Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə44/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   40   41   42   43   44   45   46   47   ...   249

downloaded from KitabYurdu.az

 

 



92 

hazırlamağı və işdən qovulmuş fəhlələri geri qaytarmağı öhdəsinə götürdü

36



Tətillər təkcə  Bakıda deyil, həm də qəzalarda da baş verirdi.  1901-ci  ilin 



avqustunda Gəncədə dəmir yol deposunun, elə həmin  ilin dekabrında isə Tovuzda 

dəmir yol stansiyasının fəhlələri tətil etmişdilər. 

Bu çıxışlar hökumət idarələri tərəfindən fəhlələrə qarşı görülən bir sıra cəza 

tədbirləri  ilə  nəticələndi.  1902-ci  ilin  yanvarında  Bakıda  gücləndirilmiş  mühafizə 

rejimi  elan olundu, yəni polisə asayiş pozulan  zaman amansız  rəftar etmək üçün fövqəladə 

səlahiyyətlər verildi.  Kütləvi  axtarışlar  keçirib  ən  fəal  fəhlələr  həbs edilsə də,  fəhlə  çı-

xışların ın qarşısını almaq mü mkün olmadı. 

1902-ci ilin 1 May nümayişinə (nümayişin təşkilində RSDFP  Bakı Komitəsi də 

iştirak etmişdi) müxtəlif millətlərdən olan 5 mindən artıq adam çıxmışd ı. 

Nümayişçilər  "Rədd  olsun  mütləqiyyət!,  "Yaşasın  sosializm!"  şüarları  ilə 

şəhərin  küçələri  ilə  addımlayırdılar

37

.  1902-ci  ilin  iyunundan  oktyabrınadək  "Nobel 



qardaşları"  mədənlərində  emalatxanaların  azərbaycanlı  fəhlələri,  Bakı  fənərçiləri,  Bakı 

gəmi təmiri zavodu işçilə ri və b. b ir sıra tətil çıxışları etdilər. 

1903-cü ildə inqilabi çıxışlar geniş miqyas aldı. Martın 2-də Bakıda iri siyasi 

nümayiş keçirildi. Nümayiş zamanı polis və kazaklarla baş verən toqquşmada yaralananlar 

oldu. Elə həmin gün Balaxanıda, müxtəlif millətlərdən olan 2 min nəfərədək fəhlə etiraz 

nümayişinə  çıxdı.  Hökumət  orqanları nümayişi dağıtmaq  üçün  kütləvi  həbslərə  əl  atdı, 

iştirakçıların 60 nəfərdən çoxunu həbs etdi. 

Aprelin  27-də  Bakıda  1  May  şərəfinə  eyni  zamanda  şəhərin  müxtəlif 

hissələrində 10 min nəfərədək adamın iştirak etdiyi böyük siyasi nümayiş baş verdi, lakin 

polis tərəfindən dağıdıldı. Hakimiyyət orqanlarının cəza tədbirlərinə baxmayaraq, bütün may-

iyun ayları ərzində şəhərin mü xtəlif  müəssisələrində bəzən tətilçilərin qələbəsilə bitən 

kiçik tətillər davam edirdi. 

Rusiyanın cənubunda 1903-cü ildə kütləvi siyasi çıxışların başlanğıcı olan ən iri 

tətil  Bakıda  iyulun  1-də  (14-də)  Xatisovun  zavodunda başladı,  iyulun  4-də  Qara və Ağ 

şəhərləri,  habelə  Bibiheybəti,  növbəti  gün  isə  Balaxanı-Sabunçu  neft  sənayesi  rayonunu 

əhatə edərək ümumi  xarakter aldı. Tətillərdə iri sənaye müəssisələri fəhlələri ilə birlikdə, 

kiçik  sənaye  müəssisələri,  mətbəə,  şəhər  konkası  işçiləri,  sənətkarlıq  emalatxanaları, 

dülgərlər,  çəlləkçilər,  çörəkçilər  və b.  iştirak  edirdilər.  Elektrik  stansiyaları,  dəmir  yol 

nəqliyyatı dayandı, Bakı limanındakı gəmilərin heyətləri də tətil etməyə baş ladılar.  Tətil 

iştirakçılarının ümumi sayı ən azı 40 min nəfər olardı

38

. Bəzi yerlərdə azərbaycanlı fəhlələrin 



qatı tətilçi fəallığı xüsusən əlamətdar hal idi. 

RSDFP  Bakı  Ko mitəsi tətilin əvvəlindən onun ümu mi tətilə çevrilməsini 

məqsədəuyğun  saymayaraq,  qətiyyətsiz  mövqe  tutdu.  Lakin  hadisələrin  gedişi 

sosial-de mokratları tətildə bilavasitə  iştirak et məyə, tətil  ko mitəsinə da xil olmağa 

və  onun  tələblərini  tərtib  etməyə  məcbur  etdi.  On ların  içərisində  əmək  haqqının 

artırılması,  iş  gününün  8  saatadək  q ısaldılması,  2  mart  və  27  aprel  küçə  nü ma-

yişləri  zamanı  həbs  olunmuş  fəhlələrin   azad  ed ilməsi,  tətil,  mətbuat  və  yığıncaq 

azadlığı kimi tələblər var id i

39

. İyul tətili əvvəlki, əsasən iqtisadi  xarakter daşımış 




downloaded from KitabYurdu.az

 

 



93 

tətillərdən  məhz  bununla  fərq lənird i.  Tətilçilər  müstəsna  mütəşəkkillik  göstərir, 

fəhlələr  ö zləri  mədənləri  mühafizə  edirdilər.  Tətil  yeni-yeni  müəssisələri  əhatə 

edirdi.  İyulun  5-dən  8-dək  "Nobel"  firmasının  bütün  müəssisələri,  Bay ılda kı 

sənətkarlıq emalatxanaları, Tağıyevin to xuculuq fabriki, tərsanələr, tənbəki fabriki 

və  b.  tətilə  başladı.  İyulun  6-da  şəhərin  küçələrini  və  ətrafın ı  fəhlə  nü mayişləri 

bürümüşdü. 

Daxili  işlər  naziri  Plevinin   göstərişi  ilə  təcili  surətdə  Bakıya  b ir  neçə 

batalyonluq  hərbi  qüvvə  göndərilməsi  əmri  verildi.  Həmin  qüvvə  iyulun  8-dən 

başlayaraq şəhərə  gəldi  və  müəssisə,  dəmir  yo lu  və  mədənlərdə  hərbi  qarovullar 

qoyuldu.  İyulun  12-də  sənayeçilər  fəhlə lərin,  işə  çıxmayacaqları  təqdirdə,  işdən 

azad ediləcəkləri haqqında elan asdılar

40



Güclü  təzy iqlərə  və  ayrı-ayrı  müəssisələrdə  fəhlələrin  işə  çıxmalarına 



baxmayaraq,  tətil  bir  ço x  yerlərdə  davam  edird i.  Balaxanı  mədən  rayon unun 

fəhlələri  xüsusən  möhkəm  dayanmışdılar.  Po lis  fitnəkarlığa  əl  atdı  və  mədənlərə 

yanğın  salınması  cinayətini  təşkil  etdi.  İyulun  14-dən  17-dək  100-ə  yaxın  buruq 

yandırıld ı

41

. Fəhlələr arasında kütləvi həbslər başlandı, tətil edənlər isə ağır itkilərə 



mə ruz  qald ıla r.  İyulun  19-da  tətil  zəiflə məyə  başladı  və  iyunun  22-də  ta m 

dayandırıldı.  Fəh lələrin  xırda  tələb ləri  ödənilsə  də,  onların  əsas  tələbləri  yerinə 

yetirilməmiş  qaldı.  Lakin  Bakıda  1903-cü  ilin   iyul  tətili  Rusiyanın  cənubunda 

inqilab i  çıxışlara  mühü m  təsir  göstərdi.  Bakın ın  ardınca  Tiflis,  Batu m,  Odessa, 

Kiyev,  Yekaterinoslav,  Novorossiysk  və  b.  şəhərlərdə  tətillər  baş  verdi.  A.Bebel  

iyul tətilinin əhəmiyyəti haqqında yazırdı  ki,  1903-cü  ildə fəh lə hərəkatının  iki ən 

böyük uğuru olmuşdur: Bakı tətili və Alman iya sosial-demo kratiyasının  rey xstaqa 

seçkilərdə qələbəsi. 

Azərbaycan  kəndində  də  sosial  ziddiyyətlər  kəskinləşird i.  Kənd lilərin 

vergi  verməkdən  imtina  etməsi,  mü lkədar  və  xəzinə  torpaqların ın  tutulması,  bəy 

malikanələrinə  hücum  halları  artmağa  başlamışdı

42

.  Verg ilərin  ödənilməsi  barədə 



çoxsaylı  şikayətlər  də  təkcə  mülkədarlara  qarşı  deyil,  həm  də  doğulmaqda  olan 

kənd  burjuaziasına-varlı  qolçomaq  kəndlilərə,  binəkdarlara,  külli  miqdarda  tay  ilə 

satan tacir sələmçilərə və b. qarşı çevrilmişdi. 

Kəndli çıxışları tez-tez polislə silah lı toqquşmalara çevrilirdi.  1900-1903-

cü  illərdə  Şamaxı  qəzasın ın  Navahi  kəndində,  Bakı  qəzasının  Buzovna,  Zığ, 

Əhmədli  və  Maştağa  kəndlərində,  Naxçıvan  və  Yelizavetpol  qəzalarında  belə 

çıxışlar  baş  vermişdi.  1903-cü  ilin  yayında  Lənkəran  qəzası  Cangəmirən  kənd 

sakinlərin in çıxışını kazaklar və bəylərin silahlı dəstələri yatırmışdı. 

O  dövrdə  də   Azərbaycanda  kəndli  etira zı  və  mübarizəsi  əsaslı  formada 

qaçaqçılıq hərəkatı idi. Qaçaqlar mülkədar və varlı kəndlilə rin  malikanələrinə hücum 

edirdilər.  Yelizavetpol quberniyasının Alabaşlı kəndindən məlu mat verilirdi  ki, "hər 

gün  quldurların  kazarmaya  hücumları  baş  verird i...  Kazarmadan  bayıra  çıxmaq 

qeyri-mü mkündür, mühafizə etmək və müdafiə olunmaq üçün heç nə yoxdur"

43



Qaçaq  hərəkatı  Yelizavetpol  qəzasında  geniş  miqyas  almışdı.  Qaçaqları 


Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə