Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə45/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   41   42   43   44   45   46   47   48   ...   249

downloaded from KitabYurdu.az

 

 



94 

təqib etmək üçün qəza rəisi Reutt silahlı dəstə ilə buraya göndərilmişdi

44



1904-cü  ildə  Yelizavetpol qəzasının qaçaq dəstəsi öz fəa liyyə tinı daha da 



genişləndirmişdi.  1904-cü il  fevralın 27-də dəstə Aver-Əhməd li  kənd cəmiyyətin in 

starşinasına  hücum  etdi,  may ın  27-də  Bitd ili  kəndi  yaxınlığında  kazaklarla 

toqquşdu

45

.  



Ağır  vergi  zülmü  ifrat  tədbirlərə  əl  atmağa  məcbur  edirdi.  1904 -cü  ildə 

Qarabulaq adlı  xəzinə  kəndinin  20 ailəsi yerli höku mət idarələrinin ö zbaşınalığ ına 

dözməyərək,  öz  yurdlarını  tərk  etmiş  və  Bürcələr  dərəsi  ad lı  əlçatmaz  yerə 

köçmüşdü.  Onlar  burada,  meşədə,  Bürcələr  kəndinin  əsasını  qoy muş,  qonşu 

kəndlilərin  sakinləri  də  bu  kəndə  köçüb  gəlmişdilər.  Bürcələr  camaatı  yerli 

hakimiyyət  orqanların ı  tanımayaraq,  verg ilə ri  ödə mə kdən  imtina  edir  və  tez-tez 

ma likanə lərinə, varlı kəndlilərin evlərinə hücum edird ilə r. On lara Dəli Aslan Həsən 

oğlu  başçılıq  edirdi

46

.  Çoxsaylı  cəza  ekspedisiyalarına  baxmayaraq,  bürcələrlilər 



təslim olmamış və silahlı mübarizəni b ir neçə il davam etdirmişdilər. 

Kəndli  çıxışları  Azərbaycanın  digər  qəzalarında  da  baş  verirdi  lakin  onların 

hamısı pərakəndə və qeyri-mütəşəkkil  xarakter daşıyırdı.  

Azərbaycanda milli-azadlıq hərəkatı və inqilabi  mübarizənin   yüksəlişi orta 

şəhər  təbəqələri  və  milli  ziyalılara  da  təsir  göstərirdi,    Liberal  islahatların  keçirilməsi 

zərurəti  getdikcə  özünü  daha  aydın  göstərirdi.  Təhsil  alan  gənclər  də,  mövcud 

qaydaların dəyişdirilməsi uğrunda mübarizəyə qoşulurdular. 1902-ci ildə Bakı şagird  

komitəsi təşkil olundu. Komitə fəaliyyətinin başlanğıcında müstəqil  təhsil məsələləri ilə 

məşğul olurdu. Lakin tezliklə şagird komitəsi  siyasi işə cəlb olunaraq, siyasi referatların 

oxunuşunu keçirir, məktəb  həyatı ilə yanaşı, siyasi hadisələri də əks etdirən vərəqələr 

dərc edirdi. Məsələn, şagird komitəsi 1903-cü ildə buraxılmış vərəqələrində şagirdləri 

mayın  1-də  məşğələlərə  gəlməməyə  çağırdı,  eyni  zamanda  onlar  mart  və  may 

nümayişlərində,  iyul  tətili  günlərində  keçirilən  ço xsaylı  mitinq lərdə  iştirak 

etmişdilər. 

1903-cü  ilin  ikinci  yarısında  Bakı  və  Gəncənin  me xaniki  zavodları  və 

mədənlərində  baş  verən  ayrı-ayrı  pərakəndə  tətillər  Rusiya-Yaponiya  müharibəsinin 

başlanması ilə əlaqədar tezliklə dayandırıldı. 

1904-cü  il  yanvarın  26-dan  27-nə  keçən  gecə  Yaponiyanın  minadaşıyan 

gəmilər  dəstəsi  Port-Arturun  xarici  reydində  dayanmış  rus  Sakit okean  donanmasına 

qəflətən hücum etdi. 1905-ci ilin avqustunadək davam edən və hər iki döyüşən tərəfdən, 

demək olar  ki,  200  min  nəfərin ölümünə səbəb  olan  Rusiya-Yaponiya  müharibəsi  belə 

başlandı. 

Bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  müharibə  fonduna  ianə 

toplanması  başlandı.  Digər  şəhərlərin  ardınca  Bakının  da  hakimiyyət  orqanları 

vətənpərvərlik  manifestasiyaları  keçirirdilər

47

.  Pravoslav,  müsəlman  və  digər  dini 



ruhanilər  1904-cü  ilin  fevralında  Bakı,  Şuşa,  Gəncə,  Salyan  və  b.  yerlərdə  dua 

mərasimləri  təşkil  etdilər.  Zaqafqaziya  müsəlmanlarının  başçısı  Şeyxülislam  Əbdülsa-

lam A xundzadə xüsusi müraciətində müsəlmanların Mancuriya çöllərindəki müharibədə 



downloaded from KitabYurdu.az

 

 



95 

iştirak etməyə hazır olduqlarını bildirdi

48



Bakı burjuaziyası müharibə üçün böyük məbləğdə vəsait ayırırdı. Məsələn, neft 



sənayeçiləri qurultayı Şurası hərbi fonda 150  min  rubl.,  H.Z.Tağıyev,  Ş.Əsədullayev, 

M.Nağıyev  və b. sahibkarlar  10  min  rubl.,  Bakı  erməni  insansevərlər  cəmiyyəti  1000 

man. pul vermişdi

49



 

Müharibə başlanandan zəhmətkeş kütlələrin və ümumiyyətlə, cəmiyyət arasında 

böyük narahatlıq yaratmışdı, xalqın onsuz da dilənçilik vəziyyətində olan həyat səviyyəsi 

bir xeyli aşağı düşmüş, un. yağ, şəkər və digər ərzaq məhsullarının qiymətləri qalxmışdı. 

Bakın ın zavod və mədənlərində növbədənkənar və gecə  işləri tətbiq olunur, sahibkarlar 

əmək haqqını vaxtaşırı azaldır, onun ödənilməsini ləngidir və cərimələr qoyurdular. 

Fəhlə  həyəcanlarının  qarşısını  almaq  üçün  Bakıda  mühafizə  tədbirləri 

gücləndirildi.  Balaxanı,  Sabunçu,  Ramana  və  Zabratda  yeni  polis  sahələri  yaradıldı

50



Bunlara  baxmayaraq,  ayrı-ayrı  məhdud  çərçivəli  tətillər  baş  verirdi.  Bibiheybətdə 



"Elektrosila"nın  fəhlələri  tətil  etmiş,  Eyzenşmidt  zavodunun  işi  dayandırılmış,  şəhər 

konkası, "Votan" firmasının emalatxanaları tətilə başlamışdı

51



Polis  departamenti  üçün  hazırlanmış  məlumatda  Bakı  fəhlə  hərəkatının 



yüksəlişinə  səbəb  olan  amil  belə  izah  olunurdu:  "Proletariatın  yaşadığı  və  indi  də 

yaşamaqda davam etdiyi dəhşətli şərait fəhlə kütlələrini inqilabi yola itələyən özünüdərkin 

inkişafına təkan verən başlıca qüvvədədir"

52



Müharibəyə qarşı ən kəskin təbliğat aparan bolşeviklər fəhlə kütləsini müharibəni 

mütləqiyyətə və kapitalistlərə qarşı çevirməyə çağırırdılar. 1904-cü ilin martında RSDFP 

Qafqaz İttifaqı Komitəsi tərəfindən Zaqafqaziyada müharibə əleyhinə təşviqat aparılması 

haqqında təlimat işlənib hazırlandı, bolşeviklər "Rədd olsun müharibə" adlı vərəqə buraxıb

53



onu Tiflis, Bakı, Kutaisi və b. şəhərlərdə yaydılar. 



Lakin  1904-cü  ilin  əvvəllərində  RSDFP  Bakı  Ko mitəsi bolşeviklərin  əlindən 

çıxdı və ona rəhbərlik V.Mitrov başda olmaqla menşeviklərin əlinə keçdi. 

Menşeviklərin Bakı Komitəsinə rəhbərliyi 1904-cü ilin iyununadək çəkdi. Onlar 

bu, həddindən artıq qeyri-populyar  müharibənin  əleyhinə  çıxış etsələr də, bolşeviklərdən 

fərqli  olaraq,  müharibədəki  məğlubiyyəti  mövcud  rejimə  qarşı yönəltmək  fikrindən uzaq 

idilər.  Məhz  bu  səbəbdən  menşevik  BK-sı  Qafqaz  İttifaq  Komitəsinin  qurultayına  öz 

nümayəndəsini göndərmədi.  İyunun  4-də  RSDFP  -  Qafqaz  İttituqının  qurultayından sonra 

Qafqaz  İttifaq  Komitəsi  Bakı  Komitəsinin  buraxılması  haqqında  qərar  qəbul  etdi. 

Bolşeviklərin Bakıya göndərilən böyük bir qrupu, A.M.Stopani katib olmaqla, BK-nın yeni 

tərkibini  təşkil  etdi

54

.  Orduya  səfərbərliyin  hazırlanması  ilə  əlaqədar  olaraq,  bolşeviklər 



1904-cü ilin sentyabrında müharibə əleyhinə 1 b ir neçə nü mayiş təşkil edə bildilər.  

Eyni  zamanda  Azərbaycan  qəzalarında  da  tətillər  başlandı.  Gəncə  ipəkçiləri, 

dəmiryolçular və mətbəə işçiləri ciddi siyasi və iqtisadi   tələblər irəli sürdülər, tələblərin 

xeyli hissəsi yerinə yetirildi. Gədəbəy filiz  mədəni və  misəritmə  zavodunda baş verən 

tətil  15  gün  çəkdi.  Tətili  Gəncədən  çağırılmış  kazak  dəstələrinin  köməyi  ilə  yatırmaq 

mümkün oldu. Şamxor və Zəyəm stansiyalarının dəmiryolçuları, Tovuz sement  zavodunun 

tikintisində çalışan fəhlələr və Şəkidə ipəksarıyıcılar içərisində də həyəcanlar baş verirdi

55




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə