Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə56/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   52   53   54   55   56   57   58   59   ...   249

downloaded from KitabYurdu.az

 

 



116 

Çar  manifestinin  çıxması  ilə  nəticələnən  1905-ci  ilin  inqilabi  hərəkatı 

cəmiyyətin  bütün  təbəqələrini  hərəkətə  gətirdi,  s iyasi  partiyaların  və  təşkilatların 

yaranmasına təkan  verdi.  Həmin  ildə Azərbaycanın siyasi səhnəsində  ilk  olaraq sırf  milli, 

heç  bir  ümumrusiya  təşkilatının  filialı  və  ya  şöbəsi  olmayan  partiyalar  meydana  çıxdı. 

1905-ci  ilin  fevralında  Gəncədə  "Sosial-federalistlərin  türk  inqilabi  komitəsi"  yarandı. 

Siyasi partiyanın  rüşeymi olan bu  komitə  1905-ci  ilin  fevralında  iki vərəqə buraxdı

100


.  Bu 

vərəqələrdə  çar  hökuməti  müsəlmanların  hüquqlarını  məhdudlaşdırmaqda,  Bakıda 

millətlərarası toqquşmalar təşkil etməkdə,  Qafqazda  köçürmə siyasətini həyata keçirməkdə 

ittiham olunurdu. Vərəqələrdə sosial-federalist ideyaları, "əsarətin" aradan götürülməsinə, 

Qafqaz  xalqlarını  birliyə,  Qafqazın  federal  quruluşuna  can  atan  bütün  təşkilatlarla  birgə 

fəaliyyətə və bu fəaliyyəti əsas düşmənə - rus hökumətinə qarşı yönəltməyə çağırış öz 

əksini tap mışdı. 

Beləliklə,  Sosial-federalistlərin  Türk  İnqilabi  Komitəsi  Azərbaycanda 

muxtariyyət və  Rusiyanın  federativ quruluşu haqqında  ideya  irəli sürmüş ilk  milli təşkilat 

idi. 


1905-ci  ilin  yayında  Gəncədə  "Qeyrət"  adlı  qrup  yaradıldı

101


.  O,  Şuşada  da 

müəyyən nüfuza malik idi

102

. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, 



məhz bu qrup 1905-ci ilin yayında Gəncədə (Yelizavetpolda) formalaşan ilk milli siyasi 

qurum olan 

u

Qeyrət" partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil 



olunmuşdu,  lakin onun  rəhbərləri yuxarı  təbəqənin nümayəndələri  idi.  Onların sırasında 

Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy 

Xasməmmədov

103


, bəzi  mənbələrə görə, türk ədəmi-mərkəziyyət partiyasının başçısı Nəsib 

bəy Yusifbəyli də var idi

104



"Qeyrət"  partiyasının  qırmızı  möhürü  və  proqramı  mövcud  idi.  Proqramda 



gürcü sosial-federalistlərin proqramının  təsiri  özünü  büruzə  verirdi.  Əsas  məqsədlərdən 

biri  Qafqazın  Rusiya  ilə  federativ  münasibətlər  qurmaq  və  bu  federasiya  çərçivəsində 

müsəlman əhaliyə mu xtariyyət vermək id i

105


"Qeyrət‖in üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Həlilov və b. əhali arasında 

federalizm    ideyalarını    yaymaqla  yanaşı,    sosial-demokrat  və  digər  partiya 

nümayəndələri  ilə birgə  bir  çox  mitinqlərdə  millətlərarası savaşa son  qoymaq  çağırışı  ilə 

iştirak  edirdilər.  "Qeyrət"  partiyası  1908-ci  ilə  qədər  fəaliyyət  göstərdi,  lakin  bəzi 

sənədlərə  görə,  1912-ci  ildə  Balkan  müharibələri  başladığı  dövrdə  federalistlər 

fəallaşmaqda id ilər. 

Siyasi səhnədə isə "Qeyrət" yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni 

liderlər,  yeni  "Türk  ədəmi-mərkəziyyət  partiyası"  adı  və  yeni  proqramı  ilə  parlaq 

fəaliyyətə başladı. 

1905-ci  ilin  yazı  və  yayında  Rusiya  imperiyasının  müstəmləkə  ucqarlarında 

müsəlman  xalqlarının  siyasi  qüvvələrinin  birləşməsi  prosesi  davam  edirdi.  Azərbaycan 

nümayəndələri "Ümumrusiya müsəlman ittifaqı"nın ("İttifaqi-müslimin"in) yaradılmasında 

fəal  iştirak  etmişdilər.  Ə.Topçubaşov  bu  təşkilatın  1905-ci  ilin  avqustunda  Nijni 

Novqorodda  I  (təsis)  qurultayının  çağırılmasında,  proqram  sənədlərinin  hazırlanmasında  və 



downloaded from KitabYurdu.az

 

 



117 

fəaliyyətində bilavasitə  iştirak etmiş.  1906-cı  ilin  avqustunda onun Mərkəzi  Komitəsinin  III 

qurultayında təsis edilmiş daimi bürosuna daxil olmuşdu. Azərbaycan nümayəndələri İttifaqın 

komissiyalarına  üzv  seçilir,  onun  qurultay,  müşavirə  və  yığıncaqlarında  iştirak  edirdilər. 

"İttifaqi-müslimin"  Rusiya  müsəlmanları  siyasi  qüvvələrinin  sonralar  Rusiya  dövlət 

dumalarının  bütün  çağırışlarında  müsəlman  parlament  fraksiyasının  fəaliyyətində  özünü 

göstərmiş  birliyin  bünövrəsi  idi.  Fraksiya  qanun  layihələrinin  işlənməsində,  sorğuların 

hazırlanmasında  ümumrusiya  müsəlman  qurultayının  qərar  və  qətnamələrini  rəhbər 

tuturdu. 

Bakıda  1905-ci  ilin  noyabrında  17  Oktyabr  Manifestinin  verilməsindən  sonra 

ölkədə yaranmış siyasi vəziyyəti müzakirə edən mitinqlər keçirildi. Mitinq iştirakçıları belə 

bir məsələdə yekdil idilər ki, manifestin vədləri həyata keçirilməli və ümumi seçki hüququ. 

müsəlmanların  Rusiya  dövlət  dumasında  mütənasib  sayda  nümayəndələrlə  təmsil 

olunması və b. tələblər yerinə yetirilməlidir. 

Azərbaycanda burjua xadimlərinin kadetlərə rəğbət bəsləyən bir hissəsi 1905-ci 

il  dekabrın  4-də  Konstitusion  Demokratlar  Partiyasının  Bakı şöbəsinin təşkilində  iştirak 

etdi.  Azərbaycan  cəmiyyətinin  nümayəndələri  İ.Hacınski,  İ.Hacıyev,  Ə.Topçubaşov, 

K.Səfərəliyev  şöbənin  daimi  bürosuna  seçildilər.  Şöbənin  300  nəfər  üzvü  var  idi.  Dövlət 

dumasına  seçki  kampaniyasının  gedişində  şöbənin  fəaliyyəti  nəzərə  çarpacaq  dərəcədə 

canlandı. Seçkilərin nəticələri kadet partiyasının populyarlığını bir daha nümayiş etdirdi. 

Azərbaycandan olan bütün deputatlar duma fəaliyyəti dövründə daim özlərinin bu partiyaya 

mənsubiyyətlərini  unutmurdular.  1912-ci  ilin  yanvarında  Yelizavetpol  qubernatoru  polis 

departamentinə bildirdi ki, "ziyalılar başdan-başa kadetçilik eləyirlər: ayrı-ayrı, müstəsna 

hallarda ciddi surətdə öz daxili inamlarına görə, əksəriyyəti  isə nəyə görəsə, belə hesab 

edir ki, kadet platforması hər bir ziyalı üçün mütləq lazımd ır"

106


1905-ci  ilin  payızında  "Müsəlman  əyanları,  ziyalıları  və  yuxarı  təbəqələrin 

ittifaqı  və  müdafiə  cəmiyyəti"  meydana  çıxdı

107


.  Cəmiyyət  "Bakı  şəhərinin  məşhur  və 

hörmətli  adamlarına  müraciət"  nəşr  etdirdi.  Müraciətdə  müəlliflər  hökumətə  qarşı 

yönəlmiş azadlıq hərəkatına rəğbət bildirir

108


, eyni zamanda qeyd edirdilər ki, bu hərəkatdan 

müsəlmanlara  qarşı  istifadə  edilməsinə  cəhd  göstərildiyi  təqdirdə  cəmiyyətdə  birləşmiş 

qüvvələr qətiyyətli cavab verəcəkdir... 

1906-cı  ilin  avqust-sentyabr  aylarında  Bakı  və  Yelizavetpol  qubern iyalarında 

"Difa i" partiyası meydana çıxd ı. 

Vahid  milli  siyasi  təşkilatın  yaradılması  məqsədə  uyğunluğunun  meydana 

çıxmasında 1905-ci ildə erməni-müsəlman ziddiyyətlərinin kəskinləşməsi az rol oynamadı. 

1906-cı  ildə  Tiflisdə  keçirilmiş  barışdırıcı  qurultayın  siyasi  yekunlarından  biri 

"Daşnaksutyun"  və  onun  silahlı  qüvvələrinə  qarşı  Azərbaycan  tərəfindən  özünə  siyasi 

partiya və döyüş drujinaları yaratmaq zərurəti qarşısında qalmasını etiraf etməsi o ldu

109



"Difai"nin banisi partiyanın  Bakıda  yerləşən  MK-sına  başçılıq  edən Ə.Ağayev 



idi

110


.  Gəncədə,  Şuşada,  Ağdamda,  Bərdədə,  Yevlaxda,  Tərtərdə,  Qarsda,  Naxçıvanda, 

Vladiqafqazda və b. yerlərdə partiyanın şöbələri yaradılmışdı

111



Partiyanın 1906-cı ilin oktyabrında "İrşad" qəzetində dərc olunmuş proqramında



112

 



Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə