şəhəri top ilə dağıtmaq istərmiş, mümkün olmurmuş. Bir gün bir kağız
yazıb bu misra ilə göndərib İbrahim xana ki, bu misra budur:
Ze məncənəqi-fələk səngi-fitnə mibarəd,
To əbləhanə girifti miyani-şişə qərar.
Bu münasib olan fərdi yazıb göndəribdir. Bunun cavabında İbrahim
xan Molla Pənaha buyurub ki, bir fərd bu sözə münasib yaz, cavab
edim. Molla Pənah bu fərdi düzəldib göndəriblər şahın qulluğuna:
Gər nigəhdari-mən anəst ki, mən midanəm,
Şişəra dər bəğəli-səng nigəh midarəd.
Qərəz, bir şey bacarmayıb, gedib Gəncənin üstünə. Orada çox qoşun
tələf olub, basılıb qayıdıb İrana.
Belə ki, yenə bir dəfə İbrahim xanın vaxtında Rusiya dövləti bu
Qalanın üstə gəlib İbrahim xan Qaladan qaçan vaxtda "Xan ölən səngər"
adlanan yerdə İbrahim xanı öldürüblər
1
. O səngər Qaladan iki verst
aşağıda Qara qaya bulağının yanındadır. Elə ki İbrahim xan mərhum
olub, Mehdiqulu xanı xanlıqda əyləşdiriblər. İbrahim xanın qaydası ilə
hökmranlıqda və cəmi ixtiyar əlində əyləşibdir. Bir müddət bu növ ilə
qalıb ki, hər kəsə mülk verib tənbeh edərmiş, sonra Rusiya dövləti öz
ixtiyarına alıb. Allah rəhmət etsin Mehdiqulu xana. Qarabağ bəylərinin
çörək sahibi olmaqlarına o səbəb olub. Çox səxavətli və nökərə
mehriban və xalqa güzəran sahibi olmaq, istəyən xan imiş. Rəhmdil və
füqərayə rəhm edərmiş və bir para cəbrlər rəiyyətin haqqında rəva
görməz imiş.
Belə nəql edirlər ki, bir gün yaz vaxtı ilat yaylağa köçəndə öz
mənzilində pəncərənin içində əyləşmiş imiş və köç gəlib, gedərmiş. Hər
il bir tövr ilə. Kimi qoyunlu və kimi sair dövlət ilə. Və o obaların
çoxunun özü atlı və övrəti atlı, artıq dövlət ilə köçür. Qərəz, bir neçə
dəstə keçəndən sonra görür ki, bir kişi dalında şələ və bir nəfər övrət
yenə şələli və iki-üç uşaqlar ayaqyalın və köhnə libas gəlirlər. Mərhum
Mehdiqulu xanın bulara rəhmi gəlib nökərlərdən birisin göndərib ki, get
o kişini, övrət və uşaqları ilə gətir bu çöl həyətə. Nökər
1 Müəllif səhv edir. İbrahim xan 1806-cı ildə Şuşanın yaxınlığında Şuşa komendantı mayor Lisaneviç tərəfindən
öldürülmüşdür.
43
gedib o kişini həmən tövr ilə gətirib. Xan çağırıb bir para müqərrib
nökərlərindən ki, çöl əhlinə nə lazımdır. Hər biri bir tövr tədbir ediblər.
Xan heç birinin sözün bəyənməyib, buyurub bir siyahı yazıblar. Neçə
yüz qoyun sağmal və erkək və neçə sağmal inək və neçə cüt öküz və
neçə camış və iki rəs erkək at və iki-üç rəs madyan at və iki alaçıq biri
özləri üçün və birisi qonaqları üçün və məfrəş və qab-qacaq, cəmi-çöl
mayəhtacının hazır edib, əmr edib qayda ilə yükləyiblər, aparıb təzədən
kəhər atdan bunu götürüblər və xan tamaşa edib, xoşuna gəlib. Yanında
olan adamlara deyib ki, indicə köçə oxşuyur.
Və bir də İbrahim xanın övladlarından bir neçəsin yazmağa xahiş
ediblər. Belə nəql edirlər ki, İbrahim xanın on dörd nəfər oğlu var imiş
və səkkiz nəfər qızı var imiş və dörd nəfər kəbinli övrəti var imiş və
neçə nəfər siğə övrəti var imiş. Kəbinli övrətinin biri Bikə ağadı. Ləzgi
Nusəl xanın qızı və Əhməd xanın atası. Və birisi Xurşidbanu bəyimdir.
Gəncə xanı Şahverdi xanın qızı Mehdiqulu xanın anası və birisi Cavahir
xanımdır. Gürcü qızı Gövhər ağanın anası və birisi Xanım Nənədir
demişlər. Cəbrayıllı Vəli bəyin qızı, Məhəmmədhəsən ağanın anası və
sairləri erməni qızı imiş və gürcü imişlər. Nəcəfqulu bəy belə nəql edir,
sair kəbinli övrətin bilmirəm.
Belə nəql edirlər ki, İbrahim xanın böyük oğlu Cavad ağa imiş və
İbrahim xandan çox tez ölübdür və yel naxoşluğundan ölüb. Yenə
həmən Nəcəfqulu bəy nəql edər ki, o vaxtda bəylərin birisinin bir nəfər
göyçək qızı var imiş və bu qızın sədasın İbrahim xan eşidərmiş və belə
fikri var imiş ki, o qızı özü üçün alsın. Amma məlum deyilmiş, qəzadan
nökərlərdən biri gəlib Cavad ağaya həmən qızı tərif edibdir. Cavad ağa
da bu fikrə düşüb ki, o qızı ala. Amma istərmiş ki, rubəru görüb, ondan
sonra sözü xana yetirə və görmək mümkün olmurmuş. Bir gün yenə
həmən nökər gəlib Cavad ağaya deyib ki, o qız evləri ilə çaya gəzməyə
gediblər. Yaxşı fürsət vaxtıdır. Bir tövr ilə bəlkə gedib dürüst görə
biləsən. Cavad ağa durub nökəri ilə o qız tərəfə gediblər. Görüb hərgah
bunu görsələr mümkün olmayacaqdır və uzaq yerdən yenə dürüst
görməyəcək. Gəlib dəyirmana, dəyirmançı Quqonun paltarların alıb, öz
paltarlarının üstündən geyib və papağın gözünün üstə basıb, olar olan
yerə gedibdir. Qıza dürüst tamaşa edib, qayıdıb qalaya.
Bu əhval məzəlik üçün İbrahim xana yetiriblər və xanın bu işdən
qəzəbi tutub, bir nökər göndərib, həmən dəyirmançı Quqonu gətirib-
44
lər və adam göndərib Cavad ağanı da gətiriblər. Dəyirmançı Quqonun
paltarın Cavad ağaya və Cavad ağanın paltarların dəyirmançıya
geydirib, hər birindən bir ayaq saldırıb falaqqaya və çox döydürəndən
sonra buraxıb. Cavad ağa öz xəcalətindən qaçıb gedib şahsevən Nəzərəli
bəyin yanına və iki il orada qalıbdır. Sonra Nəzərəli bəy yenə gətirib
İbrahim xanın yanına. Xan görüb ki, Cavad ağa çox zəif olubdur və bərk
naxoşdur. Belə nəql eylərlər ki, İbrahim xan altı ay Cavad ağaya toy
edib ki, bəlkə o naxoşluq ondan rəf ola və altı ay tamam olandan sonra
xan Xanım ağanı ona gəlin gətiriblər. Hər ikisi yeddi ay ömür ediblər.
Xan Xanım ağa uşaq üstə tələf olubdur. Cavad ağa həmən yel
naxoşluğundan mərhum olub. Bir də belə nəql edirlər ki, əvvəl İbrahim
xanın canişini Məhəmmədhəsən ağa imiş. Səkkiz ay İbrahim xandan
qabaq mərhum olub. Amma həmişə İbrahim xan Məhəmmədhəsən ağa
ilə yaxşı deyilmiş və həmə vaxt aralarında ədavət olarmış. Çünki şərarət
edərmişlər ki, Məhəmmədhəsən ağa bu fikirdədir və bu işi edəcəkdir.
Hər dəm bir dəfə qoşun çəkib gələrmiş ki, gərək mənim vilayətimdən
çıxıb gedəsən. Belə ki bizim öz ata və babamız belə nəql edirdilər ki,
yenə bir gün Məhəmmədhəsən ağaya əhval çatdı ki, İbrahim xan qoşun
çəkib gəlir. Belə ki, o vaxt İbrahim bəy mərhum İbrahim xanın
qulluğunda olurmuş və Mirzə Haşım mərhum Məhəmmədhəsən ağanın
qulluğunda imiş. Həmin bu iki qardaş bizim atamızın əmiləridi və
olardan nəql olubdur.
Qərəz, mərhum İbrahim xan neçə yüz atlı ilə Məhəmmədhəsən
ağanın evinin üstə və Mirzə Haşım ümum qapıda əli bağlı durur.
İbrahim xan yetirən kimi buyurub ki:
- Ay gədə, Mirzə Haşım, get o filan-filan olmuşa deginən mənim
vilayətimdən çıxıb getsin.
Mirzə Haşım ərz edib ki, xan, qurbanın olum, bura sənin hərəm-
xanandır. Kimin nə cürəti var buraya girə?
Belə bu sözdə Məhəmmədhəsən ağa özü evdən çıxır çölə və İbrahim
xana ərz eləyib ki, xan, niyə insaf eləmirsən? Mən sənə nə bihörmətlik
eləmişəm? Məndən savay sənin ki, övladın yoxdur. Bu qədər biinsaflıq
mənim haqqımda yaxşı deyil. Bu sözdə İbrahim xan atın
irəli sürüb
dörd-beş dəfə Məhəmmədhəsən ağanı vurur. Yenə Mirzə Haşım qolun
qabağa verib ərz eləyir ki, xan, qurbanın olum. Məhəmmədhəsən ağa
müəllim, çubuq da görməyibdir heç. Qərəz,
45
Dostları ilə paylaş: |