Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə54/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   50   51   52   53   54   55   56   57   ...   249

downloaded from KitabYurdu.az

 

 



112 

əhəmiyyətli  yer  tuturdu.  Petisiya  müəllifləri  belə  hesab  edirdilər  ki,  Qafqazda, 

eləcə  də  Rusiyanın  daxili  quberniyalarında  "tam  ö zünüidarə  ideyası"nın  həyata 

keçirilməsi  bütün  məhdudlaşdırıcı  qanunların  ləğvi,  normal  mü lki  idarəçilik 

təşkilatının  yaradılması,  idarəçilikdə  qanunçuluğun  təmin  olun ması,  şəxsiyyət  və 

mü lkiyyətin toxunulmazlığı, v icdan, söz, mətbuat (rus və ana  dillərində), yığ ıncaq, 

ittifaq  azadlıqları,  ana  dilində  ümu mi  icbari  və  pulsuz  ibtidai  təhsilin  tətbiq 

edilməsi  şəraitində  mü mkündür.  Petisiya  əhalinin  bütün  təbəqələrinin  mənafeyini 

əks  etdirir,  ü mu mdemokratik  xarakter  daşıyırdı  və  hər  cür  hüquq  məh-

dudiyyətlərinə  qarşı  yönəldilmişdi.  Pet isiyanın  mə zmununun  ətraflı  təhlili  onu 

milli-azad lıq  və  cə miyyətin  demo krat ikcəsinə  yenidən  qurulması  uğrunda 

mübarizənin  ü mu mmilli  p roqramı  hesab  etməyə  əsas  verir.  Petisiya  Azərbaycan 

xalq ının  milli  özünüdərkinin  in kişafı  üçün  mühüm  əhəmiyyətə  malik  idi  və  bütün 

milli qüvvələrin sıxlaşması və birləşməsi prosesində böyük rol oynadı. 

Yelizavetpol  quberniyası  Zaqatala  dairəsinin  də  müsəlmanları    adından 

Nazirlər  Kabinetinə  petisiyalar  1905-ci  ilin  iyununda  Qafqaz  canişinin  dəftərxanasına 

təqdim  olundu

78

.  1905-ci  ilin  payızında  elə  həmin  idarəyə  Salyan və  Cavad qəzalarının 



sakinləri  adından    təqdimat

79

,  Nuxa  şəhəri  müsəlman  əhalisi  nümayəndələrinin  xa-



hişnaməsi də təqdim olundu

80

. Bütün bu sənədlər əsasən aprel petisiyasını təkrar edirdi, 



ancaq bəzilərinə yerli  məsələlər də daxil edilmişdi. Lakin çar hökumətinin yerli və ali 

idarələrinə ünvanlanmış  petisiyalar,  xahişnamələr  və  müraciətlərə  baxılmırdı.  Bütün 

cəhdlər  əbəs  idi.  Heç  bir  tələb  yerinə  yetirilmədi,  heç  bir  təklif  həyata  keçirilmədi. 

Çarizm  məqsədyönlü şəkildə  müstəmləkəçilik  siyasəti  -  vaxtilə  istila  etdiyi  ucqarların 

xalqlarına heç bir hüquq, heç bir imtiyaz verməmək siyasəti yürüdürdü. 

Azərbaycan  xalqının  siyasi  özünüdərkinin  formalaşması  prosesində  o  illərin 

publisistikası böyük  rol oynayırdı.  Çoxsaylı  məqalələrin  və  informasiya  məlumatlarının 

müəllifləri öz yazılarında təkcə siyasi hadisələri işıqlandırmaqla kifayətlənmirdilər. Onlar 

bu hadisələrin hər birini Azərbaycan əhalisinə sübutlu-dəlilli şərhlərlə izah edir, bununla 

da  milli  özünüdərkin  inkişafı  işində  mühüm  vəzifəni  -  xalqın  siyasi  mədəniyyətinin 

yüksəldilməsi,  xalqda  baş  verən  hadisələrlə  bağlılıq  hissinin,  millətin  taleyi  üçün 

məsuliyyət daşımağa  qadirlik  hissinin oyadılması vəzifəsini yerinə yetirirdi.  Ə.  Ağayev 

"Müsəlmanların petisiyasına  zəruri  izahatlar" adlı  xüsusi  məqalədə  yazırdı:  "Bütün  rus 

cəmiyyətinin  yaşadığı  axınlar  rus  müsəlmanlarını  da  əhatə  etdi.  Çoxəsrlik  və  sonu 

görünməyən yuxu və mürgünün əsəri, deyəsən, aradan qalxır. Deyəsən biz də, nəhayət ki, 

başa  düşdük  ki,  həyat  yuxu  və  mürgüdə  deyil,  enerjidədir,  həyatın sorğularına,  insan 

təbiətinin  əqli  və  ənənəvi  inkişafının  tələblərinə  qərəzsiz  hazır  olmaqdadır...  Tayı-

bərabəri  olmayan,  görünməmiş  mənzərə  də  bundan  irəli  gəlir:  Rusiyanın  müsəlman 

əhalisinin  hər  tərəfindən  nümayəndələr  göndərilir,  gedirlər  ki...  müvafiq  idarələrdə  və 

yerlərdə  öz  ehtiyac  və  tələbatlarından danışsınlar, özləri üçün  rus vətəndaşı olmaq,  rus 

cəmiyyətinə qovuşmaq, öz sevinc və kədərini, bütün hüquq və vəzifələrini bu cəmiyyətlə 

bölüşmək  hüququ  xahiş    etsinlər  ki,  əvvəlki  tək  onları  kənarda  qoymasınlar.  Bu, 

müsəlman ların  bütün  xahişlərinin  məhək  daşıdır.  On lar  u zun,  əsrlik  təcrübəyə 



downloaded from KitabYurdu.az

 

 



113 

əsasən bilirlər ki, unudulmaq, kənarda qoyulmaq nə deməkd ir"

81



Azərbaycanın  ictimai  xadimləri  milli  qüvvələrin  birləşdirilməsi  işində 



mətbuatın sözünə böyük əhəmiyyət verərək, yerli əhalinin  ana dilində qəzet nəşri 

və  senzura  əngəllərinin  yu mşaldılması  məsələsinin  zəruriliy ini  çar  hakimiyyəti 

orqanları qarşısında dəfələrlə qaldırmışdılar.  1905-ci ilin  iyununda "Həyat" qəzeti 

çıxmağa başladı. Onun birinci nömrəsində Azərbaycanda nəşr edilən, demək o lar 

ki, bütün  mətbuat orqanları üçün əsas olan aşağıdakı prinsiplər  elan ed ilirdi: " Biz 

müsəlman və Rusiyanın təbəələri olduğumu z üçün rus dövlətinin siyasi və iqtisadi 

şəraiti çərçivəsində tərəqqi istəyirik.  Biz  müsəlmanlarıq və ona görə də bütün din 

qardaşlarımıza  tərəqqi  arzu  edirik,  dünyanın  hansı  guşəsində olurlarsa  -  olsunlar, 

onların  yüksəlməsini  ürəkdən  alq ışlayırıq.  Biz  türkü k  və  ona  görə  də,  hər  yerdə, 

hər yanda bütün türklərə tərəqqi və çiçəklən mə arzulayırıq"

82



1905-c i  ilin  payızında  Ba kıda,  Gəncədə,  Şuşada,  Azərbaycanın  digər 



şəhərlərində  rejimin  özbaşınalıqlarını,  milli  məhdudiyyətləri  ləğv  etmək,  çar 

məmu rlarını  işdən  uzaqlaşdırmaq  tələbləri  ilə  zəh mətkeşlərin  kütləvi  siyasi 

nümayişləri və mitinqləri baş verird i

83



Azərbaycan 

ziyalıların ın 

görkəmli 

nü mayəndələri 

H.Zərdabi, 

C.Məmmədquluzadə,  M.Ə.Sab ir,  N.Nərimanov,  M.Rəsulzadə,  Ə.Ağayev, 

M.S.Ordubadi,  Ü.Hacıbəyov,  Ə.Qəmküsar,  Ə.Haqverdiyev,  F.Köçərli  və  b.  xalq 

kütlələrin i  çarizmin  müstəmləkə  siyasətinə  və  istismarçılara  qarşı  mübarizəyə 

çağırırdılar.  "Molla  Nəsrəddin"  jurnalı  elə  ilk  saylarından  çarizmin  müstəmləkə 

siyasətini  qəzəblə  ifşa  edirdi.  Jurnal  xalqın  gücü,  onun  mənəvi  zənginlikləri  barə-

sində materiallara  xey li yer verərək cəsarətlə bəyan edird i  ki, onun arxalandığı  və 

rəğbət  bəslədiyi  ictimai  qüvvələr  -  fəhlələr,  "beli  əyilmiş,  kimi  toz-torpaq  içində, 

çoxu ayaqyalın olan "cır-cındırlı"  kəndlilər, şəhər yoxsulları, "rus təhsili" almış və 

həyata  yenicə  qədəm  basmış  gənclər,  Rusiyada  despotik  rejimə  qarşı  çıxış 

etdiklərinə görə "Saxalin adasına göndərilənlərdir

84

". 



"Molla  Nəsrəddin"  "xalq ın  düşmənləri  kimlərdir?",  "kimlərə  qarşı 

mübarizə  aparmaq   lazımd ır?"  məsələsini  dəfələrlə  ö z  səhifələrində  qaldıraraq, 

çarizmin  milli-müstəmləkə  əsarətinə  qarşı  çıxır,  Azərbaycan  xalqı  üçün  siyasi 

azadlıqlar və  milli  hüquq bərabərliyi  tələb edirdi. Jurnal çar hökuməti və  mürtəce dairələri 

tərəfindən  xalqları  qızışdırıb bir-birinin üstünə qaldırması siyasətinin  ifşasına ciddi diqqət 

yetirir,  birinci  sayında  yazırdı:  "Bu  nə  sirdir?  Erməni-müsəlman  qırğını  başlayan  kimi 

hökumət qoşunları elə bir mərəzə mübtəla olurlar ki, həkimlər onların küçəyə çıxmalarını 

məsləhət bilmirlər"

85



Ziyalıların nümayəndələri "Molla Nəsrəddin" jurnalının səhifələrində milli hüquq 



bərabərsizliyinə  qarşı  çıxır,  xalqı  birliyə,  dostluğa  və  birgə  mübarizəyə  çağırırdılar. 

Ü.Hacıbəyov yazırdı: "Bizim  xilasımız  birlikdədir. Milli və dini  fərqlər bizim  birliyimizə 

maneə törətməməlidir"

86

. Onlar orta əsr qalıqlarını, fanatizmi, xurafatı və avamlığı məhvedici 



tənqid  atəşinə  tutmaqla  xalq  kütlələrinin  milli  və  siyasi  özünüdərkinin  oyanışına  və 

yüksəlişinə  təkan  verir,  Azərbaycan  xalqının  milli-azadlıq  mübarizəsinə  kömək 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə