Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə53/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   49   50   51   52   53   54   55   56   ...   249

downloaded from KitabYurdu.az

 

 



110 

atılır, Bakıdan çıxarılır, yaxud  kənara (o cümlədən də Cənubi Azərbaycandan olan 

fəhlələri) göndərilird i.  

Məktəblərin,  ticarət  müəssisələrinin,  tərsanələrin,  elektrik  stansiyalarının 

və başqa sahələrin işçiləri tətilçi neftçilərlə həmrəy olduqların ı nü mayiş etdirird ilər. 

Bakı  tətili  Rusiya  fəhlə   hərəkat ının  yeni  mərhə ləsinin  başlanğıcı  oldu. 

Peterburq  müəssisələrində  bakılı  qardaşların  müdafiəsinə  yönəlmiş  həmrəylik 

çıxışları möhtəşəm miqyas aldı. Piter və Bakı hadisələri bütün Rusiya proletariatın ı 

hərəkətə gətirdi. 

İyulun  birinci  yarısında  Peterburq  və  Bakı  fəh lələri  ilə  həmrəylik 

hərəkatında  510  min  nəfərdən  çox  adam  iştirak  etmişdi.  Ölkən in  hər  tərəfindən 

Bakıda  tətil  edənlərə  yardım  fondu  üçün pul  vəsaiti  g əlird i.  Tətili  yatırmaq  üçün 

çarın  daxili  işlər  nazirin in  müavini,  fövqəladə  səlahiyyətlər  verilmiş 

V.F.Cunkovski Bakıya ezam o lundu, şəhərə xey li hərbi qüvv ə yeridildi. 

Ağır  maddi  məhru miyyətlər  və  Birinci  dünya  müharibəsinin  başlanması 

ilə  dərinləşən  amansız  repressiyalar  şəraitində  Bakı  fəhlələri  ü mu mi  tətili 

dayandırmalı  oldula r.  İki  ay  ərzində  tətildə  neft  hasilatı  fəhlələrinin  87,4  faizi, 

podrat qazıması fəhlələrinin  62,6 faizi, neftayırma sahəsində çalışanların  95  faizi, 

mexaniki istehsalat fəhlələrinin isə 84,1 faizi  iştirak etmişdi.  Bu dövr ərzində Bakı 

neft  sənayesində  1913-cü   il  tətili  dövründəkinə  nisbətən  3  dəfə  ço x  iş  günü 

itirilmişdi. 

1914-cü  ildə  önündə  Peterburq  və  Bakı  fəhlələ ri  gedən  tətil  hərəkatı, 

Rusiyada  baş  verən  digər  ictimai-siyasi  hadisələr  inqilabın  yaxınlaşdığını  xəbər 

verird i. 

 

 

 



 

 

 



§ 4. AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ SİYASİ FƏALLIĞIN 

ARTMASI 

 

XX  əsrin  əvvəllərində  sosial  ziddiyyətlərin  kəskin ləşməsi,  fəh lələrin 



kütləvi  inqilabi  çıxışları,  Azərbaycan  kəndlilərinin  daha  tez-tez    baş  verən  etiraz 

hərəkatı  bütün Azərbaycan  cəmiyyətinin  həm  siyasi    və  həm  də  ideoloji  cəhətdən 

fəallaşması üçün obyektiv şərait yaratdı.  

1905-ci  ilin  yazı  və  yayında  Rusiya  imperiyasında,  onun  ucqarlarında 

azadlıq  mübarizəsin in  yüksəlişi  bütün  Azərbaycan  xalq ının  tələb,  arzu  və 

istəklərini  əhatə  edən  ümu mmilli  proqramın  işlənib   hazırlan ması  üçün 

perspektivlər açdı. 

Çar  höku mətinin  böyük  dövlətçilik  siyasəti,  milli  zülmün  güclənməsi, 




downloaded from KitabYurdu.az

 

 



111 

ucqarlarda  yaşayan  xalq ların  hüquqlarının  hər  cür  tapdalanması  milli  məsələn in 

tezliklə  həllində  maraq lı  o lan  bütün  ictimai  təbəqələri  bu  məsələ  ətrafında 

birləşməyə  sövq  edirdi.  Bu   dövrdə  ictimai-siyasi  həyat  səhnəsinə  Avropa  və 

Rusiyanın  ali  təhsil  müəssisələrində  kamil  peşə  hazırlığına  yiyələn miş  yüksək 

təhsilli  parlaq  şəxsiyyətlər  nəsli  gəlird i.  Onlar  millətin  taleyi  ilə  bağlı  məsələlərə 

görə  güclü  həyəcan  hissi  keçirir,  hüquqi  məhdudiyyətlərin  ləğvi  məsələsini 

getdikcə  daha  inadla  ortaya  qoyur,  islahatların  keçirilməsini  ehtirasla  tələb 

edirdilər. 

1905-c i  ilin  ya zı  və  yayında  mövcud  quruluşun  yeniləşdirildiy ini  bəyan 

edən  bir  sıra  hökumət  fərmanları  və  sərəncamların ın  elan  edilməsindən  sonra, 

Azərbaycanda  petisiya  kampaniyası  geniş ləndi.  Rus  imperiyasının  tərkib inə 

qatıldıqdan  sonra  siyasi  hüquqsuzluq  və  zü lm  şəraitində  ilk  dəfə  idi  ki, 

Azərbaycana, eləcə də digər milli ucqarlara ö z arzu və istəklərini çar hakimiyyətinə 

çatdırmaq  imkanı  verilirdi.  Bu  nəcib  vəzifəni  ziyalıların  nümayəndələri  öz 

üzərlərinə  götürürdülər.  Həqiqətən  yüksək  peşəkarlıq  və  dərin  siyasi-hüquqi 

biliklər  tələb  edən  məsul  işdə  xüsusi  rol  görkəmli  ictimai  xad im  Əlimərdan  bəy 

Topçubaşova  mənsub  idi.  Bütün  petisiyalar  -  xahişnamələr,  mü raciətlər  və  i.a. 

onun bilavasitə iştirakı  ilə tərtib  və təqdim edilirdi.  1905 -ci  ilin aprelində  Cənubi 

Qafqaz  müsəlman ları adından Nazirlər  Kabinetinə təqdim o lun muş petisiyaları da 

o tərtib etmişdi

76



Ali  höku mət  idarələrinə  petisiya  ilə  müraciət  etmək  qərarı  Azərbaycan 

burjuaziyası və ziyalıları nümayəndələrinin  1905-ci il aprelin 15-də H.Z.Tağ ıyevin 

sarayında  keçirilən,  Qafqaz  diyarında  is lahatların  keçirilməsi  zərurəti  mü zakirə 

olunan  müşavirədə  qəbul  edilmişdi

77

.  Yu xarı  sosial  təbəqələrin  nümayəndələri 



Ş.Əsədullayev, R.Şirvanski,  Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Ziyad xanov, Q.B.Zülqə-

dərov  və  b.  tərəfindən  imzalan mış  bu  petisiya  onunla  əlaqədar  id i  ki,  o, 

Azərbaycandan çar hökumətinə təqdim olunan ilk p roqram sənədi idi. Sonralar bu 

sənəd  digər  inzibati  idarələrə  ünvanlanan  mü xtəlif  müraciətlər,  izahatlar  üçün  bir 

növ  platforma,  istinad  nöqtəsi  oldu.  Bu  zaman  onun  ayrı-ayrı  müddəaları  daha 

konkret  məzmunla  zənginləşdirildi.  Azərbaycan  cəmiyyətinin  nümayəndələri 

petisiyada  məhdudiyyətlərin  ləğvi  məsələsini  qoyaraq,  ―imperiyada  yaradılacaq 

bütün  məşvərətçi,  qanunverici  və  bütün  digər  nümayəndəli  təsisatlar"da 

müsəlman ların  təmsil  olun masına,  müsəlman lara  aid  qanunvericilik  təşəbbüsü 

göstərmək,  məhdudiy-yətsiz olaraq dovlət və ictimai vəzifələri tutmaq hüquqlarına 

xüsusi  maraq  göstərirdilər.  Petisiya  onların  həmçinin  Qafqazın  müsəlman  əhalisi 

nümayəndələrinə  18  fevral  reskriptinə  əsasən  çağırılan  " xalq  nü mayəndələri 

müşavirəsinə" buraxılmasın ı da nəzərdə tuturdu. 

Qafqa zda  in zibati  hakimiyyət  orqanların  müda xiləsi  olmadan  tam 

özünüidarəçilik  prinsipinə  əsas lanan  zemstvo  idarələrin in  yaradılması,  habelə 

zemstvo  və  şəhər  özünüidarəsində  müsəlman ların  hər  hansı  məhdudiyyət 

qoyulmadan  iştira kının   tə min   edilməsi  zəru rət inin  əsaslandırılması  petisiyada 



Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə