ki, gəlsin burada məskən edib əyləşsin. Bu
əhvaldan Şuşa kəndinin camaatları xəbərdar olub bu fikrə düşüblər ki,
bir iş eləsinlər. Bəlkə xan gəlib bu yerdə əyləşməyə. Qorxublar ki,
Pənah xandan onlara artıq zərər dəyə. Heç birilə barışmayıblar, bir iş
tutalar məgər bu iş ilə.
Belə ki, qədim adamlar öz ata-babalarından nəql edirlər ki, bu
qalanın içində üç çay var imiş. Hansı ki, bu üç dərə ola: Cəfər dərəsi və
Şahbaz dərəsi və Kəngərli dərəsi və bu adları bu dərələrə qala bina
olandan sonra qoyublar. Qərəz, Şuşa kəndinin adamları ki, erməni
tayfasıdırlar, özlərinin canının və malının qorxusundan gəlib bu axar
suların başlarında olan bulaqların təmamən gözlərin gecə ikən tutub və
möhkəm basdırıblar ki, susuz olmaq cəhətinə bəlkə Pənah xan bu yerdə
oturmaya, bir qeyri yerə gedə. Bu fikri-bifayda ilə həmən suları
basdırıb, qurudublar. Qərəz, Pənah xan gəlib burada məskən salıb və
hökm edib ki, dam-daş təmir edələr. Gündoğan tərəf və qiblə tərəf
daşlıq olmağa görə o qədəri bərk meşə və gəlmiş camaat Çuxur məhlə
adlanan yerdə - erməni və müsəlman, hər kəs özü üçün bir dam təmir
ediblər, kənd evləritək. Bir-birinə yavuq damlar tikiblər və hər kəs ki
dam tikirmiş, o damın cəmi tirin və ağacın o damın yerindən söküb
tikərmişlər ta camaat çox olan vaxtda Pənah xan bir məscid qarqudan
təmir elədib həmən yuxarı məscidi-camenin yerində və yenə bir kilsə
təmir elədib aşağa Bazarda ki, asarı məlumdur. Elə ki bir müddət keçib
və camaat bir qədri artıb, erməni tayfası yavaş-yavaş qalanın yuxarı
tərəfinə köçüblər. O vaxt həmən kilsə zaye olubdur. İndi qalaçası
məlumdur. Əvvəl erməni və müsəlman cəmən Çuxur məhlə adlanan
yerdə cəm imişlər. Və bir də qədim adamlar yenə öz ata və babalarından
belə nəql edirlər ki, Pənah xan o vaxtda buraya cəm etdiyi müsəlman
tayfası belə avam imişlər ki, Pənah xan əmr edərmiş ki, camaat gedib
məsciddə namaz qılsınlar. O camaat getməz imişlər. Axırda hökm
edərmiş yasavul ilə xalqı məscidə aparıb Allah əmrin və namaz təlim
etsinlər. Xalq bu işi sair hökmlər kimi hesab edib qaçarmışlar. Belə nəql
edirlər ki, həmən məscid ki, qarqudan təmir etmişdilər. O məscidin iki
qapısı var imiş. Bu qapıdan yasavul xalqı məscidə doldururmuş, o biri
qapıdan çıxıb qaçarmışlar və gəlib evlərində bikef oturarmışlar və
onların övrətləri
37
xəbər alarmışlar ki, niyə bikefsən? O adamlar əhvalatı nəql edərmişlər
ki, Pənah xan hökm edib gərək gündə üç dəfə gedib məscidə namaz
qılasınız və oruc tutasız. Bu əmri-ilahini özlərinə biar hesab edib, bikef
olarmışlar. Bu sözdən təəccüb gəlməsin eşidənlərə bəlkə məşhurdur ki,
qədim vaxtı bir neçə kürd gəlib başmaqçıxanaya və o küp ki,
başmaqçılar su töküb içinə gön salarlar və rəngi qırmızı olar. O kürdlər
elə biliblər ki, o küpdəki bəhməzdi. Çıxardıb, pul veriblər ki, a kişi, bir
az o bəhməzdən mənə ver, çörəyim ilə yeyim. Başmaqçı bir çanağa
töküb, verib kürdə. Kürd bir neçə çörəyi doğrayıb o suyun içinə və
tamam yeyibdir və qurtarandan sonra deyib:
- Demə ki, kürd idi, anlamadı, bəhməzin dadı yoxdu.
Və yenə o adamlar həmən adamlardan idi ki, çanağı götürüb
qalayçıya verərdilər ki, bunu qalayla. Hərgah insan tərbiyət tapmaya,
heyvandan bədtər olar.
Belə ki, Pənah xan bu növ tədbirlər ilə çox camaat cəm edib, kənd
evlərində oxşar dam-daş təmir ediblər və bir-birinin damının üstündən
bir-birinin yolu imiş və hər birisi bir dam təmir etmişdi ki, hər bir işi o
damda keçərmiş. Belə ki, bir tərəfində atlarını bağlarmışlar və bir
tərəfində yerdə çəkib gəlinləri yatızdırarmış. Qərəz, Pənah xan bu fikrə
düşübdür bir qala bina etsin. Qalanın öz içindən ağac və daş qırdırıb,
əhəng yandırdıb və mahallardan fəhlə gətirdib, bürcün binasın qoyub və
Pənah xan çəkən bürcün əsli bu asarlardır ki, əlan məlumdur. Belə ki,
bir tərəf şəhneşin adlanan Xan xanım ağanın evi idi. Mehrəli bəy
bulağının üstə. Və bir tərəf rus kilsəsinin qabağında Əhməd xanın evinə
yapışıqdır. Və bir tərəfi yel dəyirmanının yanıdır. Bu məlum bürc ki,
dörd tərəfi var, İbrahim xan təmir edib. O1 Pənah xan çəkən bürc çox
balaca imiş.
Qərəz, Pənah xan qalanı tamam edib və Pənahabad ad qoyub, sonra
yenə bu fikrə düşüb ki, qaladan bir neçə ağac aşağı bir qalaça qoşundan
ötrü təmir etsin. Belə ki, həmən Əsgəran adlanan qalaçaları
ki, biri
Qarqar çayının o tərəfində və birisi bu tərəfdə təmir olub, həmən
qalaçaları təmir elədib və bir cəm qoşun həmişə o qalalarda durarmışlar.
Bir müddət Pənah xan hökmranlıqda əyləşib, elə ki işlərini möhkəm
edib, böyük oğlu İbrahim xanı özünə canişin edib.
Elə ki Pənah xan mərhum olub, İbrahim xan xanlıq məsnədində
əyləşib. Belə nəql edirlər ki, İbrahim xan çox səffak imiş və çox qəzəbli
imiş. Belə ki, hər yerdə ilat köçürüb, öz başına cəm edib və
38
birə-beş artıq Pənah xandan hökmranlıq edib və təzədən qalanı
böyüdüb, bu bürcü çəkdirib və üç yerdən qapı qoydurubdu. Qalanın baş
tərəfində Xəlfə Əlili (Xəlifəli - N.A.) qapısı və biri ortalıqda adı Mərdan
qapısı və biri aşağa tərəfdə Topxana qapısı ki, indi o qapının yerində
dustaqxana tikiblər. Öz tədarükündə olub, topxana təmir edib və şəhərin
bir tərəfində oğlu üçün və bir tərəfində sair övladı üçün imarətlər təmir
edib və yenə xəzinə qayası adlanan yerdə iki qayanın arasında ki, çox
möhkəm və heybətli yerdir, orada özü üçün yeddi və səkkiz otaqlar
sığınaq üçün təmir edib ki, hərgah üstünə qoşun gələ, gedib o evlərdə
əyləşə. Çünki o qayanın təhəri bu tövr düşüb: hərgah qalanın içindən top
bağlıyalar, o imarətlərdən otuz arşın yuxarı gedər və hərgah üsrü
tərəfdən top bağlıyalar, yenə mümkün deyil. Ona görə o imarətləri təmir
edibdir və çox vaxt orada əyləşərmiş və belə deyirlər ki, İbrahim xanın
xəzinəsi orada dəfn olubdur.
Elə ki İbrahim xan özünün bir para lazım olan işlərindən xatircəm
olub, çox el hər tərəfdən köçürüb qalada cəm edibdir. Və hər il öz
tayfası ilə şəhərin bir tərəfində ev tikib qahblar. O vaxtdan bu məhəllələr
hər kəs öz adları ilə adlanırlar. Belə ki, qalanın müsəlman tayfası on
yeddi məhəllədir. Doqquzu aşağa məhəllə adlanır və səkkizi yuxarı
məhəllədir.
Qərəz, məscid və hamam və karvansara və bazar-dükan təmir edib və
öz hökmranlığında əyləşib. Belə ki, qəzəbi tutana tənbeh və iltifatı olana
mülk-əmlak və ənam verib, öz eyş-işrətində olub və sair əhvalatları
ikinci fəsildə məlum olar.
Neçə kəlmə həmin bu qalanın bina olmağının və abad olmağının cüzi
məlum etdik. Kifayət edər. Köhnə adamların deməklərinə görə əhvalat
bu tövr olub. Və bir də belə xahiş ediblər ki, məhəllələrin adların yazaq
və neçə hamam və karvansara ki, qalada var və kim təmir edib oları
yazaq. Belə ki, əvvəlinci məhəllə yuxarı və məhəllədən Xanlıq aradır.
Bu məhəllənin əsil adına Mir deyilirdi. O cəhətə görə xanlıq ara deyilir
ki, İbrahim xanın imarətinin yanıdır.
İkinci məhəllə Saatlı məhəlləsidir.
Üçüncü məhəllə Köçərli məhəlləsidir.
Dördüncü məhəllə Mamayı məhəlləsidir.
Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.
Altıncı məhəllə Dəmirçi məhəlləsidir.
Yeddinci məhəllə Hamam qabağıdır.
Səkkizinci məhəllə Təzə məhəllədir.
39
Dostları ilə paylaş: |