downloaded from KitabYurdu.az
110
atılır, Bakıdan çıxarılır, yaxud kənara (o cümlədən də Cənubi Azərbaycandan olan
fəhlələri) göndərilird i.
Məktəblərin, ticarət müəssisələrinin, tərsanələrin, elektrik stansiyalarının
və başqa sahələrin işçiləri tətilçi neftçilərlə həmrəy olduqların ı nü mayiş etdirird ilər.
Bakı tətili Rusiya fəhlə hərəkat ının yeni mərhə ləsinin başlanğıcı oldu.
Peterburq müəssisələrində bakılı qardaşların müdafiəsinə yönəlmiş həmrəylik
çıxışları möhtəşəm miqyas aldı. Piter və Bakı hadisələri bütün Rusiya proletariatın ı
hərəkətə gətirdi.
İyulun birinci yarısında Peterburq və Bakı fəh lələri ilə həmrəylik
hərəkatında 510 min nəfərdən çox adam iştirak etmişdi. Ölkən in hər tərəfindən
Bakıda tətil edənlərə yardım fondu üçün pul vəsaiti g əlird i. Tətili yatırmaq üçün
çarın daxili işlər nazirin in müavini, fövqəladə səlahiyyətlər verilmiş
V.F.Cunkovski Bakıya ezam o lundu, şəhərə xey li hərbi qüvv ə yeridildi.
Ağır maddi məhru miyyətlər və Birinci dünya müharibəsinin başlanması
ilə dərinləşən amansız repressiyalar şəraitində Bakı fəhlələri ü mu mi tətili
dayandırmalı oldula r. İki ay ərzində tətildə neft hasilatı fəhlələrinin 87,4 faizi,
podrat qazıması fəhlələrinin 62,6 faizi, neftayırma sahəsində çalışanların 95 faizi,
mexaniki istehsalat fəhlələrinin isə 84,1 faizi iştirak etmişdi. Bu dövr ərzində Bakı
neft sənayesində 1913-cü il tətili dövründəkinə nisbətən 3 dəfə ço x iş günü
itirilmişdi.
1914-cü ildə önündə Peterburq və Bakı fəhlələ ri gedən tətil hərəkatı,
Rusiyada baş verən digər ictimai-siyasi hadisələr inqilabın yaxınlaşdığını xəbər
verird i.
§ 4. AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ SİYASİ FƏALLIĞIN
ARTMASI
XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskin ləşməsi, fəh lələrin
kütləvi inqilabi çıxışları, Azərbaycan kəndlilərinin daha tez-tez baş verən etiraz
hərəkatı bütün Azərbaycan cəmiyyətinin həm siyasi və həm də ideoloji cəhətdən
fəallaşması üçün obyektiv şərait yaratdı.
1905-ci ilin yazı və yayında Rusiya imperiyasında, onun ucqarlarında
azadlıq mübarizəsin in yüksəlişi bütün Azərbaycan xalq ının tələb, arzu və
istəklərini əhatə edən ümu mmilli proqramın işlənib hazırlan ması üçün
perspektivlər açdı.
Çar höku mətinin böyük dövlətçilik siyasəti, milli zülmün güclənməsi,
downloaded from KitabYurdu.az
111
ucqarlarda yaşayan xalq ların hüquqlarının hər cür tapdalanması milli məsələn in
tezliklə həllində maraq lı o lan bütün ictimai təbəqələri bu məsələ ətrafında
birləşməyə sövq edirdi. Bu dövrdə ictimai-siyasi həyat səhnəsinə Avropa və
Rusiyanın ali təhsil müəssisələrində kamil peşə hazırlığına yiyələn miş yüksək
təhsilli parlaq şəxsiyyətlər nəsli gəlird i. Onlar millətin taleyi ilə bağlı məsələlərə
görə güclü həyəcan hissi keçirir, hüquqi məhdudiyyətlərin ləğvi məsələsini
getdikcə daha inadla ortaya qoyur, islahatların keçirilməsini ehtirasla tələb
edirdilər.
1905-c i ilin ya zı və yayında mövcud quruluşun yeniləşdirildiy ini bəyan
edən bir sıra hökumət fərmanları və sərəncamların ın elan edilməsindən sonra,
Azərbaycanda petisiya kampaniyası geniş ləndi. Rus imperiyasının tərkib inə
qatıldıqdan sonra siyasi hüquqsuzluq və zü lm şəraitində ilk dəfə idi ki,
Azərbaycana, eləcə də digər milli ucqarlara ö z arzu və istəklərini çar hakimiyyətinə
çatdırmaq imkanı verilirdi. Bu nəcib vəzifəni ziyalıların nümayəndələri öz
üzərlərinə götürürdülər. Həqiqətən yüksək peşəkarlıq və dərin siyasi-hüquqi
biliklər tələb edən məsul işdə xüsusi rol görkəmli ictimai xad im Əlimərdan bəy
Topçubaşova mənsub idi. Bütün petisiyalar - xahişnamələr, mü raciətlər və i.a.
onun bilavasitə iştirakı ilə tərtib və təqdim edilirdi. 1905 -ci ilin aprelində Cənubi
Qafqaz müsəlman ları adından Nazirlər Kabinetinə təqdim o lun muş petisiyaları da
o tərtib etmişdi
76
.
Ali höku mət idarələrinə petisiya ilə müraciət etmək qərarı Azərbaycan
burjuaziyası və ziyalıları nümayəndələrinin 1905-ci il aprelin 15-də H.Z.Tağ ıyevin
sarayında keçirilən, Qafqaz diyarında is lahatların keçirilməsi zərurəti mü zakirə
olunan müşavirədə qəbul edilmişdi
77
. Yu xarı sosial təbəqələrin nümayəndələri
Ş.Əsədullayev, R.Şirvanski, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Ziyad xanov, Q.B.Zülqə-
dərov və b. tərəfindən imzalan mış bu petisiya onunla əlaqədar id i ki, o,
Azərbaycandan çar hökumətinə təqdim olunan ilk p roqram sənədi idi. Sonralar bu
sənəd digər inzibati idarələrə ünvanlanan mü xtəlif müraciətlər, izahatlar üçün bir
növ platforma, istinad nöqtəsi oldu. Bu zaman onun ayrı-ayrı müddəaları daha
konkret məzmunla zənginləşdirildi. Azərbaycan cəmiyyətinin nümayəndələri
petisiyada məhdudiyyətlərin ləğvi məsələsini qoyaraq, ―imperiyada yaradılacaq
bütün məşvərətçi, qanunverici və bütün digər nümayəndəli təsisatlar"da
müsəlman ların təmsil olun masına, müsəlman lara aid qanunvericilik təşəbbüsü
göstərmək, məhdudiy-yətsiz olaraq dovlət və ictimai vəzifələri tutmaq hüquqlarına
xüsusi maraq göstərirdilər. Petisiya onların həmçinin Qafqazın müsəlman əhalisi
nümayəndələrinə 18 fevral reskriptinə əsasən çağırılan " xalq nü mayəndələri
müşavirəsinə" buraxılmasın ı da nəzərdə tuturdu.
Qafqa zda in zibati hakimiyyət orqanların müda xiləsi olmadan tam
özünüidarəçilik prinsipinə əsas lanan zemstvo idarələrin in yaradılması, habelə
zemstvo və şəhər özünüidarəsində müsəlman ların hər hansı məhdudiyyət
qoyulmadan iştira kının tə min edilməsi zəru rət inin əsaslandırılması petisiyada