downloaded from KitabYurdu.az
1
A Z Ə R B A Y C A N DİLİ VƏ T A R İ X İ
downloaded from KitabYurdu.az
3
A Z Ə R B A Y C A N M İ L L İ E L M L Ə R A K A D E M İ Y A S I
A. B A K I X A N O V A D I N A T A R İ X İ N S T İ T U T U
AZƏRBAYCAN
T A R İ X İ
1900-1920-ci illər
Y E D D İ C İ L D D Ə
V CİLD
B A K I , E L M , 2 0 0 8
downloaded from KitabYurdu.az
4
Bu k itab "Azərbaycan tarixi. Yeddi cilddə. V cild" (Bakı, Elm, 2001) nəşri əsasında
təkrar nəşrə hazırlanmışdır.
Məsul redaktorlar:
Mahmud İs mayılov
AMEA-nın müxbir üzvü
Nigar Maksvell
tarix elmləri namizədi
ISBN 978-9952-448-41-2
947. 5402-dc22
Tarix - Azərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər).
Bakı. "Elm". 2008. 696 səh. + 40 səh. illüstrasiya.
"Azərbaycan tarixi" çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm
hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır.
Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş
verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiy yatda aparıcı mövqe
tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar
etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun
inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət
mərkəzinə çəkilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq
hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və
onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi
əhəmiyyəti də şərh edilir.
© "Elm" nəşriyyatı, 2008
downloaded from KitabYurdu.az
5
G İ R İ Ş
Yeddi cildlik "Azərbaycan tarixi"nin V cildində Azərbaycan tarixinin sosial-
iqtisadi, ictimai-siyasi və mədəni proseslərlə zəngin olan 20 illik (1900-1920-ci illər)
dövrü işıqlandırılmışdır.
İyirminci yüzilliyin ilk iki onilliyində Şimali Azərbaycanın istisnasız olaraq
bütün təsərrüfat sahələrində bazar iqtisadiyyatı münasibətləri hökmran mövqe tutmuş,
bəzi sahələrdə isə təsərrüfatın təşkilinin yüksək forması sayılan inhisarlar həlledici
mövqelərə yiyələnmişdi.
Azərbaycan xalqının milli şüurunun inkişafı tarixində keyfiyyətcə yeni
mərhələ olan bu dövrdə milli-azadlıq mübarizəsi yeni yüksək mərhələyə qədəm
qoymuş, milli-siyasi təşkilatlanma başa çataraq əlverişli şərait yaranan kimi öz
nəticəsini vermişdi: mənfur çar imperiyası yıxıldıqdan az sonra Azərbaycan xalqı rus
müstəmləkə boyunduruğundan çıxaraq ö z milli dövlətin i - A zərbaycan Xalq
Cümhuriyyətini yaratmışdı. Dövrün mühüm məsələlərini sistemləşdirib təqdim etmək
üçün XX əsr tarixşünaslığının nailiyyətlərinə, həmçinin ilk mənbələrə geniş istinad
edilən bu cilddə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivində, Mərkəzi Dövlət Hərbi
Tarix Arxivində, Peterburq MDTA-da, Gürcüstan Tarix Arxivində, Azərbaycan
Respublikası Dövlət Arxivində (ARDA), Azərbaycan Respublikası Dövlət Tarix
Arxivində (ARDTA), Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai
Hərəkatlar Arxivində (ARDSPİHA), Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və
İncəsənət Tarixi Arxivində (ARDƏİTA) toplanmış materiallardan, həmçinin vaxtilə
çap üzü görmüş mənbələrdən, o dövrün çoxsaylı mətbuat materiallarından geniş
istifadə olunmuş, "Azərbaycan" (Azərbaycan və rus dillərində), "Kaspi", "Znamya
truda", "İskra", "Açıq söz", "Naş put", "Zarya", "İttihad", "Nabat", "İstiqlal" və s.
dövri nəşrlər isə bir sıra məsələlərin işıqlandırılmasında qiymətli qaynaq rolunu
oynamışdır.
V cildin əhatə etdiyi dövr və problemlərə hələ XX əsrin əvvəllərində
yaşamış müəlliflərin həm Azərbaycan, həm də rus dillərində yazılmış mü xtəlif
xarakterli əsərlərində də bu və ya digər şəkildə to xunulmuş, yeni dövrün tarixini
tədqiq etmək sahəsində müəyyən işlər görülmüşdü.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Peterburqda, Rusiyanın digər
şəhərlərində yaşamış tarixçilərdən P.Q.Butkov, V.A.Potto, N.F.Dubrovin və
başqaların ın əsərlərində Azərbaycanın XIX əsr tarixinə aid məsələlər geniş
işıqlandırılmışdı. Bu əsərlər XX əsrin siyasi, sosial-iqtisadi tarixinin b ir ço x
məsələlərinə to xun masalar da, həmin dövrün bir sıra problemlərin i aydın başa
düşməyə imkan yaradır.
XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış Hacı Şey x Həsən
Mollazadənin "Zübdət-üt-təvarix" əsərinin dördüncü cildində İran, Qafqaz və Orta
Asiya tarixi ilə yanaşı, Azərbaycan tarixinin XX əsrin birinci onilliyinə aid
məsələlərindən də bəhs edilmişdir.