Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə36/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   32   33   34   35   36   37   38   39   ...   249

downloaded from KitabYurdu.az

 

 



75 

dumasına seçilmiş  qlasnılardan  cəmisi  23-ü  -  yarıdan da  azı  azərbaycanlı  idi.  Yalnız 

1905-1907-ci  illər  inqilabı  hadisələri dövründə  ictimaiyyətin  təzyiqi  nəticəsində  Qafqaz 

canişini güzəştə getməli oldu və 1907-1911-ci illərdəki seçkilər zamanı qlasnıların 45 nəfəri 

(bütün deputatların  57,7  faizi)  azərbaycanlı oldu.  Onların  33  faizini alimlər,  mühəndislər, 

həkimlər, hüquqşünaslar, jurnalistlər və müəllimlərdən ibarət milli ziyalılar təşkil edirdi. 

XX  əsrin  əvvəllərində  Bakı  şəhər  dumasının  ən  ilk  deputatları  H.Məlikov 

(Zərdabi),  İsmayıl bəy və  İbrahim  bəy  Səfərəliyevlər  olmuş,  Ə.Ağayev,  Ə.Əmircanov, 

M.Əsədullayev,  Ə.Əhmədov,  A.X.Axundov,  Əjdər  bəy  və  İsa  bəy  Aşurbəyovlar, 

Ə.Aşurov,  F.Vəzirov,  M.F.Vəkilov,  M.Hacınski,  Ə.Topçubaşov  və  b.  Bakı  şəhər 

Du masının üzv ləri seçilmişlər. 

Şəhər  özünüidarəsinin  əsası  qoyulduqdan  1911-1915-ci  illər  seçkisinə  qədər 

H.Z.Tağıyev onun ən nüfuzlu nümayəndələrindən biri  idi. Dumanın işində İsrafil Hacıyev 

fəal  iştirak  etmişdi.  Azərbaycan  burjuaziyasının,  ziyalılarının  digər  nümayəndələri  də 

dumanın üzvü olmuşlar. Məşhur yazıçı Nəcəf bəy Vəzirov 10 il müddətində (1903-1913-cü 

illər) dumanın katibi olmuşdu. Lakin azərbaycanlılar şəhər rəisi vəzifəsinə buraxılmırdılar. 

Yalnız Kamil bəy Səfərəliyev qısa nıüddət (1905-1907-ci illər) Bakı şəhər başçısı vəzifəsini 

icra etmişdir. 

Gəncə  və  Şuşa şəhərlərində də  ictimai  özünüidarə  (duma  və  idarə)  mövcud 

idi. "Şəhər əsasnaməsi"  Gəncədə  1894-cü  ildə tətbiq edilmişdi.  1917-ci  ilə qədər  Gəncə 

dumasında azərbaycanlı qlasnıların  sayı  üstünlük  təşkil etmişdir.  Azərbaycanlı  deputatlar 

içərisində  ziyalıların  nümayəndələri  30  faiz  idi.  Gəncənin  görkəmli  ictimai  xadimləri 

Ə.Adıgözəlov  (Gorani),  H.Ağayev, A.Ziyadxanov,  Əli bəy,  Ələkbər bəy və  Xudadat bəy 

Rəfibəyovlar, A.Səfikürdski, Usub bəy və Nəsib bəy Usubbəyovlar, Ələkbər bəy, Ələsgər 

bəy  və  Xəlil  bəy  Xasməmmədovlar,  Hüseynqulu  xan  və  Cavanşir  xan  Xoyskilər,  Məm-

mədbağır Şıxzamanov və başqaları o lmuşlar. 

Bakıdan  fərqli  olaraq  Gəncə şəhər  ictimai  özünüidarəsinə  əsasən  azərbaycanlı 

ziyalıların nümayəndələri  Əsgər Ağa Adıgözəlov (Gorani), Adil  xan  Ziyadxanov və  Xəlil 

bəy Xasməmmədov başçılıq etmişlər. 

1898-ci ildə Şuşada özünüidarə yaradıldı. Əbdürrəhim bəy Haqverdiyev, Haşım 

bəy Vəzirov, Əbdülkərim bəy Mehmandarov və başqaları onun üzvləri idilər. 1904-1907-ci 

illərdə Cavad bəy Səfərəlibəyov şəhər başçısı olmuşdu. 

"Şəhər əsasnaməsi"nə əsasən quberniya mərkəzlərindəki idarədən fərqli olaraq, 

öz  vəsaiti az olan, ticarəti  zəif  inkişaf edən şəhərlərdə daha sadə özünüidarə sistemi tətbiq 

edilirdi

260


, yəni 12-15 nəfərdən ibarət şəhər müvəkkilləri yığıncağı yaradılır, şəhərləri isə ya 

bir və ya iki köməkçi ilə ağsaqqal idarə edirdi. Quba, Şamaxı, Nuxa, Lənkəran, Na xç ıvan və 

Ordubadda  da  bu  idarə  sistemi  tətbiq  edilmişdi  və  müvəkkillərin  əksəriyyəti 

azərbaycanlı id i. 

Şəhər  büdcəsinin  istifadəsində  səriştəsizlik  hökm  sürürdü.  Məbləğin 

əksəriyyəti  polis  və  qoşun  saxlamağa  xərclənird i.  1905 -ci  ildə  Bakı  şəhər 

dumasının bu  istiqamətdəki  xərci nəzərdə tutulandan 90  min  rubl ço x olmuşdu

261


Bunun  nəticəsində  Bakı  şəhər  dumasının  smetasında  kəsir  1916-cı  ildə  1900-cü 




downloaded from KitabYurdu.az

 

 



76 

ildəki  55  min  rubldan 1,2  mln rubla çatmışdı

262

. Eyni vəziyyət Gəncədə də mövcud 



idi. Bu  məsələ Bakı və Gəncə dumalarının yığıncaqlarında dəfələrlə qaldırılmış, hə-

min  xərclərin  şəhər  büdcəsi  hesabına  deyil,  dövlət  xəzinəsi  hesabına  ödənilməsi 

təklifi irəli sürülmüşdü. 

Dumadakı ziyalı deputatların səyi nəticəsində Bakıda şəhər  məktəbləri və 

zəh mətkeşlərə 

xid mət 


edən 

tibb-səhiyyə 

idarələri 

şəbəkəsi 

nisbətən 

genişləndirilmiş, kütləv i mədəni tədbirlər həyata keçirilmişdi. 

Gəncə və Şuşa yerli şəhər özünüidarələri on ların sosial-iqtisadi və mədəni 

inkişafında müəyyən rol oynamışdı. 

 

 

 



 

 

 



§ 11. ƏHALİNİN TƏRKİBİNDƏ KƏMİYYƏT VƏ 

KEYFİYYƏT DƏYİŞİKLİKLƏRİ 

 

Azərbaycanda baş vermiş sosial-iqtisadi dəyişikliklər əhalinin say və silk 



tərkib inin  dəyiş məsində  də  öz  əksin i  tapmışdı.  Kapita lizm  dövründə  Azərbaycan 

əhalisinin  say  artımı  əsasən  sənaye,  ticarət  və  kənd  təsərrüfatında  kap italizmin  

inkişafı  ilə bağlı  idi.  Əgər  1897-ci  ildə Azərbaycan əhalisi  18767  min nəfər id isə, 

1910-cu ildə 2317  min,  1913-cü  ildə  isə 2339  min nəfə r id i

263

. Əhalinin say artımı 



təbii  amillə  yanaşı,  Rusiyadan,  Ermənistandan,  Gürcüstandan,  Dağıstandan, 

Cənubi  Azərbaycandan  kəsbkarların,  köçkünlərin  Azərbaycana  gəlməsi  və 

həmçinin çarizmin köçürmə siyasəti ilə bağlı idi.  

Azərbaycanda  yeni  sənaye  sahələrinin  meydana  çıxdığ ı  yerlər  həm 

müflisləşmiş əkinçi əhalin in bir hissəsini, həm də  Rusiya quberniyaları və  Cənubi 

Azərbaycan  kəsbkarlarını  cəlb   edird i.  Belə  ki,  Bakıda  neft,  Gədəbəy  və 

Qalakənddə  mədən  sənayelərinin   in kişafı,  Nu xa,  Şuşa,  Ordubad  kimi  şəhərlərdə 

açılan  kapitalist  müəssisələrinin işçi qüvvəsinə olan tələbatı şəhərlərin böyüməsinə və 

əhalisinin artmasına səbəb olurdu. 

XX əsrin əvvəllərində şəhər əhalisinin sayı 220 min nəfər idisə,  1897-1908-ci 

illərdə 355,7  min  nəfərə, 1909-1917-ci  illərdə isə 573,3  min nəfərə çatmışdı

264


.  Bundan 

başqa, şəhərtipli yaşayış  məntəqələrində  20  min nəfər yaşayırdı

265

.  Şəhər əhalisinin  artım 



sürəti bütün Azərbaycan əhalisinin artım sürətindən yüksək  idi.  1896-cı  ildə şəhər əhalisi 

ümumi Azərbaycan əhalisinin 16,9 faizini, 1913-cü ildə isə artıq 23,8 faizini təşkil edirdi

266



Bu göstəriciyə görə Bakı quberniyası təkcə Peterburq quberniyasından geri qalırdı



267

Azərbaycanın  şəhər  əhalisinin  çoxalması  yerli  əhalinin  təbii  artımına  da  təsir 



edirdi.  1916-cı  ildə  onların  xüsusi  çəkisi  Bakı  quberniyasında  89,3  faizi,  Yelizavetpol 

quberniyasında isə 91 faizi təşkil edirdi

268

. Azərbaycanın başqa şəhərlərindən fərqli olaraq, 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə