Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə51/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   47   48   49   50   51   52   53   54   ...   249

downloaded from KitabYurdu.az

 

 



106 

vacibliyini  İretskinin  diqqətinə  çatdırıb  vurğulamışdı.  Gərgin  fevral  günlərində 

Ə.Ağayev  qələm  əhlinin  bu  hadisələrdə  mühüm  rolu  haqqmda  "Kaspi"  qəzetində 

məqalələr  çap  etdirərək,  mətbuatı  ilk  növbədə  faciənin  əsil səbəblərini üzə çıxarmağa, 

emosiyalara  uymamağa  və  obyektivliyi  saxlamağa  borclu  saydığını  bildirirdi.  Onun 

fikrincə,  bu  faciəni  törədənlər  və  onun  bilavasitə  iştirakçıları  cəmiyyət  qarşısında 

günahlarını etiraf edib qanunla cəzalandırılmalıd ırlar

73



Millətlərarası  münasibətlərin  tənzimlənməsi  məqsədilə  ictimai  təşkilatların 

yaradılmasında  da  Ə.Ağayevin  rolu  böyük  idi.  1905-ci  ilin  iyun  ayında  şəhər  duması 

"əhalinin  barışdırılması  üçün  Bakı  ko mitəsi"  təşkil  etdi

74

.  Komitədə  duma  üzvləri  ilə 



yanaşı, həm də şəhər əhalisinin bir çox nümayəndəsi təmsil olunmuşdu. Toqquş malar 

nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi ilə yanaşı, yerli və Ümumrusiya 

mətbuatı  vasitəsilə  millətlərarası  sülh  çağırışları  yaymaq  və  baş  vermiş  insidentlərin 

mahiyyətini  araşdırmaq  komitənin  vəzifələrinə  daxil  idi  və  onun  sədri  şəhər  qlavası 

vəzifələrini icra edən K.Səfərəliyev təyin olunmuşdu. 

Azərbaycan  ictimaiyyətini  burada  Ə.Topçubaşov,  M.Hacınski,  M.Muxtarov, 

İ.Hacıyev təmsil edirdilər. Ə.Ağayev isə bu komitənin redaksiya komissiyasına "Həyat" 

qəzetinin baş redaktoru kimi daxil idi

75



Cənubi Qafqaz şeyxülislamı axund Əbdülsalam Axundzadə və  diyarın müftisi 



Hüseyn Əfəndi Qayıbov əhali arasında böyük barışdırıcılıq işi görürdülər. H.Z.Tağıyev 

bu  toqquşmaların  əleyhinə  idi.  Onun  təşəbbüsü  və  rəhbərliyi  ilə  yaradılmış  yardım 

komissiyası zərər çəkən lərə kö mək edirdi. 

1905-1907-ci  illərin  güclü  xalq  hərəkatı  bir  sıra  səbəblər  üzündən  mövcud 

quruluşun dəyişdirilməsinə gətirib çıxarmadı. Hətta demokratizmin ilk cücərtiləri Dövlət 

dumasının  simasında  bürokratiyanın  güclü  müqavimətinə  rast  gəldi.  Mütləqiyyət 

hakimiyyəti  1907-ci  il  iyunun  3-də  Dumanı  qovaraq, demokratik  qüvvələrə qarşı qəti 

hücuma keçdi və onlara gərgin mübarizələr gedişində verilmiş  kiçik nailiyyətləri belə 

geri almağa başladı. 

Lakin  bunlara baxmayaraq,  1905-1907-ci  illərin  hadisələri  ölkənin  tarixində 

möhtəşəm  rol  oynadı,  bütün  dünyada  inqilabi  mübarizə  və  milli-azadlıq  hərəkatının 

yüksəlişinə böyük təsir göstərdi. 

Rusiya  ilə  həmsərhəd  Şərq  ölkələrində  -  İran,  Türkiyə  və  Çində  burjua 

inqilabları baş verdi. Rusiya inqilabının, xüsusən da Bakıdakı fəhlə hərəkatı və ictimai-

siyasi hadisələrin təsiri İranda daha tez və daha güclü şəkildə özünü büruzə verd i. 

Azərbaycan 

ziyalıları 

M.Ə.Sabir, 

N.Nərimanov, 

Ü.Hacıbəyov, 

H.M inasazov,  M.Rəsulzadə,  İ.Əbilov,  N.Şey xov  və  b.  Cənubi  Azərbaycanda 

Səttarxanın  başçılığ ı  altında  gedən  xalq  hərəkatına  rəğbət  bəsləyir,  onu  müdafiə 

edirdilər.  On lardan  bir  ço xu   Bakıdan  olan  fəhlə  dru jinaları  ilə  b irlikdə  bilavasitə 

hadisələrdə iştirak etmişdilər. 

İrtica A zərbaycanda bütün ölkədə olduğundan bir qədər gec hücuma keçə 

bildi.  Bakıda  tətil  hərəkatı  yüksək  səviyyədə  qalmaqda  davam  ed ird i.  Belə  ki, 

Bakıda təkcə  avqustda 20-dən ço x, bütövlükdə 1907-c i  ilin  ikinci yarısında isə  91 



downloaded from KitabYurdu.az

 

 



107 

dəfə tətil baş vermiş, bunlarda 15 min nəfərdən çox adam iştirak etmişdi.  

Sentyabrın  29-da  hakimiyyət  orqanların ın  terrorçu luq  əməlinin  qurbanı 

olmuş hümmətçi fəhlə X.Səfərəliyevin dəfni ilə əlaqədar güclü nü mayiş baş verdi. 

1907-c i  ildə  digər  iri  siyasi  çıxış  noyabrın  22-də  II  Dövlət  du masının 

sosial-demokrat fra ksiyası üzərində aparılan  məhkəmə  günündə  keçirilən b irgünlük 

ümu mi siyasi tətil oldu. Burada 50 min nəfər iştirak ed irdi. 

Müşavirə  kampaniyası,  sahibkarlar  və  fəh lələr  arasında  danışıqların 

keçirilməsi  dövrün  nəzərə  çarpan  hadisəsi  oldu.  Bu  məsələdə  siyasi  partiyaların 

mövqeləri  eyni  deyild i.  Bo lşeviklər  müşavirən in  müəyyən  şərtlərlə  keçirilməsinə 

tərəfdar  çıxırdılar.  Menşeviklər  sahibkarlar  tərəfindən  heç  bir  təminat  verilmədən 

müşavirədə iştirak etmək  mövqeyində dururdular. Eserlər və daşnaklar  müşavirəni 

boykot etməyi təklif ed ird ilər.  Buna görə, habelə hakimiyyət orqanlarının bolşevik 

tələblərinə müqaviməti üzündən müşavirə pozuldu. 

1908-c i  ilin yazında,  müşavirənin pozu lmasından sonra, Ba kıda və ziyyət 

dəyişsə  də,  fəhlələr  öz  niyyətlərini  dəyiş məmişdilər.  1  May  50  min  nəfərdən  çox 

adamın iştirak etdiy i möhtəşəm ü mu mi siyasi tətillə qeyd olundu. 

1909-1910-cu illə rdə Bakın ı çulğa mış qaragüruhçu irt ica fəh lə hərə katın ın 

tənəzzülünə  gətirib  çıxardı.  1910-191-ci  illərdə  ay rı-ayrı  kiçik  müəssisələrdə 

seyrək tətillər baş verirdi. 

Böyük təzyiqlərə məruz qalmış partiya və həmkarlar orqanları 1911-ci ilin 

əvvəllərində öz fəaliyyətlərini bərpa etməyə başladılar. 

1912-c i il apre lin 4-də Sibirdə ki Lena qızıl mədənləri fəhlə lərinin 3 min lik 

nümayişinin  gülləbaran  edilməsi Rusiyada fəh lə hərəkatının yüksəlişinə güclü təkan 

verdi. Bütün ölkədən Bakı fəhlələrinin də iştirak etdikləri etiraz nümayiş və tətilləri dalğası 

keçdi. Azərbaycan  qəzalarında  da  fəhlələr  hərəkətə  gəlirdi.  Aprelin  5-8-də  Xaçmaz 

rayonunda Şollar-Bakı su kəmərinin inşaatçıları tətil etdilər. Onlar İngiltərə "Qriffıs və K°" 

firmasından əmək haqqının artırılması və iş gününün qısaldılmasını tələb edirdilər. 

Mayın 7-də Nuxanın ipək emalı müəssisələri fəhlələrinin elan etdiyi, mayın 12-

də ümumi  xarakter alan tətildə 6 min nəfər iştirak edirdi. Mayın 15-dək davam edən və 

fəhlələrlə sahibkarlar arasında saziş imzalanması ilə başa çatan bu çıxış o dövrdə Rusiya 

ipəkçilik sənayesində ən iri tətil idi. 

1912-ci ilin yayı və qışında Bakının ayrı-ayrı müəssisələrində yeni etirazlar baş 

qaldırdı. Dekabrda mətbəə fəhlələrinin Zaqafqaziya fəhlə hərəkatında mühüm hadisə kimi 

tarixə düşmüş ümumi tətili keçirild i. 

Sentyabrda  Nuxa  ipəksarıyıcıları  yenidən  işi  dayandırdılar.  Burada  baş  verən 

həyəcanlar  heç  dekabrda  da  səngiməmişdi.  Elə  həmin  ildə  Gədəbəy  mis  mədəni  və 

misəritmə zavodunda fəhlə tətilləri baş verdi. 

1910-1912-ci  illərdə  istismarçılara  və  çar  hakimiyyətinə  qarşı  yeni  kəndli 

çıxışları  müşahidə  olunmuşdu.  Kəndli  həyəcanları  Yelizavetpol,  Nuxa,  Şuşa,  Qazax, 

Cavanşir, Şamaxı,  Cavad, Lənkəran, Bakı, Naxçıvan qəzalarında və Zaqatala dairəsində 

baş verirdi. Yelizavetpol qəzasında Qatır Məmməd, Kərbəlayı Ələsgər, Məşədi  Yolçu, 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə