İbrahim xan dəstəsi ilə qayıdan vaxt Cəfərqulu xan cavan oğlan imiş.
Daldan bir xəncər tullamazladısa, atıb xəncər gedib Naib oğlu
Məhəmmədin topuğundan dəyib, yaralayıbdır. İbrahim xan gəlib aşağı
bazarın yerində atdan düşüb və hava isti imiş. Adam göndərib, gedin
Mirzə Haşıma deyin qəlyan və şərbət gətirsin. Mirzə Haşım bir əlində
şərbət tez gətirir və xan bir saat orada kürsü üstə əyləşib və Naib oğlu
Məhəmmədin yarasın bağladıb, gəlib öz evinə.
Və bir də mərhum İbrahim xanın yanında hörmətli olan oğlanlarının
birisi də Əhməd xan imiş. Belə nəql edirlər artıq ümur və ixtiyar
Məhəmmədhəsən ağada və Mehdiqulu xanda və Əhməd xanda imiş.
Sair oğlanlarında bunlar kimi hökumət və ixtiyar yoxumuş. Qərəz,
Əhməd xan çox səffak imiş. Əlavə hökmranlıqda və zirəklikdə pürkar
adam imiş və bir də bir para quduz it təkin adama və bağlı olan adama
və dili gec açılan uşağa dua yazarmış və uşağın ağzına tüpürərmiş, bu
günə naxoşluqlar rəf olurmuş. Belə ki, bir cild dua kitabı Əhməd xanda
var imiş. O duaların təsirindən bu günə dərdlərə əlac olurmuş.
Və bir də mərhum İbrahim xanın övladı həddən artıqdır. Təmamən
yazmaq mümkün deyil. Həmin say məlum oldu. Amma bir neçə nəfər
qızlarından yenə yazmaq lazımdır. Belə ki, İbrahim xanın bir qızı Ağa
Bəyim ağa idi və onu İran padşahı Fətəli şaha köçürmüşdülər. Çox
göyçək imiş. İranda mərhum olubdur. Belə nəql edirlər ki, bir gün Ağa
Bəyim ağa bu bayatını oxuduğu vaxtda, Fətəli şah gəlib eşidib, görüb
oxuyur:
Mən aşiqəm Qarabağ,
Qara salxım, Qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Bunun bu sözü padşaha xoş gəlib, sual edib ki, o bayatını nə tövr
oxudun? Bir dəfə də oxu! Ağa Bəyim ağa bu dəfə mətləbi dolandırıb ki,
padşaha xoş gəlsin. Qərəz, həmən bayatının axır fərdin belə deyib ki:
Tehran cənnətə döndü,
Yaddan çıxdı Qarabağ.
46
Bu şaha çox xoş gəlib.
Və bir də mərhum İbrahim xanın bir qızı da mərhum Gövhər ağa idi.
O da əvvəl qız vaxtı Şəki xanına gedibdir. Elə ki o ölüb, gəlib yenə öz
əmisi oğlu Xankişi bəyə getmişdi.
O da öləndən sonra ta ərə getmədi və övladı yox idi. Amma öz
axirəti üçün yaxşı binagüzarlıq etdi. Əlavə öz səyilə hamı üçün yaxşı
fikir çəkdi. Belə ki, həmən bu iki qitə məscidi-camelərinin hər birini iki
dəfə təmir edib və neçə kəndlər və dükanlar və karvansaralar bu
məscidlərin barəsində vəqf edib ki, kəndlilərin mədaxili bu iki məscidi-
camelər üçün məsrəf olsun. Məscidin həyətində azarlıxana təmir elədib
ki, qərib adamlar naxoş olan vaxtda orada yatsın və müalicə olunsun.
Hərgah ölsə, o adamın tədarükün görüb dəfn eləsinlər. Yenə hərgah qala
əhlindən fağır və kasıb olsa, onları da xərc çəkib, dəfn edələr. Bir də o
tüllablar ki, elm oxuyurlar, onlar üçün çırağ və həftədə iki dəfə çörək
versinlər. Mücavirlərə və müəzzibinlərə məvacib qərar edibdir. Yenə
özü və ata və ana və sair övladları üçün hər il ramazan və şaban ayında
Quran oxunsun. Və əlli-altmış xətmi-Quran oxutsunlar və hər ildə
həmən ehsan aylarında üç gün ehsan versinlər. Bu günə vəsiyyətlər iki
böyük daşlara həkk olub və məscid divarına nəsb elədib. Sair mətrukatın
və müxəllifatın Həsən ağa Süleyman xan oğluna hiybə edibdir. Allah
rəhmət eləsin o kimsələrə ki, Allah yolunda və füqəranın barəsində
vəsileyi-irhamın haqqında bu günə binagüzarlıq ediblər. Xüsusən bu
mərhumə.
Yenə Gövhər ağa bu qədəri mətrukat vəqf edəndən sonra və iki qitə
məscidi-camelərinin hər birisini iki dəfə təmir edəndən sonra ki, hər
birinin xərci dünya pul aparıb. Bunlardan əlavə yüz min manat pul cəm
etmişdi ki, özü ilə aparıb Kərbəlayi-müəllada məsrəf edəydi. Əcəl aman
vermədi. Burada mərhum oldu.
Bir neçə ay məsciddə dəfh etdilər qaldı. Sonra neçə nəfər mötəbər
adam ki, özü vəsiyyət etmişdi apardılar Kərbəlayi-müəllayə və orada
dəfn olub və üstə bir bab məqbərə bina ediblər. Neçə nəfər tullab təyin
ediblər ki, nə qədər dünya var, onun üstə gecə və gündüz Quran
oxusunlar. Onlar üçün məvacib qərar ediblər. O pul ki, buradan
aparmışdılar, o pak olan məqamda karvansara və hamam təmir ediblər
ki, onların mədaxili imam əleyhissəlamə və bu mərhumənin özünə
məsrəf olsun. Bu günə binagüzarlıq öz axirətin barəsində edib. Allah
qəbul eləsin.
47
Bir də bu mərhumənin neçə qaydası var imiş. Belə ki, ona əvvəla
həmişə füqəranı müraat edirmiş və həmişə yük-yük baratı üləmalara və
sair kasıb olan adamlara ki, abırlı kişilər imiş gələrmiş. Əlavə hər gecə
neçə nəfər nökər götürüb yanınca bir para füqəraların evlərini gəzərmiş
və onlara pul paylarmış. Onların əhvalatlarından xəbərdar olub, həmişə
barat göndərərmiş və hər evə ki, güzarı düşərmiş, o ev sahibinə bərk
tapşırarmış ki, məbada mənim buraya gəlməyimi bir adama deyəsən.
Gərək pünhan qalsın. Heç kimsənə bilməsin. Qərəz, həmişə fağır və
füqəranın fikrində olan adam imiş. Allah rəhmət eləsin.
Bir də İbrahim xanın neçə nəfər qardaşları var imiş. Elə əhvalatları
yoxdur ki, yazıla. Amma Tahbxan bəydən bir neçə nəql yazmaq
lazımdır.
Çünki çox məzəli adam imiş. Belə nəql edirlər ki, Talıbxan bəy çox
avam imiş. Belə ki, bir gün Tahbxan bəyin ixtiyarında olan
rəiyyətlərdən ikisinin bir-birilə davaları var imiş. Gəlib Talıbxan bəyə
şikayət ediblər. Bu adamlar hər biri öz sözlərini deyiblər. İkisinin də
sözünə Talıbxan bəy deyib ki, yaxşı deyirsən. Öz övrəti yanında imiş.
Deyib ki, a xan, bunların hər ikisinin sözlərinə "yaxşı deyirsən" dedin.
Pəs günah hansı birindədir. Axır birinə "yaxşı deyirsən" deginən və
birinə "günah səndədir" deginən. Talıbxan bəy fikir edib övrətinə deyib:
- A arvad, sən də yaxşı deyirsən. Gərək belə ola. Mən dürüst
bilmədim. Bunların davasın sən kəsginən.
Yenə belə nəql edirlər ki, bir gün Talıbxan bəy quş ovuna getmiş
imiş. Bir nəfər nökər qızılquş götürüb bunun ilən gedirmiş. Qəzadan o
günü bərk yağış yağır. Talıbxan bəy islanıb və çox üşüyübdür. Dönüb
dala baxıb, görüb nökər də bərk üşüyür. Talıbxan bəy öz çuxasın
çıxardıb verib nökərə ki, ala sən mənim çuxanıı geyginən. Bəlkə
qızışasan. Mən yolla gedirəm. Nökər deyib: A ağa, özün geyginən. Mən
üşümürəm.
Qəbul etməyib verib nökərə. Qərəz, bərk islanandan sonra və çox
üşüyəndən sonra gəliblər evə. Talıbxan bəy titrəyə-titrəyə paltarların
soyunub, uzun ocaqda olurmuş. Övrəti deyib ki, axır niyə çuxanı nökərə
verib, özünü belə islatmısan. Durub övrətin döyüb ki, a köpək qızı, pəs
nökər saxlamaq asandır? Axırda adamın sözünə baxmaz.
48
Dostları ilə paylaş: |