Mustafa xan Məhəmməd bəyi öz əli ilə öldürüb, Məhəmməd bəyin
övrətin intiqam üçün alıb və bir neçə ay saxlayır.
1
Sonra bir atlıya qoşub
göndərib Qarabağa. Sonra o övrəti mayor İmamqulu ağa alıbdır. Bəli,
məsəldir deyiblər:
Nə namərdə bel bağla, nə cəfa çək o candan.
Və bir də İbrahim xana vəzir hesab olan Molla Pənah imiş. Belə ki,
hər bir məsləhəti Molla Pənah ilə olurmuş və Molla Pənahın əsli Qazax
Şəmşəddindən gəlibdir. Çox sahibi-kamal və qabil adam imiş və yaxşı
təbi-şeri var imiş. Bu ağ könüllər oxuduğu zikrlər təmamən Molla
Pənahın kəlamıdır... Qərəz, artıqxoşbəxt adam imiş. Mərhum İbrahim
xanın həddən artıq iltifatı var imiş.
Hər məsləhəti ki, Molla Pənah görərmiş, gərək həmən tövr olaymış.
Ona görə bir məsəl xalqın arasında məşhurdur. Belə deyir ki, "Hər
oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz". Bu ikisinin vəxti Əsəd
bürcündə imiş.
Və bir də neçə kəlmə mərhum Bəhmən Mirzə əhvalatından yazıb
məlum eləmək gərək. Belə ki, Bəhmən Mirzə Fətəli şahın nəvəsidir və
naibüssəltənənin oğludur ki, iki dəfə bu qalanın üstə qoşun çəkibdir. Bir
dəfə İbrahim xanın vaxtında və bir dəfə rus dövləti Qalaya təsərrüf
olanda gəlib. Qabaqda yazılıb. Qərəz, Fətəli şah münəccim götürüb
naibüssəltənənin taleyinə baxdırıb ki, görsün naibüssəltənənin taleyində
padşahlıq görünürmü. Elə ki, münəccim baxıb, belə görünüb ki,
naibüssəltənənin taleyində padşahlıq görünmür və yavuq vaxtda əcəlinin
yetişməyi görünür. İş bu tövr olan vaxtda Fətəli şah o qədəri ki,
oğlanları var imiş heç birisin vəliəhd etməyib naibüssəltənənin böyük
oğlu Məhəmməd şahı öz atasının yerində əvəz vəliəhd eləyibdir. Bir
müddətdən sonra münəccim dediyi söz rast olub. Naibüssəltənə Fətəli
şahın qabağında mərhum olub və bir müddətdən sonra Fətəli şah
mərhum olub və mərhum Məhəmməd şah padşahlıqda əyləşib və neçə
nəfər qardaşları ki var imişlər hər birin bir məmləkətdə sərdar təyin edib
və Bəhmən Mirzə külli-Azərbaycana hakim olub. Hər bir hökmdə və
adam öldürtməkdə
1 Məhəmməd bəy M.P.Vaqifin arvadı Qızxanımla evlənib Şəki xanının yanına qaçmışdı.
55
cəmi ixtiyan var imiş. Sonra Məhəmməd şahın yanında bədbəxt olub.
Öz qardaşı Məhəmməd şah bu fikrə düşüb ki, Bəhmən Mirzəni
öldürtsün. Bu işdən Bəhmən Mirzə xəbərdar olub, cəmi mal və dövlətin
və əhli-əyalın qoyub qaçıb Rusiya dövlətinə pənah gətiribdir və Rusiya
dövləti mühafizət edib bunu ehtiram ilə saxlayıb.
Elə ki Bəhmən Mirzə əvvəl Rusiya məmləkətinə varid olub, bir
müddət əyləşib Tiflis şəhərində oturub, sonra bir müddət Tiflisdə qalıb
və oranın abu havasın xoşlamayıb gəlib Qarabağa və burada bir müddət
kirayə ilə əyləşib və bir-bir əhl-əyalını və mirzələri və müqərrib
nökərləri və xacələri təmamən gəlib cəm olublar. Rusiya dövlətindən
otuz altı min manat pul məvacib qərardad olub. Ta bir müddət keçəndən
sonra bu imarətləri təmir edib. Qərəz, Bəhmən Mirzənin qaydası və
bərdaştəsi padşah qaydası kimidi. Belə məlum olurdu ki, o qədəri ki,
ona yetişirdi il başına onu görmürdü. Çünki o qədəri əhl-əyal və
əmələlər ki, Bəhmən Mirzə saxlayırdı, ildə yüz min manat ona kifayət
etməzdi, nəinki otuz altı min manat. Çünki Bəhmən Mirzənin özü iki
yüz nəfər adama məvacib verirdi.
Belə ki, Bəhmən Mirzənin həmişə övrətləri on nəfərdən əskik
olmurdular. Ya on nəfər və ya səkkiz nəfər bu yerlərdə əyalı olurdu. Hər
birinin bir dəst imarəti və nökəri və qulluqçuları və qarabaşları olurdu
ki, hər birinin xərci ildə nə qədər pul olurdu. Və əlavə bir müdərrisxan
qızları üçün bina etmişdi və neçə nəfər müdərris ilə. Və bir
müdərrisxana oğlanları üçün bina etmişdi neçə nəfər müdərrisləri ilə. Və
hər oğlu üçün bir nəfər lələ və hər qızı üçün bir nəfər ağbaşlı təyin
etmişdi. Və neçə nəfər xacələr və qulamlar və qara kənizlər, sair əməllər
ilə öz qulluğunda olurdular. Onun aşpazxanasının hər gündə əlli
manatdan artıq xərci olurdu. Və neçə rəs atlar və faytonlar saxlardı. Belə
ki, onun tamam əmrlərini yazmaq mümkün deyil. Və məlumdur ki, o
tövr olacaq. Amma cüzi yazmaqda mənzur budur ki, dünyanın işi bu
tövrə olur. Belə əmirin övladı özündən sonra çox zillət çəkdilər və tez
vaxtda tənəzzül etdilər. Əgərçi öz küfri nemətlikləri səbəb oldu, amma
yenə adam rəva görmür.
Belə ki, mərhum Bəhmən Mirzə çox həmli və nökərə və kənizə
mehriban adam idi. Bir xasiyyəti var idi ki, hər şeydən ki, əhli-əyali
geyərdi, həmən şeydən nökər və kəniz üçün verərdi və o nemətdən ki,
özü yeyərdi, gərək tamam əmələlər ondan yeyəydi. Razı olmazdı ki, bir
kimsənə o nökərlərə və qarabaşlara bir kəlmə söz
56
desinlər. Çox artıq əzizlik ilə əmələ saxlardı. Artıq insaflı və rəhmdil
adam idi. Belə ki, hər yerdə ki, bir nəfər qoca övrət və ya kişi biləydi ki,
var, onun üçün məvacib qərar edəcəydi. Və hərdəm bir dəfə o qoca
kişiləri və qarıları götürüb öz qulluğunda oturdub söhbət edərdi və
onlardan qədim sözlərdən xəbər olardı. Çünki qədim sözü artıq dost
tutardı. Və əlavə bu qocaların danışmağı və söhbətləri xoşuna gəlirdi və
onlar üçün öz qulluğunda nahar və çay gətirdərdi. O qocaların yeyib-
içməyindən xoşu gəlirdi. Həmişə özünə məşğuliyyət onların və qara
kənizlərin və qara qulamların oynamağj idi. Çox dost tutardı qoca və
avam adamları. Bir gün iki nəfər qoca övrət var idi. Köçərli
məhəlləsində. Birinin adı Əkdimqızı və birisinin adı Kəlin-pəri.
Bunların hər ikisi çox qəribə surətli qarılar idi. Bir gün şahzadə bunların
hər ikisini götürdüb qulluğunda bunlara söhbət elədərmiş. Bu qocalar
nahar edəndən sonra şahzadə buyurub bu övrətlər üçün çay gətiriblər və
buyurub iki kürsü qoyublar ki, o qocalar üstə oturub çayların içsinlər.
Onların kürsü üstə oturmaqlarından xoşu gəlirmiş. Qocalar deyiblər ki,
qurbanın olum, qoy yerdə içək. Şahzadə buyurub gərək kürsü üstə
içəsiniz. Qərəz, bunların hər birinin əlində bir stəkan çay kürsü üstə
oturublar və şahzadə bunların tərkibinə və kürsü üstə o halət ilə
oturmaqlarına tamaşa edirmiş və gözləyirmiş ki, görsün o qocalar nə
tövr çay içirlər. Bir vaxt görüb qarının biri dilin çayın içinə batırdı və
birisi barmağın çaya batırıb, sonra yaladı. Şahzadənin bunların bu işi
xoşuna gəlib, o qədər gülübdür ki, bir gün qarnı ağrıyıb və sonra
onlardan xəbər alıb ki, niyə elə elədiniz? Biri deyib mən dilimi batırdım
görüm soyuyub ya yox. Dilimi yandırdı. O biri də deyib: Mən də
barmağımı batırıb dadırdım ki, görəm şirindirmi. Baməzəlik üçün
edirmişlər, ya özləri o tövr imişlər. Qərəz, şahzadə onlar üçün pul və
libas verib yola salıbdır. Və hər dəm bir dəfə onları gətürdərmiş, onları
növ-növi işlər ilə danışdırıb, gülərmiş. Və neçə nəfər övrət və kişi var
idilər ki, həmişə şahzadənin qulluğunda bir para məzəli işlər edərdilər
ki, şahzadənin könlü açılsın. Və bu adamlar şahzadənin qulluğunda çox
güstax imişlər. Hər bir tövr işlər edirmişlər.
Belə ki, bir gün əmrə qayib imiş. Və o günü şahzadə öz övrətlərinin
birisinin mənzilində imiş və bir nəfər biganə övrət o xanım üçün halva
payı göndərmiş. Bu halva payı gətirən övrət həmişə şahzadənin
qulluğuna gəlib-gedən adam imiş. Qərəz, bir məcməyi
57
Dostları ilə paylaş: |