çini qab tamam halva ilə dolu ki, hər birinin xammların biri üçün
qoymuş imişlər, bu övrət əlində içəri girib, görüb şahzadə oturubdur.
Övrət əlində dolu məcməyi şahzadəyə baş endirib. Baş əyən vaxt
məcməyidə hər nə qab var imiş tamamən tökülüb sınıbdır. Şahzadə çox
gülüb və buyurub neçə boşqab bazardan alıb, gətiriblər. İki manat övrətə
əlavə pul verib yola salıb ki, bu pul da sənin peşman olmağın əvəzi
olsun.
Və bir də şahzadənin bir qaydası var idi ki, məhərrəm ayında tamam
əhli-əyalı ta qafa kənizlərə kimi və qara qullara kimi, hətta südəmər
uşaqlar gərək tamam başdan-ayağa qara libas geyəydilər. İki ay tamam
olunca məşğuli-təziyə olaydılar. Hərəmlər hər birisi on gün təkyə
saxlayaydılar növbə ilə ki, ta iki ay tamam olaydı. Hər gündə üç yerdə
mərsiyə oxunaydı. Sabah və axşam və günorta bu növ ilə təziyədarlıq
edərdi. Və bu təziyədarlıq qaydasın qarabağlı şahzadəlikdən götürüblər.
Ta bundan əqdəm bu tövr ki, bu vaxtlarda adət düşübdür, belə deyilmiş.
Əvvəl Qarabağ camaatları çox avam və naqis imişlər. Elə ki hər tərəfdən
hər bir sənətkar və molla və sair adamlar ki, hər birisi ki, bir elm sahibi
və sənət sahibi imişlər, buraya gəliblər, ona görə tez tərəqqi edib və
cəmi işlərin lizama (nizama) salıb, tərbiyət tapıblar. İranın
dövlətindəndir və əlavə şahzadəliyin bir para səliqəsin və mərifətin
götürdülər, ta o azğın işlər ki, bizlərin arasında var imiş yavaş-yavaş
tərk olur. Həmin neçə nəfər nanəcib və gəda oğlanları var, onlardan bir
para azğın işlər baş verir. Amma o adamlar ki, ata və babalarından
həmişə özlərin sahibi-güzəran və sahibi-hörmət görüblər və adamlıq
onlardan zahir olur. Bəli, yaxşı deyiblər:
Ya rəbb, məbad an gəda mötəbər şəvəd.
Belə ki şahzadənin cəmi işləri məlumdur ki, İranda nə hökumətin
sahibi imiş və Rusiya dövlətinin yanında nə hörmətin və ehtiramın
sahibi imiş. Otuz altı min manat məvacib və həmişə qapısında iki nəfər
soldat qarovul təyin olmuşdu və özü bir qayda ilə əyləşmişdi ki, padşah
qaydası kimi. Nə qədər ki, öz ixtiyarı əlində idi, cəmi işlərinə rövnəq
verirdi. Hətta öz sağlığında özü üçün Bərdə imamzadəsində qəbir və
məqbərə bina elədi. Neçə il bina edəndən sonra mərhum oldu. Qərəz, elə
ki, naxoşluğu şiddət etdi və huşu olmadı, bir para ixtiyarları oğlanlarının
məsləhətilə oldu və günbəgün bunun
58
calalın pozulmağına və nökərlərin pərakəndə etməyə və bir para xərc
götürən işlərin bərhəm etməyə səy etdilər: Elə ki mərhum oldu tamam
ev müxəllifatın torqa qoyub satdılar. Atların və qatırların təmamən satıb
pul etdilər. Və o əzizlik ilə saxladığı xacələri və nökərləri və qarabaşları
və dayələri çöllərə saldılar. Və o kənizlər ki, hər bir zada rəğbət edib
yeməzdilər, üç günlər ilə ac qaldılar. Və o nökərlər ki, həmişə istirahət
ilə keçirirdilər, fəhləlik və suçuluq etməyə məşğul oldular. Və o atlar ki,
qızıl rəxt və güləbətin düzayır və əsbab və zinpuş ilə gərdən çəkərdilər,
hər biri bir gədanın altında zəhmətli səfər etməkdən arıq düşdülər. Və o
qatırlar ki, hər dəm bir dəfə təxti-rəvan ilə şahzadə xanımları və
möhtərəm hərəmləri yaylaq seyrinə və Nabatxan səyahətinə aparırdılar,
bellərinə daş xərəyi və quş səbəti qoyulub bu günə işlər ilə belləri yağır
oldu. Və o hamam ki, məxsus öz əhl və əyah üçün idi, küçə
hamballarının ayaqyolusu yeri oldu. Və o aşpazxana ki, hər gündə əlli
manat xərc olurdu və on nəfər qara kənizlər oraya mübaşir olurdular.
Özünün naşükür və küfri-nemət olan övladının abdəsti oldu. Və o
övrətlər ki, öz evlərin və uşaqların və sahiblərin tərkin edib, kəndlərdən
gəlib əmirzadələrə və şahzadə xanımlara dayəlik edib xanım kimi
istirahət edirdilər, hər kəs gedib öz evlərində xırman döyməyə və saman
daşımağa məşğul oldular. Bu dəstgahın bərhəm olmağına öz
naşükürlükləri bais oldu.
Belə ki, şahzadənin bir qadağanı var idi ki, heç bir nəfərdə cürət yox
idi ki, xaric adam ilə bir kəlmə danışa və bir kimsədə də o cürət yox idi
ki, onun əhli-əyalın mənzilinə tərəddüd edə. Gündüzlər gözətçilər və
gecələr darvaza qıfıllı həmişə tənbeh ilə qadağan edərdi ki, hər kəs öz
oxumağında və öz şənini bilməkdə olsun. Və şahzadənin bu əmrindən
və bu nizam və zabitəsindən tamam övladı və əyalı incik idilər. Elə ki
mərhum oldu bir müddət bisərü palıq ilə keçirdilər. Sonra keçən
günlərini bir-bir yada salmaq ilə peşman olub, öz naşükürlüklərinə iqrar
etdilər və fayda olmadı. Belə ki, atalardan məsəl qalıbdır:
Keçən gün ələ düşməz, calasan günü günə.
Və yenə belə deyiblər ki, insanın yaxşı günə davamı olmaz, amma
pis günə davamı olar. Belə ki, zahir olur. Qərəz, o hərəmlər ki, həmişə
vüqar və təmkin ilə əyləşib, qulluqlarında qul və qarabaş durardı, indi
hər birisi bir kürəkən qoltuğunda qalıblar. Və o qızlar ki, hər birinin bir
böyük adam beş min manat pul xərc edib alırdılar,
59
indi öz ayaqları ilə bir rəiyyət oğlunun evinə gedirlər və o əmirzadələr
ki, bir böyük yerdə xeyir və şər olan vaxtda lazım olurdu, oraya getmək
və neçə nəfər xacə ilə və nökər və qulam və sair əmələ ilə ki, gedirdilər,
indi küçələrdə bisərü pa olub, bir para gəda və filanları ilə aşnabazlıq
edirdilər. Və o ev ki, oraya sərdarlar və qubernatorlar görüşə gəlirdilər
indi bir para gədaların fincan oynamaq yeri olubdur. Və o darvaza ki,
gecə və gündüz qarovul durar idi, indi şəblim karvansarası tək ildə bir
dəfə örtülməz. Və o bağça ki, behişt ilə bərabərlik edərdi, indi paymal
olub və hər bir gül ağacı bir adamın həyətində gül açıbdır. Təmamən bu
tənəzzülə və bu ad itirməyə özləri səbəb oldular və bir-birilə zidd olmaq
və ədalət etmək ilə paymal olub, bu tövr tənəzzül etdilər. Həmişə
qardaş-qardaş ilə və bacı-bacı ilə ədavətli və bir-birinə həqq-nahəqq
iftiralar və qəsd etmək fikrində olub, bir-birin biəzm və bihörmət
olmağın istərlər. Gecə və gündüz bu fikirlərdə olarlar ki, bir-birin rüsvay
etsinlər.
Və bir də altı il və qırx il bundan əqdəm bu vilayətdə olan hacılar və
dövlətli adamların yaxşı insafı və müsəlmanlığı var imiş. Belə ki, o
vaxtda olan adamlar bu əsərdəki kimi deyilmişlər. Onların qaydası və
rəftarı bu günə imiş: əvvəl elə qayda ilə dolanarmışlar ki, kasıb və fağır
onlara baxıb həsəd aparmazmışlar. Elə libas və sair şöhrətli işlər nə
özlərindən, nə əyallarından zahir olmayıb. Çox ifadəlik və güzəran
edərmişlər. Həmin fikirləri bu imiş ki, kasıba və fəqirə kömək etsinlər.
Belə ki, üç il və 20 ay vədiyyəya pul və ya mal vermişlər ki, kasıblar
özü üçün güzəran etsinlər. O kasıb adamlar o pulu vədə tamamınca
murur ilə verib rədd edərmiş. Müamilə ki, haramdır o zamanın adamları
almamış. Həmi bu fikirdə imişlər ki, kasıb da bir növ dolanıb güzəran
keçirsin və sair işlər ki, kasıbda ittifaq düşərmiş ya xeyir, ya şər yenə
səbəbkarlıqla kömək ilə onların işlərinə əncam verib həmişə gözləri
kasıbın və füqəranın və yavuq qonşularının üstə olarmış. Və bir də
kasıbın qızın almağı və kasıba qız verməyi özlərinə ar bilməyib çox
dövlətli və adlı kişilər kasıbdan qız alarmış və qız verərmiş. Yenə
özlərinin çox olan dövlətlərindən qızlarına o qədər cehiz verməzlərmiş
ki, kasıbın qızları biqiymət olar və alan olmaz. Yenə özlərinin halal olan
mallarından ilə yemək və geymək nə özləri üçün və nə əyal və övladları
üçün rəva görməzlərmiş ki, kasıb onların o gunə işlərinə baxanda
qəmgin olalar. Və hər şeyi ki, özlərinə rəva görmüşlər onu qonşu və
ya
sair din qardaşlarına
60
Dostları ilə paylaş: |